Məhkəmə qərarları › İş №1(060)-54/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-54/2021

08.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-54/2021 08.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi-Qanuni nümayəndə zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə 17.10.1985-ci il tarixdə Laçın rayonu Güləbird kəndində anadan olmuş, evli (himayəsində 03 azyaşlı övladları olan), orta təhsilli, fərdi işlə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri 41-ci məhəllə Bakı küçəsi yataqxana 16 otaq 79-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 16 iyul 2020-ci il tarixdə saat 07:15 radələrində BCDE kateqoriyalı AB N596479 nömrəli sürücülük vəsiqəsi ilə 620373 nömrəli etibarnamə əsasında idarə etdiyi Hyundai County markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusla Sumqayıt şəhəri Sülh küçəsi ilə Bakı-Quba yolu istiqamətində saatda 60 km surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkətinin iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq qarşısında hərəkətdə olan X1 arxadan vurub ehtiyyatsızlıqdan sonuncuya başın küt travması, kəllə qapağı və kəllə əsası sümüklərin çoxqəlpəli sınıqları, baş-beyinə qansızma və beyinin hissəvi evakuasiyası, sol bazunun qapalı sınığı, hər iki yuxarı ətrafların, döş qəfəsinin və qarının arxa səthlərinin geniş ölçülü sıyrıqları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib Ərəstun Tayirovun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, eyni zamanda həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs məxsus Hyundai County markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusa ehtiyyatsızlıqdan ümumilikdə 1260 (min iki yüz altmış) manat maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qisminə ifadə vermiş Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək vermiş olduğu ifadəsində göstərdi ki, o Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri 41-ci məhəllə Bakı küçəsi yataqxana 16 otaq 79-da ailəsi ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamışdır. Daimi olaraq heç bir yerdə işləmir, sürücülüklə məşğul olub ailəsini dolandırır. X3 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış,onun adını hadisə baş verdikdən sonra bilmişdir. O Zərərçəkmiş şəxs məxsus “Hyundai County” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı-Sumqayıt istiqamətində sürücülük etmişdir. Həmin avtobusu etibarnamə əsasında idarə etmişdir. Hər gün özünün daimi müştərilərini ünvanlarından götürüb Bakı şəhərinə aparmış, bunun müqabilində hər müştəriyə görə 60 qəpik pul almışdır. Onun qaynanası rəhmətə getdiyi üçün artıq 8 aydır ki, ailəsi ilə birlikdə qaynı Cavid Mütəllibovgilin Sumqayıt şəhəri Corat bağlarında yerləşən fərdi yaşayış evində qalır. Hər gün olduğu kimi, 16 iyul 2020-ci il tarixdə saat 06:35 radələrində o, Sumqayıt şəhəri Corat bağlarından idarə etdiyi “Hyundai County” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusla Sumqayıt şəhərinin daxili ilə Bakı şəhəri istiqamətində hərəkətə başlamış, Sumqayıt şəhəri 41-ci məhəllə ərazisində yerləşən Qaz İdarəsinin yanında tikilmiş yeni tikilinin qarşısından müştərisi Vüsalə xanımı götürüb Sumqayıt şəhəri Sülh küçəsi istiqamətində hərəkətə davam etmişdir. O Sülh küçəsində həmişəki müştərisi Ramili və onun yanında olan adlarını bilmədiyi 2 nəfər oğlanı da götürüb Sumqayıt şəhəri, Sülh küçəsi ilə Bakı şəhəri istiqamətində hərəkətini davam etdirmişdir. O idarə etdiyi “Hyundai County” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusla Sumqayıt şəhəri Sülh küçəsi ilə təxminən saat 07:10 radələrində saatda 70 km sürətlə hərəkətdə olmuş və öz tərəfindən pəncərini açıb sol qolunu pəncərəyə qoymuşdur. Sumqayıt Gilan Tekstil fabrikini keçəndən sonra avtobusun pəncərəsi açıq olduğu üçün onun sol qolunu iç hissədən arı sancmışdır. Arı onun qolunu sancandan təxminən bir dəqiqə sonra özünü pis hiss etməyə başlamışdır. Həmin vaxt avtobusun ön sərnişin oturacağında Ramil oturmuşdur, digər 3 nəfər şəxs isə avtobusu içəri oturcaqlarında oturmuşdurlar. Arı onu sancdıqdan sonra idarə etdiyi “Hyundai County” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusla təxminən 250 metr məsafə qət etmiş və həmin vaxt özünü normal hiss etmişdir. Arı onu sancdıqdan sonra qolunu spirtləyib hərəkətini davam etirmişdir. Daha sonra, huşunu itirməyə başlamışdır. O “Hyundai County” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusla Sülh küçəsinin sağdan birinci yolu ilə hərəkətdə olmuşdur. Həmin vaxt Ramil ona ehtiyatlı olmasını demişdir. Ondan sonra o heç nəyi xatırlamamışdır. Ayılanda artıq yerdə avtobusun yanında uzanıqlı vəziyyətdə olmuş, onun üzünə su vurub onu tanımadığı şəxslər oyadırdılar. Həmçinin həmin vaxt orada tanımadığı bir nəfər hərbiçi ona içməyə su vermişdir. Eyni zamanda həmin vaxt orada yolun kənarını sulayan şəxslər də olmuşlar. Lakin o özünü pis hiss etdiyi üçün yenə huşunu itirmişdir. O ikinci dəfə ayılanda artıq Təcili Tibbi yardım Stansiyasının avtomobili ilə Sumqayıt şəhər Travmatoloqiya xəstəxanasına gətirilmiş, ayılanda avtomobilin içərisində olmuşduri. Onu həkimlər avtomobildən düşürtmüşlər və xəstəxanaya yerləşdirmişlər. O xəstəxanada olarkən bilmişdir ki, huşumu itirib yolun solu ilə hərəkət edən velosipedçi adını sonradan bildiyi X3 arxadan vurub yol nəqliyyat hadisəsi törətmiş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Ərəstun Tayirov aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Onu arı çalmamışdan öncə onun hərəkət istiqamətində qarşısında ağ rəngli İsuzu markalı dövlət qeydiyyat nişanlı avtobus hərəkət etmişdir. Həmin avtobus iri olduğu üçün o, ola bilsin ki, yolun sağ kənarı ilə hərəkətdə olan X1 görməmişdir. Arı onu sancdıqdan bir müddət hərəkət etdikdən sonra o özündə olmamış, sonda ön sərnişin oturacağında olan sərnişin Ramilin onu çağırdığını eşitmişdir. O ayılanda Ramil ona adam vurduğunu demiş, o yenə özündən getmişdir.Yol nəqliyyat hadisəsi 16.07.2020-ci il tarixdə saat 07:10 radələrində Sumqayıt şəhəri Sülh küçəsindən keçən yolda Bakı-Quba yolu istiqamətində baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb o, avtobusu idarə edərkən arının onun qolunu sancması nəticəsində özünü pis hiss edib huşunu itirməsi və idarəetməni itirməsi olmuşdur. “Hyundai County” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etməyə hüquq verən sürücülük vəsiqəsivə etibarnaməsi var. Hadisə baş verən vaxt o spirtli içki və ya narkotik vasitə təsiri altında olmamışdır. X1 hadisə baş verən an görməmiş, huşunu itirdiyi üçün ümumiyyətlə heç nə xatırlamamış, yalnız Ramilin “ehtiyyatlı ol” sözünü eşitmiş, sonra isə heç nə xatırlamamışdır.Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmədə cinayət işi üzrə zərərçəkmiş şəxs X2 hüquqi varisi Qanuni nümayəndə ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, N.Aslanov küçəsi ev 54-də qeydiyyatda olmaqla yaşayır, mərhum X4 onun doğma oğludur, onunla münasibəti normal olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, Sumqayıt şəhəri ərazisində Stansiya Sumqayıt ərazisinə yaxın yerdə yerləşən plastik sexində işləmişdir. Oğlu Ərəstun hər gün işə özünə məxsus velosipedlə gedib gəlmişdir. O, hər gün işə saat 06:45 radələrində evdən çıxıb getmişdir. Hər gün olduğu kimi 16.07.2020-ci il tarixdə oğlu Ərəstun yenə saat 06:45 radələrində evdən özünə məxsus velosipedi ilə çıxıb işə getmişdir. Özü evdə olan vaxt təxminən saat 10 radələrində əmisi qaynı Hatəm onlara gəlib demişdir ki, Sumqayıt şəhəri Sülh küçəsində yol nəqliyyat hadisəsi baş vermiş, oğlu Ərəstun velosipedlə işə gedərkən avtobus sürücüsü onu vurmuş və oğlu hazırda xəstəxanadadır. Oda tez evdən çıxıb qaynı Hatəm və digər qohumları iləbirlikdə Sumqayıt şəhəri Travmatoloqiya xəstəxanasına getmişlər. O xəstəxanada olanda bilmişdir ki, oğlu Ərəstun baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş və onu morqa aparmışlar. Morqda müayinə olunduqdan sonra onlar oğlu Ərəstun Tayirovun meyitini götürüb evə gətirmişlər. O sonra öyrənmişdir ki, adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai County markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusla Sumqayıt şəhəri Sülh küçəsi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan vaxt oğlu Ərəstun Tayirovu arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə oğlu yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiklərinə inanmadığını, sonuncunun özünü məsuliyyətdən kənarda qoymaq üçün belə ifadə vermişdir. Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində sərt cəza tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri 34-cü məhəllə bina 10/53 mənzil 32-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs tanımaqla onun qohumudur, onunla münasibəti yaxşıdır, heç bir ədavət düşmənçiliyi yoxdur. Onun özünə məxsus Hyundai County markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusu var. Həmin avtobusu etibarnamə ilə Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs həmin avtobusla Bakı-Sumqayıt yolunda sürücülük edir. 16.07.2020-ci il tarixdə təxminən səhər saat 08 radələrində o evdə olarkən Ramil onun mobil nömrəsinə zəng edib, Sumqayıt şəhərinin çıxışında, Sumqayıt yazısı olan yerdə yol nəqliyyat hadisəsi törətdiyini, özünün xəstəxanada olduğunu demişdir. O da evdən çıxıb Ramilin dediyi yerə gedib görmüşdür ki, Ramil ona məxsus avtobusla velosipedçi olan sonradan adını bildiyi X3 vurub yol nəqliyyat hadisəsi törətmiş, avtobus isə səkinin üstündə olmuşdur. Ərəstun Tayirovun meyiti isə kənarda olmuşdur. O orada bilmişdir ki, Təqsirləndirilən şəxs arxadan velosipedçini vurub yol nəqliyyat hadisəsi törətmiş, velosipedçi də hadisə yerində ölmüşdür. O sonradan Ramilin yanına xəstəxanaya getmiş, xəstəxanada olarkən bilmişdir ki, Ramilin avtobusu idarə edərkən onu arı sancmış və arı sancması təsirindən o, özündə olmadan yol nəqliyyat hadisəsini törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus Hyundai County markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusun ön hissəsi əzilmişdir. O avtobusun təmirinə 1600 manat məbləğində pul xərcləmişdir. Təqsirləndirilən şəxs onun avtobusuna dəymiş ziyanı tam ödədiiyndən ondan şikayətçi deyildir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri 9-cu mikrorayon ev 30 mənzil 7-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri 13-cü mikrorayon ev 37 mənzil 65-də ailəsi ilə birlikdə yaşayır. O Bakı şəhərində yerləşən “Qanun” nəşriyyat evində dizayner vəzifəsində işləyir. Onun işlədiyi yerin inzibati binası Bakı şəhəri Tbilisi prospektində yerləşir. O hər gün səhər saat 07 raadələrində evdən çıxıb Bakı şəhərinə gedir. Onun şəxsi avtomobili olmadığı üçün işə avtobusla, yəni Bakı- Sumqayıt avtobusu ilə gedir. Təxminən 4 aya yaxındır ki, eyni marşrutla, yəni Təqsirləndirilən şəxs idarə etdiyi Huyndai County markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusu ilə getmişdir. Təqsirləndirilən şəxs hər gün onu saat 06:45 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən “Hipermarket”in qarşısından götürmüş və onlar Sumqayıt şəhər daxili onun sərnişinləri götürüb Bakı şəhərinə getmişlər. Təqsirləndirilən şəxs demək olar ki, həmişə birinci yol üstü onu götürmüş, digər sərnişinləri ondan sonra götürmüşdür. Hər gün olduğu kimi, 16 iyul 2020-ci il tarixdə təxminən saat 06:45 radələrində Təqsirləndirilən şəxs onu həmişəki yerdən götürmüş və onlar Bakı şəhəri istiqamətində yola düşmüşlər. Təqsirləndirilən şəxs təxminən onunla birlikdə 10-12 nəfər sərnişin yığıb Sumqayıt şəhəri Sülh küçəsi ilə Bakı şəhəri istiqamətində təxminən saatda 60-70 kmlə hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs Sülh küçəsindən keçən yolun sağ tərəfdən birinci zolaqla avtobusu idarə etmişdir. O həmişə avtobusun ön sərnişin oturağında oturmuş, həmişə olduğu kimi də o yenə avtobusun ön sərnişin oturacağında oturmuşdur. Onlar Sumqayıt şəhəri “Gilan” tekstil fabrikinin dönəcəyində olan işıqforu təzə keçimişlər ki, Təqsirləndirilən şəxs qəflətən uca səslə “Ayda” deyərək qışqırmış, o da ondan nə baş verdiyini soruşmuş, Təqsirləndirilən şəxs isə ona bildirmişdir ki, pəncərə açıq olduğundan onu deyəsən arı sancmışdır. O, sol qolunu tutub sağ əli arı onu sancan yerini sıxmış və spirtlə həmin yeri spirtləmişdir. O da ona bildirmişdir ki, istəyirsə qayıdıb qolunu həkimə göstərsin. Təqsirləndirilən şəxs isə heçnə olmadığını, yaxşı olduğunu demişdir. Onlar arı Ramili sancdıqdan sonra təxminən 300-400 metr hərəkət etdikdən sonra qarşıda olan dayanacağa çatan vaxt sonra görmüşdür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtobus sağa tərəf istiqamətlənir. O ilk öncə elə bilmişdir ki, dayanacağa sərnişin götürmək üçün girmək istəyir, lakin ondan sürətini azaltmadığını görüb Ramilə tərəf çönmüş, onun həmin vaxt gözləri açıq olmuş, o Ramili dəfələrlə çağırmış, lakin onun gözü açıq olsa da ona cavab verməmişdir. Həmin anda dayanacağın qarşısında yolun kənarı ilə adını sonradan bildiyi Ərəstun Tayirov velosipedlə Bakı şəhəri istiqamətibndə hərəkətdə olmuşdur. O nə qədər Ramil deyərək çağırsa da o, ona heç bir cavab verməyib, hərəkətini davam etdirərək velosipedçini yolun sağ kənarında avtobusun o oturan ön hissəsi ilə vurmuş, daha sonra isə yoluin sağ kənarında olan səkinin üstünə çıxıb güllüyün içində avtobus dayanmışdır. Avtobus dayandıqdan sonra Təqsirləndirilən şəxs özünə gəlib ondan nə baş verdiyini soruşmuş, o da ona deyəsən velosipedçini vurduğunu demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs halı yenə pisləşmiş, avtobusda olan sərnişinlər avtobusdan düşmüşlər, o da avtobusdan düşüb görmüşdür ki, Təqsirləndirilən şəxs vurduğu velosipedçi Ərəstun Tayirov otluqda yerdə uzanıqlı vəziyyətdədir. Hadisə yerində olan tanımadığı bir nəfər şəxs Təcili Tibbi yardıma zəng edib yol nəqliyyat hadisəsi olduğunu, xəsarət alan olduğunu deyib təcili yardım çağırmışdır. O və digər oraya toplaşmış adamlar Ərəstun Tayirova yaxınlaşıb görmüşlər ki, o, artıq yol nəqliyyat hadisəsi nəticəsində aldığı bədən xəsarətindən hadisə yerində vəfat etmişdir. Onun baş hissəsi partlamış və qan gəlmişdir. Onlar sonra su ilə Təqsirləndirilən şəxs özünə gətirməyə çalışmışlar. Təxminən 10 dəqiqə keçdikdən sonra Təcili tibbi yardı avtomobili gəlmiş, Təqsirləndirilən şəxs götürüb getmişlər. O da polis əməkdaşları getdikdən sonra çıxıb Bakı şəhərinə işə getmişdir. Yol nəqliyyat hadisəsi 16.07.2020-ci il tarixdə saat 07:10 radələrində Sumqayıt şəhəri, Sülh küçəsindən keçən yolda Bakı-Quba yolu istiqamətində baş vermişdir. Təqsirləndirilən şəxs hadisə baş verən anda “Hyundai County” markalı **- DL-*** dövlət qeydiyyat nişanlı avtobusu təxminən saatda 60-70 km sürətlə idarə etmiş, o, idarə etdiyi sürətlə də əyləci basmadan velosipedçi Ərəstun Tayirovu arxadan vurmuşdur. Yol nəqliyyat hadisəsi baş verən anda velosipedçi Ərəstun Tayirov yolda hərəkətdə olmuş, o, dayanacağın qaşısında yolun sağ kənarı ilə hərəkətdə olmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində o və ya avtobusda kolan hər hansı bir sərnişin heç bir xəsarət almamışdır. Yol nəqliyyat hadisəsi baş verən “Hyundai County” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusda onunla birlikdə təxminən 10-12 nəfər sərnişin olardı. Hadisə baş verdikdən sonra o, avtobusdan düşüb tez avtobusun arxasına tərəf keçmişdir ki, velosipedçiyə baxsın, velosipedçi həmin vaxt otluqda böyrü üstə uzanıqlı vəziyyətdə olmuş, onun yerini heç kəs dəyişdirməmiş, həmçinin onun velosipedi də səkinin qırağında olmuşdur. Hadisə baş verən vaxt onların qarşılarında qabağı görmək üçün hər hansı bir maneə olmamışdır. Fikrincə əgər o yola baxdıqda velosipedçinin 10 metr məsafədən görmüşsə, Təqsirləndirilən şəxs da velosipedçini həmin məsafədən görə bilərdi. Lakin həmin vaxt Təqsirləndirilən şəxs gözləri açıq olsa da o, özündə olmamışdır. Ola bilsin ki, bu səbəbdən Təqsirləndirilən şəxs velosipedçiyə fikir verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri 41-ci məhəllə yataqxana 18 mənzil 17A-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri Sumqayıt Çay stansiyası qəsəbəsi fərdi evdə ailəsiilə birlikdə yaşayır, hər gün olduğu kimi 16 iyul 2020-ci il tarixdə səhər saat 07:10 radələrində Sumqayıt şəhəri Sülh küçəsinin Bakı şəhəri istiqamətində olan dayanacaqda dayanıb avtobus gözləmişdir. Həmin vaxt adını sonradan bildiyi Ərəstun Tayirov velosipedlə avtodayanacağın qarşısından keçmişdir. O, velosipedi yolun kənarı ilə biraz dayanacağa tərəf hərəkətdə olmuşdur. Ərəstun Tayirov artıq dayanacağı keçib qurtarmağa az qalmış adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai County markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusla dayanacağın qarşısında Ərəstun Tayirovun arxadan vurmuş, Ərəstunun idarə etdiyi velosiped səkinin kənarına düşmüş, özü isə avtobusun onu vurması təsirindən ilk öncə onu səkiyə atmış, daha sonra isə avtobusun ön hissəsinin altında qalaraq onu avtobusun getdiyi istiqamətdə sürükləyib qazonluğa çıxartmışdır. O dərhal Ərəstunun yanına qaçıb görmüşdür ki, onun başı partlayıb, özü də tez Təcili tibbi yardıma zəng edib təcili yardım çağırmışdır. Bundan sonra o, avtobusa yaxınlaşmış, avtobusun sürücüsünün vəziyyəti pis olmuş, onun ağzından köpük gəlmişdir. O orada olan insanlarla birlikdə sürücünü avtobusdan düşürtmüşlər. Həmin vaxt avtobusda olan qadın sərnişinlərdən biri demişdir ki, sürücü avtobusu idarə edərkən onu arı sancmış, arı sancmasından bu vəziyyətə düşmüşdür. Sonra təcili yardım maşını hadisə yerinə gəlmiş, onlar Ərəstuna baxıb görmüşlər ki, o artrıq avtobusun onu vurması təsirindən vəfat etmişdir. Təcili yardımın işçiləri isə sürücü Təqsirləndirilən şəxs götürüb xəstəxanaya aparmışlar. Özü isə işə gecikdiyi üçün təcili tibbi yardım gəldikdən sonra çıxıb işə getmişdir. Yol nəqliyyat hadisəsi 16.07.2020-ci il tarixdə saat 07:10 radələrində Sumqayıt şəhəri, Sülh küçəsindən keçən yolda Bakı-Quba yolu istiqamətində olan avtobus dayanacağının qarşısında baş vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri Çerkassi küçəsi Yaşıl dərə yeni yaşayış massivi ev 5/3-də ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Bost-shelf” şirkətində sənədlərə nəzarət şöbəsində baş nəzarətçi vəzifəsində işləməklə hər gün şirkətin xidməti servis avtobusu səhər saat 07 radələrində evdən götürüb işə aparır. Hər gün olduğu kimi 16 iyul 2020-ci il tarixdə səhər saat 07:10 radələrində o Mercedes Sprinter markalı xidməti avtobusun arxa sağ tərəf oturcağında oturub Sumqayıt şəhəri Sülh küçəsinin Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Sumqayıt” yazısına çatmamış Hyundai markalı avtobusun arxa alt hissəsindən velosipedçinin çıxmasını görmüşdür. Həmin vaxt adını sonradan bildiyi X5 dayanacağın qarşısından keçərkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai County markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobus velosipedçini arxadan vurub üzərindən keçmişdir. O görmüşdür ki, velosiped avtobusun və velosipedçi avtobusun arxa hissəsinin altından çıxmışdır. Həmin vaxt onların avtobusun sürücüsü avtobusu saxlamayıb hərəkətinə davam etmişdir. O isə dərhal Təcili tibbi yardım xidmətinin 103 zəng xidmətinə zəng edib baş vermiş yol nəqliyyat hadisəsi barədə məlumat vermişdir. O sonradan Sumqayıt şəhərində olarkən öyrənmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində velosipedçi Ərəstun Tayirov adlığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Yol nəqliyyat hadisəsi 16.07.2020-ci il tarixdə saat 07:10 radələrində Sumqayıt şəhəri Sülh küçəsindən keçən yolda Bakı-Quba yolu istiqamətində olan avtobus dayanacağının qarşısında baş vermişdir.Velosipedçi Ərəstun yolun kənarı ilə hərəkətdə olarkən, Təqsirləndirilən şəxs idarə etdiyi avtobusla velosipedçini arxadan vurub bu hadisəni törətmişdir. Onun olduğu avtobus Təqsirləndirilən şəxs idarə etdiyi avtobusun arxası ilə getmiş, o, normal sürətlə avtobusu idarə etmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən andaidarə etdiyi sürətlə də velosipedçi Ərəstun Tayirovu arxadan vurub üstündən keçmişdir. Yol nəqliyyat hadisəsi baş verən anda velosipedçi Ərəstun Tayirov yolda hərəkətdə olmuş, o, dayanacağın qaşısında yolun sağ kənarı ilə hərəkətdə olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin baş inspektoru, polis leytenantı Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Sülh küçəsi onun xidmət apardığı marşrut xəttidir. 16 iyul 2020-ci il tarixdə, saat 07:20 radələrində o, xidmətdə olarkən Sumqayıt ŞPİ-nin Növbətçi Hissəsindən Sumqayıt şəhəri, Sülh küçəsində ölümlə nəticələnən yol yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alaraq hadisə yerinə yollanmışdır. Hadisə yerinə gəlib görmüşdür ki, adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Country markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusla adını sonradan bildiyi X1 vuraraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə velosipedçi Ərəstun Tayirov aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. O hadisə yerində olarkən Hyundai County markalı avtobus səkinin üzərində olmuşdur, Ərəstun Tayirovun meyiti isə yaşıllıqda olmuş, Ərəstun Tayirovun idarə etdiyi velosiped isə dayanacağın səkisinin kənarında olmuş və velosipedin arxa təkəri əzilmiş vəziyyətdə olmuşdur. O hadisə yerinə gələndə "Hyundai County" markalı avtobusun sürücüsü Təqsirləndirilən şəxs təcili tibbi yardım avtomobili gəlib xəstəxanaya aparmışdır. Hadisə yerinə toplanmış şəxslərdən eşitmişdir ki, Təqsirləndirilən şəxs arı sancdığına görə o, özündə olmamış, yol nəqliyyat hadisəsi törətmiş, vəziyyəti pisləşdiyi üçün təcili tibbi yardımla xəstəxanaya aparılmışdır. Daha sonra, onların iştirak hadisə yerinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hadisə yerinə hal şahidləri dəvət olunmuş, onlara hüquq və vəzifələri izah olunduqdan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Bundan sonra yolda ölçülər aparılaraq yolun hərəkət hissəsinin, velosipedçinin vurulma yerlərinin ölçüləri götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və sxem çəkilmişdir. O da digər iştirakçılar kimi tərtib olunmuş protokol və sxemi imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərdi ki, hər gün Təqsirləndirilən şəxs idarə etdiyi Huyndai County markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusu ilə işə gedir. Təqsirləndirilən şəxs hər gün onu sərnişin olaraq Bakı şəhərinə aparır. Hadisə baş verən gün, yəni 16 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onu həmişəki yerdən götürdü və onlar Bakı şəhəri istiqamətində yola düşmüşlər,o, sürcünün arxa hissəsində oturacaqda əyləşibmiş, qarşıda olan dayanacağa çatan vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtobusun sağa tərəf istiqamətləndyini görərək ilk öncə dayanacağa sərnişin götürmək üçün girmək istədiyini fikirləşmiş, daha sonra Ramil dayanacağın qarşısında yolun kənarı ilə velosipedlə hərəkətdə olan adını sonradan bildiyi Ərəstun Tayirovu vurmuş və daha sonra avtobus yolun sağ kənarında olan səkinin üstünə çıxıb güllüyün içində dayandı. Həmin vaxt Təqsirləndirilən şəxs halı pisləşmiş və avtobusda olan sərnişinlər avtobusdan düşmüşlər. Hadisə yerində olan tanımadığı bir nəfər şəxs Təcili Tibbi yardıma zəng edib yol nəqliyyat hadisəsi olduğunu, xəsarət alan olduğunu deyib təcili yardım çağırmışdır. Ərəstun Tayirova qorxusundan yaxınlaşmamış, sürücü Ramili qucağında düşürüb ona bir neçə dəfə sillə vursada o özünə gəlməmişdir. Onu avtobusdan düşürdəndə o qusmuş idi. Onun üzərini təmizləmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra Təcili tibbi yardım avtomobili gələrək Təqsirləndirilən şəxs götürüb getmişlər. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videogörüntünü tarixi 16.07.2020-ci il tarixdə saat 07:11:39-da başlayır və 07:13:10-da qurtarır. Videogörüntüyə baxış zamanı həmin videogörüntünün 07:11:40-cı saniyəsindən yolun Sumqayıt şəhəri Sülh küçəsi ilə Bakı-Quba maqistral yolu ilə istiqamətində yolun sağ kənarı ilə 1 nəfər uzaqdan ağ rəngə bənzər şalvar geyin və qara rəngə bənzər kofta geyinən velosipedçinin hərəkəti görsənir. Həmin velosipedçinin hərəkəti 1 dəqiqə olaraq davam edir, daha sonra məsafənin uzaqlığından velosipedçinin hərəkəti görsənmir. Videogörüntünün 1 dəqiqə 01 saniyəsindən, yəni 07:12:42-cı saniyəsindən Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai County” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusun hərəkəti görsənir. Diskə baxış zamanı videogörüntünün 1 dəqiqə 11 saniyəsində Təqsirləndirilən şəxs bildirdi ki, həmin vaxt, idarə etdiyi avtobuska yolun sağ tərəfində olan dirəyi keçərkən onun sol qolunu arı sancdı və o, sağ əlini sükandan çəkib sağ əli ilə sol əlindəki arını vurub kənara atdı və qapıda olan spirti götürüb arının onu sancdığı yeri spirtlədi. Həmin prossesin təxminən 5-6 saniyə davam etdiyini bildirdi, daha sonra, o, qolunda arının iynəsinin qaldığını görüb, sağ əli ilə arının iynəsini dartıb çıxartdığını və həmin an bədənin boşaldığını, özündə olmadığını və bundan sonra heçnədən xəbəri olmadığını, lakin hadisə baş verdikdən bir neçə gün sonra onu arı sancması ilə hadisənin baş verdiyi yerə qədər təxminən 250-300 metr məsafə qətt etdiyini bildirdi. Həmin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs arı sancdıqdan sonra o, avtomobili sərbəst şəkildə sağa-sola çəkməkdən düz idarə etmişdir. Videogörüntüdə avtobus uzaqlaşdıqca avtobusun hərəkətini görmək mümkün deyildir. Həmin “veloseped 2” saylı video görüntü açıldıqda videonun müddətinin 1 dəqiqə 25 saniyə olduğu müəyyən edildi, videogörüntüyə baxış zamanı müəyyən olundu ki, videogörüntünü tarixi 16.07.2020-ci il tarixdə saat 07:11:16-da başlayır və 07:12:41-də qurtarır. Videogörüntüyə baxış zamanı həmin videogörüntünün 07:11:16-cı saniyəsindən yolun Sumqayıt şəhəri Sülh küçəsi ilə Bakı-Quba maqistral yolu ilə istiqamətində yolun sağ kənarı ilə 1 nəfər uzaqdan ağ rəngə bənzər şalvar geyin və qara rəngə bənzər kofta geyinən velosipedçinin hərəkəti görsənir. Həmin velosipedçinin hərəkəti 15 saniyə olaraq davam edir, daha sonra kameranın istiqaməti olmadığı velosipedçinin hərəkəti görsənmir. Videogörüntünün 1 dəqiqə 10-cu saniyəsindən, yəni 07:12:31-ci saniyəsindən Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai County” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusun hərəkəti görsənir. Diskə baxış zamanı videogörüntünün 1 dəqiqə 21 saniyəsində Esdanov Ramil bildirdi ki, idarə etdiyi “Hyundai County” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusla 65-70 km/s sürəti ilə işıqforun yaşıl işığından keçib getdi. Cinayət işinin materiallarında olan Məhkəmə tibbi ekspertizasının 16.07.2020-ci il tarixli 68 saylı rəyindən görünür ki, mərhum X2 meyitinin bədəni üzərində başın küt travması, kəllə qapağı və kəllə əsası sümüklərin çoxqəlpəli sınıqları, baş-beyinə qansızma və beyinin hissəvi evakuasiyası, sol bazunun qapalı sınığı, hər iki yuxarı ətrafların, döş qəfəsinin və qarnın arxa səthlərinin geniş ölçülü sıyrıqlardan ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 16.07.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Ərəstun Tayirovun ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərin çoxqəlpəli sınıqları, baş beyinə qansızma və beyinin hissəvi evakuasiyası olmuşdur. Ərəstun Tayirovun ölümü onun meyitinin meyitxanada müayinəsindən (16.07.2020-ci il tarixdə saat 10:00-da) 2-4 saat əvvəl baş vermişdir. Ərəstun Tayirovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində spirti və narkotik maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarnda olan məhkəmə tibbi ekspertizasının 03.09.2020-ci il tarixli T 231/2020 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinə zamanı bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilmədi. O, 16.07.2020-ci il tarixdə Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına daxil olarkən sol bazunun ön səihində arı sancmasının izi olan şişkinlik müəyyən edilmişdir və «kəskin allergik reaksiya arı sancmasına qarşı» diaqnozu qoyularaq ilkin tibbi yardım göstərildikdən sonra həmin tarixdə xəstəxananı tərk etmişdir. Təqsirləndirilən şəxs xəstəxanaya daxil olarkən ona «kəskin allergik reaksiya arı sancmasına qarşı» diaqnozu qoyulmuş və arı sanması nəticəsində allergik reaksiyası baş vermiş, bu da halsızlıq, sol qolunda ağrı hissi və ürəkbulanma şikayətləri şəklində təzahür etdiyindən onun xəstəxanaya düşməsinə səbəb olmuşdur. Allergik reaksiya zamanı ilk anda huşun itməsi baş vermir, bu əlamət anafilaktik şok zamanı baş verir ki, bu da xəstədə olmamışdır. Odur ki, arı sancması zamanı o özündə olmuş, avtomobilin hərəkət istiqamətində yolu tam görməklə yanaşı avtobusu idarə etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28.08.2020-ci il tarixli, 8/1166 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Hyundai Country» markalı 50-DL 691 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkti haqqında» Azərbaycan Respublikası Qanununun36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Metodiki vəsaitin tələblərinə əsasən velosipedçi məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və velosipedçinin hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi yol-nəqliyyat hadisələri ekspertininin səlahiyyətinə aid deyildir. Sumqayıt şəhər Məhkəməsinin 20.11.2020-ci il tarixli qərarı ilə təyin edilmiş təkrar məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertizavə pataloji X6 Hüquqi şəxs tərəfindən verilmiş 25.01.2021-ci il tarixli 597 saylı saylı ekspert rəyindən görünür ki,Təqsirləndirilən şəxs 16.07.2020-ci il tarixdi Sumqayıt Təcili Tibbi yardım Xəstəxanasına halsızlıq, sol qolunda ağrı hissivə ürəkbulanma şikayətləri ilə daxil olmuşdur.müayinə zamanı sol bazununön səthində arısancmasının izi olanşişkinlik aşkar edilmişvə “kəskin allerqik reaksiya arı sancmasına qarşı” diaqnozu qoyularaq ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs arı sancması nəticəsində allerqik reaksiya baş vermişdir.Bu zaman onun huşu aydın olmuşdur.Huşun itməsi əlaməti anafilaktik şokzamanı baş verir ki,bu da xəstədə olmamışvə o avtomobilin hərəkət istiqamətində yolu tam görərək avtobusu idarə etmək qabiliyyətində olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 17.02.2021-ci il tarixli qərarı ilə təyin edilmiş komisyon məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertizavə pataloji X6 Hüquqi şəxs tərəfindən verilmiş 19.04.2021-ci il tarixli 1007 saylı saylı ekspert rəyindən görünür ki,vətəndaş Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət və ya xəsarət izi aşkar olunmadı.O,16.07.2020-ci il tarixdəSumqayıt şəhər TTY Xəstəxanasına daxil olarkən sol bazunun ön səthində arı sancmasının izi olanşişkinlik müəyyən edilmiş və kəskin allerqik reaksiüya arı sancmasına qarşı diaqnozu qoyularaqilkin tibbi yardım göstərildikdən sonra həmin tarixdə xəstəxananı tərk etmişdir.Vtəndaş Təqsirləndirilən şəxs Xəstəxanaya daxil olarkən ona “kəskin allerqik reaksiya arı sancmasına qarşı” diaqnozu qoyulmuşvə arı sancması nəticəsində allerqik reaksiya baş vermiş , bu da halsızlıq sol qolunda ağrı hissi və ürəkbulanma şikayətləri şəklində təzahür etdiyindən onun xəstəxanaya düşməsinə səbəb olmuşdur.Allerqik reaksiya zamanü ilk anda huşun itməsi baş vermirvə bu əlamət anafilaktik şok zamanı baş verir ki,bu da xəstədə olmamışdır.Odur ki, arı sancması zamanı o özündə olmuşavtomobilin hərəkət istiqamətindətam görməklə yanaşı avtobusu idarə etmək iqtidarında olmuşdur. Anafilaktik şok orqanizmin bütün üzv və sistemlərininkəskin pozulması ilə müşayət olunan ağır prosesdirBunun əsas əlaməti huşun itməsi,tənəffüsün pozulması,A/T düşməsi, nəbzin tezləşməsi,və ya itməsi,boğulma hissi, ntiqin dinamikanın pozulması və s aiddir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserindən daxil olmuş 3885 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktındangörünürki, ƏsdanovRamilƏnvəroğlu 16.07.2020-ci il tarixdə saat 12:10 radələrinə müayinədən keçirilərkən alkaqol sərxoşluğu vəziyytəi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “xxxx” MMC-dən daxil olmuş 05 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, onlara təqdim olunan 2010-cu il buraxılışlı HyundaiCountymarkalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtobusa ümumilikdə 1260 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin materiallarında olan Şahid2 ifadəsinin hadisə yerində yoxlanılmasına dair 24.07.2020-ci il tarixli protokoldan görünür ki, sonuncu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha dəqiqliklə göstərmişdir. Cinayət işinin materiallarından görünür ki, maddi sübut kimi tanınmış baş vermiş yolnəqliyyat hadisəsinin video görüntüsünü əks etdirən 01 ədəd DVD disk cinayət işinin istintaq materiallarında saxlanılır, üzərində «Aurus» sözləri yazılmış velosiped saxlanılması üçün Qanuni nümayəndə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş 24.07.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Ə.Əliyev adına Sumqayıt Tbbi Kolleci 16 saylı Yataqxana tərəfindən verilmiş xasiyytnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən gbrünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013, 2016 və 2017-ci il təvəllüdlü 3 azyaşlı uşağı vardır. Sübutların qiymətləndirilməsi və əməlin tövsif olunmasına dair 15.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 120, 186, 187 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15.09.2020-ci il tarixində CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Esmira əsulova tərəfindən verilmiş ərizədən görünür ki,o, Təqsirləndirilən şəxs şikayətçidir və barəsində ən sərt cəzanın tətbiq edilməsini Məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi lə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri və məhkəmə tibbi ekspertizasının, təkrar məhkəmə tibbi və komisyon məhkəmə tibb ekspertizalarının rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilməyərək arı sancması nəticəsində özündə olmadığı üçün hadisənin anidən baş verdiyini və hadisələri idarə etmək imkanının olmamasını bildirsə də şahid qismində ifadə vermiş Şahid2 ifadəsindən də göründüyü kimi, Təqsirləndirilən şəxs arı sancdıqdan sonra yanında əyləşmiş Şahid2 ona avtobusu dayandırmasını təklif etsə də Təqsirləndirilən şəxs qolundakı arı sancan nahiyyəni sıxaraq üzərinə spirt vurmuş və hər şeyin qaydasında olduğunu bildirərək bundan sonra təxminən 400 metr məsafə qət etmişdir ki, bu da Təqsirləndirilən şəxs Akif oğlunun onu arı sancdıqdan sonra idarə etdiyi avtobusu kənara çəkmək, hərəkəti dayandırmaq və baş verə biləcək yol nəqliyyat hadisəsinin qarşısının alınmasına kifayət qədər vaxtının olduğunu göstərir. Həmçinin, təqsirləndirilən şəxs də ifadəsində onu arı sancdıqdan sonra qoluna sprit vurub hərəkətini davam etdirdiyini göstərmişdir. Bundan başqa, istər ibtidai istintaq və məhkəmə baxışında müdafiə tərəfinin vəsatətləri əsasında Təqsirləndirilən şəxs hadisə zamanı sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair keçirilmiş məhkəmə tibbi ekspertiza rəylərindən görünür ki, Təqsirləndirilən şəxs arı sancması nəticəsində allerqik reaksiya baş vermişdir.Bu zaman onun huşu aydın olmuşdur.Huşun itməsi əlaməti anafilaktik şokzamanı baş verir ki,bu da xəstədə olmamışvə o avtomobilin hərəkət istiqamətində yolu tam görərək avtobusu idarə etmək qabiliyyətində olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bu barədə göstərdiyi xüsusatlar özünümüdafiə xarakteri daşıdığından sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi Məhkəmə tərəfindən qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrindəcəza çəkir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə madddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı,01 ədəd velosipedin zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24sentyabr 2020-cu il tarixli (iş № 1(060)- 451/2020) qərarını icra edərək, 28sentyabr 2020-cu il tarixli 325 saylı orderə əsasən vəkil Müdafiəçi2 Müseyib oğlu onun vəkili təyin etmişdir. Müdafiəçi2 Müseyib oğlu məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun” xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Cinayət işinin mateiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə məhkəmə iclasında idiia ərizəsi təqdim etməmişlər. Belə olan halda Məhkəmə hesab edir ki, dəymiş maddi və mənəvi ziyanla mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ zərərçəkmiş şəxsin hüquqi varisinə izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 08 may 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə hökm qanuni qüvvəyə mindikdən sonra dəymiş maddi və mənəvi ziyanla bağlı mülki iddai qaydasında Məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. 01 ədəd üzərində “aurus” yazılımış velosipedin zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkiliMüdafiəçi2 Müseyib oğlunun göstərdiyi 15 saat saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar