Məhkəmə qərarları › İş №1(060)-538/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-538/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-538/2021 11.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 qəsəbəsi, D/Y stansiyasında fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs dəmir yol xətlərinə münasibətdə oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs dəmir yol xətlərinə münasibətdə oğlurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 mart 2021-ci il tarixdə saat 18:30 radələrində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev dəmir yolu stansiyasının ərazisindən dəmir yolu xətlərinə aid, dəyəri 238 manat 40 qəpik olan, istifadə olunmuş 10 ədəd R-50 tipli, təkrar istifadəyə yararlı, qara metaldan olan rels yanlıqlarını apararkən, Baş Sumqayıt st. XPB-nin polis nəfəri, polis serjantı Şahid tərəfindən aşkar edilmiş, polis əməkdaşını görən Təqsirləndirilən şəxs ifşa olunduğunu başa düşərək hərəkətini dayandırmaqla aparmaq üçün gizli yığdığı detalların yanında durmuş, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, bununla da o, dəmir yol xətlərinə münasibətdə oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 07 mart 2021-ci il tarixdə saat 18:30 radələrində evdən iş axtarmaq üçün çıxaraq H.Z.Tağıyev dəmir yolu stansiyasının inzibati binasının yanından, dəmir yolu xətlərindən keçəndə yerdə dəmir yoluna aid 10 ədəd rels yanlıqları görmüş, həmin vaxt cib xərclərini qazanmaq üçün rels yanlıqlarını götürüb metal qəbulu məntəqəsinə aparmaqla təhvil verərərk pul əldə etmək qərarına gəlmişdir. Buna görə də o, əvvəl hər hansı bir şəxsin olub-olmamasını yoxlamaq üçün dəmir yolu ərazisinə baxmış, lakin ətrafda hər hansı bir şəxs olmadığından əmin olub dəmir yoluna aid detalları bir kənara gizli olaraq yığmağa başlamışdır. Həmin detalları aparmaq istəyəndə bir qədər məsafədən ona tərəf bir nəfər polis əməkdaşının yaxınlaşmasını görmüş, bu vaxt o, polis tərəfindən aşkar olundğunu başa düşmüş, buna görə hərəkətini dayandırmış, yığdığı rels yanlıqlarının yanında durmuşdur. Bu vaxt polis əməkdaşı ona yaxınlaşmış, özünü təqdim etməklə ondan rels yanlıqlarını hara aparmaq istədiyini və buna görə hər hansı bir şəxsdən icazə alıb-almadığını soruşmuşdur. Oda rels yanlıqlarını metal qəbulu məntəqəsinə aparmaq istədiyini və heç kimdən buna görə icazə almaqdığını demişdir. Bundan sonra polis əməkdaşı olduğu yerdən onu Baş Sumqayıt st. XPB-nə izahatının alınması üçün dəvət etmiş, oda etiraz etmədən polis əməkdaşı ilə bölməyə gedərək hadisə barədə izahatını vermişdir. Sonra o, bölmədə Elməddin adlı şəxs tərəfindən iki nəfər hal-şahidlərinin və dəmir yolu stansiyasında işləyən bir nəfər mütəxəssisin iştirakı ilə 10 ədəd rels yanlıqlarına keçirilmiş baxışda iştirak etmiş, baxış zamanı protokol tərtib edilmiş, protokol tərtib olunarkən 10 ədəd rels yanlıqları təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülərək qablaşdırılmış, sonra tərtib edilmiş protokol onun və iştirakçıların tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs oğlu törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 ifadəsində göstərdi ki, Azərbaycan Dəmir Yolları QSC-nin 14 nömrəli H.Z.X7 sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis vəzifəsində işləyir. Azərbaycan Dəmir Yolları QSC-nin 14 nömrəli H.Z.X7 verdiyi etibarnaməyə əsasən ona Təqsirləndirilən şəxs barəsində olan cinayət işində zərərçəkmiş şəxsın nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. O, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 14 saylı H.Z.Tağıyev yol sahəsinə vurulmağa cəhd edilən maddi ziyanın 238 manat 40 qəpik dəyərində hesablanması ilə tam razıdır. Hazırda isə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 14 saylı H.Z.Tağıyev yol sahəsinə vurulmağa cəhd edilən maddi ziyan tam aradan qaldırıldığı üçün onların sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Xaçmaz st. XPŞnin Baş Sumqayıt st. XPB-də polis nəfəri, polis serjantı vəzifəsində xidmət edir. 07.03.2021-ci il tarixdə tərtib edilmiş cədvələ əsasən o, H.Z.Tağıyev stansiyasının ərazisində xidmətdə olmuş, saat 18:30-da təmir bərpa işləri ilə əlaqədar, stansiyanın ehtiyyat yolundan sökülərərək H.Z.Tağıyev stansiyasının inzibati binasının yanına yığılmış dəmir yoluna aid rels yanlıqlarını bir nəfər şəxs tərəfindən dəmir yolu stansiyasının inzibati binasından təxminən 100 metr məsafəyə gizli olaraq daşımasını görmüş, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs rels yanlıqlarını hara aparmaq istəməsini, həmin yanlıqların aparılması üçün hər hansi bir şəxsdən icazə almasını soruşmuş, oda heç kimdən icazə almadığını, rels yanlıqlarını metal qəbulu məntəqəsinə apararaq satmaq istədiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs Baş Sumqayıt st. XPB-nə dəvət etmiş, bölmədə təhqiqatçı Elməddin Həsənov tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmış, daha sonra təhqiqatçı iki nəfər hal-şahidi ilə dəımir yolu stansiyasında işləyən mütəxəssisi dəvət edərək bölməyə gətirilmiş 10 ədəd rels yanlıqlarına baxış keçirmişdir. Bölməyə dəvət olunmuş Təqsirləndirilən şəxs 10 ədəd rels yanlıqlarını gizli apararaq metal qəbulu məntəqəsinə satmaqla puləldə etmək istədiyini demiş, bundan sonra 10 ədəd rels yanlıqları iştirakçıların yanında qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürülmüş, təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçıların və onun tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19.03.2021-cu il tarixli, 9/1441 saylırəyindən görünür ki, Azərbaycan Dəmir Yolları QSC İnfrastruktur Departamenti 14 №-li Yol sahəsi tərəfindən tərtib edilmiş 09.03.2021-ci il tarixli 41№-li məktuba əsasən nümunəsi təqdim edilmiş, istifadədə olmuş, təkrar istifadəyə yararlı, qara metaldan olan 10 ədəd R-50 tipli rels yanlığının 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 238,40 (10x23,84) manat müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən təmsil etdiyi hüquqi şəxsə vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir və onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmini etiraf etməsini və əməlindən peşiman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən 16.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 16.08.2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 24.09.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 23.09.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdən həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 08 (səkkiz) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Xaçmaz st. XPŞ-də saxlanılan iş üzrə maddi sübut, 10 ədəd R-50 tipli, istifadədə olmuş, təkrar istifadəyə yararlı rels yanlıqları hökm qanuni qüvvəyə mindikdən sonra ADY QSC-nin İnfrastruktur Departamentinin 14 №-li H.Z.Tağıyev yol sahəsinə qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24 iyul 2021-ci il tarixli (iş № 1(060)-538/2021) qərarını icra edərək, 28 iyul 2021-ci il tarixli 885/2021 saylı orderinə əsasən vəkil Müdafiəçionun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23.09.2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 08 (səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 qəsəbəsi, D/Y stansiyası ərazisində yerləşən fərdi ev ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Xaçmaz st. XPŞ-də saxlanılan iş üzrə maddi sübut, 10 ədəd R-50 tipli, istifadədə olmuş, təkrar istifadəyə yararlı rels yanlıqları hökm qanuni qüvvəyə mindikdən sonra ADY QSC-nin İnfrastruktur Departamentinin 14 №-li H.Z.Tağıyev yol sahəsinə qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar