Məhkəmə qərarları › İş №1(060)-540/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-540/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-540/2023 16.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1976-cı ildə Ağdərə rayonu Çərəktar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu Çərəktar kəndində daimi qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə xx.xx.1980-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə o, 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs ilə tanış olub özünü sonuncuya Əli Hüseynov şərti adı ilə hərbi qulluqçu kimi təqdim edərək “Mercedes Benz C klass”, “Lada Niva” və “Toyota Prado” markalı avtomobilləri satacağı adı ilə yalan vədlər verib aldatmaqla 2022-ci ilin aprel ayından iyul ayına kimi olan müddətdə hissə-hissə, yəni 2022-ci ilin aprel ayında, dəqiq günü istintaqa məlum olmayan tarixdə Təqsirləndirilən şəxs2 məxsus «Leo» banka aid 50218886 nömrəli kart hesabına Zərərçəkmiş şəxs tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketdə quraşdırılmış “eManat” terminalı vasitəsi ilə köçürülmüş 680 (altı yüz səksən) manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Gəncə şəhəri Ş.İ.Xətai prospekti, 3-cü mikrorayon, 25A ünvanında yerləşən “Gold” marketdə quraşdırılmış “eManat” terminalı vasitəsi ilə köçürülmüş 250 (iki yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketdə quraşdırılmış “eManat” terminalı vasitəsi ilə köçürülmüş 2600 (iki min altı yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Gəncə şəhəri Ş.İ.Xətai prospekti, 325A ünvanında yerləşən “Rza” marketdə quraşdırılmış “Milliön” terminalı vasitəsi ilə köçürülmüş 1300 (min üç yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketdə quraşdırılmış “eManat” terminalından 560 (beş yüz altmış) manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Gəncə şəhəri Ş.İ.Xətai prospekti, 3-cü mikrorayon, 25A ünvanında yerləşən “Gold” marketdə quraşdırılmış “Milliön” terminalı vasitəsi ilə köçürülmüş 1760 (min yeddi yüz altmış) manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 325 ünvanında yerləşən “Rza marketdə quraşdırılmış “Milliön” terminalı vasitəsi ilə köçürülmüş 420 (dörd yüz iyirmi) manat, həmin tarixdə qeyd olunan kart hesabına Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketdə quraşdırılmış “eManat” terminalı vasitəsi ilə köçürülmüş 1400 (min dörd yüz) manat, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 tanışı olan X7 məxsus “Leo” banka aid 21238005 nömrəli kart hesabına Gəncə şəhəri, Avtozavod qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində mobil tətbiq vasitəsi ilə köçürülmüş 2400 (iki min dörd yüz) manat və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri DYP-nin Sumqayıt şəhəri QİTBŞ-nin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs2 verdiyi 18.500 (on səkkiz min beş yüz) manat, ümumilikdə 29.870 (iyirmi doqquz min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərədə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə o, 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs ilə tanış olub Təqsirləndirilən şəxs1 özünü E.X12 şərti adı ilə hərbi qulluqçu kimi təqdim etdikdən sonra “Mercedes Benz C klass”, “Lada Niva” və “Toyota Prado” markalı avtomobilləri satacağı adı ilə yalan vədlər verib aldatmaqla 2022-ci ilin aprel ayından iyul ayına kimi olan müddətdə hissə-hissə, yəni 2022-ci ilin aprel ayında, dəqiq günü istintaqa məlum olmayan tarixdə özünə məxsus «Leo» banka aid 50218886 nömrəli kart hesabına Zərərçəkmiş şəxs tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketdə quraşdırılmış “eManat” terminalı vasitəsi ilə köçürülmüş 680 (altı yüz səksən) manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Gəncə şəhəri Ş.İ.Xətai prospekti, 3-cü mikrorayon, 25A ünvanında yerləşən “Gold” marketdə quraşdırılmış “eManat” terminalı vasitəsi ilə köçürülmüş 250 (iki yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketdə quraşdırılmış “eManat” terminalı vasitəsi ilə köçürülmüş 2600 (iki min altı yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Gəncə şəhəri Ş.İ.Xətai prospekti, 325A ünvanında yerləşən “Rza” marketdə quraşdırılmış “Milliön” terminalı vasitəsi ilə köçürülmüş 1300 (min üç yüz) manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketdə quraşdırılmış “eManat” terminalından 560 (beş yüz altmış) manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Gəncə şəhəri Ş.İ.Xətai prospekti, 3-cü mikrorayon, 25A ünvanında yerləşən “Gold” marketdə quraşdırılmış “Milliön” terminalı vasitəsi ilə köçürülmüş 1760 (min yeddi yüz altmış) manat, xx.xx.2022-ci il tarixdə həmin kart hesabına Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 325 ünvanında yerləşən “Rza marketdə quraşdırılmış “Milliön” terminalı vasitəsi ilə köçürülmüş 420 (dörd yüz iyirmi) manat, həmin tarixdə qeyd olunan kart hesabına Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” hipermarketdə quraşdırılmış “eManat” terminalı vasitəsi ilə köçürülmüş 1400 (min dörd yüz) manat, xx.xx.2022-ci il tarixdə tanışı olan X7 məxsus “Leo” banka aid 21238005 nömrəli kart hesabına Gəncə şəhəri, Avtozavod qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində mobil tətbiq vasitəsi ilə köçürülmüş 2400 (iki min dörd yüz) manat və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri DYP-nin Sumqayıt şəhəri QİTBŞ-nin inzibati binasının qarşısında aldığı 18.500 (on səkkiz min beş yüz) manat, ümumilikdə 29.870 (iyirmi doqquz min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddəsində nəzərədə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Habil oğlunu təxminən 20 ilə yaxın müddətdir ki, tanıyır. Onunla aralarında dostluq münasibətləri var. Zərərçəkmiş şəxs Ceyhunun vasitəsilə tanımış, əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs Gəncə şəhəri A.Səhət adlanan ünvanda "xxxx"in rəhbəri, yəni avtomobillərin lizinqə verilməsi işi ilə məşğul olduğunu ona Ceyhun demişdir. 2022-ci ilin aprel ayında Ceyun ilə maddi durumları zəif olduğundan qərara gəlmişlər ki, Elvindən maşın satacaqları adı ilə pul alsınlar. 2022-ci ilin aprel ayında Ceyhun qonşusunun avtomobil satdığını öyrənmişdir. Ceyhun ona demişdir ki, Elvinlə Əli adı ilə danışıb avtomobilin ona məxsus olduğunu Elvinə desin. O da Elvinlə şərti ad olaraq X13 adı ilə danışmış, hərbçi olduğumu, vaxtının olmadığına görə avtomobilin satışını Ceyhuna tapşırdığını Elvinə bildirmişdir. Həmçinin bildirmişdir ki, hərbçi olduğundan, xidmətdə olduğu üçün gələ bilmir. Elvində ona inanıb avtomobilə baxmaq üçün işçisi Elgünü göndərəcəyini demişdir. Bundan sonra Ceyun Gəncə şəhərində Nərimanov prospektində “Aura Park” ticarət mərkəzinin yanında “Fordların qarajı” adlanan ünvana getmiş. Həmin ünvanda Elvinin işçisi Elgünlə dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı Mercedes c class markalı avtomobilə baxmışlar. Sonra Ceyhun ona demişdir ki, razılaşdırıb avtomobili satacaqları adı ilə Elvinin pulunu alacaqlar. Ceyhun ilk öncə 680 və 250 manat məbləğində pulları kart hesabına göndərməklə Elvindən almış, bundan sonra Ceyhunla razılaşmışlar ki, Elvinə desin ki, ipoteka borcu var, 2600 manat ipoteka borcunu ödəməsə avtomobili qeydiyyat edə bilməyəcəklər. Elvində bu söhbətə də inanıb xx.xx.2022-ci il tarixdə həmin məbləği Ceyhuna məxsus kart hesabına göndərmişdir. Bundan sonra Elvindən həmin avtomobili alması üçün əlavə olaraq 560 manat, 1760 manat, 420 manat və 1300 manat məbləğində pulları müxtəlif adlarla may-iyun aylarında Ceyhunun “Leobank” kart hesabına göndərməklə almış və Elvinə demişlər ki, avtomobilin bir neçə günə sənədləşməsini aparmaqla ona təhvil verəcəklər. Bundan sonra Ceyhun Elvinə demişdir ki, onun Niva markalı avtomobili var. Həmin avtomobilin 3800 manat borcu var. Həmin borcu ödəməklə avtomobili ucuz qiymətə almaq olar. Ceyhun İnternetdən götürdüyü niva şəkillərini Elvinə göndərmiş və Elvin avtomobili almaq istədiyini demişdir. Elvin də həmin avtomobili almaq adı ilə ilkin olaraq Ceyhunun “Leobank” kart hesabına 1400 manat pul göndərmiş, qalan 2400 manatıda Ceyhun Almaniya Federasiyasında yaşayan borcu olan tanışı X5 “Leobank” kart hesabına köçürtmsənini xahiş etmişdir. Elvin də Siracın kart hesabına 2400 manat məbləğində pulu göndərmişdir. Elvindən aldıqları pulları da Ceyhunla yarı-yarıya bölmüşlər. Elvinə demişlər ki, həmin avtomaşının sənədləşməsini aparıb təhfil verəcəklər. Bir neçə gün sonra Elvin ilə yenə də Əli adı ilə danışıb Niva markalı avtomaşının qaynı tərəfindən aşırıldığını, təmir etdikdən sonra təhvil verəcəyini bildirmişdir. Həmin ərəfədə avtomobillərin satışı həyata keçirilən internet saytından Toyota Prado markalı **-DZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin şəklini Ceyhuna göndərib demişdir ki, “Elvinə at, satdışda olduğunu, ucuz qiymətə satıldığını de, aldatmaqla pulunu alaq”. Öyrənmişdir ki, Elvin avtomobilin şəkillərinə baxıb bəyəndiyini almaq istədiyini Ceyhuna demişdir. Ceyhunla razılaşmışlar ki, Elvini DYP-nin Sumqayıt şəhər qeydiyyat və imtahan şöbəsinə gətirsinlər. Ceyhun Elvinlə danışmış, avtomobilin DYP-nin Sumqayıt QİTŞ-ə gəlməsini bildirmişdir. Ceyhun ilə birlikdə Gəncə şəhərindən sürücüsünü tanımadığı, markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksi ilə Sumqayıt şəhərinə gəlmişlər. DYPnin Sumqayıt şəhər QİTŞ-ə qabağında Elvinə zəng edib demişdir ki, işdədir, Ceyhunu göndərmiş, Ceyhuna 15-20 aralığında pul versin, qalan puluda özü Gəncə şəhərində götürəcəkdir. Elvin ilə telefonda danışdıqdan sonra Elvin Ceyhuna DYP-nin inzibati binansının həyətində 18500 manat pul vermiş, Elvinə avtomobilin DYP-nin inzibati binasının həyətində olduğunu demiş, tanımadığı şəxsə məxsus aralıda dayanan “Prado” markalı avtomobilin həmin avtomobil olduğunu Elvinə bildirmiş, avtomobildə qadın olduğunu deyərək xahiş etmişdir ki, avtomobilə yaxınlaşmasın. Elvində ona inanaraq avtomobilə yaxın getməmişdir. Bundan sonra kənara çəkilib gözləmişdir. Bir neçə dəqiqə sonra Ceyhun Elvindən 18500 manat pulu alıb gəlmişdir. Sürücüsünü tanımadığı, markasını və qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşib Gəncə şəhərinə yollanmışlar. Bundan sonra Elvin Ceyhunu yığmağa başlamış, Ceyhun da vatsapda ona sözlər yazmaqla avtomobilin arxası ilə Gəncə şəhərinə gəlməsini və avtomobilin orda təhvil veriləcəyini bildirmişdir. Bundan sonra, Elvinə müxtəlif bəhanələrlə yalanlar danışıb telefonu söndürmüşlər. Ceyhunun Elvindən aldığı 18500 manat pulu Ceyhunla yarı-yarı bölmüşdür. Həmin pullarıda yeyib içib müxtəlif rayonları gəzməklə xərcləmişlər. Ceyhunla Elvindən pul almağı qərarlaşdıran zaman bacardıqları qədər Elvinin pulunu dələduzluq yolu ilə alacaqlarını fikirləşmişlər. Zərərçəkmiş şəxs toplam olaraq 29870 manat məbləğində pulu ondan “mercedes c class”, “niva” və “toyota prado” markalı avtomobillər satacaqları vədi ilə almışlar. Həmin işi Ceyhun ilə birlikdə etmiş, pulu da şəxsi ehtiyaclarımız üçün xərcləmişlər. Həmin işdə digər bir şəxs onlara köməklik etməmişdir. O, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsili bilərək bildirmişdir ki, heç bir ruhi-əsəb və s. xəstəliyi yoxdur. Əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 315.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azadlığa çıxmışdır. X3 təxminən 20 ilə yaxın müddətdir ki, tanıyır. Habil ilə aralarında dostluq münasibətləri var. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə azadlığa çıxdqdan sonra tanımış, onunla əvvəllər aramızda heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs Gəncə şəhəri A.Səhət adlanan ünvanda "xxxx"in rəhbəri olmuş, yəni avtomobillərin lizinqə verilməsi işi ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs şirkətində “Mersedes Benz E230” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili aylıq 450 manat olmaqla lizinqlə istifadə üçün etibarnamə ilə götürmüşdür. Həmin avtomobil üçün ilkin ödəniş olaraq 2500 manat pul ödəmiş, həmin avtomobil üçün bir neçə ay aylıq 450 manat olmaqla ödəniş etmişdir. 2022-ci ilin avqust ayının əvvəllərində həmin avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Daşkəsən rayonu ərazisində kənd yolunda avtomobil üzərində idarəetməni itirdiyindən avtomobili aşırmışdır. Lakin, hadisə Daşkəsən rayonunda kənd ərazisində baş verdiyindən, avtomobildə sərnişin olmadığından, özü də xəsarət almadığı üçün polisə məlumat verməmişdir. Lakin, bu barədə Elvinə məlumat verib demişdir ki, avtomobilin aylıq pulunu ödəməklə özü təmir etdirib yenidən istifadə edəcəkdir. Həmin ərəfədə maddi durunun zəif olduğundan Habil ilə belə qərara gəlmişdir ki, Elvindən maşın satacağı adı ilə pulunu alsınlar. 2022-ci ilin aprel ayında Habilin qonşusunun avtomobil satdığını öyrənmiş, Elvinə demişdir ki, “Mersedes c class” markalı avtomobil var. Həmin avtomobili nasaz vəziyyətdədi, ucuz qiymətə alıb lizinqə sala bilər və əlavə olaraq bildirmişdir ki, həmin avtomobil tanışına məxsusdur. Buna görə də Elvinin nömrəsini dostu Habilə verib avtomobilin sahibi kimi Habil Elvin ilə danışmışdır. Çünki avtomobil Habilin qonşusu Əlinin adına olmuşdur. Elvin də dedi ki, maraqlanmış, avtomobil Əli Hüseynov adlı şəxsin adına olduğunu ona demişdir. Habil Elvinlə şərti ad olaraq X13 adı ilə danışmış, hərbçi olduğunu, vaxtı olmadığına görə avtomobilin satışını ona tapşırdığını Elvinə bildirmişdir. Həmçinin, demişdir ki, hərbçidir, xidmətdə olduğu üçün gedı bilmir. Elvində ona inanıb avtomobilə baxmaq üçün işçisi Elgünü göndərmişdir. Elgünlə görüşüb avtomobilin olduğu Gəncə şəhərində Nərimanov prospektində “Aura Park” ticarət mərkəzinin yanında “Fordların qarajı” adlanan ünvana getmişdir. Həmin ünvanda Elgünlə dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı “Mercedes c class” markalı avtomobilə baxmış, Elgün avtomobili bəyənmiş və bu barədə Elvinə məlumat vermişdir. Elvin ilə avtomobili 4650 manata razılaşmış. Avtomobilin cərimələri olduğunu bildirdiyindən Elvindən pul verməsini tələb etmişdir. Elvinə göndərdiyi özünə məxsus “4098-5844-5021- 8886” “Leobank” kartına o, 680 və 250 manat məbləğində pulları ilkin olaraq göndərmişdir. Bundan sonra Habil ilə danışmış və fikirləşib razılaşmışdır ki, Habil Elvinə desin ki, ipoteka borcu var, 2600 manat ipoteka borcu ödəməsə avtomobili qeydiyyat edə bilməyəcək. Elvin də bu söhbətə də inanıb xx.xx.2022-ci il tarixdə həmin məbləği “Leo” banka aid kart hesabına göndərmişdir. Bundan sonra Elvindən həmin avtomobili alması üçün əlavə olaraq 560 manat, 1760 manat, 420 manat və 1300 manat məbləğində pulları müxtəlif adlarla may-iyun aylarında “Leobank” kart hesabına göndərməklə almış və demişdir ki, avtomobilin bir neçə günə sənədləşməsini aparmaqla ona təhvil verəcək. Bundan sonra əlavə olaraq demişdir ki, Əlinin, yəni Habilin Niva markalı avtomobili var. Həmin avtomobilin 3800 manat borcu var. Həmin borcu ödəməklə avtomobili ucuz qiymətə almaq olar. İnternetdən götürdüyü niva şəkillərini Elvinə göndərmiş və Elvin avtomobili almaq istədiyini demişdir. Həmin avtomobil almaq adı ilə ilkin olaraq “Leobank” kart hesabına 1400 manat pul göndərmiş, qalan 2400 manatıda Almaniya Federasiyasında yaşayan borcu olan tanışı X5 “Leobank” kart hesabına köçürtmsənini xahiş etmişdir. Elvin də Siracın kart hesabına 2400 manat məbləğində pulu göndərmişdir. Bu zaman Elvinə demişdir ki, həmin avtomaşının sənədləşməsini aparıb təhfil verəcək. Bir neçə gün sonra Habil Elvinlə yenə də Əli adı ilə danışıb Niva markalı avtomaşının qaynı tərəfindən aşırıldığını, təmir etdikdən sonra təhvil verəcəyini bildirmişdir. Həmin ərəfədə Habil avtomobillərin satışı həyata keçirilən internet saytından Toyota Prado markalı **-DZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin şəklini ona göndərib demişdir ki, Elvinə at, satdışda olduğunu, ucuz qiymətə satıldığını de, aldatmağla pul alaq. Həmin şəkilləri +7***- ***-**-** saylı Rusiya nömrəsi vasitəsilə qeydiyyatdan keçdiyi whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə Elvinə atıb bildirmişdir ki, Əli atıb, 51000 manata satır. Elvində avtomobili şəkillərinə baxıb bəyəndiyini demiş və almaq istədiyini bildirmişdir. Habillə razılaşmışlar ki, Elvini DYP-nin Sumqayıt şəhər qeydiyyat və imtahan şöbəsinə gətirsinlər. Elvinlə danışmış, avtomobilin DYP-nin Sumqayıt QİTŞ-ə gəlməsini bildirmişdir. Habil ilə birlikdə Gəncə şəhərindən sürücüsünü tanımadığı, markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksi ilə Sumqayıt şəhərinə gəlmiş, DYP-nin Sumqayıt şəhər QİTŞ-ə qarşısında Habil Elvinə zəng edib demişdir ki, işdəyəm, Ceyhunu göndərmişəm. Özünü Elvinə göstərməyib demişdir ki, 15-20 aralığında pul versin, qalan puluda özü Gəncə şəhərində götürəcək. Elvin Habil ilə telefonda danışdıqdan sonra ona elə DYP-nin inzibati binansının həyətində 18500 manat pul vermişdir. Habil avtomobilin DYP-nin inzibati binasının həyətində olduğunu demiş və tanımadığı şəxsə məxsus onlardan bir qədər aralı məsafədə dayanan “Prado” markalı avtomobili Elvinə göstərib demişdir ki, həmin avtomobildir, avtomobildə qadın olduğundan Elvindən xahiş etmişdir ki, avtomobilə yaxınlaşmasın. Elvində Habilə inanaraq avtomobilə yaxın getməmişdir. Elvindən pulu aldıqdan sonra demişdir ki, “çayxanaya keç, çay iç, sənədləşmə işini həll etdikdən sonra gəlib imza atarsan”. Elvində onun sözü ilə çayxanaya gözləmək üçün getmişdir. O da həmin ünvandan çıxıb Habillə görüşmüş, sürücüsünü tanımadığı, markasını və qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşib Gəncə şəhərinə yollanmışlar. Bundan sonra Elvin onu yığmağa başlamış, o da vatsapda ona sözlər yazmaqla avtomobilin arxası ilə Gəncə şəhərinə gəlməsini və avtomobilin orda təhvil veriləcəyini bildirmişdir. Bundan sonra, Elvinə müxtəlif bəhanələrlə yalanlar danışıb telefonu söndürmüşlər. Kart hesabına göndərilən və nağdlaşdırdığı pulları və 18500 manat aldıqda Habillə yarı-yarı bölmüşlər. Həmin pullarıda yeyib içib müxtəlif rayonları gəzməklə xərcləmişlər. Habil ilə Elvindən pul almağı qərarlaşdıran zaman bacardıqları qədərə Elvinin pulunu dələduzluq yolu ilə alacaqlarını fikirləşmişlər. Zərərçəkmiş şəxs toplam olaraq 29870 manat məbləğində pulu ondan “mercedes c class”, “niva” və “toyota prado” markalı avtomobillər satacağı vədi ilə almışlar. Həmin işi Habil ilə birlikdə etmiş, pulu da şəxsi ehtiyaclarımız üçün xərcləmişlər. Həmin işdə digər bir şəxs onlara köməklik etməmişdir. Zərərçəkmiş şəxs Mercedes E230 markalı 20AE880 dövlət qeydiyyat nömrə nişanlı avtomobili müqavilə əsasında götürmüş, həmin avtomobilin ban və digər nömrə hissələrində hər hansı qaynaq işləri görməmiş, avtomobil köhnə olduğundan onun bəzi hissə və detallarını yenisi ilə əvəz etmiş, avtomobilin də qəzalı olduğunu Elvinə bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı köünllü olaraq tam ödəmiş, cinayət nəticəsində vurulmuş ziyanının iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Gəncə şəhərində "xxxx" QSC-nin direktorudur. Cəmiyyət avtomobillərin lizing satışı ilə məşqul olur. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs2 2022-ci ilin təqribən fevral ayından tanımışdır. Belə ki, Ceyhun ona məxsus cəmiyyətdə lizingdə avtomobili, müştərisi olmuşdur. Ceyhunun vasitəsi ilə də X13 ilə telefon vasitəsi ilə tanış olmuşdur. Əli Hüseynovu ümumiyyətlə görməmiş, ancaq telefon danışıqları olmuşdur. Özünü ona hərbiçi kimi təqdim etmişdir. Belə ki, 2022-ci ilin aprel ayında Ceyhun ona demişdir ki, Əli adında tanışı vardır, onun nasaz vəziyyətdə «Mercedes» markalı satışda olan avtomobili vardır. O da işçisi Elgünü deyilən ünvana göndərmiş, Elgün Ceyhunla birlikdə avtomobilə baxmışdır. Sonra Ceyhun avtomobilin qiyməyi üçün ona əvvəl 6500 manata desə də sonradan 4650 manata razılaşmışlar. Lakin həmin avtomobilin cərimlərlə bağlı həbsi olduğu bildirmişlər. İlkin olaraq Elgünün vasitəsilə aprel ayında dəqiq gününü xatırlamadığım tarixdə 680 manat, özü isə xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Ş.İ.Xətai pr, 3-cü mikrorayon 25A ünvanında yerləşən Gold Marketdə quraşdırılmış eManat terminalından 250 manatı Ceyhunun ona göndərdiyi “Leobank” banka məxsus hesab nömrəsinə yükləmişdir. Sonra özünü ona Əli kimi təqdim edən şəxs onunla telefonda danışmış və ipoteka borcu ilə bağlı 2600 manat ödəməli olduğunu bildirərək həmin məbləğ olmadığı təqdirdə avtomobili sata bilməməsini bildirmişdir. O da həmin məbləği xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri X4raşdırılmış eManat terminalından Ceyhunun “Leobank” hesab kartına yükləmişdir. Sonra Əli bildirmişdir ki, 1300 manat da yükləməldir, həmin 1300 manat məbləği də xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Ş.İ.Xətai pr, 325A ünvanında yerləşən Rza marketdə quraşdırılmış Milliön terminalından Ceyhunun kartına yükləmiş, bundan sonra da xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində yerləşən X4raşdırılmış eManat terminalından 560 manat da ödəmişdir ki, avtomobili qeydiyyatdan çıxarıb Gəncə şəhərinə gətirsin. Əli adlı şəxslə danışıb razılaşanda o bildirmişdir ki, “pulları Ceyhuna göndərsin. Ceyhunun kartı onda olduğundan pulları çıxaracaq”. Bundan bir neçə gün sonra, sənədləşmənin alınmamasını bildirməklə avtomobilin əsl sahibinin məhkəmə problemi olmasını bildirmişdir. Artıq 10 gün keçmişdir ki, avtomobili və ya pulu verməyi tələb etdikdə Ceyhun ona demişdir ki, Əlinin qızılları lombardadı onları çıxatsa təzədən pul çıxardıb ona pulu qaytara biləcəkdir. Bu məqsədlə də ondan 1760 manat istəmişlər. 02 iyun 2022-ci il tarixdə Gəncə şəhəri Ş.İ.Xətai pr, 3-cü mikrorayon 25A ünvanında yerləşən Gold Marketdə quraşdırılmış Milliön terminalından 1760 manat da Ceyhunun kartına ödəmişdir. Daha sonra Ceyhun demişdir ki, lombardda əlavə də pul ödənilməlidir ki, təmzlik kağızı alınsın. Bununla bağlı 420 manat istəmiş və o məbləği də Ceyhunun kartına xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Ş.İ.Xətai pr, 325 ünvanında yerləşən Rza Marketdə quraşdırılmış Milliön terminalından ödəmişdir. Həmin qəbzləri də öz ərizəsinə əlavə etmişdir. Lakin, sonradan bildirmişlər ki, qızıllar Əlinin qaynanasının adına olduğundan bu məsələlər də həllini tapmamışdır. Sonra Ceyhun ona bildirmişdir ki, Əlinin «Niva» markalı avtomobili vardır, qiyməti 15000 manatdır. Amma ilkin sahibinin 3800 manat borcu var və həmin borcu vermək lazımdır. Ceyhunun kartına 1400, 2400 manatı isə xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Avtozavod qəsəbəsi ərazisində fərdi yaşayış evində mobil tətbiq vasitəsilə tanışı X7 məxsus “Leo” banka aid 21238005 nömrəli hesab nömrəsinə ödəmişdir. Ertəsi gün isə Əli ona demişdir ki, guya qaynı həmin maşını aşırdıb və avtomobil yararsız vəziyyətdədir. Bundan sonra isə onlardan ümumilikdə onlara vermiş olduğum 11350 manat pulu tələb etdikdə Ceyhun ona demişdir ki, Əlinin «Toyota Prado» markalı avtomobili var, onunla danışıb alacaq. Ceyhun ona bildirmişdir ki, avtomobil Sumqayıt qeydiyyatındadır. 08 iyul 2022-ci il tarixdə Sumqayıt şəhərinə gəlmiş, Ceyhunla Sumqayıt QİTBŞ-də görüşmüşdür. Avtomobilin harada olduğunu soruşduqda Sumqayıt QİTBŞ-nin həyətində onlardan təxminən 100 metr aralı məsafədə olan toyota prado markalı avtomobili göstərib həmin avtomobil olduğunu demişdir. Bu zaman Əli adlı şəxslə mobil telefonda danışan zaman ona demişdir ki, avtomobildə qadın əyləşib və ondan xahiş etmişdir ki, avtomobilə yaxınlaşmasın. Avtomobili 51000 manata razılaşmışlar. Ceyhun ondan avtomobilin pulunu istədikdə Ceyhuna 18500 manat vermiş, qalıq pulu Gəncə şəhərində vermək şərti ilə razılaşmışlar. Yəni onlara əvvəl verdiyim 11350 manatla birlikdə 29870 manat vermiş, 21150 manat verməli olmuşdur. Pulu və şəxsiyyət vəsiqəsini Ceyhuna verdikdən sonra Ceyhun içəri girib ona demişdir ki, sənədləşmənin ilkin mərhələsini etdirmiş, ona demişdir ki, “sən burda çay iç” qalan hissə hazır olduqda xəbə edəcəkdir. Çayçıda oturub Ceyhunu gözləmiş, lakin çölə çıxdıqda görmüşdür ki, avtomobil yerində yoxdu. Ceyhuna zəng vurmuş, lakin Ceyhun telefonu açmamış və sonra Əli onu yığıb xeyir dua vermişdir. Bundan sonra isə Əli onu yığıb demişdir ki, “narahat olma avtomobil adına tranzitdədir. Gəncədə görüşərik avtomobilin sahibini ailəsi ilə Gəncəyə aparır, Gəncəyə özün gəl”. Gəncə şəhərinə getdikdən sonra isə Ceyhun və Əli onun telefon zənglərimə cavab verməmişlər. Əli də ona həmin gün zəng vurub demişdir ki, Ceyhun avtomobili qaçırmışdır. Sonra isə Ceyhun həmin ərəfələrdə Əlinin guya avtomobil sahibləri ilə problemi olduğundan avtomobil sahiblərinin tranzit nömrəni də öz adına almalarını bildirmişdir. Sonradan müəyyən etmişdir ki, Əli adı ilə danışan şəxs əslində Kəlbəcər rayon sakini Habil adlı şəxsdir. Həmin şəxslə telefon danışıqlarımızı qeyd etdiyi danışıqların həkk olunduğu DVD diski təqdim edib, ifadəsinə əlavə edilməsini xahiş etmişdir. Ceyhun ilə Habilin ona toplam olaraq 29870 manat maddi ziyan vurduqlarını bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Qərar qəbul edərkən qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. İş üzrə Şahid teleqram ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə Şahid ibtidai istintaq zamanı verdiyi, məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o,2022-ci ilin fevral ayından "xxxx" şirkətində kredit mütəxəssisi vəzifəsində işləyir. 2022-ci ilin aprel ayının ortalarında işlədiyi "xxxx" şirkətinin müdiri Zərərçəkmiş şəxs göstərişi avtomobilə baxmaq üçün Ceyhun ilə görüşmüş, Ceyhun ilə birlikdə Gəncə şəhəri “Aura Park” ticarət mərkəzinin yaxınlığında “Fordların qarajı” adlanan ünvana getmişdir. Həmin yerdə Ceyhun dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı Mercedes c class” markalı avtomobili təqdim etmişdir. Avtomobilə baxış keçirmiş və müəyyən etmişdir ki, avtomobil saz vəziyyətdir, 4700 manat həmin avtomobil üçün ucuz qiymətdir, həmin avtomobilin alınması sərfəli olacaqdır. Bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Ceyhun bildirmişdir ki, avtomobilin 700 manat cəriməsi var, ilkin olaraq həmin cəriməni ödəmək lazımdır. Avtomobilin sahibinin sürücülük hüququnun məhdudlaşdırılması səbəbindən cərimələrin yalnız notariat orqanlarına ödənə biləcəyini demişdir. Bundan sonra Ceyhun bildirmişdir ki, həmin məsələni özü həll edəcək. O da bu barədə Zərərçəkmiş şəxs məlumat vermişdir. Elvin isə ona demişdir ki, pulu Ceyhuna karta hesabına göndərməklə versin. O da Ceyhunla birlikdə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Gold Əminə” marketində quraşdırılmış “emanat” terminalından üzərində olan 680 manat məbləğində pulu Ceyhunun ona təqdim etdiyi özünə məxsus “Leo” banka aid 50218886 nömrəli hesab nömrəsinə göndərmişdir. Lakin belə bir hadisə baş verəcəyini düşünmədiyi üçün qəbzi tullamışdır. Bundan sonra Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda Ceyuhun Rzayevin həmin karta hesabına avtomobil alacağı adı ilə göndərdiyi pul ilə birlikdə toplam olaraq 29870 manat məbləğində pul göndərdiyini, Ceyhunun da Zərərçəkmiş şəxs aldadaraq həmin məbləğdə pulunu dələduzluq yolu ilə mənimsədiyini öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması haqqında 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Vaiqf oğlunun müraciəti üzrə toplanmış ilkin yoxlama materialı əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır.( cild İ i.v. 1); “cinayət işi üzrə icraatın dayandırılması barədə” 01 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilib tutularaq istintaqa təqdim edilənədək dayandırılmışdır. ( İ cild, i.v.92) “cinayət işi üzrə icraatın təzələnməsi və icraata götürülməsi barədə” 22 mart 2023cü il tarixli qərardan görünür ki, iş üzrə icraat təzələnmişdir. ( İİ cild, i.v.1) Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-ə təhvil verilmişdir. ( cild İİ, i.v.3-4) “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 23 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild İİ, i.v.20-21) 23 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İİ, i.v.23-24) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 23 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İİ, i.v.32-34); Sumqayıt şəhər Məhkəməsinin 4(060)-112/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq müddətinin sonuna kimi həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 mart 2023-cü il tarixdən hesablanmışdır. (cild İİ, i.v.42-44) Sumqayıt şəhər Məhkəməsinin 1(060)-540/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-ə təhvil verilmişdir. ( cild İİ, i.v.52-53) 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İİ, i.v.70-71) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (cild İİ, i.v.79-82); Sumqayıt şəhər Məhkəməsinin 4(060)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq müddətinin sonuna kimi həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmışdır.(cild İİ, i.v.90-92) Sumqayıt şəhər Məhkəməsinin 1(060)-540/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. 13 aprel 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2lə qeyd etdiyi xüsusatları Ceyhun Razayevin üzünə demiş, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 müqavilə əsasında verdiyi “Mersedes Benz E230” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sol qabaq stünda olan bilka əvvəlki avtomobildə göy rəngli olsada, hazırkı avtomobildə qara rənglidir. Həmçinin avtomobilin salonu tam fərqlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı dələduzluq etməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azadlığa çıxmışdır. ( cild İİ i.v.105-107) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (cild İİ, i.v.95). İş materiallarında olan şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, himayəsində xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X10 adlı övladları vardır. (cild İİ, i.v.97-100) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(cild İİ, i.v.102). İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, himayəsində 1997-ci il təvəllüdlü X14 və 2006-cı il təvəllüdlü X6 adlı övladları vardır. (cild İİ, i.v.101) Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslərə vurulan ziyanın məbləği hər bir təqsirləndirilən şəxs üçün 14.935 (on dörd min doqquz yüz otuz beş) manat olması nəzərə alınmış və Dövlət Büdcəsinə ödənişlə bağlı təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin payı 3733,75 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, sonuncuya dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında yəni 3750 manat dövlət büdcəsinə ödəniş edilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham və barələrində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə və dindirmə istintaq hərəkəti protokolları, DVD diskə baxış keçirilməsi haqqında protokol, təqsirləndirilən şəxslərin ifadələri, eləcədə istintaq hərəkətləri protokolları sübut növü kimi qiymətləndirilmişdir (cild İİ i.v. 136-146); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun əməllləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə Bu Məcəllənin 72–73-2ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 40.5-ci maddəsinin tələbinə görə, Cinayət Məcəlləsinin 72–73-2ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda, həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. ( Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Pleniumun 25 iyul 2022-ci il tarixli qərarı) Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, Cinayət Məcəlləsinin 73- 1.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər iştirakçılıqla törədildiyi halda hər bir iştirakçı vurulmuş ziyanı və dövlət büdcəsinə ödənişi Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq müəyyən edilən pay üzrə tamamilə ödəməlidir. Bu o deməkdir ki, iştirakçılıqla törədilən Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən cinayətlər üzrə vurulmuş ziyanın və dövlət büdcəsinə ziyanın müvafiq olaraq iyirmi beş və ya əlli faizi məbləğlərində ödənişin tamamilə ödənilməsi dedikdə, məhz hər bir iştirakçı üçün müvafiq qaydada müəyyən edilmiş payı təşkil edən məbləğin zərərçəkmiş şəxsə və dövlət büdcəsinə tamamilə ödənilməsi ehtiva olunur. Yəni paylar müəyyən edildikdən sonra cinayətin hər bir iştirakçısının üzərinə zərərçəkmiş şəxsə və dövlət büdcəsinə ödənişlərin məhz onun payına müvafiq olan hissənin edilməsi vəzifəsi düşür. Həmçinin Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində cinayət məsuliyyətindən azad etmənin şərtləri qismində müəyyən edilmiş hallar onu göstərir ki, cinayət məsuliyyətindən azad etmə fərdi qaydada, ictimai-təhlükəli əməli törətmiş hər bir şəxsin cinayət prosesində nümayiş etdirdiyi davranışdan asılı olaraq tətbiq edilən, Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, 73-1.2 və 73-1.3-cü maddələrinə uyğun müsbət davranış göstərən (yəni müəyyən edilmiş pay üzrə ziyanı və ziyanın müvafiq faizi miqdarında dövlət büdcəsinə ödənişi etməklə zərərçəkmiş şəxslə barışıq əldə edən) təqsirləndirilən şəxsi belə davranış göstərməyən təqsirləndirilən şəxslərdən fərqləndirməyə xidmət edən güzəşt institutu kimi nəzərdə tutulmuşdur. ( Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Pleniumun 09 yanvar 2023-cü il tarixli qərarı). Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar