Məhkəmə qərarları › İş №1(060)-533/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-533/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-533/2022 24.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Sumqayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospekti, 3-cü mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus "Saat və mobil telefon təmiri" adlı mağazasının qarşısına gələrək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra mağazanın plastik qapısını dəmir parçası ilə sıxb açaraq içəri qanunsuz daxil olaraq oradan 03 (üç) ədəd hər biri 25 (iyirmi beş) manat olan ümümlikdə 75 (yemiş beş) manat dəyərində "K.GTEL-N150 markalı mobil telefonları, 01 (bir) ədəd 80 (səksən) manat dəyərində "Samsung J-530" markalı mobil telefonu, 01 (bir) ədəd 80 (səksən) manat dəyərində "Samsung J-710" markalı mobil telefonu, 01 (bir) ədəd 75 (yetmiş beş) manat dəyərində "Samsung J-330" markalı mobil telefonu və 01 (bir) ədəd 60 (altmış) manat dəyərində "Samsung Qrant-9060" markalı mobil telefonu və 01 (bir) ədəd 45 (qırx beş) manat dəyərində "Alkatel D-50" markalı mobil telefonu gizli talayaraq Zərərçəkmiş şəxs1 ümüınilikdə 415 (dörd yüz on beş) manat məbləğində maddi ziyan xuraraq oğurluq elmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdə saaat 02:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində Zərərçəkmiş şəxs2 məxsus mağazanın qarşısına gələrək ətrafda heç kəsin olmadığında əmin olduqdan sonra mağazanın plastik qapısına özü ilə əvvəlcə gətirdiyi dəmir vintaçarla sıxb açaraq içəri qanunsuz daxil olaraq oradan (01) ədəd 180 (bir yüz səksən) manat dəyərində "Toshiba" markalı noutbooku, 01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində "Toshiba Sate " markalı noulboku, 01 (bir) ədəd 75 (yetmiş beş) manat dəyərində "Xiaomi Mi A2" markalı mobil telefonu və 01 (bir) ədəd 100 (bir yüz) manat dəyərində "Huavei P Smart 2019" markalı mobil telefonu gizli talayaraq Zərərçəkmiş şəxs2 ümümilikdə 555 (beş yüz əli beş) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 03:00 radələrində yaşadığı Corat qəsəbəsində evdən çıxaraq Suqmayıt şəhəri, 3-cü mikrorayon ərazisinə gecə vaxtı gəzərək gedən zaman orada dayanacağın arxasında "Saat və mobil telefon təmiri" mağazasını görmüşdür. Həmin mağazanın giriş qapısının şüşədən olmasını və qapının kilidinin aşağıdan olmasına diqqət yetirmişdir. Daha sonra həmin mağazaya daxil olub oradan gizli olaraq mobil telefonları oğurlamağa qərara gəlmişdir. Lakin, üzərində mağazsının qapısını açmağa heç bir alət olmadığı üçün o, mağazanın yanında ağacın dibində yerə basdırılmış dəmir parçasını görmüşdür. Həmin dəmir parçasını yerdən çıxardaraq "Saat və mobil telefon təmiri" mağazasının qarşısına gəlmişdir. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra o, əlində olan dəmir parçasını şüşə qapının alt hissəsinə salaraq qapını yuxarı qaldıraraq açmağa başlamışdır. Bu zaman şüşə qapını əlində olan dəmir parçası ilə yarımçıq açmış və bədəninin yarı hissəsini içəri salmış, əlini uzadaraq vitrində olan 08 (səkkiz) ədəd müxtəlif markalı mobil telefonları oğurlamışdır. Sonra oğurladığı mobil telefonaları əynində olan qara rəngli gödəkçənin ciblərinə qoyaraq piyada yaşadığı evə getmişdir. Səhərsi günü oğurladığı telefonlara evdə baxmış və 03 (üç) ədəd təzə "KGTEL markalı mobil telefon, 04 (dörd) ədəd işlənmiş "Samsung" markalı Android mobil telefonları və 01 (bir) ədəd işlənmiş "Alkatel" markalı mobil telefon olduğunu görmüşdür. Həmin gün evdən çıxaraq pula ehtiyacı olduğuna görə mobil telefonlardan birini satmaq qərarına gəlmiş və Sumqayıt şəhəri, 18-ci mikrorayan ərazisində yerləşən mobil telefonlardan birini yəni, "Samsung J- 710" markalı mobil telefonun özünə məxsus olduğunu deyərək tanışı Fəridə 60 (altmış) manata satmaq istədiyini demişdir. Bu zaman mağazada satıcı həmin telefonu ondan 50 (əlli) manata almağa razılaşmışdır. O da, onunla razılaşdıqdan sonra həmin mobil telefonu ona 50 (əlli) manata satmışdır. Həmin pulu isə öz şəxsi ehtiyclarını ödəmək üçün xərcləmişdir. Oğurladığı digər 07 (yeddi) ədəd telefonları isə Bakı şəhəri, 20 Yanvar dairəsində tanımadığı şəxslərə mütxəlif mobil telefonların alqı-satqısı ilə məşğul olan mağazalara satmış və ümümilikdə 120 (yüz iyirmi) manat pul əldə etmişdir. Həmin mobil telefonları satdığı zaman özünə məxsus oldğunu demişdir. Əldə etdiyi pulu Bakı şəhərində spirtli içkilərə və siqaretə xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə gecə saat 02:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrarayon ərazisində piyada gəzən zaman qarşına işıqları yanan "Bios Service" adlanan telefon mağazası çıxmışdır. O, həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir, buna görə mağazanın plastik materialından olan qapısının kilidini üzərində olan vintaçarla açmış və içəri daxil olmuşdur. O, həmin vaxt mağazanın içərisinə baxan zaman orada olan təmir stolunun üzərində 02 (iki) ədəd noutbookun olduğunu görmüşdür. O, orada olan 02 (iki) ədəd "Toshiba" markalı noutbooku (kompyurleri) oğurlamış, daha sonra isə həmin masanın siyirməsini açmış və orada 02 (iki) ədəd mobil telefonları görmüşdür. Həmin mobil telefonların "MİA 2 LİTE" və "Huawe P smart 2019" markalı mobil telefonlarıda oğurlamışdır. Həmin vaxt oradan oğurladığı 02 (iki) ədəd nooteboku və 02 (iki) ədəd mobil telefonları yaşadığı evə aparmamış, çünki evdə valideyinləri həmin əşyaların oğurluq olmasını biləcəymişlər. Ona görə də, oğurladığı əşyaları Sumqayıt şəhəri, 13-cü mikrarayon ərazisində yerləşən qarajların yanında gizlətmiş və yaşadığı ünvana getmişdir. Həmin gün saat 08:00 radələrində gizlətdiyi əşyaları yuxarıda qeyd etdiyi yerdən götürmüş və evdə heç kəsin olmadığı üçün yaşadığı evə aparmışdır. Lakin, 01 (bir) ədəd "Toshiba" markalı nootbooku özü ilə götürmüş və onu Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində olan mağazaların birində satmaq istəmişdir. Həmin vaxt o, oğurladığı "Toshiba" markalı nooteboku mağazada göstərdiyi zaman oraya usta kimi gəlmiş və həmin usta təqdim etdiyi kompyuterin ona məxsus olması barədə şübhələnmişdir. Daha sonra o, etraf etmişdir ki, həmin "Toshiba" markalı kompyuteri "Bios Service" adlı mağazadan oğurlamışdır. Daha sonra, o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət edilmiş və o da, ora oğurladığı 02 (iki) ədəd "Toshiba" markalı kompyuterlə və yuxarıda qeyd etdiyi 02 (iki) ədəd mobil telefonlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Orada, oğurladığı əşyaları könülü olaraq təqdim etmiş və törətdiyi cinayət əməlini etraf etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən "Bios Service" adlanan telefon mağazasını təxminən 07 (yeddi) gündür icarəyə götürmüşdür. Belə ki, həmin mağazada mobil telefonları və notebookları həm təmir etmiş, həm də satmışdır. O, xx.xx.2022 ci il tarixdə, təxminən saat 21:00 radələrində mağazanın plastikdən olan qapısını açarla bağlayıb getmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 08:00 radələrində mağazaya gələn zaman qapının açıq olduğunu görmüş, içəri daxil olub baxış keçirən zaman mağazada olan təmir stolunun üzərindən istifadə olunmuş 02 (iki) ədəd "Toshiba" markalı komputerin, stolun siyirməsindən isə 01 (bir) ədəd "Mia 2 lite" markalı mobil telefonun və 01 (bir) ədəd “Huawei P Smart 2019" markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Bundan sonra o Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər təxminən saat 07:45 radələrində icarəyə götürüb işlətdiyi mobil telefonların alqı-satqısı mağazasını açmağa gələrkən mağazanın giriş qapsının kilidinin naməlum şəxs(lər) tərəfindən sındırıldığını görmüşdür. O, bu zaman mağazanın içərisinə naməlum şəxs(lər)in daxil olaraq oğurluq etdiklərini fikirləşmiş, içəri daxil olmadan dərhal özünün istifadə etdiyi mobil telefonla Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, polis əməkdaşları ilə birlikdə keçib mağazanın içərisinə baxış keçirmişdir. Baxış keçirilən zaman mağazanın içərisində giriş qapısının sağ tərəfində quraşdırılmış vitrindən 03 (üç) ədəd təzə hər birinin ayrı-ayrılıqda qiyməti 40 (qırx) manat olan K.GTEL-N150 markalı mobil telefonların, 01 (bir) ədəd işlənmiş satış qiyməti 150 (bir yüz əlli) manat olan “Samsung J- 530" markalı mobil telefonun, 01 (bir) ədəd işlənmiş salış qiyməti 130 (bir yüz otuz) manat olan “Samsung J-710" markalı mobil telefonun, 01 (bir) ədəd işlənmiş salış qiyməti 110 (bir yüz on) manat olan “Samsung J-330" markalı mobil telefonun, 01 (bir) ədəd işlənmiş salış qisməli 70 (yetmiş) manat olan “Samsung Qrant-9060" markalı mobil telefonun və 01 (bir) ədəd işlənmiş, salış qiyməti 60 (altmış) manat olan “Alkatel D-50" markalı mobil telefonların oğurlandığını aşkar elmişdir. Həmin bu oğurluq hadisəsi zamanı ona ümumilikdə 640 (altı yüz qırx) manat məbləğində maddi ziyan dəymişdir. Sonra bu barədə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə ərizə ilə müraciət elmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşünashq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/2141 saylı rəyi saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 05 adda malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 635.00 (altı yüz otuz beş) manat müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 07 adda malların orta istismar müddəti və ona istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 335.00 (üç yüz otuz beş) manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-147/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 12 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-68/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-181/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi iə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-38/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə təyin olunmuş 2000 (iki min) manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilmiş, ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə və 2000 (iki min) manat cərimə cəzaları təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-181/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-68/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilərək təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 38/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə təyin olunmuş 2000 (iki min) manat cərimə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 (iki min) manat cərimə cəzası saxlanılmışdır. “8 noyabr – Zəfər Günü münasibətiilən amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Cilovxan İsfəliyevin xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarından görünür ki, “8 noyabr – Zəfər Günü münasibətiilən amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cərimə cəzasından azad edilmişdir. “8 noyabr – Zəfər Günü münasibətiilən amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən həmin amnistiya aktı tətbiq olunan şəxsin üzərindən məhkumluq götürülür. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus iki ədəd noutbooku və iki ədəd mobil telefonu təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus bir ədəd “Samsung-L7” markalı mobil telefonu təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180 və 181-ci maddələrinin, Şahid Siyavuş oğlunun əməlində isə Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, səmimi etirafını və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini və yüngülləşdirici halları nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan "Samsung J7” markalı mobil telefonun Zərərçəkmiş şəxs1, iki ədəd noutbookun və iki ədəd mobil telefonun isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan olan "Samsung J7” markalı mobil telefonun Zərərçəkmiş şəxs1, iki ədəd noutbookun və iki ədəd mobil telefonun isə Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar