Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-536/2023 31.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər:Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Yarımada İctimai-Siyasi hüquq qəzeti"ndə şöbə müdiri işləyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məh.6-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, məh. 81, ev 313A-da yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olub, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dağlılar məhəlləsi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 qohumu Zərərçəkmiş şəxs Şiralı oğlunu Təqsirləndirilən şəxs1 vasitəsi ilə işə düzəldə biləcəyini bildirərək tanış etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs “Socar”da işə düzəldəcəyinə dair yalan vəd verib aldadıb həmin işin görülməsi müqabilində 10 avqust 2022-ci il tarixdə, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Ərəblərin” kafesi adlı yerdə 1000 manat, 2022-ci ilin avqust ayının ortalarında Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Sahil küçəsində yerləşən “Skazka” restoranında 2500 manat, 19 avqust 2022-ci il tarixdə həmin ünvanda 2500 manat pulu Zərərçəkmiş şəxs alaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs Şiralı oğluna ümumilikdə xeyli miqdarda, yəni 6000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək qeyd etdi ki, Təqsirləndirilən şəxs2 təxminən 20 ildir ki, tanıyır, sonuncu ilə dost münasibəti olmuşdur. Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayında Qədirin vasitəsi ilə tanımış, 2022-ci ilin iyul ayında Qədirin maddi vəziyyəti pis olmuş və ona pul lazım olmuşdur. Belə ki, uşaqları xəstə olmuş və demək olar ki, evə nəsə almağa pulu olmamış, onun da imkanı zəif olduğundan kömək edə bilməmişdir. Nəsibov X5 arvadının xalası oğludur. Qədir 2022-ci ilin avqust ayının əvvəllərində ona demişdir ki, Rəfaili işə düzəltməsi üçün onunla görüşdürəcəkdir, onu yalandan işə düzəldə biləcəyini desin, bundan sonra ondan pul alıb öz ehtiyaclarına xərcləyəcəklər. Qədir Rəfailin qohum olduğunu, şikayət etməyəcəyini, qısa zaman ərzində pulunu qaytaracağını demiş, o da razılaşmışdır. Bundan bir neçə gün sonra Rəfail ilə görüşmüşlər. Rəfail “Socar” İB-də yarımstansiyada işə düzəlmək istədiyini demiş, o da qısa zaman ərzində onu işə düzəldə biləcəyini bildirmiş, ancaq həmin işə görə 7000 manat pul lazım olduğunu demişdir. Həmin vaxt Qədir onunla Rəfailin yanında söhbət etmiş və o, 6000 manata həll edə biləcəyini demişdir. Bundan sonra Rəfaildən müvafiq sənədlərini istəmiş, sonuncudan 10 avqust 2022-ci il tarixdə 1000 manat, avqust ayının ortalarında 2500 manat, 19 avqust 2022-ci il tarixdə isə 2500 manat pul almış, həmin pulları alandan sonra o, Qədirə vermiş, sonuncu isə 6000 manat puldan ona 1700 manat pul vermiş, həmin pulu o, öz ehtiyaclarına, Qədir isə öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra gələcəkdə Rəfail şikayət edən zaman cinayət olmaması üçün guya 6000 manat borca pul alması barədə öz əlyazısı ilə müqavilə bağlamışlar. Bundan sonra Rəfail işi barədə maraqlanmış, o da hər dərə müxtəlif bəhanələr gətirməyə başlamış, sonda Rəfail aldadıldığını bilib şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödənmişdir, zərərçəkmiş şəxslə barışmışlar, əməlindən peşmandır, dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəmişdir, məhkəmədən göstərdiklərini nəzərə alıb barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs1 31 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir, onunla barışmışdır, həmçinin dövlət büdcəsinə də 25 % pul ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək göstərdi ki, evlidir və 5 övladı vardır. 2022-ci ilin iyul ayında maddi vəziyyəti pis olmuş, ona pul lazım olmuşdur. Belə ki, uşaqları xəstə olmuş və demək olar ki, evə nəsə almağa pulu olmamışdır. Zərərçəkmiş şəxs onun arvadı Aygünün xalası oğludur. Həmin vaxt Ağdaş rayonunda onun oğlunun sünnət toyu olmuş, bu zaman o, Rəfail ilə görüşmüş və işləyib-işləmədiyini soruşmuş, Rəfail isə iş axtardığını demişdir. O, tanışlarının olduğunu onu işə düzəldə biləcəyini və zəng edəcəyini demişdir. Təqsirləndirilən şəxs1 20 ildir ki, tanıyır, aralarında ailəvi münasibətləri olmuş, sonuncu jurnalist fəaliyyəti ilə məşğul olmuşdur. Sumqayıt şəhərinə qayıdan zaman Əsgərlə danışmış, pula ehtiyacı olduğunu demişdir. Əsgərə təklif etmişdir ki, onu Rəfail ilə tanış etsin və o Rəfailə desin ki, guya onu işə düzəldəcək. Əsgərə Rəfaildən əldə etdiyi puldan ona da verəcəyini demiş, sonuncu onunla razılaşmış və Rəfailə guya “Socar”da işə düzəldəcəyini deməsini bildirmişdir. Bundan sonra o, Rəfailə zəng edərək tanışının olduğunu, onu Socara işə düzəldəcəyini demişdir. Daha sonra görüşmüşlər, Əsgər Rəfailin özü ilə danışmış, həmin vaxt Əsgər Rəfaili 7000 manata işə düzəldə biləcəyini demiş, o, danışmış və 6000 manata razılaşmışlar. Bundan sonra Əsgər Rəfaili inandırmaq üçün müvafiq sənədləri istəmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində “Ərəblərin kafesi” adlı yerdə Rəfaildən 1000 manat, 2022-ci ilin avqust ayının ortalarında Sumqayıt şəhərində “Skazka” restoranında Rəfaildən 2500 manat, xx.xx.2022ci il tarixdə yenə “Skazka” restoranında Rəfaildən 2500 manat pul almışlar. Həmin pulu Rəfaildən alıb Əsgərə vermiş, Əsgər də sonra həmin pulu ona qaytarmışdır. Rəfaildən alınan 6000 manat puldan 1700 manatını Əsgərə vermiş, qalan pulu isə öz ehtiyaclarına xərcləmişdir. O, düşünmüşdür ki, maddi imkanı yaxşı olan zaman Rəfailə pulu qaytaracaq, ancaq bir müddət pulu olmadığına görə pulu qaytara bilməmiş və Rəfail şikayət etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənmişdir, həmçinin dövlət büdcəsinə də 25 % pul ödənmişdir, zərərçəkmiş şəxslə barışmışlar, əməlindən peşmandır, məhkəmədən göstərdiklərini nəzərə alıb barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs1 31 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir, onunla barışmışdır, həmçinin dövlət büdcəsinə də 25 % pul ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. İstintaq zamanı zərərçəkmiş şəxs X6 göstərmişdir ki, X10 onun xalası qızı Aygün Nəzərovanın əridir. Qədirlə əsas tanışlığı 2022-ci ildə olmuşdur. Təqsirləndirilən şəxs1 isə Qədirin tanışıdır. Əsgəri Qədirin vasitəsi ilə tanımışdır. X16 Kollecində nəqliyyat texniki istismarı fakültəsində təhsil almış, ikinci Qarabağ müharibəsində iştirak edib qayıdandan sonra özünə iş axtarmağa başlamış, 2022-ci ilin iyul ayında Ağdaşda xeyir iş məclisində Qədirlə görüşmüşlər. Qədir ondan iş barədə soruşmuş, o isə iş axtardığını demiş, bundan bir neçə gün sonra Qədir ona zəng edərək tanışı olduğunu, həmin şəxsin vasitəsi ilə Mingəçevir şəhərində olan “Socar” İB-də yarımstansiyada sahə rəisi vəzifəsinə düzələ biləcəyini demişdir. Qədir həmin şəxsin Təqsirləndirilən şəxs1 adlı şəxs olduğunu, Əsgərin onun tanışı olduğunu demiş, o, Qədirlə razılamış və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə gəlmişdir. Orada “Ərəblərin” kafesi adlı yerdə Qədir, o, Əsgər və “Qara” adlı şəxs görüşmüşlər. Qara Qədirin dostudur. Həmin vaxt Əsgər ona jurnalist olduğunu və onu tez bir zamanda işə düzəldə biləcəyini demiş, həmin vaxt Əsgər Mingəçevir şəhərində olan “Socar” İB-də yarımstansiyada sahə rəisi vəzifəsinə onu işə düzəldəcəyini, əmək haqqının 1000-1200 manat olacağını demiş, Əsgər həmin işin düzəlməsi üçün 7000 manat pul verməli olduğunu bildirmişdir. O, Əsgərlə danışmış və həmin pulu 6000 manata endirmiş, o da razılaşmış, bu zaman Əsgər müvafiq sənədlərinin surətini istəmiş, o, Yevlax rayonuna qayıtmış, 10 avqust 2022-ci il tarixdə 1000 manat pul və sənədlərini götürüb Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Ərəblərin” kafesi adlı yerdə Qədir, Əsgər, Qara və o görüşmüşlər. Orada o, sənədlərinin surətlərini Əsgərə vermiş, 1000 manat pulu isə Qədirə vermiş, sonuncu da həmin pulu Əsgərə vermişdir. Əsgər diplomunu elektron qaydada aldığını, narahat olmamasını demiş, bundan bir neçə gün sonra Qədir ona zəng edərək işə görə pul lazım olduğunu, 2500 manat pul gətirməsini bildirmiş, 2022ci ilin avqust ayının ortalarında o, 2500 manat pul götürüb Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Sahil küçəsində yerləşən “Skazka” restoranında Qədirə vermiş, sonuncu da öz növbəsində həmin pulu Əsgərə vermiş, bundan bir neçə gün sonra Qədir yenidən ona zəng edərək yenidən 2500 manat pul lazım olduğunu demiş, o da 2500 manat pul götürüb xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Sahil küçəsində yerləşən “Skazka” restoranına getmiş, orada Qədir, Əsgər və o görüşmüşlər. O, 2500 manat pulu Qədirə vermiş, sonuncu da həmin pulu Əsgərə vermişdir. Əsgər tezliklə işin həll olunacağını demişdir. xx.xx.2022-ci il tarixdə onlar Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən “Nanəli” kafesində görüşmüşlər, həmin vaxt o, Qədir, Əsgər və Əsgərin oğlu Vahid də olmuşdur. Həmin vaxt Əsgər ona bildirmişdir ki, ondan aldığı pulu kiməsə vermiş, ancaq həmin şəxs ondan 6000 manatın alındığına inanmadığını, Əsgər həmin şəxsi inandırmaq üçün aralarında adi kağıza guya ondan 3 ay müddətinə 6000 manat borc almasına dair yazı yazmasını, bundan sonra həmin kağızı pul verdiyi adama göstərəcəyini və həmin şəxsin bundan sonra ona inanacağını demişdir. O, işinin həll olunması üçün razılaşmış və Əsgərin oğlu Vahid adi kağız vərəqinə Əsgərin ondan 3 ay müddətinə 6000 manat borca pul almasını öz xətti ilə yazmış, bunu isə o, Əsgər və Qədir təsdiqləmişlər. Həmin vaxt o, Əsgərin dediklərinə inanmadığına görə hər ehtimala danışıqları diktafon vasitəsi ilə telefona yazmışdır. Bundan sonra onlar dağılışmışlar. Bundan sonra o, dəfələrlə Qədirə və Əsgərə zəng edib iş barədə maraqlanmış, ancaq hər dəfə müxtəlif bəhanələr gətirmişlər. xx.xx.2022-ci il tarixdə o, Əsgər, Qara və Qədir görüşmüşlər. O, həmin vaxt iş istəmədiyini, pulunu geri vermələrini demiş, Əsgər səbirli olmasını, pulu tezliklə qaytaracağını demişdir. xx.xx.2022-ci il tarixdə Əsgər və Qədir ona zəng edərək xx.xx.2022-ci il tarixdə pulu ona verəcəklərini demişlər. Həmin tarixdə onlar yenidən görüşmüşlər, Əsgər bir neçə saata gələcəyini bildirmişlər və harasa getmişlər. Saat təxminən 15 radələrində o, qayıtmış və pulun 2500 manatını qaytardıqlarını, ancaq həmin pulu götürmədiyini bildirmişdir. Bundan sonra o, dəqiq aldadıldığını bilib bu barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs X7 xx.xx.2023-cü il tarixdə teleqram vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş zərər tam ödənilmişdir, ona görə də onlara qarşı şikayət və tələbi yoxdur, onlar barəsində cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. Təqsirləndirilən şəxs1 2022-ci ilin avqust ayından tanımış, sonuncunu onunla qohumu Qədir tanış etmişdir. Əsgər müxtəlif şəxsləri işə düzəldə biləcəyini demiş, Rəfail isə Socara işə düzəlmək üçün ona 6000 manat pul vermişdir. Rəfail Sumqayıta onunla gəlmiş və Əsgərə 3 dəfəyə pul verən zaman o da orada olmuş və iştirak etmişdir. Əsgər pulu alandan sonra 2-3 aya işin həll olunacağını demiş, ancaq aradan müəyyən vaxt keçdikdən sonra Əsgərin onları aldatdığını bilib ondan pulu geri tələb etmiş, sonuncu tezliklə pulu qaytaracağını demiş, ancaq qaytarmamış, bundan sonra Rəfail şikayət etmişdir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs dostu Qədirin vasitəsi ilə tanımışdır. Qədirin oğlunun kiçik toy məclisində Rəfail ilə tanış olmuşlar. 2022-ci ilin avqust ayında bir neçə dəfə Rəfailin qohumu Elşən onu restorana çağırmış, yemək yemişlər. Rəfail həmin vaxt Əsgərlə iş barədə söhbət etmiş, bildiyi qədərilə Rəfail 6000 manat Əsgərə vermişdir ki, onu Socarda işə düzəltsin. Onlar onun yanında da iş barədə söhbət etmişlər. Sonradan bilmişdir ki, Əsgər Rəfaili aldatmış və işə düzəltməmişdir. Rəfail həmin vaxtdan pulunu istəsə də Əsgər qaytarmamışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan 6000 manat pulunu aldığı “Skazka” restoranını əyani şəkildə göstərmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 “Yarımada” ictimai-siyasi hüquq qəzetində jurnalist fəaliyyəti ilə məşğuldur. İş materiallarında olan “Götürmə aparılması və diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin diskdə 02 ədəd fayl vardır. Həmin faylın birincisini açan zaman 02 dəqiqə 37 saniyədən ibarət səs yazısı eşidilir. Həmin səs yazısında ümumi söhbət eşidilir. İkinci səs yazısını açan zaman 01 dəqiqə 36 saniyədən ibarət səs yazısı eşidilir. Həmin səs yazısından Təqsirləndirilən şəxs1lə, Zərərçəkmiş şəxs danışıqları eşidilir. Belə ki, Təqsirləndirilən şəxs1 “faiz söhbəti olduğunu, şirkətlərin vergidən yayınmaq üçün rəsmi maaşı az verdiklərini, maaşı paket şəkildə verdiklərini” deyir, Zərərçəkmiş şəxs isə “ona qaranlıq qalan maaş söhbəti olduğunu” deyir. Daha sonra Təqsirləndirilən şəxs1 “bu da mızıldayır, mənə inanmır ki, deyir almısan 8000-ni qoymusan cibinə, and-aman edirəm ki, qardaşım elə şey yoxdur, o işdə mən xeyir götürmürəm, atmazka atmışam ki, qardaşla aramızda borc müqaviləsi var də, atmazka atır ki, rəis deyir summa az çıxır də” deyir. Daha sonra Zərərçəkmiş şəxs “o müqavilə də problem deyil” deyir, Təqsirləndirilən şəxs1 “bir dənə vərəqdi deyəcəyik Vahid yazacaq, itoqda Təqsirləndirilən şəxs1, fılankəsov filankəs, qol çəkəcəyik çıxıb gedəcək, dilimiz uzun olsun” deyir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin 58-2/2-928 saylı, xx.xx.2023cü il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 13:50 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində müəyyən edilərək saxlanıldığı üçün Pİ-nin MSY-nə təqdim edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2008-ci il təvəllüdlü X11 oğlu və xx.xx.2012-ci il təvəllüdlü X2 adlı 2 uşağı vardır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-36/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat rədd edilmiş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.2, 180.2.4, 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2017ci il tarixli hökm dəyişdirilərək, əməli CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 180.2.2, 180.2.4, 234.1 və 66.3-cü maddələrinə əsasən qəti olaraq 04 azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 149.4, 111.2 və 41-ci maddələri ilə təqsirli bilinərək 04 il şərti sınaq müddəti ilə cəza təyin edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X9 adlı 4 yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, sonuncu isə əvvəlki ifadələrdən imtina edərək Təqsirləndirilən şəxs2 ifadəsini təsdiq etmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.3, 308, 310, 311 və 32.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan 1 saylı MKS-nin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 1 saylı MKS-nin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin (terminal nömrəsi: K0125004, əməliyyat İD: 2********) 28986 saylı, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən 750,00 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabına köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin (terminal nömrəsi: K0125004, əməliyyat İD: 2********) 21035 saylı, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən 750,00 (yeddi yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabına köçürülmüşdür. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə təqsirləri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.1-ci və 178.2.4-cü maddələrilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmələrini, zərərçəkmiş şəxsin onlarla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxslərin ərizələrini, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına Sumqayıt Regional Vəkil Bürosundan müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün isə Müdafiəçi1 tərəfindən hər biri ayrılıqda 39 (otuz doqquz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 234 (iki yüz otuz dörd) manat və Müdafiəçi1 234 (iki yüz otuz dörd) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 73-1, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsinlər. Vəkillər Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə hər birinə 234 (iki yüz otuz dörd) manat olmaqla, cəmi 468 (dörd yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-536/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-536/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver