Məhkəmə qərarları › İş №1(060)-534/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-534/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-534/2023 05.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1989-cu il Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-456/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-69/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,818 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 15 mart 2023-cü il tarixdə saat 17:02 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi 19 saylı binanın yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki qırmızı rəngli gödəkçənin sol yan iç cibində saxlamış olduğu 01 (bir) ədəd siqaret kağızına bükülmüş vəziyyətdə 0,818 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi ərazisində 19 nömrəli yaşayış binasının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, onun narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək, ondan özünü ləqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu 2-ci Polis Bölməsinə dəvət etmişlər, o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. PB-də xidməti otaqların birində Sumqayıt ŞPİ-nİn 2-ci PB-nin təhqiqatçısı polis kapitanı, Fərhad Bayramov özünü təqdim etdikdən sonra, onun hüquqlarının müdafiəsi üçün vəkil seçməsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahını ona təqdim etmişdir. O, siyahıda adı olan X3 tərəfindən hüquqlarının müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil təmin olunduqdan sonra onun razılığı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Videoçəkiliş başlanıldıqdan sonra öncə təhqiqatçı özünü təqdim etmiş və ondan da, özünü təqdim etməsini xahiş etmişdir. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra təhqiqatçı, onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsində şübhəli bilindiyi üçün Sumqayıt şəhəri, HZ.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, 19 saylı yaşayış binasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirib, onu polis bölməsinə aparan və eləcə də, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarından da, özlərini təqdim etmələrini xahiş etmiş, polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etmişdir. O, bildirişlə tanış olduqdan sonra təhqiqatçı onun hüquqlarını müdafiə edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim etmişdir. Sonra təhqiqaçı, onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib etirazının olub-olmamasını soruşduqda o, etirazının olmadığını bildirmişdir. Ardınca təhqiqatçı ondan üzərində qanunsuz saxladığı hər hansı bir əşya, predmet və ya vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. O, əynində olan qırmızı rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd qara rəngli siqaret kağızına bükülmüş narkotik vasitə heroin kütləsini çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı onun təqdim etdiyi bükümü açdıqda bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroin kütləsi aşkar olunmuşdur. O, təhqiqatçının suallarını cavablandıraraq təqdim etdiyi bükümün içərisindəki həmin kütlənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu, saxlanıldığı gün, günorta saatlarında, Bakı şəhəri 20 Yanvar ərazisində, tanımadığı şəxsdən öz istifadəsi üçün 15 (on beş) manata aldığını bildirmişdir. Sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş, ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Ardınca o, müdafiəçinin suallarını cavablandıraraq, şəxsi axtarışda iştirak edən polis əməkdaşları tərəfindən saxlanıldığını, əvvəllər də məhkumluğu olduğunu, narkotik vasitə alüdəçisi olduğunu, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir təziq olmadığını bildirmişdir. Sonra təqdim etdiyi tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyulub çəkilmiş və onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin kütləsini MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qaydada qablaşdırmış və möhürlənmişdir. Əməlindən peşman olmasını və himayəsində 02 (iki) azyaşlı uşaqlaının olmasını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1989-cu il Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 2-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o da, əlavə edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, 19 saylı yaşayış binasının yaxınlığında pusqu qurulmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını gördükdə həmin ərazidə, 19 saylı binanın yaxınlığında saat 17:02 radələrində Təqsirləndirilən şəxs saxlamışlar. O və digər polis əməkdaşları özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, Təqsirləndirilən şəxs da, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra saxlanılan şəxsə müvafiq istintaq hərkətlərinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olduğunu bildirib, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. 2-ci PB-nə getdikdən sonra bölmədə xidməti otaqlardan birində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı polis kapitanı, Fərhad Bayramov, Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim edərək hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi seçməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs siyahıda adı olan vəkil X1 adını göstərərək, həmin vəkil tərəfindən hüquqlarının müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil təmin olunduqdan sonra, Təqsirləndirilən şəxs razılığı və müdafiəçinin iştirakı ilə videoçəkilişlə saxlanılan şəxsin üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməyə başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı polis kapitanı, Fərhad Bayramov özünü təqdim etdikdən sonra saxlanılan şəxsdən də, özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsində şübhəli bilindiyi üçün, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, 19 saylı yaşayış binasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirib, ondan və eləcə də, onunla birlikdə Təqsirləndirilən şəxs saxlayıb polis bölməsinə gətirən digər polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş etmişdir. Onlar özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim etmişdir. Sonra təhqiqaçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib etirazının olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Ardınca təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı hər hansı bir əşya, predmet və ya vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd qara rəngli siqaret kağızına bükülmüş kütləni çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açdıqda bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq təqdim etdiyi bükümün içərisindəki həmin kütlənin “kakos” olduğunu, saxlanıldığı gün, yəni xx.xx.2023cü İl tarixdə günorta saatlarında, Bakı şəhəri 20 Yanvar ərazisində, tanımadığı şəxsdən, öz istifadəsi üçün 15 (on beş) manata aldığını bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, ancaq sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Ardınca Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq, şəxsi axtarışda iştirak edən polis əməkdaşları tərəfindən saxlanıldığını, əvvəllər də məhkumluğu olduğunu, narkotik vasitə alüdəçisi olduğunu, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə, büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyulub çəkilmiş, aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər kütləni MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırmış və möhürlənmişdir. Həmçinin Şahid1 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə əməliyyat məlumatları daxil olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nİn 2-ci PB-nin əməkdaşları Şahid2 da ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı polis kapitanı, Fərhad Bayramov özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən də, özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsində şübhəli bilindiyi üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, 19 saylı yaşayış binasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirib, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarından da, özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim edir. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra təhqiqatçı, onun hüquqlarını müdafiə edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim edir. Sonra təhqiqaçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib etirazının olub-olmamasını soruşduqda o, etirazının olmadığını bildirir. Ardınca təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı hər hansı pir əşya, predmet və ya vasitə vardırsa təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd qara rəngli siqaret kağızına bükülmüş kütləni çıxardıb təqdim edərək, masanın üzərinə qoyur. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açdıqda bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq təqdim etdiyi bükümün içərisindəki həmin kütlənin “kakos” plduğunu, bu gün, günorta saatlarında, Bakı şəhəri 20 Yanvar ərazisində, tanımadığı şəxsdən, öz istifadəsi üçün 15 (on beş) manata aldığını bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmur. Ardınca Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandıraraq şəxsi axtarışda iştirak edən polis əməkdaşları tərəfindən saxlanıldığını, əvvəllər də məhkumluğu olduğunu, narkotik vasitə alüdəçisi olduğunu, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olmadığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə büküldüyü kağızla birlikdə elektron tərəziyə qoyulub çəkisi ölçüldükdə çəkisinin 1,14 qram olması müəyyən edilir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə bənzər kütlə məhkəmə MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf şübhəli şəxs R. Dəmirov, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1592 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 126” dairəvi möhür əksi olan “Şübhəli şəxs: D.Raqib(imza)..” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,818 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi - 0,818 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 0,768 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2023-cü il tarixli, 1721 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatoların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,818 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,768 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 348 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyinin 1 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-456/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-69/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-456/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)- 69/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən və törətdiyi əməli səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,818 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,768 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 80,00 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkizi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,768 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 80,00 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar