Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-535/2022 25.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 01 ədəd şəffaf rəngli sellofan bükümdə, içərisində 1,234 qram çəkidə qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 15:50-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən sonuncunun yaşadığı ünvanın yaxınlığında yəni, Sumqayıt şəhəri, Corat qəsəbəsi 349 nömrəli evin yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibatı binasına gətirilib, orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində 1,234 qram qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 3-cü mikrorayon dairəsi adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,613 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək onu üzərində saxlamış, 01 mart 2022-ci il tarixdə saat 15:40 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən Corat qəbiristanlığının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisindən 0,613 qram çəkidə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında gəzdiyi zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, o da polis əməkdaşlarına özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona narkotik vasitələrin saxlanılması, daşınması və istifadəsində şübhəli bilindiyi deyilərək, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər, o, buna etiraz etməmiş və birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-na getmişlər. PB-də xidməti otaqlardan birində ona müdafiəçi təqdim olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılacağı deyilmiş və ona üzərində olan narkotik tərkibli hər hansısa vasitə olub olmaması soruşulmuş və təqdim etməsi bildirilmişdir. Bu zaman o özü əynində olan boz şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmiş, həmin bükümün açılaraq içərisinə baxıldığı zaman içərisində narkotik vasitə olan heroin olması müəyyən edilmişdir. Ondan həmin maddənin nə olduğu və hansı məqsədlə üzərində gəzdirməsi soruşulduqda o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu və Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Həmin kütlə bükümü elektron tərəzidə çəkildikdə elektron tərəzinin ekranında 1.35 qram yazılmışdır. Daha sonra təhqiqatçı tərəfindən ağ zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndəriləcəyi ona izah edilmişdir. Bundan başqa onun üzərindən hər hansısa qanunla qadağan olunmuş vasitə aşkar edilməmişdir. Narkotik vasitəni Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı zorakılıq edilməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə o şəxsi işi ilə əlaqədər olaraq Abşeron rayonu, Xırdalan şəhərinə getmişdir. Orada olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən 20 manata bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin almış, özü istifadə etmək üçün üzərində saxlamış və Sumqayıt şəhərinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə saat 17:20 radələrində o Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında olarkən bir neçə mülki geyimli və bir nəfər polis formasında olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyini demişlər. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına qarşı etiraz etməyərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişdir. Polis Bölməsində xidməti otaqların birində ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional vəkil bürosunun vəkili İsayev Elşad təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O, əynindəki göy rəngli cins şalvarın sağ yan ehtiyat cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan heroini təqdim elmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, sellofan bükümün içərisindəki narkotik vasitə olan heroindir və onu həmin gün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün almış və üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 0,68 qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmiş və o, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi ilə bağlı etiraz elməmişdir. Bundan sonra narkotik vasitə olan heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş, tərəfindən imzalanmışdır. Saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamış, narkotik vasitə olan heroini saxlanıldığı gün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadə etməsi üçün almış və narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməllərdən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ei il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 349 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Məmmədov Xəlil Məmmədsəid oğlunun narkotik vasitələrin üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, 1-ci PB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1, polis polkovnik-leytenantı Şahid5 və KTB-nin inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 15:50-də anket məlumatları bəlli olan Məmmədov Xəlil Məmmədsəid oğlunu Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindəki yaşadığı evin yaxınlığında saxlamış, özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə elmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 1-ci PBna dəvət etmiş, həmin şəxs də heç bir müqavimət göstərmədən onlarla birlikdə 1-ci PB-na gəlmişdir. X7 hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Xəlil Məmmədov da buna etiraz etməmişdir. X8 üzərinə videoçəkilişlə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Xankişiyev Yaşarın iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin şəxsə hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X4 tərəfindən aparılmışdır. X2 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, həmin şəxsdən üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki olan boz rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroin kütləsini çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Həmin 01 ədəd şəffaf rəngli sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda sellofanın içərisindən qəhvəyi rəngli, heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan maddənin narkotik vasitə “heroin”olduğunu, narkotik vasitə olan heroini Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin elektron tərəzidə çəkilmiş, maddənin çəkisinin 1,35 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 125 saylı möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılmaq imzalanmışdır. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 349 ünvanında qeydiyyatda olmaqla yaşayan Məmmədov Xəlil Məmmədsəid oğlunun narkotik vasitələri üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, 1-ci PBnin əməliyyat müvəkkili Şahid1, polis nəfəri Güloğlan Banbayevdən və KTB-nin inspeklorkriminalisti Fərid Nəsimiyevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 17:20-də anket məlumatları bəlli olan Məmmədov Xəlil Məmmədsəid oğlunu Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisindəki yaşadığı evin yaxınlığında saxlamış, özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 1-ci PBna dəvət etmiş, həmin şəxs müqavimət göstərmədən onlarla birlikdə 1-ci PB-nə gəlmişdir. X7 hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Xəlil Məmmədov da buna etiraz etməmişdir. X8 üzərinə videoçəkilişlə Sumqayıt Regional Vəkil Bürosunun vəkili İsayev Elşadın iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin şəxsə hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş ləqdim olunmuşdur. X3 tərəfindən aparılmışdır. X6 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki göy rəngli cins şalvarın sağ yan ehtiyyat cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində narkotik vasitə olan heroin kütləsini çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Həmin 01 ədəd şəffaf rəngli sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda sellofanın içərisindən qəhvəyi rəngli, heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan maddənin narkotik vasitə ‘‘heroin" olduğunu, həmin maddəni saxlanıldığı gün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin elektron tərəzidə çəkilmiş, maddənin çəkisinin 0,68 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 125 saylı möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis nəfəri Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid5 elan olunmuş ifadəsindən görünür ki, o ibtidai istintaqda ifadəsində məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş iki ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 15 fevral 2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə olan heroin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/947 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “”...Təqsirləndirilən şəxs...." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,234 qramm olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi-1,234 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-1,184 qramdır). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1287 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №125" dairəvi möhür əksi və “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm; Müdafiəçi: -imza; iştirak etdi-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi-0,613 qram olan qəhvəyi rəngli tozşəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi-0,613 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq- 0,563 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2169 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar kimi cinayətlərin təkrar törədilməsi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 17 fevral 2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 01 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 03 mart 2022-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli xx/xx-4303 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlanıldığı 4 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli axtarış qərarına əsasən tutulduğu 07 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,184 qram və 0,563 qram çəkilərdə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının ümumi dəyəri 195 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə məhkəmə qərarını icra edərək, 06 iyun 2022-ci il tarixli 759 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub saxlandığı 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 07 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,184 qram və 0,563 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 195 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-535/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-535/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver