Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-534/2022 21.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Sumqayıt şəhəri, St.Sumqayıt PÇ-14. D\Y-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,659 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 19.00 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, St. Sumqayıt qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli rezin kəsiyinə bükülmüş halda təmiz çəkisi 1,659 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o narkotik aludəçisidir və demək olar ki, hər gün narkotik vasitə olan patı yəni, metamfetamini çəkməklə istifadə edir. xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Şamaxinka deyilən ərazidə olan zaman tanımadığı şəxsdən istifadə etmək üçün bir bükümdə 50 manat verib narkotik vasitə olan metamfetamin almışdır. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında küçədə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə aparmışlar. Bölmənin inzibati otaqlarının birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi ona bildirilmiş, o isə buna etiraz etməmişdir. Daha sonra isə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində olan patı, yəni metamfetamini təqdim etmiş və bildirmişdir ki, həmin kütləni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, Şamaxinka deyilən ərazidə olan zaman tanımadığı bir şəxsdən 50 manata almış və üzərində saxlamışdır. Sonra isə həmin maddə üzərində olan büküm ilə birlikdə onun iştirakı ilə elektron tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. O, narkotiki tanımadığı şəxslərdən almışdır, əlaqə nömrəsini bilmir, narkotiki öz istifadə üçün almış və satmaq niyyəti olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, PÇ-14-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunduqdan sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra müvafiq əmrlə ondan və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis kapitanı Şahid3, əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və KTB-nin baş inspektor-kriminalisti, polis mayoru Asəf Həbibovdan ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 19:00-da anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində saxlamış və ona özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmiş və Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla 5-ci PB-nə gəlmişdir. 5-ci PB-də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi İsməli Kazımov təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili İsməli Kazımovun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X3 tərəfindən aparılmışdır. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli rezin kəsiyinə bükülmüş kütləni çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Həmin 01 ədəd ağ rəngli rezin kəsiyinə bükülmüş kütlə açılmış və sellofanın içərisindən ağ rəngli, spesifik iyə malik, kristalşəkilli maddə olan psixotrop maddə metanfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulmuş, o isə cavabında üzərindən aşkar olunan kütlənin narkotik vasitə “patı” olduğunu, həmin kütləni xx.xx.2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, “Şamaxinka” deyilən ərazidə olan zaman adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən özü istifadə etmək üçün 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli rezin kəsiyinə bükülmüş psixotrop maddə metanfetamin elektron tərəzidə çəkilərək kütlənin çəkisinin 1.96 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyalar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 242 saylı möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmiş və əvvəllər adı çəkilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis kapitanı Şahid3 da Şahid1 İfadəsinə uyğun ifadə verdi. İşdə olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nın baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Sumqayıt ŞPİnin MSY-yə təhvil verilmişdir. (i.v 16) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan xx.xx.2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ciil tarixli qərarı ilə onun barəsində 03 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v 47-48; 69-70) İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt şəhər, St.Sumqayıt qəsəbəsi ərazisində saxlanılaraq bölməyə gətirilmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xidməti otağında saat 19:51-də ekspert-kriminalist tərəfindən «Panasonic» markalı videokamera işə salınmış Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğunu bildirərək, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuş və şəxsi vəkili varsa, dəvət oluna biləcəyi təklif olunmuş, Təqsirləndirilən şəxs vəkil X2 onun hüquqlarını müdafiə etməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində - axtarış aparılacağı izah olunaraq, buna etirazının olub-olmaması soruşulmuş, o heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli rezin kəsiyinə bükülmüş kütləni təqdim etmiş, həmin bükülünü açdıqda içərisində şəffaf rəngli, kristallar halında spesifik iyə malik narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Ondan həmin bükülüdə olan kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlənin narkotik olan «patı» olduğunu bildirmişdir. Ondan həmin kütləni haradan əldə etməsi və məqsədlə üzərində saxlaması soruşduqda, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, «Şamaxinka» deyilən ərazidən adını bilmədiyi, lakin üzdən üzdən tanıdığı şəxsdən özü istifadə etmək üçün 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər kütlə olan büküm onun öz iştirakı ilə «Aosai» markalı elektron tərəzidə çəkilmiş. Tərəzidə çəkilərkən həmin kütlənin ümumi çəkisinin 1,96 qram olması müəyyən edilmişdir. Həmin bükümdə olan kütlə maddi sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq DİN-in 1-saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyalar aşkar olunmamışdır. Videoçəkiliş saat 19:58-də başa çatmışdır. (i.v 25-26) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1937 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün № 242” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad, və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,659 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi -1,659 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,609 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir.(i.v 32-36) İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1878 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 114-115) Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqata təqdim edilmiş və tədqiqatdan sonra qalıq qalmış 1,609 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq, saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir.(i.v.71-72) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(060)-310/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(060)-217/2021 saylı qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinə əsasən hökmlə ona təyin olunmuş cəzanın çəkilməmiş 07 ay 08 gün hissəsindən azad edilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır.(i.v 59-60) İş materiallarında olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 113) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1937 nömrəli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1878 saylı rəyi, şəxsi axtarış və diskə baxış keçirilməsi protokolu və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 1,609 qram psixotrop maddə metamfetamin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 07 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 1,609 qram psixotrop maddə metamfetamin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-534/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-534/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver