Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-540/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X3, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs , müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21.08.2008-ci il tarixli hökmü ilə CM-nin 181.2.2, 181.2.5ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 07.01.2009-cu il il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21.08.2008-ci il tarixli hökmü dəyişdirilərək, hökmdə əmlakı müsadirə olunmaqla sözləri ləğv edilmiş, CM-nin 67-ci maddəsinə əsasən 9 il 2 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12.06.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 8/6, mənzil 34 ünvanında qeydiyyatda olan və ünvan 2rəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törədərək, cavabdeh kimi ondan 21 may 2018-ci il tarixdən başlayaraq 22.05.2008-ci il təvəllüdlü X4, 27.06.2015-ci il təvəllüdlü X5 və 27.06.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutulub X1 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(060)- 5940/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 03 fevral 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 19.02.2020-ci il və 29.03.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 12 aprel 2021-ci il tarixə kimi, cəmi 10200,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Bayramova (Kərimova) Şüküfə Zəkiulla qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Kərimova (Bayramova) Şüküfə Zəkiulla qızı ilə 2007-ci ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş və 22.05.2008-ci il tarixdə nikahları rəsmiləşdirilmiş, həmin nikahdan Şəfəq, Hüseyn və Həsən adlı üç övladı doğulmuş, ilk dövrlərdə münasibəti normal olsa da, sonradan Şüküfə Kərimova ilə münasibəti pozulduğundan ayrılmış, bu səbəbdən Şüküfə Kərimova 2018-ci ildə məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(060)-5940/2018 saylı qətnaməsinə əsasən, ondan 21 may 2018-ci il tarixdən başlayaraq 22.05.2008-ci il təvəllüdlü X4, 27.06.2015-ci il təvəllüdlü X5 və 27.06.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutulub X1 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icrası ilə əlaqədar icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı işəmuzd fəhlə kimi işləmiş, icra məmuru tərəfindən barəsində iki dəfə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və sonuncu dəfə Sumqayıt Şəhər Məhkəmənin 03.02.2020-cu il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs seçilmiş, inzibati həbsdən sonra icra məmuru tərəfindən ona yeni müddət təyin edilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin aliment üzrə heç bir ödəniş etməmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 10200,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsə borclu olduğu məbləği qərəzli olaraq deyil, maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini bildirərək, məhkəmədən ona cəza təyin edilərkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(060)-5940/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 21 may 2018-ci il tarixdən başlayaraq 22.05.2008-ci il təvəllüdlü X4, 27.06.2015-ci il təvəllüdlü X5 və 27.06.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmurları tərəfindən icra işi başlanılaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin 03.09.2018-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə və 03.02.2020-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra icra məmuru tərəfindən borcluya qətnaməni icra etmək üçün yenidən müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirməklə aliment üzrə heç bir ödəniş etməmiş, icra qurumu alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 10200,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, sadəcə qərəzli olaraq alimenti ödəməkdən yayınır, Təqsirləndirilən şəxs bir ata kimi öz övladları ilə maraqlanmır və evə heç bir köməklik göstərmir. O, qətnamə üzrə yaranmış aliment borcunu Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi oldğu şəxsin hazırda yaranmış borcun tam olaraq ödənilməsini tələb etdiyini göstərərək Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada ən ağır cəzaının verilməsini xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5940/18 saylı, 25.06.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs övladları 22.05.2008-ci il təvəllüdlü Şəfəqin, 27.06.2015-ci il təvəllüdlü Həsənin və 27.06.2015-ci il təvəllüdlü Hüseynin yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 21.05.2018-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100,00 manat olmaqla, cəmi 300,00 manat məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmiş, icra sənədi 02 iyul 2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş və həmin tarixdə müvafiq qaydada icraata başlanılmış, məhkəmə aktının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs İcra idarəsinə dəvət olumuş, tələbin dərhal icra edilməsi ona bildirilmiş, lakin sonuncu tələbi icra etməmiş, məcburi icra tədbirlərini həyata keçirmək üçün görülmüş icra hərəkətləri qənaətbəxş olmamış, Təqsirləndirilən şəxs çağırışlara gəlmədiyindən 14.08.2018-ci il tarixdə barəsində axtarış elan olunmuş, borclu polis orqanları tərəfindən 03.09.2018-ci il tarixdə saxlanılaraq icra idarəsinə təhvil verilmiş, məcburi icra tədbirləri keçirmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamış, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 03.09.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə, 03.02.2020-ci il tarixli qərarla isə 10 gün müddətinə inzibati qaydada həbslə tənbeh edilmişdir. İnzibati tənbehlərdən sonra ona tələbi icra etməsi üçün yeni müddətlər verilsə də hər iki halda o, tələbi icra etməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-3176/18 saylı, 26.09.2018-ci il tarixli qərardadla borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar X2 heç bir ödəniş edilməmiş və nəticədə ötən müddət ərzində borclunun 10200,00 manat aliment borcu yaranmış, bu səbəbdən tələbkar Şükufə Bayramova 17.07.2020-ci il tarixdə ərizə ilə Sumqayıt şəhəri üzrə İcra idarəsinə müraciət edərək borclu Təqsirləndirilən şəxs qətnaməni icra etməməsini əsas gətirərək onun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı İstintaq idarəsinə təqdimat verilməsini xahiş etmiş, borcluya inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə hərəkətsizlik göstərmiş, həmçinin faktiki imkanlarından istifadə etmiəmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmədə şahid Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(060)-5940/2018 saylı qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs övladları 22.05.2008-ci il təvəllüdlü Şəfəqin, 27.06.2015-ci il təvəllüdlü Həsənin və 27.06.2015-ci il təvəllüdlü Hüseynin yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 21.05.2018-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100,00 manat olmaqla, cəmi 300,00 manat məbləğində aliment tutularaq iddiaçı X2 verilməsi qət olunmuşdur. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindiyi üçün 25 iyun 2018-ci il tarixdə icraya yönəldilərək, həmin tarixdə verilmiş icra vərəqəsi 02 iyul 2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 02 iyul 2018-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 tərəfindən icraata başlanılması barədə qərar qəbul edilərək, borclu Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş məbləğin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 03.09.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə, 03.02.2020ci il tarixli qərarla isə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. 19 fevral 2020ci il və 29 fevral 2020-ci il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Təqsirləndirilən şəxs bildirişlər göndərilərək məhkəmə qətnaməsi üzrə olan borcunu 10 gün müddətində ödəməyi təklif olunmuş və əks halda barəsində toplanmış materialların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün tam etirafedici, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və işin materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22.05.2021-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21.08.2008-ci il tarixli hökmü ilə CM-nin 181.2.2, 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 07.01.2009-cu il il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21.08.2008-ci il tarixli hökmü dəyişdirilərək, hökmdə əmlakı müsadirə olunmaqla sözləri ləğv edilmiş, CM-nin 67-ci maddəsinə əsasən 9 il 2 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12.06.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayəti törədən zaman məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsinə dair belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, habelə cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınıraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan 18.06.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan və 19.06.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş, ibtidai istintaq orqanının 19.06.2021-ci il tarixli qərarı ilə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı onun həbsə alındığı vaxtdan, yəni 20 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2021-ci il tarixli (iş № 1(060)-540/2021) qərarını icra edərək, 28 iyul 2021-ci il tarixli 888 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 20 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-540/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-540/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver