Məhkəmə qərarları › İş №1(060)-536/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-536/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-536/2025 10.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Müğənbər oğlunun iştirakları ilə, xx.xx.1979-cu ildə Ağdam rayonu, Əliağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Əliağalı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 5/24, mənzil 3- də yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Müğənbər oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Müğənbər oğlu satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə tiryəki və xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Müğənbər oğlu, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd bükümdə kustar üsulla hazırlanmış 1,018 qram narkotik vasitə tiryəki əldə edib üzərində saxlayaraq daşımış, 29 aprel 2025-ci il tarixdə saat 15:26 dəqiqədə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 15 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq, üzərinə keçirilən yoxlama zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibində saxladığı 1(bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,018 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd bükümdə kustar üsulla hazırlanmış 0,371 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 16 iyun 2025-ci il tarixdə saat 17:01 dəqiqədə Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən «Siqnal» İdarəsinin yaxınlığında saxlanılaraq, üzərinə keçirilən yoxlama zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,371 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs kimi dindirilmiş Təqsirləndirilən şəxs Müğənbər oğlu məhkəmə baxışı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, birinci dəfə 29 aprel 2025-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində saxlanılmış, üzərindən tiryək aşkar olunmudur. İkinci dəfə 16 iyun 2025-ci il tarixdə Sumqayıt şəhəri 19-cu məhəllədə yerləşən Siqnal idarəsinin yaxınlığında saxlanılmış, üzərindən pati aşkar olunmuşdur. Narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 15 gün əvvəl nəşə istifadə etmişdir. İstintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Lakin, sonradan Təqsirləndirilən şəxs müdafiəçisinin suallarına cavab verərkən narkotik vasitələrin onun özünə aid olduğunu bildirmişdir. Daha sonra bildirmişdir ki, polis əməkdaşları onu maşın təmiri sexində işlədiyi yerdən aparmışlar. Narkotik vasitəni qabağına qoyaraq etiraf etki «sənindir» dediklərini, o da polis əməkdaşlarının dedikləri ilə razılaşdığını, polis əməkdaşlarının onu döymədiklərini, özünü narkotik aludəçisi kimi hiss etmədiyini göstərmişdir. Daha sonra sədrlik edənin suallarına cavab olaraq hər şeyin istintaqda yazıldığı kimi olduğunu, polislərin nəyə görə onu iki dəfə saxladıqlarını bilmədiyini göstərmişdir. Daha sonra təqsirləndirilən şəxs şahidlər dindirilərkən polis əməkdaşlarının ona bir neçə sutka içəridə qalacağını, sonra buraxılacağını dediklərini, cərimə ilə qurtaracağını dediklərini, onlara inandığını, lakin polis əməkdaşlarının ona narkotik vasitə verib üzərinə götürməsini tələb etmələri barədə heç bir orqana şikayət etmədiyini, şikayət etməməsinin səbəbini izah edə bilmədiyini göstərdi. Daha sonra Təqsirləndirilən şəxs Müğənbər oğlu onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Müğənbər oğlunun məhkəmə istintaqında verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Müğənbər oğlu ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 177 və 263cü maddələri ilə məhkum olunmuşdur. 29 aprel 2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 15 manat verib narkotik vasitə tiryəki alıb özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 29 aprel 2025-ci il tarixdə saat 15:26 dəqiqədə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 15 nömrəli tam orta məktəbin yaxınlığında piyada hərəkətdə olan vaxtı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları olmasını bildirərək, onun narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməyi və üzərində saxlamağı şübhəsi ilə əlaqədar saxlanılmağı bildirilmiş, ona özünü təqdim etməyi təklif olunduqdan, sonra özünü təqdim etmiş, sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah olunmuş, həmçinin ona saxlanıldığı vaxt müdafiəçi ilə təmin olunmaq və hüquqlarının müdafiə olunması izah olunmuş, sonra ona üzərində qanunla daşınması, saxlanılması qadağan olunmuş hər hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim etməyi təklif olunmuş, həmin vaxtı o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş narkotik vasitə tiryəki təqdim etmiş, həmin büküm barədə ondan soruşduqda həmin günü Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 15 manat verib narkotik vasitə tiryəki özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, sonra onun üzərinə baxış keçirilmiş, lakin heç bir qeyri-qanuni əşya, predmet aşkar olunmamış, həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və 1,18 qram olması müəyyən edilmiş, sonra üzərindən aşkar edilmiş büküm zərfə qoyulub üzəri möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmış, sonra o, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət olunmuş, Polis Şöbəsində xidməti otaqların birində üzərindən götürülmüş kütləyə dair protokol tərtib olunaraq, o, və iştirakçılar tərəfindən imzalanmış, sonra Polis Şöbəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri elan olunaraq, dövlət tərəfindən hüquqlarının müdafiə edilməsi məqsədi ilə təyin olunmuş müdafiəçi-vəkil təqdim olunmuş, sonra polis əməkdaşları, müdafiəçi-vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq, üzərindən aşkar olunub qablaşdırılmış zərf təhqiqatçıya təqdim olunmuş, həmin zərf açılmış və ondan həmin büküm barədə soruşduqda səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 15 manat verib narkotik vasitə tiryəki özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, sonra bu barədə protokol tərtib olunmuş, o, və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkin özünə məxsus olmasını, özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, onun narkotik vasitə tiryək qəbul etməsindən başqa heç kimin məlumatı olmamışdır. Bundan başqa 16 iyun 2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib adını «patı» kimi bildiyi psixotrop maddə metamfetamini alıb özü istifadə etmək məqsədi ilə üzərində saxlamış, sonra yaşadığı Sumqayıt şəhərinə gəlmişdir. 16 iyun 2025-ci il tarixdə saat 17:01 dəqiqədə Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən «Siqnal» İdarəsinin yaxınlığında piyada hərəkətdə olan vaxtı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları olmasını bildirərək, onun narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyi, üzərində saxlaması şübhəsi ilə əlaqədar saxlanılması bildirilmiş, ona özünü təqdim etməsi təklif olunduqdan, sonra özünü təqdim etmiş, sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah olunmuş, həmçinin ona saxlanıldığı vaxt müdafiəçi ilə təmin olunmaq və hüquqlarının müdafiə olunması izah olunmuş, sonra ona üzərində qanunla daşınması, saxlanılması qadağan olunmuş hər hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim etməyi təklif olunmuş, həmin vaxtı o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf polietilenə bükülmüş psixotrop maddəni təqdim etmiş, həmin büküm barədə ondan soruşduqda həmin günü Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib adını «patı» kimi bildiyi psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və 0,44 qram olması müəyyən edilmiş, sonra həmin büküm zərfə qoyulub üzəri möhürlənərək o, və iştirakçılar tərəfindən imzalanmış, sonra onun üzərinə baxış keçirilmiş, lakin heç bir qeyri-qanuni əşya, predmet aşkar olunmamış, sonra o, Sumqayıt şəhər Polis İdarəsinə dəvət olunmuş, Polis İdarəsində xidməti otaqların birində üzərindən götürülmüş kütləyə dair protokol tərtib olunaraq, o, və iştirakçılar tərəfindən imzalanmış, sonra Polis İdarəsində xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri elan olunaraq, dövlət tərəfindən hüquqlarının müdafiə edilməsi məqsədi ilə təyin olunmuş müdafiəçi-vəkil təqdim olunmuş, sonra polis əməkdaşları, müdafiəçi-vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq, üzərindən aşkar olunub qablaşdırılmış zərf təhqiqatçıya təqdim olunmuş, həmin büküm barədə soruşduqda səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olan vaxtı tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat verib adını «patı» kimi bildiyi psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, sonra onun üzərinə baxış keçirilmiş, lakin heç bir qeyri-qanuni əşya, predmet aşkar olunmamış, sonra bu barədə protokol tərtib olunmuş, o, və iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını, özü istifadə etmək məqsədi ilə alıb üzərində saxlamasını bildirmiş, psixotrop maddə qəbul etməyindən başqa heç kimin məlumatı olmamış, o, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamasını, bədənində ağrılar olduğu üçün narkotik vasitə və ya psixotrop maddəni yalnız özü istifadə etmək məqsədi ilə hər dəfə müxtəlif şəxslərdən alıb istifadə etməsini, narkotik vasitəni və psixotrop maddəni ayrı-ayrı şəxslərdən almasını, həmin şəxsləri birinci dəfə görməsini, onların anket məlumatını, ünvanını və ya mobil telefonunu bilməməsini, əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni yalnız özü istifadə etmək məqsədi ilə almasını bildirmiş, heç kimə satmaq və ya kiməsə hədiyyə etmək niyyəti olmamış, saxlanılan vaxtı və polis bölməsində ona qarşı heç bir zor və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs Müğənbər oğlunun təqsirli olması özünün ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və üzərində şəxsi axtarş aparılmasını əks etdirən videodiskə baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 16 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat tədbirləri həyata keçirmişlər. xx.xx.2025-ci ildə saat 17 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən “Siqnal” idarəsinin yaxınlığında olmasını müəyyən edərək videoçəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib ona hüquqlarını izah etdikdən sonra üzərinə yoxlama aparılacağını deyərək üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmiş, həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,44 qram olduğu müəyyən olunmuşdur. Təhqiqatçının, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs həmin kütlənin onun üzərindən aşkar olunmuş kütlə olmasını bildirmiş, eyni zamanda təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq həmin maddəni Novxanı qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5, Şahid3 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 29 aprel 2025-ci il tarixdə saat 15 radələrində əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupu, əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 15 nömrəli tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilərək onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olması və əgər varsa təqdim etməsi bildirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1(bir) ədəd qızılı rəngli kağızın içərisində qara rəngli, plastilin formalı kütlə olan bükümü çıxardıb təqdim etmiş, həmin büküm barədə soruşduqda narkotik vasitə tiryək olmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 15 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirmişdir. Aşkar edilərək götürülmüş büküm elektron tərəzidə çəkilmiş və 1,18 qram olması müəyyən edilmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1(bir) ədəd büküm zərfə qoyulub qablaşdırılaraq, möhürlənmişdir. Sonra müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 və Şahid2, şahid X4 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işinin 21-23-cü vərəqəsində olan 16 iyun 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Müğənbər oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Müğənbər oğlu müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 90-91-ci vərəqəsində olan 29 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Müğənbər oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 142-143-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ciil tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Müğənbər oğlu müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş 01 ədəd «DVD»-yə köçürülmüş diskə baxış protokolundan görünür ki, 1-ci diskə daxil olduqda, 01 ədəd qovluq olduğu müəyyən edilmişdir. Həmin qovluqda 04:02 dəqiqə davam edən videonun olması müəyyən olunmuşdur. Videoda 16 iyun 2025-ci il tarixdə saat 17:01 radələrində mülki geyimli polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmələri və ona hansı səbəbdən saxlanılması izah edildikdən sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulduqda əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etməsi və elektron tərəzidə çəkildiyi zaman çəkisinin 0,44 qram olması müəyyən olunmuşdur. Sonra həmin büküm kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra 2-ci diskə baxış keçirilərkən 01 ədəd qovluq olduğu müəyyən edilmişdir. Qovluqda olan fayla daxil olduqda 03:20 dəqiqə davam edən videonun olması müəyyən olunmuşdur. Videoda Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Elnur Feyzullayev tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X5 və Sumqayıt ŞPİ-nin CAŞın əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi və bu barədə yazılı bildirişin verilməsi, saxlanılması səbəbi bildirildikdən sonra təhqiqatçı tərəfindən ondan saxlanılarkən üzərindən aşkar olunmuş 01 ədəd zərfdə qablaşdırılmış halda olan şəffaf rəngli sellofan bükümdə olan maddənin onun üzərindən aşkar olunmuş kütlə olubolmaması və haradan əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin ona məxsus olmasını, Sumqayıt şəhəri, Novxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata almasını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bununla da Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış başa çatdırılmışdır. Cinayət işinə əlavə edilmiş xx.xx.2025-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilərək, şübhəli şəxsin üzəri yoxlanılan vaxtı həmin prosesin videoçəkiliş vasitəsi ilə qeydə alınaraq, 01 ədəd «DVD»-yə köçürülmüş diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi-vəkilə malik olmaq hüquqları izah olunduqdan, sonra üzərində hər hansı bir qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olub-olmaması və könüllü təqdim etməsi təklif olunması, sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1(bir) ədəd qızılı rəngli kağızın içərisində kütlə olan bükümü çıxardıb təqdim etməsi, həmin büküm barədə soruşduqda narkotik vasitə tiryək olmasını, həmin günü Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 15 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirməsi, sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılması, lakin heç bir qeyri-qanuni əşyanın aşkar olunmaması, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümün elektron tərəzidə çəkilməsi və 1,18 qram olması, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1(bir) ədəd bükümün zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müşahidə edilmişdir. Həmçinin cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin inzibati binasında qeydə alınaraq, 1(bir) ədəd «DVD»-yə köçürülmüş diskə baxış keçirilmiş və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Şahbazov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan, sonra dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X8 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi və bu barədə yazılı bildirişin verilməsi, saxlanılması səbəbi bildirildikdən sonra təhqiqatçı tərəfindən ondan saxlanılarkən üzərindən aşkar olunmuş 1(bir) ədəd zərfdə qablaşdırılmış kütlənin onun üzərindən aşkar olunub-olmaması, həmçinin həmin kütlənin nə olması və haradan əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs narkotik vasitə tiryək kimi bildiyi həmin kütlənin onun üzərindən aşkar olunmasını, həmin günü Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 15 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirməsi, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1(bir) ədəd bükümün zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalarla təsdiq olunması, sonra müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılan vaxtı polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiqə məruz qalıb-qalmaması barədə sual verdikdə ona qarşı heç bir təsir və ya təzyiqin olunmadığını bildirməsi və Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın başa çatdırılması müşahidə edilmişdir. Cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, «DVD»-yə köçürülmüş diskdə olan görüntülərdə saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə ilə zərfdə olan narkotik vasitəyə bənzər kütlənin eyni olması öz təsdiqini tapmışdır. Cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaya baxış keçirilməsi barədə protokoldan görünür ki, «DVD»-yə köçürülmüş diskdə olan görüntülərdə saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə ilə zərfdə olan narkotik vasitəyə bənzər kütlənin eyni olması öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/251/2025 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm..» yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,018 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Qeyd: Tiryəkin təmiz çəkisi - 1,018 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,968 qram. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/497/2025 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: «Zərflər üçün № 124» möhür əksi, «Vət.Təqsirləndirilən şəxs /imza/; Şahid3 /imza/; Şahid4 /imza/; Şahid5 /imza/» əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,371 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,371 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,321 qram. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025ci il tarixli 3641 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə 01 il azadlıqdan, 01 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunmuş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 1.1 bəndinə əsasən cəzadan azad olunmuş; xx.xx.2017-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* №-li cinayət işi Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam edilmiş; xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə 01 il 09 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Müğənbər oğlu məhkumluğu olan şəxsdir. Cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən 1(bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,018 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq, «DVD»-yə köçürülmüş 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Həmçinin cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1(bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,018 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək (Tiryəkin təmiz çəkisi - 1,018 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,968 qram) maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,371 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq, «DVD»-yə köçürülmüş 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Həmçinin cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,371 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin (Metamfetaminin təmiz çəkisi - 0,371 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,321 qram) maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Müğənbər oğlunun cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 61.1.1 -ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi Təqsirləndirilən şəxs Müğənbər oğlunun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Müğənbər oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi-yəni polis əməkdaşları tərəfindən işlədiyi maşın sexindən aparılması, saxlanılarkən üzərində psixotrop maddə olan metamfetamin və tiryək olmaması, polis əməkdaşlarının narkotik vasitə olan tiryəki və psixotrop maddə olan metamfetamini ona verərək psixotrop maddənin və narkotik vasitənin ona məxsus olmasını boynuna götürməsi barədə ifadəsi, polis əməkdaşlarının bir neçə gün həbsdə qalandan sonra evə buraxılacağını dediklərindən onlarla razılaşıb tiryək və metamfetaminin ona məxsus olması barədə ifadəsi işin faktiki hallarına uyğun gəlmədiyindən sübut kimi qəbul edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan ifadəsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələri, məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, üzərində şəxsi axtarış aparılması və psixotrop maddənin götürülməsi barədə videçəkilişə baxış protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tamamilə təkzib olunduğundan, əvvəllər məhkum olunduğundan narkotik vasitənin və psixotrop maddənin ona məxsus olduğu etiraf edəcəyi halda onu hansı cəzanın gözlədiyini bildiyi halda istintaq dövründə polis əməkdaşlarının ona qarşı psixi təzyiq etmələri, narkotik vasitə və psixotrop maddəni boynuna götürməyə məcbur etmələri barədə hər hansı orqana şikayət etməməsini, həmçinin məhkəmə istintaqı zamanı da əvvəlcə törətdiyi cinayət əməllərini tam etiraf etməsini, sonradan ifadəsini dəyişməsini, ittiham aktında göstərilən bütün şahidlər dindirilərkən şahidlərin ifadələrinə heç bir etiraz etməməsi, şahidlərin düzgün ifadə vermələri barədə dediklərini nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs Müğənbər oğlunun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan tiryəki və xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Müğənbər oğluna cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmamasını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsini, əvvəllər azadlığın məhdudlaşdırılmaması növündə cəza çəkməsinə, məhkumluğunun öədənilmədən yenidən qəsdən az ağır cinayət törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Müğənbər oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Müğənbər oğlunun 30 aprel 2025-ci ildən 01 may 2025-ci il tarixədək,16 iyun 2025-ci ildən 18 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi 10 sentyabr 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi reimli cəzaçəkmə müəssisələrində çəkirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3641 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Müğənbər oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Ona görə də, Təqsirləndirilən şəxs Müğənbər oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Müğənbər oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,321 qram psixotrop maddə olan metamfetamin və 0,968 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 123 (yüz iyirmi üç) manat Təqsirləndirilən şəxs Müğənbər oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdən 01 may 2025-ci il tarixədək və 16 iyun 2025-ci il tarixdən 18 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,968 qram narkotik vasitə olan tiryək və 0,321 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci cəmi – 123 (bir yüz iyirmi üç) manat X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar