Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-541/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, qanuni nümayəndəsi Qanuni nümayəndə2 Zərərçəkmiş şəxs X2, qanuni nümayəndəsi Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci ildə Naxçıvan MR, Şərur ray., Arbatan kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslərə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətləri, habelə həmin şəxsləri seksual fəaliyyəti müşahidə etməyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs öz cinsi ehtirasını təmin etmək məqsədi ilə xx.xx.2022ci il tarixdə, günorta radələrində aşkar surətdə 14 yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, 4-cü mikrorayon, 24/8 saylı yaşayış binasın m blokuna aparıb, həmin blokun birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında yerləşən arakəsmədə onlara zor tətbiq etmədən öz şalvarının düyməsini və zəncirbəndini açaraq cinsiyyət orqanını çıxardıb nümayiş etdirməklə, aşkar surətdə 14 yaşına çatmayan X4 və Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etmədən əxlaqsız hərkətlər etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, qeyd olunan cinayət əməlini törətməmişdir. Əvvəllər 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2020-ci il tarixdə cəzasının başa çatması ilə azadlığa çıxmışdır. Ruhi xəstədir, hərbi xidmətdə olmamış, özündən tez çıxır, bəzən etdiyi hərəkətləri dərk etmək qabiliyyətində olmur. İşin mahiyyəti üzrə bildirir ki, ona qarşı irəli sürülmüş ittiham böhtandır. Belə ki, o, Ömər və Muhəmməd adlı azyaşlı uşaqları 1 ildən artıq müddətdir tanıyır və onlarla dostluq edir. O adları yuxanda göstərilən uşaqların yaşadığı məhəllədə fəaliyyət göstərən üz çıxarmada (kserokopiya) quraşdırılmış wi-fi-dən istifadə etmək üçün tez-tez onların həyətinə gedirmiş. Çox vaxt Ömərgilin futbol oynadıqlarını görüb onlara yaxınlaşıb icazə alaraq bir neçə dəfə onlarla birlikdə futbol oynamışdır. Muhəmməd onunla futbol oynamasa da, digər uşaqlar onun oynamasına etiraz etməmişlər. Onun uşaqlarla bundan artıq münasibəti olmamış, onlara qarşı hər hansı əxlaqsız hərəkətlər etməmişdir. Yaşayış blokunda sakinlərin hər dəqiqə blokdan düşüb qaldığı bir yerdə cinsiyyət orqanını çıxarıb göstərməsi mümkün deyildir.Bunların hamısı yalan və uydurmadır. O, xəstədir, pisiki pozuntuları olduğundan onda tez-tez yaddaş pozuntusu yaranır. Qeyd olunanlara əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X4 qanuni nümayəndəsinin iştirakı ilə vermiş olduğu ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 14 nömrəli tam orta məktəbində 6-cı sinifdə təhsil alır. Nizami adlı şəxsi təxminən 1 ilə yaxındır ki, tanıyır. Belə ki, Nizami onların yaşadıqları həyətdə fəaliyyət göstərən “kserokopiya” da quraşdırılmış wi-fi-dən İstifadə etmək üçün tez-tez həmin həyətə gəlirmiş. Bir gün onlar uşaqlarla futbol oynayan zaman Nizami onlara yaxınlaşıb onlarla oynamaq istədiyini demiş və onlar Nizamiyə etiraz etməmişlər. Lakin, sonuncu dəfə Nizami onlarla futbol oynayan zaman dostu Muhəmməd hazırlıqdan gəlib Nizaminin onlarla oynadığını görmüş və bunun səbəbini soruşmuşdur. O Muhəmmədə Nizaminin onlarla sadəcə futbol oynadığını desə də, Muhəmməd etiraz edib onlarla oynamamışdır. Muhəmməd evə gedib əynini dəyişib həyətə düşəcəyini demişdir. Bu zaman Nizami Muhəmmədə “get soyun mən də gəlirəm” sözlərini demiş, lakin Muhəmməd həmin sözləri eşitməmişdir. Bundan sonra, Muhəmməd yaşadığı evə gedərək öz topunu götürüb həyətə düşmüşdür. Muhəmməd tək qalmasın deyə onlar Muhəmmədin yanına getmiş, Nizami isə Muhəmmədin onunla oynamadığını bildiyi üçün onlarla birlikdə getməmişdir. Bir gün Muhəmmədlə yaşadıqları evin həyətində olduqları zaman Nizami onlara yaxınlaşaraq qarşısında dayandıqları binanın blokuna onunla birlikdə getməyi təklif etmiş, qarşılığında isə onlara "şirin şey” göstərəcəyini bildirmişdir. Onlar Nizaminin dediyi “şirin şey’in nə olduğunu bilmədikləri üçün onunla birlikdə bloka girmişlər. Nizami onları birinci mərtəbə ilə ikinci mərtəbinin arasına qaldırıb əynində olan şalvarın qarşısını açmış və əli ilə cinsi orqanını çıxardıb onlara göstərmişdir. Onlar Nizamidən nə üçün belə hərəkət etdiyini soruşduqda, Nizami onlara “şirin şey”in onun cinsi orqanı olduğunu demişdir. Onlar eyni vaxtda Nizamini itələyib qaçaraq blokdan çıxmışdır. Onlar Muhəmmədlə birlikdə yaşadıqları evin yaxınlığında olan bağçanın həyətinə getmişlər. Təxminən 15-20 dəqiqə orada Muhəmmədlə söhbət edib Nizaminin elədikləri barədə valideynlərinə necə məlumat ver biləcəklərini danışmışlar. Bundan sonra, o qorxuğundan və eyni zamanda utandığı üçün validenlərinə Nizaminin etdikləri barədə heç bir söz deyə bilməmişdir. Nizaminin onlara nəsə edəcəyindən ehtiyyat etdikləri üçün olanlar barəsində onlarla eyni məhəllədə yaşayan Ruslan adlı şəxsə danışmışlar. Ruslan isə həmin gün baş verənlər barəsində həm onun, həm də Muhəmmədin valideyinlərinə danışmışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və zərərçəkmiş hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Lakin şəxsə hansı cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsinin iştirakı ilə vermiş olduğu ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 23 nömrəli tam orta məktəbində 7-ci sinifdə təhsil alır. Nizami adlı şəxsi təxminən 1 ilə yaxındır ki, tanıyır. Belə ki, Nizami onların yaşadıqları həyətdə fəaliyyət göstərən “kserokopiya” da quraşdırılmış wi-fi-dən istifadə etmək üçün tez-tez həmin həyətə gəlirmiş. O və dostları Nizaminin psixi pozuntusu olan şəxs olduğunu bilirmişlər. O dərsdən sonra məşğələlərdə olduğu üçün həyətə demək olar ki, az-az düşürmüş. Ömərgil isə demək olar ki, hər gün həyətdə futbol oynayırmışlar. Bir dəfə o məşğələdən gələn zaman Nizaminin Ömərgillə həyətdə futbol oynadıqlarını görmüşdür. O uşaqlara öz etirazını bildirib, Nizaminin onlardan yaşca böyük olduğunu və onların Nizami ilə futbol oynamaqlarının düzgün olmadığını demişdir. Ömər isə Nizaminin onlarla futbol oynamasında bir qəbahətin olmadığını deyib, oyuna davam etmişdir. O öz yaşadığı evə gedərək futbol topu götürüb həyətə düşmüş və özü tək oynamağa başlamışdır. Bundan sonra uşaqlar onun tək oynadığını gördükləri üçün onun yanına gəlmiş, lakin Nizami gəlməmişdir. xx.xx.2022-ci il tarixdə Ömərlə o yaşadıqları evin həyətində olduğuqları zaman Nizami onlara yaxınlaşaraq qarşısında dayandıqları binanın blokuna onunla birlikdə getməyi təklif etmiş, qarşılığında isə onlara “şirin şey” göstərəcəyini bildirmişdir. Onlar Nizaminin dediyi "şirin şey”in nə olduğunu bilmədikləri üçün onunla birlikdə bloka girmişlər. Nizami onları birinci mərtəbə ilə ikinci mərtəbinin arasına qaldırıb əynində olan şalvarın qarşısını açmış və əli ilə cinsi orqanını çıxardıb onlara göstərmişdir. Onlar Nizamidən nə üçün belə hərəkət etdiyini soruşduqda Nizami onlara “şirin şey”in onun cinsi orqanı olduğunu demişdir. Onlar da qaçaraq Ömərlə birlikdə yaşadıqları evin yaxınlığında olan bağçanın həyətinə getmişlər. Təxminən 15-20 dəqiqə orada Ömərlə söhbət edib Nizaminin elədikləri barədə valideynlərinə necə məlumat ver biləcəklərini danışmışlar. Bundan sonra, qorxuğundan və eyni zamanda utandığı üçün validenlərinə Nizaminin etdikləri barədə heç bir söz deyə bilməmişdir. Nizaminin onlara nəsə edəcəyindən ehtiyyat etdikləri üçün olanlar barəsində onlarla eyni məhəllədə yaşayan Ruslan adlı şəxsə danışmışlar. Ruslan isə həmin gün baş verənlər barəsində həm onun, həm də Muhəmmədin valideyinlərinə danışmışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və zərərçəkmiş hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxsə hansı cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 09 fevral 2023-cü il tarixdə, saat 21:00 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25); 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 153.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 35-36) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 11 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 43-44); Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablanmışdır.(i.v.51-52) İş üzrə zərərçəkmiş qismində dindirilmiş X4 qanuni nümayəndəsinin iştirakı ilə ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı iş üzrə Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək təsdiq etmişdir. (i.v. 143-146) İş üzrə zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsinin iştirakı ilə ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə zamanı iş üzrə Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək təsdiq etmişdir. (i.v. 147-149) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1974 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur (i.v.127-128). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 775 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olünmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş veran fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. (i.v. 130-133) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatıik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1106 saylı rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişinda Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafının yaş xüsusiyyətlərinə uyğun olduğu müəyyən edilmişdir. O, iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstraverta (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Psixi-emosional vəziyyətində situasiya ilə əlaqədar hər hansı dəyişiklik müəyyən olunmur. Zərərçəkmiş şəxs2 özündən uydurmaya meyillilik əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə ekstraverta (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Emosionallıq, ünsiyyətçilik, adaptivlik kimi xaraketrik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs2 hadisə zamanı psixi vəziyyətində əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. X5 əqli və psixi inkişafı nəzərə alınmaqla yaranmış şəraitin mahiyyətini tam dərk edə bilərdi. Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı normaya uyğundur. Zərərçəkmiş şəxs2 psixoloji yaşı, fərdi-psixi xüsusiyyətləri və emosional halından asılı olaraq müqavimət göstərə bilərdi. (i.v. 150-152) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1107 saylı rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Ömər Vahabovun əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi- psixi xüsusiyyətlərinə görə ekstraverta daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). X3 özündən uydurmaya meyillilik əlamətləri müəyyən edilməmişdir. X4 fərdi-psixi xüsusiyyətlərinə görə ekstraverta daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Zirəklik, fəallıq, ünsiyyətçilik kimi xarakterik xüsusiyyətlərə malikdir. X2 hadisə zamanı psixi- emosional vəziyyətində situasiya ilə əlaqəli qorxu yarana bilərdi. X4 yaranmış şəraitin mahiyyətini yaş xüsusiyyətləri çərçivəsində dərk etmək qabiliyyətinə malikdir. X2 əqli və psixi inkişafı normaya uyğundur. X4 psixoloji yaşı, fərdi-psixi xüsusiyyətləri və emosional halından asılı olaraq müqavimət göstərə bilərdi. (i.v. 153-154) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.( i.v 162). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Ağır cinayətlərə dair işlər üzrə AR məhkəməsinin 17 sentyabr 2010-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2019cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 ay 16 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2020-ci ildə cəzasının tam çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza müddəti bitmiş, lakin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. “sübutların qiymətləndirilməsi haqqında” 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-cimaddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan dəyişdirilmədən qüvvəsində saxlanılmış, kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 775 saylı rəyi, məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il 1106 və xx.xx.2023-cü il tarixli 1107 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 152-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır (i.v. 164-170); Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə əsasən on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək uşaqlarla dostluq münasibətinin olmasını, onlara qarşı hər hansı əxlaqsız hərəkətlər etməməsini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə ilə bağlı ifadələrində göstərdiyi digər xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərinin törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Onun göstərdiyi hallar araşdırılsa da, təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında psixi pozuntusu olduğunu, xəstə olmasını bildirsə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli 775 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ittiham olunduğu əməli törətdiyi müddətdə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamış, o, ittiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bundan başqa məhkəmə istintaqı zamanı hər iki zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onlara məhz "şirin şey” göstərəcəyini vəd edib onunla birlikdə bloka getmələrini tələb etməsi faktını təsdiq etmişlər. Zərəçəkmiş şəxlərin dəqiq xatırladığı “şirin şey”-in futbol oynadıqları yerdə deyil, məhz binanın blokunda mərtəbələr arasında göstərilməsi cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən mühüm hallardan biridir. Belə ki, uşaqlar üçün verilə bilən “Şirin şey”-in şokolad, konfet və sairə olduğunu və sadalanan şirniyyatların hamı tərəfindən qəbul edilən ölçüsünü nəzərə alsaq Təqsirləndirilən şəxs tərəfindən həmin “Şirin şey”-in oynadıqları yerdə hətta kənar şəxslərin yanında zərərçəkmişlərə göstərə bilməsi mümkün olduğu halda, N.X8 və Zərərçəkmiş şəxs2 özlərinin də dediyi kimi kənar şəxslərin olmadığı, müşahidə edə bilməyəcəyi yerə apararaq öz cinayətkar əməlini həyata keçirtmişdir. İş materiallarına əlavə edilmiş müvafiq məhkəmə-psixoloji ekspertizalarının rəyindən də görünür ki, hər iki zərərçəkmiş şəxs yaranmış şəraitin mahiyyətini yaş xüsusiyyətləri çərçivəsində dərk etmək qabiliyyətinə malik olmaqla əqli və psixi inkişafları normaya uyğundur, onlarda özündən uydurmaya meyillilik əlamətləri müəyyən edilməmişdir. Belə olan halda məhkəmə zərərçəkmiş şəxslərin ifadələrini mötəbər sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 09 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-541/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-541/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver