Məhkəmə qərarları › İş №1(060)-537/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-537/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-537/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xızı rayonu, Şorabad qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 185.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində Xızı rayonu, Türkoba kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsinə, yaşayış sahəsinin həyət qapısına heç bir fiziki təsir göstərmədən, qapının üzərindəki əl kilidini açaraq qanunsuz daxil olub, yaşayış sahəsinin həyətindəki dolab rəfindən qiyməti 30 manat olan 01 ədəd 5 litrlik propan qaz balonu, həyətdəki su quyusunun üzərindən qiyməti 40 manat olan 01 ədəd sovet istehsalı “AQD” markalı su nasosu, yaşayış sahəsinin həyətində yerləşən evə, evin giriş qapısının üzərindəki zənciri çıxardaraq qanunsuz daxil olub oradan qiyməti 80 manat olan 01 ədəd “iran peçi” adı ilə tanınan qaz sobası olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 150 manat dəyərində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Xızı rayonu, Türkoba kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsinə, yaşayış sahəsinin həyət qapısına heç bir fiziki təzyiq göstərmədən, qapının üzərindəki əl kilidini açaraq qanunsuz daxil olub, yaşayış sahəsinin həyətindəki evin giriş qapısına heç bir fiziki təzyiq göstərməyib əli ilə itələyərək qanunsuz daxil olduqdan sonra, evin mətbəxindən qiyməti 120 manat olan 01 ədəd “İndesit” markalı paltaryuyan maşın, qiyməti 60 manat olan 01 ədəd “Bosch” markalı elektrik su qızdırıcı, qiyməti 25 manat olan 01 ədəd iki ocaqlı qaz plitəsi, evin qonaq otağından qiyməti 100 manat olan 01 ədəd 2x3 metr ölçüdə xalça və qiyməti 120 manat olan 01 ədəd 2,5x3.5 metr ölçüdə xalça olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 425 manat dəyərində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 14 dekabr 2022-ci il tarixdə, saat 06 radələrində ünvan 3 ünvanının qarşısından Zərərçəkmiş şəxs2 məxsus 5000 manat dəyərində “VAZ-21074 minik’' markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili, avtomobil sahibinin məlumatı və icazəsi olmadan avtomobilin sükanının alt hissəsində olan naqilləri bir-birinə birləşdirərək mühərriki işə salıb idarə etməyə başlayaraq, avtomobili olduğu yerdən Sumqayıt şəhəri Yaşma bağlar massivinə aparıb avtomobili tərk etməklə Zərərçəkmiş şəxs2ə məxsus minik avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi -1,122 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən 18 dekabr 2022-ci il tarixdə, saat 13:25 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən “Emin” şadlıq sarayının yaxınlığında piyada olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2. 177.2.3. 185.1 və 234.1 maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş hər bir ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin noyabr ayında iş yeri olmadığına görə maddi imkanı yaxşı olmamışdır və qazanc əldə etmək üçün də oğurluq etmək qərarına gəlmişdir. Əmisi Zərərçəkmiş şəxs1 arvadı ilə birlikdə son zamanlar Sumqayıt şəhərində yaşadığını və Xızı rayonu, Türkoba kəndində əmisinə məxsus fərdi yaşayış evində heç kimin olmadığını bildiyindən oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin yaşayış sahəsinə oğurluq məqsədi ilə iki dəfə qanunsuz daxil olmuşdur. Belə ki, ilk dəfə Səfəralı Səfərova məxsus Xızı rayonu, Türkoba kəndində yerləşən yaşayış sahəsinə təxminən 10 noyabr 2022-ci tarixdə, saat 21 radələrində daxil olmuşdur. Yaşayış sahəsinin həyətinin qapısı çöl tərəfdən olmaqla əl kilidi ilə bağlandığından, kilidi əli ilə açıb yaşayış sahəsinin həyətinə daxil olub satıb qazanc əldə edə biləcəyi əşyalar axtarmış, həyətdə su quyusunun üzərindən 01 ədəd su nasosunu, həmçinin həyətdə düzəldilmiş rəfin içindən 01 ədəd proban qaz balonunu götürüb, daha sonra isə həyətdəki evə, evin giriş qapısının üzərində qıfıl olsa da, zəncir ilə qapı bağlandığından, zənciri yerindən çıxardaraq evə daxil olub evin qonaq otağından 01 ədəd iran peçi kimi tanınan qaz sobasını götürüb yaşayış sahəsinin həyətinə çıxartmış, sonra ihəmin əşyaları həyətdən küçəyə çıxardıb, qapını örtüb, əl kilidi ilə bağlayaraq oradan uzaqlaşmışdır. Həmin əşyalarla uzun müddət piyada hərəkət edə bilməyəcəyindən, həmin əşyaları şəxsiyyəti ona məlum olmayan taksi ilə Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən yaşadığı ünvana gətirib orada saxlamışdır. Evdəkilərə də qazanc əldə etmək üçün metal yığımı ilə məşğul olduğunu, bu səbəblə həmin əşyaları ayrı-ayrı şəxslərdən ucuz qiymətə aldığını, metal qəbulu məntəqəsinə satacağını demişdir. Növbəti gün, səhər saatlarında həmin əşyaları yaşadığı ünvanın yaxınlığında minik avtomobil ilə dəmir yığımı ilə məşğul olan bir nəfərə ümumilikdə 40 manata satmış, bu zaman həmin əşyaların ona məxsus olduğunu, maddi imkansızlıq səbəbi ilə satdığını demişdir. Bundan başqa, ikinci dəfə Zərərçəkmiş şəxs1 məxsus sözügedən yaşayış sahəsinə təxminən 20 noyabr 2022-ci il tarixdə qanunsuz daxil olub, oradan oğurluq etmişdir. Belə ki, ilk dəfə oğurluq edərək əldə etdiyi qazancı şəxsi təlabatına xərclədikdən sonra hələ də qazanc ətdə edə biləcəyi iş yeri tapa bilmədiyindən yenidən oğurluq etmək niyyətində olmuşdur. Əmisinin hələ də Sumqayıt şəhərində olduğunu bildiyindən, Xızı rayonu, Türkoba kəndində yerləşən ona məxsus evdə heç kimin yaşamadığını və həmçinin birinci dəfə oraya qanunsuz daxil olduğu zaman yaşayış sahəsindəki evin mətbəxində və qonaq otağında qazanc əldə edə biləcəyi məişət əşyaları olduğunu gördüyü üçün təkrarən həmin evdən oğurluq etmək qərarına gəlmişdir. 20 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Səfəralı Səfərova məxsus yaşayış sahəsinin qarşısına gəlmişdir. Yaşayış sahəsinə eyni qaydada, yəni həyətinin qapısının kilidini əli ilə açıb həyətə, daha sonra isə evin giriş qapısına heç bir təzyiq göstərmədən itələyərək daxil olmuş və evin mətbəxindəki 01 ədəd “İndesit” markalı paltaryuyan maşını, 01 ədəd iki gözlü qaz plitəsini, 01 ədəd “Bosch” markalı su qızdırıcını, qonaq otağından 02 ədəd xalçanı bir-bir evdən həyətə çıxartmışdır. Həmin əşyaları əli ilə apara bilməyəcəyindən, küçəyə çıxaraq bir taksi tapıb, taksi sürücüsünə yaşadığı ünvandakı əşyaları Xızı rayonu, Şurabad qəsəbəsində yerləşən qohumunu məxsus evə aparmalı olduğunu deyib, taksi ilə Səfərəlinin evinə geri qayıdaraq həmin əşyaları taksiyə yükləyib yaşadığı, Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən yaşayış sahəsinin həyətində, ayrıca mətbəx kimi nəzərdə tutulmuş tikiliyə yığmışdır. Evdə yaşayanlara da həmin əşyaların dostuna məxsus olduğunu, dostunun Sumqayıt şəhərinə köçdüyünü, müvəqqəti olaraq həmin əşyaları saxlamağını istədiyindən kömək məqsədi ilə evə gətirdiyini deyib, oğurluq barədə heçnə deməmişdir. Həmin əşyalar iri həcmli olduğundan Sumqayıt və ya Bakı şəhərinə taksi ilə aparıb satdıqdan sonra əldə edəcəyi qazancın taksi puluna gedəcəyini fikirləşib, şübhə çəkməmək üçün bir müddət həmin əşyaları yaşadığı ünvanda saxlayıb daha sonra Xızı rayonu ərazisində satmaq qərarına gəlmişdir. Lakin daha sonra etmiş olduğu oğurluq əməlləri müəyyən edildiyindən həmin əşyaları sata bilməmişdir. Bundan başqa, 13 dekabr 2022-ci il tarixdə narkotik vasitə əldə etmək üçün Sumqayıt şəhərinə gəlmiş, şəhər ərazisində bir neçə yeri gəzsə də narkotik vasitə tapa bilməyib, H.Zeynalabdin qəsəbəsində, dəniz kənarı ərazidə köhnə bir yarımtikili taparaq orada gecələmişdir. Həmin gün, həmin ərazidə də narkotik vasitə ala biləcəyi bir şəxs tapa bilmədiyindən Sumqayıt şəhəri, Yaşma bağlar massivi istiqamətində hərəkət etmək fıkrinə düşmüşdür. Həmin ərazidə, yəni Hacıbəyov küçəsində olarkən, adını xatırlamadığı bir marketin yaxınlığında yerləşən yaşayış sahəsinin darvazasının qarşısında ağ rəngli, “VAZ 21074 minik” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu görmüşdür. Avtomobilə yaxınlaşıb qapısının kilidli olub-olmadığını yoxladıqda, qapısının kilidlənmədiyini bilib, qapı kilidinə heç bir müdaxilə etmədən avtomobilə daxil olmuşdur. Mühərriki işə salaraq açar avtomobildə olmadığından sükanın alt hissəsindəki plastik hissəsini yerindən çıxardıb avtomobilin daxilindən tapdığı dəftərxana bıçağı (rezak) ilə mühərriki işə salan naqillərin uc hissəsindəki rezini soyub naqilləri birləşdirərək avtomobilin mühərrikini işə salmış və dərhal avtomobili hərəkət etdirərək Sumqayıt şəhəri, Yaşma bağlar massivinə hərəkət etdirmişdir. Oradakı körpünün yaxınlığında, avtomobil yolunun kənarında qaçırdığı avtomobili saxlamış, avtomobildən düşərkən yaxınlıqda metal qəbulu məntəqəsi olduğunu görüb, avtomobildən nəyisə oğurlayıb sataraq qazanc əldə etmək qərarına gəlmiş, avtomobilin salonunu axtarsa da satıb qazanc əldə edə biləcəyi hər hansı əşya tapmamış, avtomobilin mühərrik olan hissəsini açıb orada olan 01 ədəd akkumulyatoru götürmüşdür. Avtomobildən başqa heçnə götürməyib oradan uzaqlaşaraq yaxınlıqdakı metal qəbulu məntəqəsinə aparmışdır. Metal qəbulu məntəqəsində şəxsiyyəti ona məlum olmayan bir nəfərə öz avtomobilinə məxsus akkumulyatoru maddi imkansızlıq səbəbindən satmaq istədiyini deyib, akkumlyatoru həmin şəxsə 10 manata satmışdır. Akumulyatoru satarkən həmin şəxs şəxsiyyət vəsiqəsini ondan istədikdə, üzərində olmadığını deyib, özünü Rauf Məmmədov kimi təqdim etmişdir. Bundan sonra o, avtomobili qaçırdığına və metal qəbulu məntəqəsinə akkumulyatoru satdığına görə şübhə çəkməkdən ehtiyatlanıb taksi ilə Xızı rayonu Şorabad qəsəbəsinə getmişdir. Əldə etdiyi pulu da Sumqayıt şəhər ərazisində narkotik vasitə əldə edə bilmədiyi üçün şəxsi tələbatına xərcləmişdir. Bundan sonra 18 dekabr 2022-ci il tarixdə, səhər saatlarında iş yeri tapmaq məqsədi ilə Bakı şəhəri, 20 Yanvar dairəsi ərazisində olarkən şəxsiyyəti barədə narkotik vasitələrin satışı ilə məşğul olmasından başqa məlumatı olmayan şəxslə qarşılaşmış, bədənində ağrılar olduğundan həmin şəxsə istifadəsi üçün ona narkotik vasitə satmasını istəmiş və aralarındakı razılıq əsasında həmin şəxsdən 15 manata 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin alaraq əynindəki gödəkcənin sağ yan cibinə qoyub şübhə çəkməyərək aldığı narkotik vasitə heroindən istifadə etməsi üçün Xızı rayonu, Şorabad qəsəbəsinə getmək qərarına gəlmişdir. Bu səbəbdən oradan uzaqlaşıb sərnişin avtobusu ilə Bakı şəhərindən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən "Emin" şadlıq sarayının yaxınlığına gəlmiş, Xızı rayonu, Şorabad qəsəbəsinə gedən taksiləri gözləmişdir. Həmin zaman, yəni 18 dekabr 2022-ci il tarixdə, saat 13 radələrində mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməyi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına dəvət etmişlər, o qarşılıq vermədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki gödəkcənin sağ yan cibində saxladığı narkotik vasitə heroini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan büküm aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş bükümün içində "kakos”, yəni narkotik vasitə heroin olduğunu demişdir. Şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Həmçinin aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 1,31 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin ona məxsus olmuşdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də Təqsirləndirilən şəxs AR CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o, evlidir, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Bildirir ki, təxminən 10 ildən artıq müddətdir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 27/12 nömrəli qarajla üzbəüz avtobus parkında avtobusların təmiri ilə məşğul olur. “VAZ 21074 minik” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil ona məxsusdur. Demək olar ki hər yerə, o cümlədən işə həmin avtomobillə gedib-gəlir və avtomobilin açarı yalnız özündə olmuşdur. 14 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində işdən həmin avtomobillə yaşadığı ünvana gəlib, sözügedən avtomobili yaşadığı, ünvan 3 ünvanının qarşısında, yəni yaşayış sahəsinin darvazasının qarşısında, küçədə saxlamışdır. Avtomobilin qapı kilidləri yararsız vəziyyətdə olduğundan, qapılarını kilidləməyib evə getmişdir. Həmin gün, yəni 14 dekabr 2022-ci il tarixdə, saat 12 radələrinədək yaşadığı ünvanı tərk etməyib, avtomobili idarə etməmişdir. Belə ki, 14 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində övladını məktəbə aparmaq üçün yaşadığı ünvanı tərk etdikdə, yaşadığı ünvanın qarşısında saxladığı avtomobilin yerində olmadığını görmüşdür. O, avtomobilin mühərrik açarını heç kimə vermədiyindən və avtomobilin ətrafda olmadığını müşahidə etdikdən sonra naməlum şəxs və ya şəxslər tərəfindən xəbəri olmadan avtomobilin götürüldüyünü başa düşüb, bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat verməklə bərabər, Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə ərizə ilə müraciət elmişdir. Müraciət edərkən avtomobilin oğurlandığını zənn etdiyindən, ərizəsində avtomobilinin oğurlandığını göstərmişdir. Daha sonra polis əməkdaşları tərəfindən araşdırma aparılaraq avtomobili Sumqayıt şəhəri Yaşma bağlar massivində, avtomobil yolunun kənarında aşkar edilmiş və iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Avtomobilinə hər hansı bir xəsarət yetirilməmiş, yalnız mühərrik hissəsində (kapot) olan “Bars” markalı 60 ah akkumulyator götürülmüşdür. Daha sonra akkumulyatorun da satıldığı yer müəyyən edilərək, avtomobillə bərabər akkumulyator saxlanılması üçün ona verilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ilə müraciət edərək bildirmişdir ki, ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, dəymiş ziyanın tam ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, xx xxxx 1942-ci ildə Sumqayıt şəhərində anadan olmuş, təxminən 20 ildən çoxdur ki, Xızı rayonu, Türkoba kəndində fərdi yaşayış evi almış, həmin evdə az hallarda yaşamışdır. Əsasən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi adlanan ərazidə kirayə yaşayır. 28 noyabr 2022-ci il tarixdə saat 13 radələrində o, həyat yoldaşı Bədircahan Səfərova ilə birgə Xızı rayonu Türkoba kəndində yerləşən evinə gəldiyi zaman küçə qapısının açıq olduğunu görmüş, həyətə daxil olan zaman ev qapısının qıfılının sındırıldığını və qapının açıq olmasını müşahidə etmişdir. Evə daxil olan zaman evdə olan bəzi əşyaların, yəni evin mətbəx hissəsində olan 01 ədəd “İndesit” markalı paltaryuyan maşının, 0 1 ə d ə d i k i o c a q l ı q a z p l i t ə s i n i n , 0 1 ə d ə d “BOSCH” markalı elektrik su qızdırıcının, evin qonaq otağından 01 ədəd “iran peçi" kimi tanınan qaz sobasının, 02 ədəd ölçüləri 2x3 metr və 2,5x3,5 metr olan xalçaların, evin həyətində olan dolabdan 01 ədəd 5 litrlik propan qaz balonu, həyətdə olan su quyusunun üzərindən 01 ədəd sovet istehsalı “AQD” markalı su nasosunun oğurlanmasını müəyyən etmişdir. Bundan sonra o, Xızı rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Xızı rayonu Türkoba kəndində yerləşən evinə baxış keçirilmiş, 01 ədəd “İndesit” markalı paltaryuyan maşını 8 il bundan öncə 300 manata, 01 ədəd "İran peçi" qaz sobasını 2 il bundan əvvəl 120 manata aldığını, 01 ədəd “BOSCH” markalı su qızdırıcının qiyməti yadında qalmasa da qiymətinin 100 manat olacağanı, 01 ədəd iki ocaqlı qaz plitəsini 2 il bundan əvvəl 25 manata aldığını, 02 ədəd xalçanın hər birinin qiyməti 200 manat, 01 ədəd 5 litrlik propan qaz balonunun qiyməti 25 manat, 01 ədəd AQD markalı su nasosunun qiyməti 120 manat olmuşdur. Evdə olan digər su qızdırıcı və başqa təsərrüfat əşyalarının oğurlanmasını qeyd etsə də, əslində o n l a r oğurlanmamış və o, həmin əşyaları gizlətmişdir. Həmin vaxt həyəcanlı olduğundan onların d a oğurlandığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, icraatına ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xızı rayonu, Şorabad qəsəbəsində yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. 18 dekabr 2022-ci il tarixdə, saat 13:25 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H. Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən “Emin” şadlıq sarayının yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişdilər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində, barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmiş və onu bölməsinə dəvət etmişdilər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiiiş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümaşkar olunmuş və bükümün içinə baxıldıqda təhqiqatçı tərəfindən narkotik vasitə heroin aşkar olunaraq götürüldü, kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 1,31 qram olduğu müəyyən edilmiş, həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənmişdir. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu, satışı ilə məşğul ojlmadığını, aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu, içində "kakos" olduğunu və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən Bakı şəhəri, 20 Yanvar dairəsində 15 manata əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilmədiyini və şikayətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitə heroini konkret olaraq haradan və kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində bildirdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin PPXT-nin 1-ci bölüyünün polis nəfəri vəzifəsində işləyir. Polis serjantı rütbəsindədir. Bildirir ki, 14 dekabr 2022-ci il tarixdə post yoldaşı Şahid5lə birlikdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində xidmətdə olarkən, efir vasitəsi ilə ünvan 10 ünvanının qarşısından həmin tarixdə, yəni 14 dekabr 2022-ci il tarixdə saat 12 radələrinədək olan müddətdə ağ rəngli “VAZ 21074 minik” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırılması barədə məlumat verilmişdir. Belə ki, onlar efirdə verilmiş məlumat əsasında avtopatrulla hərəkətlərini Sumqayıt qəhəri, Yaşma bağlar massivi ərazisində davam etdirərkən, sözügedən avtomobilin, yəni “VAZ 21074 minik” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Yaşma bağlar massivində körpünün yaxınlığında, avtomobil yolunun kənarında olduğunu görüb oraya yaxınlaşmışdılar. Avtomobilin həmin əraziyə atılmış vəziyyətdə olduğunu olduğu və daxilində heçkimin olmadığını görmüş, avtomobilin aşkar olunması barədə efir vasitəsi ilə məlumat vermişdilər. Əməliyyat qrupu dərhal sonra əraziyə yaxınlaşdıqda, avtomobilə hər hansı müdaxilə olunmadan əməliyyat qrupuna təhvil vermişdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır ( İ cild, i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 18 dekabr 2022-ci il tarixdə, saat 13:25 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v. 21); 20 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (İ cild, i.v. 49-50). Sumqayıt şəhər Məhkəməsinin 4(060)-508/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 dekabr 2022-ci il tarixdən hesablanmışdır.( İ cild, i.v.67-69). Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fiziki- kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/7088 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №126 dairəvi möhür əksləri olan, “Ş/Ş-“imza” Təqsirləndirilən şəxs...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1(bir) ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 1.122 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəmin siyahısına (Siyahı İ) daxildir. (İ cild, i.v. 37-40) “Şəxsi axtarışın keçirilməsi barədə” 18 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 18 dekabr 2022-ci il tarixdə saat 13:25 dəqiqədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, H. Zeynalabdin qəsəbəsi. Xətai küçəsində yerləşən "Emin" şadlıq sarayının yaxınlığında piyada olarkən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan büküm aşkar olunmuş, bükümün içinə baxıldıqda narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş və elektron tərəzidə çəkilərək çəkisi 1,31 qram olmuşdur. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunaraq götürülmüş kütlənin ona noxsıx olduğunu və şəxsi istifadəsi üçün həmin gün, yəni 18 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsində 15 manata tanımadığı şəxsdən əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilmədiyini, şikayətinin olmadığını bildirmişdir. (İ cild, i.v 29-30). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 374 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild,i.v.136-137). “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 185.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 102-103) “baxış keçirilməsi haqqında” 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “‘VAZ 2104 minik" markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil Sumqayıt şəhəri, Yaşma bağlar massivində, metal qəbulu məntəqəsinin yaxınlığında, üzü bağlar istiqamətində avtomobil yolunun kənarında saxlanılmışdır, avtomobilin mühərrikxanası (kapot) açıq vəziyyətdədir və oradan 01 ədəd akkumulyator götürülmüşdür. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs2 aşkar olunmuş avtomobilin özünə məxsus olduğunu və avtomobildən akkumulyatordan başqa əşjyamn oğurlanmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (İ cild, i.v. 90-94) “baxış keçirilməsi haqqında” 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 14 dekabr 2022-ci il tarixdə Sumqayıt Yaşma bağlar massivində, avtomobilin tapıldığı yerin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21074” minik markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 01 ədəd “Bars" markalı akkumulyator aşkar olunaraq götürülmüşdür. (İ cild, i.v. 96-98) 14 dekabr 2022-ci il tarixli “qəbz”dən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən “VAZ 21074” minik markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil alınmışdır. (İ cild, i.v. 99) “cinayət işinin bir icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” 02 mart 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Xızı RPŞ tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirillmiş, istintaq ********* nömrə ilə davam etdirilmişdir. (İ cild, i.v. 140-141) “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 08 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 185.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 185.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 245-246) cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır ( İ cild, i.v. 143); Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsinə “baxış keçirilməsi və götürmə barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yaşayış sahəsi Xİzı rayonu, Şorabad qəsəbəsində yerləşir, yaşayış sahəsinin həyətinin göy rəngli taxta qapısı vardır, həyət daş hasarla əhatə olunmuşdur, yaşayış sahəsinin həyətində iki otaqlı ev vardır, evin iş qapısı taxtadan olmaqla dəmirlə üzlənmişdir, giriş qapısının zəncin qırılmışdır, həmçinin aşayış sahəsinin həyətində dolab vardır, belə ki, yaşayış sahəsinin həyətindəndəki su qyusunun üzərindən su nasosu, həmçinin evdən və həyətdəki dolabdan cinayət işinin materiallarında göstərilmiş əşyalar oğurlanmışdır. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (İ cild, i.v. 146-160) cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 05 dekabr 2022-ci il tarixdə, saat 16:20 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v. 175); “baxış keçirilməsi və götürmə aparılması” haqqında 05 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xızı rayonu, Şorabad qəsəbəsində yerləşən yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin ünvandan X3 məxsus evdən oğurlanmış, bir yerə yığılmış şəkildə 02 ədəd xalça, 01 ədəd “Bosch” markalı su qızdırıcı, 01 ədəd iki gözlü qaz plitəsi və həmçinin tikilinin daxilində bir qədər aralıda 01 ədəd “İndesit” markalı paltaryuyan maşın vardır, həmin əşyalar iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. ( İ cild, i.v. 187A-189) 07 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (İ cild, i.v. 200-201). təqsirləndirilən şəxsin X7 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə 07 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Xızı RPŞ-nin X7 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. ( İ cild, i.v. 212-213); “Kriminalistik Tədqiqatlar İdarəsinin” xx.xx.2022-ci il tarixli, 011-14287-1222 nömrəli məktubundan görünür ki, X2 yaşadığı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat banında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. ( İ cild, i.c. 217) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə əmttəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8223 №li rəyindən görünür ki, 01 ədəd “İndesit” markalı paltaryuyan maşın qiyməti 120 manat, 01 ədəd “İran peçi” adı ilə tanınan qaz sobasının qiyməti 80 manat, 01 ədəd “Bosch” markalı elektrik su qızdırıcının qiyməti 60 manat, 01 ədəd 5 litrlik propan qaz balonunun qiyməti 30 manat, 01 ədəd 2x3 metr ölçüdə xalçanın qiyməti 100 manat, 01 ədəd 2,5x3,5 metr ölçüdə xalçanın qiyməti 120 manat, 01 ədəd sovet istehsalı “AQD” markalı su nasosunun qiyməti 40 manat olmaqla göstərilən malların orta istismar müddəti və istismar intensivliyi parametrlərinə müvafiq olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 550,00 manat müəyyən edilir. ( İ cild, i.v. 226-229) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə əmttəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/596 №li rəyindən görünür ki, buraxılış ili 2004-cü il olan, ağ rəngli, mühərrik işçi həcmi 1500 sm3, ban nömrəsi XTA**********7967, texniki pasport nömrəsi AC271234. saz vəziyyətdə olan **-CR-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074 minik” markalı avtomobilin orta bazar qiyməti nəzəri qaydada təxminən 5000,0 manat, 01 ədəd istifadədəd olmuş “Bars” markalı, 60 ah akkumulyatorun qiyməti 40,0 manat müəyyən olunur. ( İ cild, i.v. 241-243). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və qərardan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 il 01 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır Həmin Məcəllənin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur: Həmin Məcəllənin 83.4-cü maddəsinə görə Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarsa da, məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır ( İ cild, i.v. 126-131); İş materiallarında olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (İİ cild, i.v. 23, 56). İş materiallarında olan arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı övladları var. “sübutların qiymətləndirilməsi haqqında” 23 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 185.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.1 185.2.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X6 barəsində AR CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, ekspert tərəfindən 01 ədəd iki ocaqlı qaz plitəsinin orta bazar qiyməti zərərçəkmiş şəxsin göstərdiyi qiymətdən aşağı olacağı təqdirdə Təqsirləndirilən şəxs sözügedən əməli törətməsi AR CM-nin 177-ci maddəsinin tərkibini yaratdığından, məhkəmə-əmtəəşünaslıq ekspertizaı AR CPM-nin 140.0.1-140.0.4-cü maddələrində nəzərdə tutulmuş hallara daxil olmadığından, əlavə məhkəmə-əmtəəşünaslıq rəyinin cinayət işi materialın əlavə edilməsi ibtidai araşdırmanın uzadılmasına (süründürməçilik) səbəb olduğundan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd iki gözlü qaz plitəsinin rəyi istintaqa hal-hazırkı müddət ərzində təqdim olunmamış 01 ədəd iki gözlü qaz plitəsinin ibtidai istintaq zamanı 25 manat olaraq göstərilməsi, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 575.00 manat olması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 1.122 qram, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1.072 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, həmçinin götürülmüş 01 ədəd paltaryuyan maşın, 01 ədəd iki ocaqlı qaz plitəsi, 02 ədəd xalça, 01 ədəd su qızdırıcı və 01 ədəd akkumulyator maddi sübut kimi hesab edilsin, 01 ədəd akkumulyatorun Zərərçəkmiş şəxs2, 01 ədəd paltaryuyan maşın, 01 ədəd iki ocaqlı qaz plitəsi, 02 ədəd xalça, 01 ədəd su qızdırıcısının Zərərçəkmiş şəxs1 məhkəməyədək saxlanılmasından ötrü verilməsi qərara alınmışdır ( İ cild, i.v. 62-73); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177— 183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə görə Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə görə Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2055-ci il tarixli qərarının 17-ci bəndinə görə Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Həmin qərarın 18-ci bəndinə görə şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Həmin qərarın 19-cü bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya əsasən heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 185.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1. maddəsinə görə, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut 01 ədəd akkumulyatorun Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs2 onunla barışmasını, zərərçəkmiş şəxsin işin icraatına xitam verilməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut -01 ədəd akkumulyatorun Zərərçəkmiş şəxs2 verilməsi nəzərə alınsın. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar