Məhkəmə qərarları › İş №1(060)-533/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-533/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-533/2025 20.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ağdaş rayonu Ərəbuşağı kəndində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ş, barəsində xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər məhkəməsi tərəfindən “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 07 (yeddi) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.050 qram, 0.056 qram, 0.076 qram, 0.066 qram, 0.070 qram, 0.065 qram 0.052 qram ümumi təmiz çəkisi 0.435 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 04 (dörd) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.136 qram, 0.123 qram, 0.126 qram, 0.129 qram, ümumilikdə təmiz çəkisi 0.514 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 01 may 2025-ci il tarixdə, saat 21:04-da Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanının qarşısında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvrın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etmişdir. 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulan zaman üzərində narkotik vasitə olmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai araşdırma zamanı ona zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılarkən narkotik vasitəni 10 manata satması məzmununda ifadə verməsini isə həmin vaxt narkotik vasitə təsiri altında olması ilə əlaqələndirmişdir. Həmçinin bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalamışdır. Məhkəmədən narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, ünvan 5 ünvanında həyat yoldaşı və oğlu ilə birlikdə yaşayır. Heç bir dövlət işində işləmir. Günəmuz işləyərək gündəlik ehtiyaclarını qarşılayır. Sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasını çəkib azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamini qarışdıraraq birlikdə istifadə edir. 2025-ci ilin aprel ayında üzərində narkotik vasitə daşıyan zaman polis əməkdaşları tərəfindən tutulmuşdur və CM-nin 234.1-ci maddəsi ilə barəsində cinayət işi başlanmışdır. Hazırada barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri var. 2025ci ilin may ayının 1 -də səhər saatlarında şəxsi işim ilə əlaqədar olaraq Bakı şəhərində olan zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq “patı” və “kakos” təşkil edə biləcəyini bildirmişdir. O, həmin şəxsə 70 manat pul verərək 04 büküm “patı” və 07 büküm “kakos” almışdır. Daha sonra həmin bükümləri cibinə qoyaraq Sumqayıt şəhərinə qayıtmışdır. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində o Sumqayıt şəhəri Kotec qəsəbəsi, Çexov küçəsində olan zaman bir neçə nəfər ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini tədim edərək polis əməkdaşları olduqlarını, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim elmişlər. Polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu, bu səbəbdən üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. İlk olaraq polis əməkdaşları ona üzərində əldə edilməsi, istifadəsi, daşınması qanunla qadağan edilmiş hər hansı əşya və ya predmel varsa təqdim etməyini tələb etmişdir. O, həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində 04 büküm “patı” və 07 büküm “kakos” olmaqla ümumilikdə 1 1 büküm olan şəffaf rəngli sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümlərin “kakos” və “patı” olduğunu, həmin gün səhər saatlarında Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadə və satış məqsədi ilə əldə edərək üzərində saxladığını bildirmişdir. Sonra onun polis əməkdaşlarına təqdim etdiyi bükümlər açılaraq baxışa təqdim etmiş və elektron tərəzidə çilərək qablaşdırılmışdır. Bundan sonra o polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəlmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün cinayəti qismən etiraf ifadələri ilə yanaşı şahid ifadələri, şəxsi axtarış və götürmə haqqında protokollar, məhkəmə-kimyəvi ekspertizasının rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla arasında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2025ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, daşıması, istifadə etməsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:50-də əməliyyat müşahidəsinə götürülmüş ünvan 4 ünvanının qarşısında əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılmış, bu zaman Təqsirləndirilən şəxs sellofan bükümləri təqdim etmiş, həmin bükümlərin “kakos” və “patı” olduğunu bildirmişdir. Narkotik vasitə və psixotrop maddəni həmin gün səhər saatlarında Bakı şəhərindən tanımadığı şəxsdən 70 manata aldığını bildirmişdir. Həmin bükümlər ağ rəngli zərfə qoyularaq qablaşdırımış, müvafiq sənədləşmə videoçəkilişlə vəkilinin iştirakı ilə polis bölməsində davam etdirilmişdir. Bundan əlavə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları polis kapitanı Şahid2 və polis serjantı Mamedov X7 Allahverdiyevin ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin 24-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21.04-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 54-55-ci vərəqəsində olan 03 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 78-83-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/261 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 11 büküm narkotik maddə...” sözlər və imzalar olan kağız : paketdəki; - 07 (yeddi) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0, 050 qram, 0,056 qram, 0,076 qram, 0,066 qram, 0,070 qram, 0,065 qram, 0,052qram, ümumi təmiz çəkisi 0,435 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroinlər kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. -04 (dörd) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0, 136 qram, 0,123 qram, 0,126 qram, 0,129 qram, ümumi təmiz çəkisi 0,514 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: Heroinin ümumi təmiz çəkiləri -0,435qr, tədqiqata cəmi sərf edildi 0,14q r(hər ob.0,02 qr götürüldü) :qalıq -0,295 qr, Metamfetamin ümumi təmiz çəkiləri -0,514qr, tədqiqata cəmi sərf edildi-0,08qr(hər ob.0,02 qr götürüldü) qalıq-0,434qr. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 9-10-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7n, əvvəllər məhkum olunmuş, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs iştirakları ilə protokol ondan ötrü tərtib olunur ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsi, saxlanılması və gəzdirilməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə, saat 20:04 dəqiqədə ünvan 4-in qarşısında saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Soruşulan zaman həmin şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan təqdim etdi. Həmin sallofan içərisində 4 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş ağ rəngli psixotrop maddə sayılan metamfetaminə bənzər maddə,7 ədəd ağ rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik maddə sayılan heroine oənzər maddə elektron tərəzidə çəkilən zaman çəkisi 1-ci büküm qəhvəyi rəngli toz halında 0.10 qram, 2-ci büküm qəhvəyi rəngli toz halmda 0.05 qram, 3-cü büküm kristal şəkilli, ağ rəngli 0.18 qram, 4-cü büküm qəhvəyi rəngli toz halında 0.10 qram, 5-ci büküm kristal şəkilli ağ rəngli 0.15 qram, 6-cı büküm kristal şəkilli ağ rəngli 0.17 qram, 7-ci büküm kristal şəkilli ağ rəngli 0.14 qram, 8-ci büküm qəhvəyi rəngli toz halmda 0.12 qram, 9-cu büküm qəhvəyi rəngli toz halmda 0.08 qram, 10-cu büküm qəhvəyi rəngli toz halmda 0.05 qram, 11-ci büküm qəhvəyi rəngli toz halmda 0.10 qram olması müəyyən edildi. Həmin şəxs bükümün içərisindəkinin “kakos və patı” olduğunu, bu gün səhər saatlarında, Bakı şəhərində ərazisində tanımadığı şəxsdən 70 manat müqabilində şəxsi istifadəsi və satış üçün aldığını bildirdi. Cinayət işinin 32-33-cü vərəqəsində olan şəxsi axtarış və təqdim olunan əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, təhqiqata təqdim edilmiş 01 ədəd zərf açıldı və içərisində 04 ədəd gümüşü rəngli siqaret kağızı, 07 ədəd ağ rəngli siqaret kağızının olduğu müəyyən edildi. 04 ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içərisində ağ rəngli psixotrop maddə sayılan metamfetaminə bənzər maddənin, 07 ədəd ağ rəngli siqaret kağızı bükümünün içərisində spesifik iyə malik, qəhvəyi rəngli narkotik maddə sayılan heroinə bənzər maddə olduğu aşkar edildi. 04 ədəd gümüşü rəngli siqaret kağızının içərisində ağ rəngli psixotrop maddə sayılan metamfetaminə bənzər maddələrin ümumi çəkisinin 0,68 qram olması, 07 ədəd ağ rəngli siqaret kağızı bükümünün içərisindəki heroinə bənzər maddələrin isə ümumi çəkisi 0.76 qram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, onun üzərindən aşkar olunan həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri ərazisində olan zaman tanımadığı şəxsdən 70 manata şəxsi istifadəsi və satış üçün aldığını bildirdi. Eləcə də həmin maddənin “metamfetamin və heroin” olduğunu bildirdi. Cinayət işinin 89-cu vərəqəsində olan “DVD disklərə baxış keçirilməsi” haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən VİD-1 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 11 dəqiqə 29 saniyədən ibarətdir. Videogörüntünün ilk saniyələrində küçədə bir nəfər şəxsin irəlilədiyini və üç nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq onu saxladığı görünür. Sonra həmin şəxslər polis əməkdaşları olduqlarını bildirirlər. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Kənan Osmanov olduğunu bildirir. Daha sonra digər polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 özlərini təqdim edirlər. Daha sonra polis əməkdaşı Kənan Osmanov saxlanılmış şəxsə özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçün saxlanıldığını bildirir. Sonra polis əməkdaşı X11 Həmzəyevin üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı şəffaf sellofana bülükmüş bükümləri baxışa təqdim edir. Polis əməkdaşı Təqsirləndirilən şəxs baxışa təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda o, “kakos” və “patı” deyə cavab verir. Daha sonra polis əməkdaşı Nəsim i Həmzəyevdən həmin narkotik vasitə və psixotrop maddəni nə məqsədlə üzərində saladığını soruşduqda o həmin narkotik vasitə və psixotrop maddənin bir qismini istifadə etdiyini və bir qismini də satacağını bildirir. Kənan Osmanov Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri hansı qiymətə satdığını soruşduqda o bükümünü 10 manata satdığını bildirir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni haradan aldığını soruşur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni həmin gün səhər saatlarında Bakı şəhərindən tanımadığı şəxsdən 70 manata aldığını bildirir. Sonra şəffaf rəngli sellofan Kənana Osmanov tərəfindən açılır və 11 ədəd bükülü olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs gümüşü rəngli bükümlərin 2kakos2 digər bükümlərin isə “patı” olduğunu bildirir. Kənan Osmanov elektron tərəzi vasitəsilə həmin bükülüləri çəkir və bükümlərin çəkilərinin müvafiq olaraq 0.10, 0.05, 0.18, 0.10, 0.15, 0.17, 0.14, 0.12, 0.08, 0.05, 0.10 qram olduğu müəyyən edilir. Sonra həmin bükümlər Kənan Osmanov tərəfindən ağ rəngli zərfə qoyularaq qablaşdırılır və 128№ zərfə möhürlənir. Sonda polis əməkdaşı Kənan Osmanov sənədləşmənin polis bölməsində davam etdirilməsi üçün video çəkilişin saxlanıldığını bildirir. Bundan başqa kompüterin pəncərəsində görsənən VİD-2 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 13 dəqiqə 08 saniyədən ibarətdir. Videogörüntü Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Vüsal Quliyevin özünü təqdim etməsi ilə başlayır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı digər polis əməkdaşlarından özlərini təqdim etməsini xahiş edir və əməliyyat müvəkkilləri özlərini təqdim edir. Sonra təhqiqatçı hüquq və vəzifələrini izah edir və bu barədə protokolu ona təqdim edir. Təqsirləndirilən şəxs protokolla tanış olduqdan sonra ona dözləl hesabına ləyin edilmiş müdafiəçi Sumqayıt regional vəkil bürosunun vəkili X1 oğlu özünü təqdim edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:04 də Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən ünvan 8 ünvanının qarşısında saxlanıldığını bildirir. Sonra təhqiqatçı əməliyyat müvəkkili Kənan Osmanov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümlərin qablaşdırıldığı zərfə baxış keçirir. Zərf cırılaraq açılır və 11 ədəd bükülü stolun üzərinə qoyulur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində narkotik vasitə heqiun və psixotrop maddə metamfelamin olduğunu, həmin bükümləri Bakı şəhərindən tanımadığı şəxsdən 70 manata alaraq üzərində saxladığım, bükümləri üzərində saxlamaqda məqsədi həm istifadə həm satış olduğunu bildirir. Təhqiqatçı tərəfindən bükümlər yenidən elektron tərəzidə çəkilir və psixotrop maddə metamfetaminə bənzər kütlə olabn bükümlərin çəkiləri müvafiq olaraq 0.10, 0.10, 0.13, 0.13, 0.11, 0.11, 0.10 qram, ümumilikdə çəkildikdə isə 07 bükümün çəkisinin 0.76 qram olması müəyyən edilir, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan bükümlər çəkildikdə çəkiləri müvafiq olaraq 0.18. 0.18, 0.17 və 0.16 qram, ümumilikdə çəkildikdə isə çəkilərinin 0.68 qram olması müəyyən edilir. Sonra həmin bükümlər zğ rəngli zərfə qoyularaq qablaşdırılır və üzəinə müvafiq imzalar çəkilir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirirlir, lakin heç bir şey aşkar edilmir. Cinayət işinin 91-92-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 may 2025-ci il tarixdə aşkar olunaraq götürülmüş 0.435 qram narkotik vasitə heroin, 0.514 qram psixotrop maddə metamfelamin və “Şəxsi axtarış keçirilməsi” barədə 01 may 2025-ci il tarixli tarixli istintaq hərəkətinin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD” formatlı disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb eldiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 0.295 qram narkotik vasitə heroin, 0.434 qram psixotrop maddə metamfetamin və 01 ədəd “DVD” formatlı disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 137-144-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0.435 qram narkotik vasitə heroin və 0.514 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla müvafiq olaraq ümumi qalıq çəkisi 0.295 qram narkotik maddə heroinin və 0.434 qram psixotrop maddə metamfetaminin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilməsi nəzərə alınmışdır. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” 01 may 2025-ci il tarixli tarixli istintaq hərəkətinin videogörüntülərinin əks olunduğu 01 ədəd “DVD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 02 may 2025-ci il tarixli, 20/261 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 23 may 2025-ci il tarixli 3081 nömrəli rəyi, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokolları, təqsirləndirilən şəxsin və şahid ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3081 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyalorlarin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 94-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, o əvvəllər məhkum olunmuşdur. Belə ki, o Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə isə həmin cəzanın CM-nin 52-1.5-ci maddəsi tətbiq olunmaqla, Sumqayıt şəhər Məhkəməsi tərəfindən 01 il 01 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025ci il tarixli qərarı ilə qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin 97-105-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdən 21 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət 04 gün azadlığın məhdudlaşdıırlması cəzasına bərabər tutularaq, həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 106-117-ci vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdən 21 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Cinayəş işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 396/2025 nömrəli 09 iyul 2025-ci il hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 2 (iki) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-254/2025 saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırkı iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il, saat 01:59-dan , xx.xx.2025-ci il, saat 11:50-ə dək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər, maddi sübutlar və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olması, özünü CM-nin 234.1-ci maddəsi təqsirli bilməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik və psixotrop maddələri həm özü istifadəsi üçün, həm də satmaq üçün üzərində saxladığını etiraf etmiş, həmçinin aparılan videoçəkilişlərdə də eyni məzmunlu izahatlar vermişdir. Məhkəmə iclasında verilən suala cavab olaraq Təqsirləndirilən şəxs “narkotik vasitə təsiri altında olduğum üçün satmaq məqsədini etiraf etmişəm” məzmunundakı ifadəsi də özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Bundan başqa X4 üzərindən aşkar olunan narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi də nəzərə alınmalı, işin halları ilə əlaqələndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə təqsirləndirilən şəxs N. Həmzəyevə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzası yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halların olması, ağırlaşdıran halların isə olmaması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-396/2025 nömrəli 09 iyul 2025-ci il hökmü ilə təyin edilmiş 2 (iki) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-396/2025 nömrəli 09 iyul 2025 saylı hökmü üzrə çıxılmış xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırkı iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il, saat 01:59-dan , xx.xx.2025-ci il, saat 11:50-ə dək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət hazırkı təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablamalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Məhkəmə-narkoloji ekspertizasının 23 may 2025ci il tarixli, 3081 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyalorlarin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs N. Həmzəyevə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0.295 qram çəkidə narkotik maddə olan heroin və 0.434 qram psixotrop maddə ola metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-396/2025 saylı cinayət işi üzrə çıxılmış xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il saat 01:59-dan , xx.xx.2025-ci il saat 11:50-ə dək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət hazırkı təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərinə qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi Narkoloji Dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.295 qram çəkidə narkotik maddə olan heroin və 0.434 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 (on) saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar