Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-541/2024 10.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Rusiya Federasiyası Sverdlovsk vilayəti Artemovski şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri Xəzər bağları Bərpa Xəstəxanasının yanında yataqxanada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd atəş açmaq üçün yararlı olan, döyüş sursatı hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahdan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronunu əldə edib, saxlayaraq daşımaqla gəzdirmiş, xx.xx.2024-cü il tarixdə saat 16:33-də yaşayış yerindən arayış almaq üçün Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən “1 sayh Asan Xidmət” Mərkəzinə getdikdə, həmin Mərkəzin giriş qapısında quraşdırılmış yoxlama aparatı vasitəsi ilə Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən 01 ədəd atəş açmaq üçün yararlı olan, döyüş sursatı hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahdan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronu aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə hərbi xidmətə getmiş və xidmətini Müdafiə Nazirliyinin Xocavənd rayonunda yerləşən hərbi hissəsində keçirmişdir. xx.xx.2024-cü il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Hərbi xitmətdə olan zaman antiterror əməliyyatında döyüş əməliyyatlarında iştirak etmişdir. Xidmətdən qayıdarkən döyüş zonasında 7,62 mm kalibrli “Kalaşnikov” markalı avtomatın patronunu tapmış və həmin patronu evə gəlmişdir. Patronu evində və üzərində gəzdirmişdir. O, işə düzəlmək üçün sənədlərini hazırlamağa başlamış, buna görə də yaşayış yerindən arayış almaq üçün xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində yerləşən 1 saylı Asan Xidmət Mərkəzinə getmiş, Mərkəzə daxil olarkən içəridə qapıda polis əməkdaşları tərəfindən yoxlama aparılmışdır. Polis əməkdaşları onu detonator vasitəsi ilə yoxladıqları zaman aparatdan səs gəlmiş və polis əməkdaşı üzərində olan əşyaları boşaltmasını xahiş etmişdir. Bu zaman o cibində olan həmin patronu çıxardıb təqdim etmiş, polis əməkdaşları bunun nə olduğunu soruşduqda, o bunun patron olduğunu, əsgər yoldaşı tərəfindən ona hədiyyə olunduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları onu saxlamış, patronu ondan götürüb bu barədə aidiyyatı üzrə Polis Bölməsinə məlumat vermişlər. Həmin patronu özü üçün hədiyyə hazırlamaq üçün üzərində gəzdirmiş və onu satmaq niyyəti olmamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Mühafizə İdarəsinin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qrafik cədvəli üzrə Sumqayıt şəhəri 15-ci məhəllə ərazisində yerləşən “1 saylı Asan Xidmət” mərkəzində xidmətdə olmuş, həmin gün saat 16:40 radələrində Mərkəzin qapısının giriş hissəsində Mühafizə İdarəsinin əməkdaşı Şahid1la birlikdə olan zaman bir nəfər şəxs qapının giriş hissəsinə yaxınlaşmışdır. Taleh onun üzərinə baxış keçirərkən detektor siqnal vermiş və Taleh ona üzərində dəmir əşya və ya predmet varsa təhvil verməsini xahiş etmişdir. Bu zaman həmin şəxs cibindən “Kalaşnikov” patronuna bənzər predmeti çıxararaq təhvil vermiş və bu səbəbdən o, həmin şəxsi mühafizə otağına dəvət etmişdir. Həmin şəxs də etiraz etmədən onunla birlikdə həmin otağa keçmişdir. Orada olarkən sonradan adı və soyadını bildiyi Təqsirləndirilən şəxs təqdim etdiyi əşyanın nə olduğunu soruşmuş, o isə əşyanın “Kalaşnikov” markalı avtomatının patronu olduğunu və əsgər yoldaşının ona tərxis olarkən hədiyyə olaraq verdiyini bildirmişdir. Bundan sonra o bu barədə Mühafizə idarəsinə, daha sonra isə Sumqayıt ŞPi-nin 3-cü PB-nə məlumat vermiş və həmin şəxsi təqdim etdiyi patrona bənzər predmetlə birlikdə 3-cü polis bölməsinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Mühafizə İdarəsinin polis nəfəri Şahid1 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən “Kalaşnikov” avtomatının patronuna bənzər predmet aşkar edilmişdir. Cinayət işinin 31-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 57-ci vərəqəsində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 33-38-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN Krimnalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/345 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronudur, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır. Cinayət işinin 61-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronu maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan baxış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən “Asan Xidmət” mərkəzində xidmətdə olan zaman Təqsirləndirilən şəxs “Asan Xidmət”ə yaxınlaşmış və giriş hissədə keçirilən yoxlama zamanı üzərindən 01 ədəd “Kalaşnikov” avtomatının patronuna bənzər predmetə baxış keçirilmiş, baxış keçirilən zaman həmin predmetin 7.62 mm-lik “Kalaşnikov” avtomatının patronuna bənzəməsi müəyyən edilmişdir. Predmetin giliz hissəsi tünd yaşıl rəngdə, güllə hissəsi isə qızılı rəngdə olmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01ədəd “Kalaşnikov” avtomatının patronuna bənzər predmet məhkəmə-ballistik ekspertizasına təqdim olunması məqsədilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 127 sayı möhürü ilə möhürlənmış, üzərində qeydlər apaılaraq imzalanmışdır. Cinayət işinin 73-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 19-20 sentyabr 2023-cü il tarixlərdə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, video görüntülər və digər iş materialları ilə onun qanunsuz olaraq döyüş sursatını əldə edib üzərində daşıyaraq saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə əməlindən peşman olmasını, ilk dəfə məhkum edilməsini, 19-20 sentyabr 2023-cü il tarixlərdə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan lokal xarakterli antiterror əməliyyatlarında iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməklə əməlindən peşman olmasını, ilk dəfə məhkum edilməsini, 19-20 sentyabr 2023-cü il tarixlərdə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan lokal xarakterli antiterror əməliyyatlarında iştirak etməsini, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 fevral 2024-cü il tarixdən 16 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları Bərpa Xəstəxanasının yanındakı yataqxananı tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronu hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2024-cü il tarixdən 16 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları Bərpa Xəstəxanasının yanındakı yataqxananı tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, 01 ədəd atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronu hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-541/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-541/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver