Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-54/2023 09.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1994-cü ildə Masallı rayonu, Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, hazırki cinayəti törədərkən məhkumluğu olmayan, Masallı rayonu, Çaxırlı ərazi dairəsi, Kəlbəhüseynli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivindəki fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən 03 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən Kompressorlar zavodunun ərazisindən keçən Sumqayıt Telekommunikasiya Qovşağına məxsus hava rabitə xətti olan TPP 100x2x0,4 markalı paylayıcı kabelin 55 metr hissəsini kəsib gizli talayıb zərərçəkmiş hüquqi şəxs Sumqayıt Telekommunikasiya Qovşağına ümumilikdə 330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi istiqamətində Sumqayıt Telekommunikasiya Qovşağına məxsus hava rabitə xətti olan TPP 100x2x0,4 markalı paylayıcı kabelin 55 metr hissəsini kəsib gizli talayıb zərərçəkmiş hüquqi şəxs Sumqayıt Telekommunikasiya Qovşağına ümumilikdə 330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 03-04 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən Kompressorlar zavodunun ərazisindən keçən Sumqayıt Telekommunikasiya Qovşağına məxsus hava rabitə xətti olan TPP100x2x0,4 markalı paylayıcı kabelin 55 metr hissəsini kəsib gizli talayıb zərərçəkmiş hüquqi şəxs Sumqayıt Telekommunikasiya Qovşağına ümumilikdə 330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, 03-04 radələrində Sumqayıt Telekommunikasiya Qovşağına məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəmsə küçəsi istiqamətində hava rabitə xətti olan TPP100x2x0,4 markalı paylayıcı kabelin 68 (altmış səkkiz) metr hissəsini, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Atamoğlan küçəsi istiqamətində hava rabitə xətti olan TPP20x2x0,4 markalı paylayıcı kabelin 50 metr hissəsini kəsib gizli talayıb zərərçəkmiş hüquqi şəxs Sumqayıt Telekommunikasiya Qovşağına ümumilikdə 490 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan torbada təmiz çəkisi 450,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 17:00-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən Kompressorlar zavodunun qarşısında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın bel hissəsindən 01 ədəd sellofan torbada təmiz çəkisi 450,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, heç bir yerdə işləmir, narkotik vasitə istifadəçisidir. Maddi vəziyyəti yaxşı olmadığı üçün narkotik vasitə əldə edə bilmədiyindən oğurluqlar etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən Kompressorlar zavodunun ərazisindən keçən Sumqayıt Telekommunikasiya Qovşağına məxsus hava rabitə xətti olan kabelin təxminən 50-60 metr hissəsini bağlandığı dirəyə çıxıb əvvəlcədən özü ilə apardığı dəmir kəsən alətlə kəsmişdir. Sonra həmin kabeli hissələrə ayırıb Kompressorlar zavodunun ərazisində yandırıb əritmişdir ki, içərisində olan mis materialını satıb pul əldə etsin. Həmin mis materialını zavod ərazisində gizlətmiş, eyni tarixdə, saat 10 radələrində həmin yerə qayıdıb gizlətdiyi mis materialını götürüb H.Z.Tağıyev qəsəbəsi ərazisinə gedib tanımadığı şəxsə 10 manata satmış və əldə etdiyi pulu siqaretə və yeməyə xərcləmişdir. xx.xx.2022-ci il tarixdə yenidən pula ehtiyacı olduğuna görə saat 06 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yerləşən Sumqayıt Telekommunikasiya Qovşağına məxsus hava rabitə xətti olan kabelin təxminən 55-60 metr hissəsini əvvəlcədən özü ilə apardığı dəmir kəsən alətlə kəsmişdir. Sonra həmin kabeli hissələrə ayırıb Kompressorlar zavodunun ərazisinə aparıb yandırıb əritmişdir ki, içərisində olan mis materialını satıb pul əldə etsin. Sonra həmin mis materialını yaşadığı ünvana aparmış, eyni tarixdə, saat 13-14 radələrində mis materialını götürüb H.Z.Tağıyev qəsəbəsi ərazisində tanımadığı şəxsə 15 manata satıb özünə siqaret və tanımadığı şəxsdən narkotik vasitə alıb istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 03-04 radələrində yenidən ona pul lazım olduğuna görə kabel oğurlamaq qərarına gəlmişdir. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən Kompressorlar zavodunun ərazisindən keçən zaman xx.xx.2022-ci il tarixdə kəsib oğurladığı Sumqayıt Telekommunikasiya Qovşağına məxsus hava rabitə xətti olan kabelin təxminən 50-60 metr hissəsinin yerinə kabel quraşdırıldığını görüb həmin kabeli yenidən kəsib oğurlamaq qərarına gəlmişdir. Sonra özü ilə apardığı dəmir kəsən alətlə həmin kabelin 50-60 metr hissəsini yenidən kəsmişdir. Sonra həmin kabeli hissələrə ayırıb Kompressorlar zavodunun ərazisinə aparıb yandırıb əritmiş və içərisində olan mis materialını yaşadığı ünvana aparmışdır. Eyni tarixdə, saat 11 radələrində mis materialını götürüb Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində tanımadığı şəxsə 12 manata satıb həmin pulla yenidən tanımadığı şəxsdən narkotik vasitə alıb istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 03-04 radələrində yenidən pula ehtiyacı olduğuna görə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəmsə küçəsində Sumqayıt Telekommunikasiya Qovşağına məxsus hava rabitə xətti olan kabelin 65-70 metr hissəsini, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Atamoğlan küçəsi ərazisində hava rabitə xətti olan kabelin 50-60 metr hissəsini özü ilə apardığı dəmir kəsən alətlə kəsmişdir. Sonra həmin kabeli hissələrə ayırıb Kompressorlar zavodunun ərazisinə aparıb yandırıb əritmiş, dəmir kəsən mişarı orada gizlətmiş və əritdiyi mis materialını yaşadığı ünvana aparmış və gələcəkdə satmaq üçün yaşadığı ünvanda saxlamışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı Xəzri yaşayış massivi ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb oğurluq etməkdə şübhəli olduğunu bildirib onu 2-ci PB-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 2-ci PB-yə getmişdir. Polis bölməsində etdiyi cinayət əməlini etiraf etmiş və yaşadığı ünvanda saxladığı mis materiallarını və Kompressorlar zavodunun ərazisində gizlətdiyi dəmir kəsən mişarı polis əməkdaşlarına təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 17:00-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi, Kompressorlar zavodunun qarşısında olan zaman narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət edilmişdir. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirərkən etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan qara rəngli cins şalvarın bel hissəsində, kəmərin altında saxlamış olduğu ağ rəngli sellofan paketi çıxardıb təqdim etmişdir. Həmin sellofan paket açılan zaman sellofan paketin içərisində yaşıl rəngli qurudulmuş spesifik iyə malik narkotik vasitə olan “ marixuana”yə bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş bitki kütləsinin “marixuana” olduğunu, həmin bitki kütləsini xx.xx.2022-ci il tarixdə, saat 10:00 radələrində Ceyranbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manat pul ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman torbadaki bitki kütləsinin çəkisinin 0,460 kiloqram olduğu müəyyən olunmuş və həmin bitki kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş ARGO markalı siqaretlər əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. O, qeyd etdiyi oğurluq cinayətlərini tək törətmiş, ona kimsə kömək etməmiş və cinayət əməlini törədərkən onu kimsə görməmişdir. Saxlanılarkən, polis bölməsinə aparılarkən və polis bölməsində ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Həmin narkotik vasitə olan marixuananı üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən səmimi peşman olmaqla, sonradan həbs olunduğuna görə cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı ödəyə bilmədiyini göstərərək, məhkəmədən qeyd olunan halların nəzərə alınmaqla mülki iddia tələbinin qismən təmin olunaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə mülki iddianı müdafiə edərək ifadəsində göstərdi ki, Sumqayıt Telekommunikasiya Qovşağının Hüquq, Kadr və sənədlərlə iş şöbəsinin hüquqşünası vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Sumqayıt Telekommunikasiya Qovşağının elektron avtomat telefon stansiyası (EATS)-643/653-in xidməti ərazisinə məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən Kompressorlar zavodunun ərazisindən keçən Sumqayıt Telekommunikasiya Qovşağına məxsus hava rabitə xətti olan TPP 100x2x0,4 markalı paylayıcı kabelin 55 metr hissəsi naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin faktla bağlı tərtib edilmiş akt və smeta Sumqayıt ŞPİ-nin 2-ci PB-yə göndərilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində Sumqayıt Telekommunikasiya Qovşağının elektron avtomat telefon stansiyası (EATS)- 643/653-in xidməti ərazisinə məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi istiqamətində Sumqayıt Telekommunikasiya Qovşağına məxsus hava rabitə xətti olan TPP100x2x0,4 markalı paylayıcı kabelin 55 metr hissəsi təkrar olaraq naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin faktla bağlı tərtib edilmiş akt və smeta Sumqayıt ŞPİ-nin 2-ci PB-yə göndərilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə gecə saatlarında Sumqayıt Telekommunikasiya Qovşağının elektron avtomat telefon stansiyası (EATS)-643/653-in xidməti ərazisinə məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən Kompressorlar zavodunun ərazisindən keçən Sumqayıt Telekommunikasiya Qovşağına məxsus hava rabitə xətti olan TPP 100x2x0,4 markalı paylayıcı kabelin 55 metr hissəsi təkrar olaraq naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin faktla bağlı tərtib edilmiş akt və smeta Sumqayıt ŞPİ-nin 2-ci PB-yə göndərilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, gecə saatlarında Sumqayıt Telekommunikasiya Qovşağının elektron avtomat telefon stansiyası(EATS)-643/653-in xidməti ərazisinə məxsus Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəmsə küçəsi istiqamətində Sumqayıt Telekommunikasiya Qovşağına məxsus hava rabitə xətti olan TPP 100x2x0,4 markalı paylayıcı kabelin 68 metr hissəsi, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Atamoğlan küçəsi istiqamətində hava rabitə xətti olan TPP20x2x0,4 markalı paylayıcı kabelin 50 metr hissəsi təkrar olaraq naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin faktla bağlı tərtib edilmiş akt və smeta Sumqayıt ŞPİ-nin 2-ci PB-yə göndərilmişdir. TPP 100x2x0,4 markalı paylayıcı kabelin smeta dəyəri 1 metrinə görə 8.80 manat, TPP20x2x0,4 markalı paylayıcı kabelin smeta dəyəri 1 metrinə görə 1,64 manatdır. Həmin kabellər 2000-ci ildən istifadəyə verilmişdir. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə mülki iddia tələbinin təmin olunmasını xahiş edərək təqsirləndirilən şəxs barəsində təyin ounacaq cəza məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 17:00-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən Kompressorlar zavodunun qarşısında o, 2-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 və PB-nin CA üzrə kiçik inspektoru Şahid3 tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq istifadəsində, əldə edilməsində və gəzdirilməsində şübhəli olduğuna görə saxlanıldığını izah edib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə 2-ci PB-yə getmişdir. PB-də olarkən Təqsirləndirilən şəxs özünə müdafiəçi seçməyi üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan X1. Həmin vəkil 2-ci PB-yə gəldikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı Mətləb Abbasov özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs saxlayan o, Şahid2 və Şahid3 özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəçisi, Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X5 təqdim edilmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilib hüquq və vəzifələri izah edilməklə hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə varsa təqdim etməyi təklif edilən zaman Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın bel hissəsində, kəmərinin altında saxladığı bir ədəd ağ rəngli, sellofan torbanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi torbaya baxış keçirildikdə torbanın içərisindən narkotik vasitə-qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu bildirmişdir. Həmin bitki kütləsi elektron tərəzidə çəkildikdə çəkisinin 0,460 kiloqram olması müəyyən olunmuşdur. Aşkar edilmiş bitki kütləsi sellofanla birlikdə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq üzərindən aşkar olunmuş maddənin marixuana olduğunu, həmin gün saat 10 radələrində Ceyranbatan qəsəbəsində öz istifadəsi üçün tanımadığı şəxsdən 30 manata aldığını, 2 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən işgəncə və qeyri-insani rəftara məruz qalmadığını bildirmişdir. Videoçəkiliş yekunlaşmış, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da öz növbəsində protokola imza etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CA üzrə kiçik inspektoru Şahid3 da Şahid2 ifadəsinə oxşar ifadə verdi. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/577 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız torbada şəffaf sellofanın içərisində bir ədəd sellofan torbada təmiz çəkisi 450,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi-450,0 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq-449,95 qram). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3663 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/3572 nömrəli rəyindən görünür ki, 2000-ci il tarixdən istifadədə olmuş “TPP 100x2x0,4” markalı naqil nümunəsinin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə 1 metrinin 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 6,0 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/5573 nömrəli rəyindən görünür ki, 01 metr üzəri izoliyasiyalı TPP20x2x0,4 markalı kabelin 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 1,64 manat, 50 metri 82,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri onun özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1ci maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən 03 il 05 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə Təqsirləndirilən şəxs cəzasının əvvəlinin 24 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək, yəni xx.xx.2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hazırki iş üzrə tutulduğu 04 iyun 2022-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə almaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, mis naqillər hökm qanuni qüvvəyə mindikdən sonra Sumqayıt Telekommunikasiya Qovşağına qaytarılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 449,95 qram çəkidə qurudulmuş marixuana və bir ədəd dəmir kəsən mişar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 189 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nazim Əliyev məhkəməyə mülki iddia ilə müraciət edərək, Təqsirləndirilən şəxs 1656,25 manat məbləğində maddi ziyan və 37 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nazim Əliyev tərəfindən verilmiş “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iddia qismən təmin olunmalıdır. Belə ki, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Sumqayıt Telekommunikasiya Qovşağının nümayəndəsi Nümayəndə məhkəmədə təqsirləndirilən şəxsdən vurulmuş ziyanın əvəzi olaraq tutulmalı olan məbləğin ittiham aktında qeyd olunmuş vurulmuş ziyan məbləğində, yəni 1480 manat məbləğində tutulmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 1480 manat və 37 manat ödənilmiş dövlət rüsumu alınaraq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Sumqayıt Telekommunikasiya Qovşağına ödənilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarını icra edərək, 15 sentyabr 2022-ci il tarixli 1276/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-cü maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 354/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, mis naqillər hökm qanuni qüvvəyə mindikdən sonra Sumqayıt Telekommunikasiya Qovşağına qaytarılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 449,95 qram çəkidə qurudulmuş marixuana və bir ədəd dəmir kəsən mişar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 1480 manat və 37 manat ödənilmiş dövlət rüsumu alınaraq zərərçəkmiş şəxs Sumqayıt Telekommunikasiya Qovşağına ödənilsin. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 189 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-2 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-54/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-54/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver