Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-535/2024 18.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Qubadlı rayonu, Qayalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu Qayalı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində B1, B, C1, C kateqoriyalı, BC018454 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Qaz-3110” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonundan üzü Sumqayıt şəhəri istiqamətində 50-55 km/saat sürətlə hərəkətdə olarkən Bakı-Quba yolunun 38 km-də Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Emin” şadlıq evinin qarşısında yolu sağdan sola keçmək istəyən piyada xx.xx.1951-ci il təvəllüdlü Zərərçəkmiş şəxs görüb “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitənin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq sola doğru manevr etməklə avtomobilin arxa hissəsi ilə piyada Zərərçəkmiş şəxs vurararaq ehtiyatsızlıqdan sonuncuya sağ əlin arxa səthinin 4 ədəd sıyrıqları kimi sağlamlığa zərərvurmayan, sol baldır sümüklərinin proksimal hissəsinin, sağ budun distal hissəsinin oynaqdaxili çoxqəlpəli yerdəyişən sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır, sağ alın sümüyünün xətti sınığı, baş beyinə qansızma, sağ alın nahiyyəsinin əzilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxsnm almış olduğu başın küt travması nəticəsində baş beyinə qansızmadan xx.xx.2023-cü il tarixdə saat 04:50-də Sumqayıt şəhər TTYX-da ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o etibarnamə əsasında “QAZ-3110” markalı, **-CG-*** nömrə nişanlı avtomobili idarə edir. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Quba rayonundan Sumqayıt şəhərinə geri qayıdarkən Sumqayıt şəhərinə çatmamış, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Emin” şadlıq sarayını keçdikdə bir qədər irəlidə bir nəfər qadın yolun sağından daşdan olan arakəsmələr istiqamətində yola daxil olmuş, həmin vaxt onun qarşısında marka və modelini xatırlamadığı qara rəngli avtomaşın sağa tərəf manevr etmiş və piyadanın sağ tərəfindən keçmişdir. Həmin vaxt o yolun sol hərəkət zolağı ilə getmiş, avtomaşınının qadına dəyəcəyini hiss etdiyi üçün sükanı sola döndərmiş və bu zaman avtomaşının ön tərəfi daş arakəsmələrdə sürüklənərək irəliləmiş, nəticədə avtomaşının arxa tərəfi fırlanaraq qadına dəymiş və o, yerə yıxılmışdır. O dərhal avtomaşını saxlayaraq düşüb ona köməklik etmişdir. Hadisə yerinə polis və TTY xidmətini çağırmış, xəsarət alan qadını TTYX-nə aparmışdır. Avtomobildə bir sərnişin həyat yoldaşı olmuş, onlar xəsarət almamışlar. Asfalt örtüyü quru, hava aydın olmuşdur. Avtomobili təxminən 50-55 km/saat sürətlə idarə etmiş, hadisədən əvvəl spirtli içki içməmişdir. Piyadanı təxminən 35-40 metr məsafədən görmüş, ayaq əyləcini sıxsa da, avtomaşın fırlanaraq arxa tərəfi piyadaya dəymişdir. Təqsirini etiraf etməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya çatdırmasını, zərərçəkmiş şəxs vəfat etdikdən sonra bütün yas xərclərini çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir tələb və şikayətinin olmamasını, həmçinin oğlu Ruslan Cəfərquliyevin “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunması”, “Füzulinin azad olunması” və “Xocavəndin azad olunması” medalları ilə və “Vətən müharibəsi” ndə fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma anasıdır. xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ-3110” markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobili Quba rayonundan üzü Sumqayıt şəhəri istiqamətində idarə edərkən Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Emin” şadlıq evinin qarşısından yolu sağdan sola keçmək istəyən anası Zərərçəkmiş şəxs avtomobillə ehtiyatsızlıqdan vurmuş, anası bədən xəsarətləri aldığı üçün Sumqayıt şəhər TTYX-na yerləşdirilmiş və xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmin xəstəxanada ölmüşdür. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. O, etibarnamə əsasında «QAZ-3110 markalı, **-CG-*** nömrə nişanlı avtomobili idarə edir. Onlar xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Quba rayonundan Sumqayıt şəhərinə geri qayıdan zaman saat 17 radələrində Sumqayıt şəhərinə çatmamış H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Emin” şadlıq sarayını keçdikdə bir qədər irəlidə bir nəfər qadın yolun sağ tərəfdən yola daxil olmuş və onlar daşdan olan arakəsmələr istiqamətində yola daxil olmuşlar. Həmin vaxt onların qarşısından marka və modelini xatırlamadığı qara rəngli avtomaşın sağa tərəf manevr etmiş və piyadanın sağ tərəfindən keçmişdir. Həmin vaxt onlar yolun sol hərəkət zolağı ilə getmişlər, əri Həsrət sükanı sola döndərmiş və bu zaman avtomaşının ön tərəfi daş arakəsmələrdə sürüklənərək irəliləmiş və avtomaşının arxa tərəfi fırlanaraq qadına dəymiş və qadın yerə yıxılmışdır. Əri Həsrət dərhal avtomaşını saxlayaraq düşüb ona köməklik etmişdir. Əri Həsrət hadisə yerinə polis və TTY xidmətini çağırmış, daha sonra xəsarət alan qadın TTYX-nə aparılmışdır. Avtomobildə o və əri Həsrətdən başqa heç kim olmamış və onlar hər hansı xəsarət almamışlar. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Qubadlı RPŞ-nin X13 Bölüyünün YPX-nin inspektoru Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi ərazisində yerləşən «Emin» şadlıq evinin qarşısında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal o xidməti avtomobili ilə hadisə yerinə getmiş, hadisə yerinə gedəndən sonra onlara məlum olmuşdur ki, bir az əvvəl Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Qaz- 3110» markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 38 kmdə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi ərazisində yerləşən «Emin» şadlıq evinin qarşısında yolu sağdan sola keçmək istəyən piyada xx.xx.1951-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş və sonra həmin qadını hadisə yerinə gələn təcili-tibbi yardım maşını ilə Sumqayıt şəhər TTYX-na aparmışdır. Bundan sonra sürücü Təqsirləndirilən şəxs hadisə yerinə qayıdaraq onun, hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. “Qaz-3110» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə yerindən qaçması halları baş verməmişdir. O, yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə gedən zaman sürücü Təqsirləndirilən şəxs piyada Zərərçəkmiş şəxs birlikdə hadisə yerinə gələn təcili-tibbi yardım maşını ilə Sumqayıt şəhər TTYX-na getmişdir. Oradan sonra yenidən hadisənin baş verdiyi yerə geri qayıtmış, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, eləcə də Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətini müayinə etmək üçün Sumqayıt Narkoloji Dispanserinə aparılmışdır. Cinayət işinin 84-85-ci vərəqələrində olan 16 mart 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan 23 iyun 2022-ci il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ var, vəsiqənin 23 iyun 2032-ci il tarixədək qüvvədə olma müddəti var. Cinayət işinin 20-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş BA seriyalı, 102735 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2004-cü il, “QAZ31105” markalı, **-CG-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3r. Cinayət işinin 19-cu vərəqəsində olan ƏN-İX seriyalı 099847 nömrəli etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs QAZ31105” markalı, **-CG-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinə sərəncam vermək səlahiyyəti verilmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan 01 dekabr 2023-cü il tarixli, 6085 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 39-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X10 02 dekabr 2023-cü il tarixli, 133 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ alın sümüyünün xətti sınığı, baş beyinə qansızma, sağ alın nahiyyəsinin əzilmiş yarası, sol baldır sümüklərinin proksimal hissəsinin, sağ budun distal hissəsinin oynaqdaxili çoxqəlpəli yerdəyişən sınığı, sağ əlin arxa səthinin 04 ədəd sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNHsi zamanı əmələ gələ bilərdi, dərəcələrinə görə -sağ alın sümüyünün xətti sınığı, baş beyinə qansızma, sağ alın nahiyyəsinin əzilmiş yarası adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə, sol baldır sümüklərinin proksimal hissəsinin, sağ budun distal hissəsinin oynaqdaxili çoxqəlpəli sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır, digər xəsarətlər, yəni sağ əlin arxa səthinin 04 ədəd sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir bar vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Cinayət işinin 55-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/277 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ-3110 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 54-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 95-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 İdarəsi tərəfindən 22 aprel 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş vəsiqələrin surətlərindən görünür ki, X4 (Təqsirləndirilən şəxs oğlu) “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunması”, “Füzulinin azad olunması” və “Xocavəndin azad olunması” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 651 nömrəli Hərbi Hissənin komandiri tərəfindən verilmiş fəxri fərmanın surətindən görünür ki, X4 (Təqsirləndirilən şəxs oğlu) “Vətən müharibəsi”ndə fəal iştirak etdiyinə görə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Qubalı rayon İcra Hakimiyyəti Başçısının Qayalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş notarial ərizədən görünür ki, anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Bununla bağlı ona dəymiş maddi və mənəvi zərər tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb ola cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, C.S.Bayramovun təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini etiraf etməklə özünü təqsirli bilməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya çatdırmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və bir övladının “Vətən müharibəsi” iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzalərın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-535/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-535/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver