Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-54/2025 20.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Əhmədli qəsəbəsi, 7 saylı cəzaçəkmə müəssisəsinin inzibati binasında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 15:50 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Məktəbli” dükanının qarşısında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 2019-cu il istehsallı, “İphone 11 Pro max” markalı, 256 GB yaddaş tutumlu mobil telefonu sonuncunun əynində olan gödəkcəsinin sağ yan cibindən çıxarmaqla gizli talayaraq Zərərçəkmiş şəxs3 650 (altı yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə, 17.01,2024-cü il tarixdə saat 12:45 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nəriman Nərimanov küçəsində yerləşən Məktəbli mağazasının yaxınlığında avtobus dayanacağında olan Zərərçəkmiş şəxs4 qızma məxsus 01 ədəd 2020-ci il istehsallı, “Samsung Galaxy S02” markalı, 32 GB yaddaş tutumlu mobil telefonu sonuncunun əynində olan gödəkcəsinin sağ yan cibindən çıxarmaqla gizli talayaraq Zərərçəkmiş şəxs4 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,215 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 17 yanvar 2024-cü il tarixdə saat 16:15 radələrində Sumqayıt ŞPİ-nin, 4-cü PBnin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən Kimyaçılar sarayının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin, 4-cü PB-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,215 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə, xx.xx.2024-cü il tarixdə saat 18:44 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 9 nömrəli marşurutda olan zaman marşurutda olan sərnişin X5 məxsus içərisində 500 (beş yüz) manat olan pul kisəsini sonuncunun əynində olan gödəkcəsinin sağ yan cibindən çıxarmaqla gizli talayaraq zərərçəkmiş şəxs X7ma 500 (beş yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən “Papa Johns” yeməkxanasının qarşısında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd “Ml 9X14” markalı, 128 GB yaddaş tutumlu mobil telefonu sonuncunun əynində olan gödəkcəsinin sol yan cibindən çıxarmaqla gizli talayaraq Zərərçəkmiş şəxs5 qızma 140 (yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 9-cü mikrorayon ərazisində yerləşən Heydər parkının yaxınlığında 7A nömrəli marşurutda olan zaman marşurutda olan sərnişin Zərərçəkmiş şəxs2 məxsus içərisində 85 (səksən beş) manat olan pul kisəsini və 01 ədəd 300 (üç yüz) manat məbləğində 2023-cü il buraxılışlı, “Samsung A24” markalı, 128 GB yaddaş tutumlu mobil telefonu sonuncunun əynində olan paltosunun sağ yan cibindən çıxarmaqla gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 385 (üç yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində tək olan zaman bir nəfər orta yaşlı və cavan bir qızın piyada hərəkət etdiyini görmüşdür. Daha sonra o, cavan qızın cibində telefon görmüş və onu oğurlamaq qərarına gəlmişdir. Həmin şəxslər “Məktəbli” kitab evinə tərəf olan piyada keçidini keçən zaman o, cavan qızın cibindəki mobil telefonu götürmüşdür. Qızın bundan xəbəri olmamışdır. Həmin telefonu “Gold telecom” telefon dükanına daxil olaraq 400 manata satmış və həmin pula narkotik vasitə almışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən “Məktəbli” mağzasının yanında dayanacaqda bir qadının əynində olan gödəkcənin sağ yan cibində mobil telefon olduğunu görmüşdür. Qadın avtobusa minən zaman cibində olan telefonu gizli götürmüş və ordan uzaqlaşmışdır. Mobil telefonu “Gold Telecom” mağazasında 35 manata ala satmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində Sumqayıt şəhərində “Karvan” Ticarət Mərkəzindən 1 nəfər orta yaşlı qadının mobil telefon ilə danışa-danışa çıxdığını və danışıb qurtardıqdan sonra mobil telefonu əynində gödəkçənin sol cibinə qoyduğunu görmüş və həmin mobil telefonu oğurlamışdır. Həmin mobil telefonu da “Gold Telecom” mağazasında 40 manata satmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə 45-ci məhəllədə “Pioner” marketin qarşısında “7A” saylı avtobusa minmişdir. O, avtobusda orta qapının önündə dayanmış, ondan başqa 4 nəfər şəxs də həmin hissədə dayanmışdır. Onlardan biri qadın olmuş, həmin qadın əynində olan paltonun cibində pul kisəsi olmuşdur. O həmin pul kisəsini oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə həmin qadına bir qədər də yaxınlaşıb sağ əlini onun paltosunun sağ cibinə salmışdır. Bu zaman həmin cibdə mobil telefon da olduğunu görüb pul kisəsi ilə birlikdə telefonu da götürüb əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Avtobus “Şahmat məktəbi”-nin yaxınlığında saxlamış, həmin qadın avtobusdan düşən zaman o da düşüb oradan uzaqlaşmışdır. Yolda pul kisəsinin içərisinə baxmış içərisində ümumilikdə 85 manat pul olmuşdur. Bundan başqa pul kisəsində şəxsiyyət vəsiqəsi, 2 ədəd bank kartı və "xxxx" ASC-yə məxsus kart olmuşdur. O, 5-ci mikrorayon ərazisində pul kisəsindən yalnız pulu götürüb kartlarla birlikdə yol kənarına atmışdır. Oğurladığı telefonun markası “Samsung A24” olmuşdur. Həmin telefonu da “Gold Telecom" mağazasında 35 manata satmışdır. xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhəri ərazisində olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Daha sonra onu Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Oradan da onu 3-cü PB-nə aparmışlar və daha sonra isə polis idarəsinə gətirmişlər. O, əlavə olaraq bidirmişdir ki, oğurladığı üç telefon sahiblərinə qaytarılmışdır. Bir telefonu isə narkotik vasitə ilə dəyişmişdir. Onun təkcə 500 manat borcu qalmışdır. Həmçinin bildirmişdir ki, polis əməkdaşları onu saxlayan zaman üzərində narkotik vasitə olmamışdır. Həmin vaxt onun üzərində yalnız boş şpris olmuşdur. Belə ki, polis əməkdaşları onu saxlayana kimi artıq narkotik vasitəni qəbul etmişdir. Ona qarşı təsir və təzyiqlər olduğu üçün narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Göstərilən halları nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə ona yüngül cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyət yarandığı üçün onun həmin epizod üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, istintaq zamanı ifadəsində göstərmişdir ki, o, arada bədənində ağrılar olduğu üçün narkotik vasitədən istifadə edir. 17 yanvar 2024-cü il tarixdə 11-12 radələrində Bakı şəhəri, 20 Yanvar ərazisində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat məbləğində 1 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və üzərində saxlamışdır. 17 yanvar 2024-cü il tarixdə təxminən saat 16:15 radələrində Sumqayıt şəhəri, 4-cü mkr, Kimyaçılar sarayı yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduğunu ona bildirmişlər. Onu üzərində narkotik vasitə daşımağında, gəzdirməyində və istifadəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin, 4-cü PB-nə dəvət etmişlər. O da etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqda həmin polis əməkdaşlarının və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində psixotrop maddə metamfetaminə bəznər maddə olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə ona məxsus olan psixotrop maddə metamfetamindir və o, həmin maddəni öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirarı, ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeyə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təqribən 15:45 radələrində anası ilə birlikdə Sumqayıt şəhəri Sülh küçəsi istiqamətində hərəkət etmişdir. Mobil telefonu əynində olan qara gödəkçəsinin sağ yan cibində olmuşdur. Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində “Məktəbli” mağazasının yaxınlığında olarkən əlini cibinə salan zaman mobil telefonunun orada olmadığını müəyyən etmişdir. O. bu zaman anası ilə birlikdə həmin şəxsi axtarmağa başlamış, lakin şübhəli heç kimi görməmişlər. “İphone 11 pro max” markalı mobil telefonu təqribən 4-5 il bundan öncə 3500 manata almışdır. Ona məxsus olan telefon qaytarılsa da, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 17:04 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” Ticarət Mərkəzindən özünə məxsus “Mİ 9 X14” markalı mobil telefon ilə danışa-danışa çıxmış və danışıb qurtardıqdan sonra mobil telefonu əynində olan gödəkçənin cibinə qoymuşdur. O, Sumqayıt şəhəri, 14cü məhəllə ərazisində yerləşən “Papa Johnes” yeməkxanasının qarşısında olan zaman gödəkçənin sol cibinə qoyduğu mobil telefonunun oğurlandığını aşkar etmişdir. Dərhal bu barədə DİN-in 102 xidməti-zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Sonradan ona həmin oğurluğu Təqsirləndirilən şəxs etdiyini bilmişdir. Ona məxsus olan telefon qaytarılsa da, təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmamasını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində işlədiyi “Karvan” Ticarət Mərkəzindən çıxaraq yaxınlıqda yerləşən dayanacaqdan 7A saylı marşurta minmiş, həmin marşrutda ayaqüstə dayanmışdır. Sumqayıt şəhəri, 9-cü mikrorayon ərazisində yerləşən “Heydər Park”a çatdıqda əynində olan paltonun cibindən pul kisəsinin içərisindən 40 qəpik gediş haqqını götürmüş, daha sonra pul kisəsini paltonun sağ cibinə qoymuşdur. O, sürücüyə “Şahmat məktəbi”-nin qarşısında yerləşən piyada keçidində saxlamasını xahiş edən zaman həmin vaxt avtobusda yanında dayanan cavan oğlan da sürücüyə həmin yerdə saxlamağı söyləmişdir. Avtobus qeyd etdiyi yerə yaxın dayanacaqda saxlamışdır. Həmin vaxt qeyd etdiyi şəxs arxadan ona çırpılmışdır. O isə nə baş verdiyini anlamamışdır. Avtobus bir qədər hərəkət etmiş və söylədiyi yerdə saxlamışdır. O, avtobusun orta qapısından düşən zaman həmin şəxs də avtobusdan düşmüşdür. O, gediş haqqını sürücüyə vermiş və yolu qarşı tərəfə keçmişdir. Yolu keçdikdən sonra cibinə baxan zaman pul kisəsinin və mobil telefonunun cibində olmadığını görmüşdür. Geriyə qayıdaraq avtobusa və düşdüyü yerə baxmaq istəmişdir. Lakin, avtobus dayanacaqdan artıq uzaqlaşmışdır. Həmin vaxt orada dayanan bir kişi ondan nə baş verdiyini soruşmuş, o pul kisəsini və telefonunu itirdiyini söyləmişdir. Orada dayanan kişi isə onun arxasınca bir nəfər şəxsin avtobusdan düşərərk 6-cı mikrorayon istiqamətində qaçdığını demişdir. O, dərhal yaşadığı məhəlləyə getmiş və orada dükan işlədən Şaiq adlı şəxsin mobil telefonu ilə 102 xidmətinə zəng etmişdir. Daha sonra 3-cü PB-nə bununla bağlı ərizə yazaraq müraciət etmişdir. Zərərçəkmiş şəxs X11 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmamasını bildirmiş və məhkəmə iclaslarda üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs X4 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri “Mərkəzi Plaza”nın qarşısında 9 nömrəli avtobusa minmiş və saat 18:44 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisinə çatanda yolda tıxac olduğu üçün avtobusdan düşmüş və sarı rəngli qış gödəkcəsinin sağ yan cibində olan tünd rəngli pul kisəsini içərisində, xx.xx.2012-ci il təvəllüdlü X6 aid şəxsiyyət vəsiqəsi, özünə məxsus şəxsiyyət vəsiqəsi və 500 manat pul naməlum şəraitdə oğurlanmışdır. Daha sonra o, pul kisəsini və içərisində olan şəxsiyyət vəsiqələrini tapsa da, lakin pul kisəsinin içərisində olan pul oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmamasını bildirmiş və məhkəmə iclaslarda üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:05 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən 36 saylı tam orta məktəbdə təhsil alan övladlarını məktəbdən götürmüşdür. Yaşadığı ünvana qayıtmaq üçün avtobusa minmək üçün piyada hərəkət edərək Sumqayıt şəhəri, 2-ci mkr, Nərimanov küçəsi, “Məktəbli” mağazasının qarşısındakı dayanacağa gəlmişdir. Saat 12:45 radələrində 522 saylı marşrut gəlmiş və o da övladları ilə marşruta yaxınlaşmışdır. Həmin yerdə olan şəxs də bir qədər məsafə saxlayaraq onlara yol vermişdir. O, ilk əvvvəl onun da avtobusa minəcəyini düşünsə də, avtobus hərəkətə başlayan kimi həmin şəxs avtobusdan uzaqlaşmışdır. Bir qədər irəli getdiyi zaman əynində olan gödəkçənin sağ cibində saxladığı “Samsung Galaxy S02” markalı mobil telefonunun cibində olmadığını aşkar etmiş və sonradan o, digər ciblərini də axtarmışdır. Lakin, telefonunu tapa bilməmişdir. Sumqayıt şəhəri, 2-ci mikrorayonda avtobusa əyləşdiyi zaman ona yol verən şəxsin davranışına görə telefonun həmin şəxs tərəfindən oğurlandığından şübhələnmişdir. Buna görə də yaşadığı ünvana getdikdən sonra da baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurlanmış telefonunun arxasında özünə məxsus olan şəxsiyyət vəsiqəsini də saxlamışdır. Baş vermiş haidsə nəticəsində ona 250 manat dəyərində ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 16:15 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon, “Kimyaçılar” sarayı yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis idarəsinə vəkil dəvət edilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyriqanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümü təqdim etmiş, həmin büküm açılan zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni həmin tarixdə səhər saatlarında Bakı şəhərində tanımadığı bir şəxsdən aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəziyə qoyulub çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra hər hansı etiraz etməmiş, törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili X8 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir bükmdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, təxminən 5 ilə yaxındır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Gold Telecom” mobil telefonların alqı-satqısı mağazasında işləyir. Təqsirləndirilən şəxs müştəri kimi tanıyır. Əvvəllər də ondan mobil telefonlar aldığı üçün sonuncunun şəxsiyyət vəsiqəsinin surəti onda olmuşdur. xx.xx.2024cü il tarixdə mağazada olan zaman daha öncədən qiyabi tanıdığı Təqsirləndirilən şəxs saat təxminən 16 radələrində dükana gəlmiş və ona “İphone 11 pro max” markalı mobil telefonu satmaq istədiyini bildirmiş və o, Təqsirləndirilən şəxs həmin telefona baxdıqdan sonra 400 manata ala biləcəyini bildirmişdir. Aslan da onunla razılaşmış və o, 400 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O, Təqsirləndirilən şəxs mobil telefonu oğurluq yolu ilə əldə edib-etməsiyini soruşmuş, Aslan isə həmin telefonu özünə məxsus olduğunu və pula ehtiyacı üçün satdığını bildirmişdir. O da həmin telefonu satmaq üçün vitrinə yerləşdirmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində həmin mağazada olarkən öncədən tanıdığı Təqsirləndirilən şəxs dükana yaxınlaşmış və mobil telefon satmaq istədiyini söyləmişdir. O, əvvəlcə almaq istəmədiyini söyləsə də, Təqsirləndirilən şəxs təkid etdiyi üçün alıb “Samsung Galaxy S02" markalı telefona baxmışdır. Həmin telefon köhnəlmiş vəziyyətdə olduğu üçün 40 manata ala biləcəyini demiş və Aslan da onunla razılaşmışdır. O da 40 manat pulu verib telefonu almışdır. Həmin mobil telefonu təxminən 2-3 gün sonra biraz baha qiymətə tanımadığı müştəriyə satmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində həmin mağazada olarkən Təqsirləndirilən şəxs mağazaya yaxınlaşmiş və mobil telefon satmaq istədiyini söyləmişdir. O əvvəlcə almaq istəmədiyini söyləsə də, Aslan təkid etdiyi üçün alıb “Mİ 9 X14” markalı telefona baxmışdır. O, Aslan Cvadova həmin telefon köhnəlmiş vəziyyətdə olduğu üçün 40 manata ala biləcəyini demişdir. Aslan da onunla razılaşmışdır. O da 40 manat pulu verib həmin telefonu almışdır. O Aslandan bu qədər telefonu hansı səbəbdən soruşmuş, sonuncu isə anasının səhhəti pis olduğu üçün məcburiyyət qarşısında qalaraq evdəkilərin telefonun satdığını bildirmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində həmin mağazada olarkən yenidən Təqsirləndirilən şəxs ora yaxınlaşmış və mobil telefon satmaq istədiyini söyləmişdir. O əvvəlcə almaq istəmədiyini söyləsə də, Təqsirləndirilən şəxs təkid etdiyi üçün alıb “Samsung Galaxy A24” markalı telefona baxmışdır. O, Təqsirləndirilən şəxs həmin telefon köhnəlmiş vəziyyətdə olduğu üçün 35 manata ala biləcəyini demişdir. Aslan da onunla razılaşmışdır. O da 35 manat pulu verib həmin telefonu almışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları mağazaya yaxınlaşaraq həmin mobil telefonun oğurluq olduğunu bildirmiş və onu polis bölməsinə dəvət elmişlər. O da etiraz etməmiş, həmin mobil telefonu da götürüb 4-cü polis bölməsinə gəlmiş, eyni zamanda 2 ədəd mobil telelfonu təqdim etmişdir. Daha sonra isə 3-cü polis bölməsinə getmiş və 1 ədəd mobil telefonu təqdim etmişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə 2024-cü ilin yanvar ayı ərzində 4 ədəd mobil telefon almış, 3-nü polis bölmələrinə təqdim etmiş, 1-ni isə müştəriyə satdığı üçün təqdim edə bilməmişdir. Cinayət işinin 1-ci cild 130-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 171-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 88-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 201-206-cı vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü iltarixdən hesablanmaqla 03 ay müddətinə həbs qtimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 137-138-ci vərəqələrində olan “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntülərdən görünür ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən çıxarıb bir ədəd bükümü təqdim etmiş, bükümün içərisinə baxış keçirilərkən psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan “şüşə” olduğunu, onu həmin tarixdə saat 11:12 radələrində Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 1,39 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq psixotrop maddənin özünə məxsus olduğunu, ona qarşı hər hansı təsir və ya təzyiq olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 148-151-ci vərəqələrində olan məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/321 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №128” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,215 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümümi təmiz çəkisi 1,215 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq - 1,165 qramdır. Cinayət işinin 2-ci cild 94-95-ci vərəqələrində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 aprel 2024-cü il tarixli 9/1972 saylı rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzrə alınmaqla və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu təxminən 1090.00 manat müəyyən olunur. O cümlədən, 01 ədəd 2019-cu il istehsallı, “İphone 11 Pro max” markalı, 256 GB yaddaş tutumlu mobil telefon- 650,00 manat; 01 ədəd 2023-cü il buraxılışlı, “Samsung Л24” markalı, 128 GВ yaddaş tutumu olan mobil telefon- 300,00 manat; 01 ədəd 2020-ci il istehsallı, “Ml 9X14” markalı, 128 GB yaddaş tutumlu mobil telefon- 140,00 manat; 01 ədəd 2020-ci il istehsallı, “Samsung Galaxy S02” markalı, 32 GB yaddaş tutumlu mobil telefon barədə kifayət qədər məlumat (modeli, istehsal yeri və s.) olmadığına görə qiymətləndirmə aparmaq mümkün deyil. Cinayət işinin 1-ci cild 149 və 2-ci cild 93-cü vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertiza xərcləri müvafiq olaraq 65 manat və 50 manat, ümumilikdə 115 (yüz on beş) manat təşkil edir. Cinayət işinin 2-ci cild 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 09 mart 2024cü il tarixli, 1593 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 123-133-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndiirlməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 1,165 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Şahid2 təhqiqata təqdim etdiyi “İphone 11 pro max”, “Mİ 9 X14” markalı və “Samsung Galaxy S02” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş şəxslərə qaytarılmışdır. Cinayət işinin 2-ci cild 55-57-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 maddəsinə əsasən qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 02 (iki) ay 25 (iyirmi beş) gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.5-ci maddələri ilə törətdiyi əməlləri etiraf etmiş, həmin Məcəllənin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə isə özünü təqsirli bilməmişdir. Lakin, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyətli ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma, həmçinin təkrarən zərərçəkmiş şəxslərin cibindən çıxarmaqla oğurluq etməsi, yəni özgənin əmlakını gizli olaraq talama cinayətlərini törətməsi tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (psixatrop maddənin ona məxsus olmaması, həmin maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin və təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər-hansı qanunsuz hərəkətlər edilməsi, Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiqlərə qalması halı da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (psixatrop maddənin ona məxsus olmaması, həmin maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrarən və zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasəsən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin üçü ilə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 18 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 maddəsinə əsasən qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 02 (iki) ay 25 (iyirmi beş) gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 2024-cü ilin yanvar ayında yenidən qəsdən az ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdiriən halları, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla ona cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 09 mart 2024-cü il tarixli, 1593 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1,165 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan şahid “İphone 11 pro max”, “Mİ 9 X14” markalı və “Samsung Galaxy S02” markalı mobil telefonların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 115 (yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,165 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “İphone 11 pro max”, “Mİ 9 X14” markalı və “Samsung Galaxy S02” markalı mobil telefonların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 115 (yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-54/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-54/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver