Məhkəmə qərarları › İş №1(060)-535/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-535/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-535/2025 08.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Xocalı şəhərində anadan olmuş, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Xocalı rayonu, Xocalı şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,936 qram çəkidə psixotrop maddə olan metamfetamin qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən 30 mart 2025-ci il tarixdə saat 14:37 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri. H.Zeynalabdin qəsəbəsi. "Emin'’ şadlıq sarayının yaxınlığında olduğu zaman saxlanılaraq həmin yerdə üzəri yoxlanılan zaman əynindəki gödəkçənin sol iç cibində saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.936 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittiham aktında qeyd edilən vaxtda polis əməkdaşları tərəfindən saxlanılmayıb. Belə ki, saxlanıldığı gün yaşadığı Bakı şəhərindən Sumqayıt şəhərinə Ceyhun adlı hərbi xidmət yoldaşı ilə görüşmək üçün getmişdir. O, Ceyhunla günorta saat 1-in yarısı “Emin” şadlıq sarayının yaxınlığındakı parkda görüşdükdən sonra Sumqayıtda olan iş yeri ilə bağlı ilkin tanışlıq üçün gedecekdi, lakin polis əməkdaşları onu saxlamış və Ceyhunla görüşə bilməmişdir. Bildirmişdir ki, polis əməkdaşları tərəfindən məcburən onların avtomobilinə mindirilmişdir. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Onu ilk öncə Polis Bölməsinə sonra saxlanıldığı yerin yaxınlığına aparılaraq videoçəkilişlə üzəri yoxlanılmışdır. Çəkilişdən əvvəl polis əməkdaşı ona psixotrop maddə olan metamfetamini cibinə qoymasını bildirmişdir. O, qorxduğu üçün həmin maddəni cibinə qoymuş və çəkiliş zamanı həmin maddəni istifadə etdiyini məcbur olduğu üçün etiraf etmişdir. Polis Bölməsində olan çəkiliş vəkilin iştirakı ilə keçirilmiş, ona hadisəni olduğu kimi danışmışdır. Saxlanıldığı vaxt üzərində narkotik vasitə olmayıb. Polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmayıb, lakin ondan psixotrop maddənin ona məxsus olmasını etiraf etməsini tələb etmişlər. Saxlanılan vaxt polis əməkdaşlarına narkotik vasitənin istifadəçisi olduğunu bildirmişdir. Əvvəllər məkhum olunmayıb. Onu saxlayan polis əməkdaşlarını ilk dəfə idi ki, görürdü. Narkotik vasitəni ara-sıra istifadə etmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə istifadəçisidir. Əsasən psixotrop maddə olan metamfetamin istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 14:37-də Sumqayıt şəhəri. H.Zeynalabdin qəsəbəsi, “Emin” şadlıq sarayının yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra, onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onun üzərinə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra ona üzərində dövriyyəsinə qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulmuşdur. O əynində olan gödəkçənin sol iç cibindən “Rotmons” markalı siqaret qutusunun içərisində salafamn içərisində olan 01 ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki. bükümün içərisindəki “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamindir və onu tutulmamışdan 3-4 gün əvvəl Bakı şəhəri, 20 yanvar ərazisində tanımadığı şəxsdən almışdır və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı predmel və ya əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 1 manat pul özünə qaytarılmışdır. Bundan sonra üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 1,11 qram olduğu müəyyən olunmuşdur. O üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin çəkisi ilə bağlı heç bir etiraz elməmişdir. Bundan sonra isə həmin psixotrop maddə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra psixotrop maddə olan matamfetamininin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. Bundan sonra onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah edilməklə öz istəyi ilə Sumqayıt şəhər regional vəkil bürosunun vəkili X5 müdafiəçi qismində təqdim edilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş içərisində psxotrop maddə metamfetamin olan 1 ədəd zərfə ləhqiqatç tərəfindən açılaraq baxış keçirilmişdir. O bir daha həmin maddənin ona məxsus olduğu təsdiq etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən yenidən çəkilmiş və çəkisi 1,10 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra üzərindən aşkar olunan və içərisində “patı” adlanan psixotrop maddə olan İ ədəd bükümü həmin zərfə qoymaqla qablaşdırılmışdır. Sorğu zamanı o saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs ailə vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirliliyi şahid ifadələri, dindirmə protokolları, əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, baxış və götürmə aparılması protokolu, ekspertiza rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, maddi sübutlar və digər istintaq materialları ilə tam sübut olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri psixotrop maddələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün günorta saatlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi «Emin” şadlıq sarayının yaxınlığında piyada hərəkətdə olarkən videoçəkiliş aparılmaqla saxlanılmışdır. Təqsirləndirilən şəxs özünü təqdim edərək üstünü yoxlama və götürmə aparılmasından əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş predment və əşya varsa, təqdim etməsini təklif etmişlər. Sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol iç cibindən Rotmons markalı siqaret qutusunun içərisində sellofana bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Həmin metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,11 qram olması müəyyən edilmişdir. Həmin büküm çəkildikdən sonra zərfə qoyulmuş, qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zərflə birlikdə polis bölməsinə aparılmış, bölmədə təhqiqatçı tərəfindən şəxsi axtarış istintaq hərəkəti aparılmış, həmin istintaq hərəkətində vəkil iştirak etmiş və videogörüntü qeydiyyatı aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 14:37-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 64-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 77-78-ci vərəqələrində olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2025-ci il saat 19:42-də MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 9-10-cu vərəqələrində olan 30 mart 2025-ci il tarixli “Təqsirləndirilən şəxs üzərinə əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə videogörüntüyə keçirilmiş baxışdan görünür ki. 30 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saat 14:37 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi «Emin» şadlıq sarayının yaxınlığında saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edirlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən “Rotmons” markalı siqaret qutusunun içərisində salafanın içərisində olan 01 ədəd bükümü təqdim edir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruştılduqda o, bükümün içərisində “şüşə” olan psixotrop maddə olduğunu deyir. Polis əməkdaşları tərəfindən bükümə baxış keçirilən zaman içərisində psixotrop madə olan metamfetaminə bənzər maddənin olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə eldiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o. həmin psixotrop maddəni 3-4 gün əvvəl Bakı şəhəri. 20 yanvar ərazisində tanımadığım şəxsdən aldığını və istifadə elmək məqsədi ilə üzərində gəzdirdiyini deyir. Daha sonra Təqsirləndirilən şəxs üzəri polis əməkdaşları tərəfindən yoxlanılır. Yoxlanış zamanı üzərindən dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmel aşkar edilmir. Üzərindən aşkar edilmiş 1 manat pul özünə qaytarılmışdır. Həmin metamfelaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,11 qram olduğu müəyyən edilir. Bundan sonra isə həmin psixotrop maddə qablaşdırılaraq möhürlənir. Cinayət işinin 28-29-cu və 90-cı vərəqələrində olan 30 mart 2025-ci il tarixli “təqdim olunmuş əşyanın götürülməsi aparılması” haqqında və protokola əlavə edilmiş xx.xx.2205ci il tarixli 01 ədəd DVD diskdə videogörüntüyə keçirilmiş baxışdan görünür ki, 30 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saat 14:37 dəqiqədə Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. X3 özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edir. Sonra polis əməkdaşları özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X5 təqdim olunur. O. vəkilə etiraz etmir. Təhqiqatçı 01 ədəd kağız zərfin içərisində Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin sol iç cibindən 1 büküm psixotrop maddə olan metamfetaminə bənzər maddənin aşkar edildiyini bildirdi. Təhqiqatçı tərəfindən zərf açılaraq aşkar edilən psixotrop maddəyə baxış keçirilmişdir. Həmin metamfetaminə bənzər maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 1.10 qram olduğu müəyyən edilir. Bundan sonra qeyd edilən büküm yenidən qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Müdafiəçi saxlanılarkən ona qarşı kobudluq olunub-olunmadığını soruşur. Təqsirləndirilən şəxs isə saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığını bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Cinayət işinin 41-42-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/149 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut..." sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,936 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,936 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,886 qram. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 5-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 09 aprel 2025-ci il tarixli 1988 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki. Təqsirləndirilən şəxs Opioidlərin və psixsotimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMLJ (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən BNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 84-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma ahqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0.936 qram metamfetamin maddi sübut kimi tanınmış və kimyəvi tədqiqatlardan sonra qalmış 0,886 qram çəkidə metamfetamin Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına, baxış və götürmə aparılmasının videogörüntüsünü əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmışdır. Cinayət işinin 98-107-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0.936 qram metamfetamin maddi sübut kimi tanınmış və kimyəvi tədqiqatlardan sonra qalmış 0,886 qram çəkidə metamfetamin Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına, baxış və götürmə aparılmasının videogörüntüsünü əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Narkotik vasitənin çəkisindəki fərqin polis əməkdaşı tərəfindən həmin kütlənin bükümü ilə birlikdə miqdarının hesablandığı nəzərə alınmaqla daha yüksək dəqiqlikli ekspert tədqiqatları göstəricisi mötəbər sübut kimi qəbul edilmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli istintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunması faktı ilə əlaqədar olaraq, onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə tərəfimizdən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. Cinayət işinin 73-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 yaşlı X7 var. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai araşdırma müddətindəki etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarix, saat 14.37-dən, xx.xx.2025-ci il tarix, saat 19.15-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 06.00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı şəhəri, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1988 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və Bakı Narkoloji Dispanserində qeydiyyata olmağı nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,886 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 14.37-dən xx.xx.2025-ci il tarix, saat 19.15dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhəri, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserə qeydiyyatda olmağı nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,886 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar