Məhkəmə qərarları › İş №1(060)-538/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-538/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-538/2025 30.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 ədəd ağ kağız bükümdə qara rəngli polietilen kəsiyində təmiz çəkisi 0,454 qram çəkidə ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən 24 aprel 2025-ci il tarixdə saat 19:45 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Polimer zavodunun yaxınlığında olduğu zaman saxlanılaraq həmin yerdə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın sağ yan kiçik cibində saxladığı 01 ədəd ağ kağız bükümdə qara rəngli polietilen kəsiyində təmiz çəkisi 0.454 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə olmamışdır. Heç vaxt psixotrop maddə olan metamfetamindən istifadə etməmişdir. Təxminən 1 il əvvəl marixuana istifadə etmişdir. 24 aprel 2025-ci il tarixdə yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona psixi təsir, təzyiq göstərərək psixotrop maddəni üzərinə götürməsini tələb etmişlər. Həmin polis əməkdaşlarını əvvəllər tanımamış, onlarla heç bir ədavəti olmamışdır. Sonra onu 76-cı məhəlləyə gətirib videoçəkilişlə üzərinə baxış keçirmiş, üzərindən pati deyilən psixotrop maddə aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən ona təzyiq olunduğu üçün polis əməkdaşlarının dediyi ilə razılaşmışdır. Sonra polis şöbəsində üzərindən aşkar edilmiş psixotrop maddə götürülərkən də polis əməkdaşlarının dediyi kimi izahat vermişdir. Həmin vaxt orada vəkil olsa da vəkil ondan heç nə soruşmamışdır. Ancaq polis əməkdaşları tərəfindən buraxıldıqdan sonra da polis əməkdaşlarının onu döyməsi, üzərinə narkotik qoyması barədə heç bir orqana şikayət etməmişdir. Şikayət etməməsinin səbəbini deyə bilmir. Daha sonra Təqsirləndirilən şəxs ailədə ondan başqa işləyən olmadığını nəzərə alaraq onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyət olduğundan Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o bir neçə müddətdir ki, narkotik vasitə istifadəçisidir. Əsasən psixotrop maddə olan metamfetamin istifadə edir. xx.xx.2025ci il tarixdə təxminən saat 19:45-də Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən Polimer zavodunun yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra, onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onun üzərinə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra ona üzərində dövriyyəsinə qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulmuşdur. O, əynində olan şavların sağ yan kiçik cibində saxlamış olduğu 01 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki "şüşə" kimi tanıdığı psixotrop maddə olan metamfetamindir və onu Bakı şəhəri, 20 yanvar ərazisində əvvəllər tanıdığı və təsadüfən rastlaşdığı şəxsdən 15 manata almış və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 0,68 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra psixotrop maddə olan matamfetam ininin ondan aşkar edilərək götürülməsi ilə-əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Bundan sonra onu Sumqayıt ŞPİ-nin 5ci PB-nin inzibati binasına gətirmişlər. Bundan sonra baxışda işirak edən polis əməkdaşları özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı bir daha üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olduğunu, xx.xx.2025-ci il tarixdə səhər radələrində Bakı şəhəri, 20 yanvar ərazisində əvvəllər tanıdığı, lakin adını xatırlamadığı şəxsdən 1 bükümünə cəmi 15 manat verməklə əldə etdiyini, həmin psixotrop maddəni şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dedikləri həqiqəti əks etdirməmiş və özünü müdafiə xarakterli olmuşdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Saat 19:45 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 76-cı məhəllə, Polimer zavodunun yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və ya qanunla qadağan edilmiş predment və əşya varsa, təqdim etməsini təklif etmişlər. Sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd ağ kağız bükümü təqdim etmişdir. Tərəflərindən həmin bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə olan melamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Həmin metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0.68 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin psixotrop vasitəni 24 aprel 2025-ci il tarixdə səhər radələrində Bakı şəhəri, 20 yanvar ərazisində əvvəllər tanıdığı, lakin adını xatırlamadığı şəxsdən 15 manata şəxsi istifadəçisi üçün aldığını demişdir. Bununla bağlı protokol tərtib edilmiş, sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə aparılması üçün polis bölməsinə təhqiqatçıya təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 26 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 24 aprel 2025-ci il tarixli “Təqsirləndirilən şəxs üzərinə əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması'’ haqqında protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə videogörüntüylə keçirilmiş baxışdan görünür ki, 24 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saat 19:45 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 76 məhəllə ərazisində yerləşən Polimer zavodunun yaxınlığında saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edirlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ qabaq cibindən 1 (bir) ədəd ağ rəngli kağız bükümü təqdim edir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu deyir. Polis əməkdaşları tərəfindən bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən edilir. Həmin metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0.68 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin psixtrop maddəni xx.xx.2025-ci il tarixdə səhər radələrində Bakı şəhəri, 20 yanvar ərazisində əvvəllər tanıdığı, lakin adını xatırlamadığı şəxsdən 1 bükümünə cəmi 15 manat verməklə əldə etdiyini və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini deyir. Təqsirləndirilən şəxs şalvarının sağ arxa cibindən bir ədəd pul qabını təqdim edir. Polis əməkdaşları təqdim etdiyi pul qabına baxış keçirildikdən sonra sübut əhəmiyyəti kəsb etmədiyi üçün həmin pul qabı özünə qaytarılır. Daha sonra Təqsirləndirilən şəxs üzəri polis əməkdaşları tərəfindən yoxlanılır. Yoxlanış zamanı üzərindən dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Cinayət işinin materiallarında olan 24 aprel 2025-ci il tarixli “şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi" haqqında protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə videogörüntüyə keçirilmiş baxışdan görünür ki, 24 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİnin 5-ci PB-nin əməkdaşları tərəfindən saat 19:45 dəqiqədə Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. X4 özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edir. Sonra polis əməkdaşları özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X5 təqdim olunur. O. vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirir. Bundan sonra sonuncunun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilmir. Sorğu zamanı bir daha üzərindən aşkar edilmiş psixotrop maddənin özünə məxsus olduğunu xx.xx.2025-ci il tarixdə səhər radələrində Bakı şəhəri, 20 yanvar ərazisində əvvəllər tanıdığı, lakin adını xatırlamadığı şəxsdən 1 bükümünə cəmi 15 manat verməklə əldə etdiyini, həmin psixotrop maddəni şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini bildirir. Daha sonra əməliyyat müvəkkili Şahid1 üzərində müvafiq qeydlər aparılmış və DİN-nin möhürü ilə möhürlənmiş ağ rəngli kağız zərfi təqdim edir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təqdim edilmiş zərf təhqiqatçı tərəfindən açılmamışdır. Sorğu zamanı bir daha həmin psixotrop maddənin özünə məxsus olduğunu, həmin psixotrop maddəni şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini, ondan hər hansı şəxsə vermədiyini bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 aprel 2025ci il tarixli 20-237 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Vət: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 büküm kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd ağ rəngli kağız bükümdəki qara rəngli polietilen kəsiyində təmiz çəkisi 0,454 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş 30 aprel 2025-ci il tarixli 2486 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər MX-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş 25 aprel 2025-ci il tarixli 528 nömrəli məhkəmə- tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmadı. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq olunması, psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadəsini işin faktiki hallarına uyğun olmadığından, iş üzrə toplanmış sübutlarla təzkib olunduğundan cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün özünü müdafiə etmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir, həmin ifadəni sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunun ifadəsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tammamilə təzkib olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxaş keçirilərkən, aşkar edilmiş psixotrop maddə götürülərkən törətdiyi cinayət əməlini tam etiraf edərək etirafedici ifadələr verir, psixotrop maddənin ona aid olmaması barədə heç bir etirazını bildirmir. Həmçinin polis əməkdaşları tərəfindən döyüldüyünü göstərsə də tutulandan bir gün sonra məhkəmə-tibbi ekspertizadan keçirilmiş, üzərində heç bir xəsarət izləri aşkar edilməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilmədiyindən azadlıqda olduğu halda polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması, üzərinə polis əməkdaşları tərəfindən psixotrop maddə qoyulması barədə heç bir orqana şikayət etməmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun gəldiyindən sübut kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, yəni məhkumluğunun olmamasını və cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 24 aprel 2025-ci il tarixdən 26 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 2 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 30 aprel 2025-ci il tarixli 2486 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,404 qram psixotrik maddə olan metmfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 aprel 2025-ci ildən 26 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin CM-in 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 2 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,404 qram psixotrik maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar