Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-533/2024 11.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Bərdə rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Muğanlı kəndində daimi qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, 3-cii mikrorayon, Xutor qəsəbəsi fərdi evdə kirayədə yaşayan. barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə, 2022-ci ildə Zərərçəkmiş şəxs ilə tanış olub sonuncuya oğlu Şahid “Socar” Neft şirkətində işə düzəldəcəyi adı ilə yalan vədlər verib aldatmaqla qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs ilə razılaşmaqla sövdələşib, 2022-ci ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Qalob Orucovdan Sumqayıt şəhəri, H.Əliyev prospektində “Ovçular” adlı mağazanın qarşısında aldığı 150 (bir yüz əlli) manat, 2022-ci ilin oktyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospekti 15-ci məhəllə ərazisində yerləşən “N.Nərimanov” abidəsinin qarşısında Şahid vasitəsilə Zərərçəkmiş şəxs aldığı 500 (beş yüz) manat, həmin ayda dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri, 20-cı məhəllə, K.Hüseynov küçəsində yerləşən ət məhsullarının satışı məntəqəsində aldığı 130 (bir yüz otuz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 780 (yeddi yüz səksən) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, 2020-2021-ci illərdə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi fərdi evdə kirayədə yaşamış, Zərərçəkmiş şəxs da həmin vaxtdan tanımışdır. Belə ki, Qalib Sumqayıt şəhərində qəssab işləmiş, mütəmadi olaraq Qalibdən ət məhsulları almış, beləcə Qaliblə münasibəti yaranmışdır. 2022-ci ilin sentyabr ayında maddi durumu yaxşı olmamış və pula ehtiyacı olmuşdur. Həmin ərəfədə Qaliblə söhbəti zamanı Qalib oğlunun işsiz olduğunu bildirmiş və o da Qalibin oğlunu işə düzəltmək adı ilə ondan pul ala biləcəyini düşünmüşdür. Qalibə yalandan qohumunun “Socar” neft şirkətində yüksək vəzifədə işlədiyini, oğlu Muradı həmin şəxsin vasitəsilə 3000 manat pul müqabilində işə düzəldə biləcəyini bildirmişdir. Qalib də ona inanmış və onunla razılaşmışdır. 2022-ci ilin sentyabr ayında Qalib həmin iş üçün ona Sumqayıt şəhərində yerləşən “Ovçular” mağazasının qarşısında 150 manat pul vermişdir. Təxminən bir ay sonra oğlu Muradla həmin iş üçün 500 manat pul göndərmiş və həmin pulu Muraddan Sumqayıt şəhəri N.Nərimanovun heykəlinin yaxınlığında almışdır. Sonuncu 130 manat məbləğində pulu isə Qalib ona bir neçə gün sonra işlədiyi mağazanın qarşısında vermişdir. Aldığı həmin pulları şəxsi ehtiyacları üçün qarşılamış və Qalibin oğlu Muradın hər hansı işlə təmin olunması üçün bir iş görməmişdir. Qaliblə soruşanda bildirmişdir ki, 1000 manata qədər pul versin, qalan 2000 manat pulu iş alınanda verər. Maddi durumu yaxşı olmadığından Qalibdən aldığı pulu qaytara bilməmişdir. İstifadəsində 070 ***-**-** saylı mobil telefon nömrəsi olmuş, Zərərçəkmiş şəxsla həmin nömrə altında işlətdiyi “Whatsapp” ani mesajlaşma proqramından istifadə etməklə mesajlaşmışdır. Əməlindən peşmandır. Hazırda Qalibə dəymiş ziyanı ödəmiş, onunla barışmış, sonuncunun ona qarşı şikayət və tələbi qalmamışdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində zərərçəkmişlə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ildən tanıyır. Belə ki, Sumqayıt şəhəri, 20-cı məhəllə, K.Hüseynov küçəsində yerləşən ət məhsullarının satışı məntəqəsində qəssab işləyir. Muğan ara-sıra müştəri qismində işlədiyi mağazaya gələrək ondan ət məhsullları almış, beləcə münasibətləri yaranmışdır. 2022-ci ilin sentyabr ayında Muğan ona Socar neft şirkətində xalası oğlunun rəhbər şəxslərdən biri olduğunu bildirib 2 nəfəri həmin şirkətdə işə götürə biləcəyini demişdir. O da Muğana övladı xx.xx.1997-ci il təvəllüdlü Şahid Socar neft şirkətində işə düzəldə biləcəyini sual vermiş, Muğan da cavabında Muradı 3000 manat pul müqabilində Socarda işə düzəldə biləcəyini qeyd etmişdir. 2022-ci ilin sentyabr ayında dəqiq gününü xatırlamadığı tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən "Ovçular" mağazasının qarşısında Təqsirləndirilən şəxs 150 manat vermiş, təxminən 1 ay sonra 2022-ci ilin oktyabr ayında dəqiq gününü xatırlamadığı tarixdə Sumqayıt şəhəri, Nərimanov heykəlinin yaxınlığında övaldı Murad Muğana daha 500 manat pul vermişdir. 10 gün sonra, elə həmin ay işlədiyi mağazanın qarşısında Mustafayevə 130 manat əlavə pul vermişdir. Aralarında olan razılaşmaya əsasən iş düzəldikdən sonra qalan pulu da verməli olmuşdur. Həmin vaxtdan sonra Muğanla dəfələrlə əlaqə saxlasa da, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək işin alınmadığını, pulunu yaxın vaxtlarda qaytaracağını ona bildirmişdir. Sonradan telefonunu qara siyahıya atmışdır. Muğanın dələduzluq edərək pulunu ələ keçirdiyini başa düşmüşdür. Baş vermiş dələduzluq hadisəsi nəticəsində ona 780 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxs ilə barışmış, bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, sonuncu ilə barışdığını, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində atası Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki: 15 dekabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.( i.v. 1); “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-ə təhvil verilmişdir. (i.v. 46-47) 04 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 75-76) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 04 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 84-85); “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 04 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 86-88); Məhkəmə iclasında tədqiq edilən 01 CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul alması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyi (i.v.45); “sübutların qiymətləndirilməsi haqqında” 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (i.v. 90-94); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Səs yazılarını özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Səs yazılarını özündə əks etdirən 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-533/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-533/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver