Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-542/2025 22.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan tiryəki əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,906 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə etməklə əynindəki göy rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış, 02 may 2025-ci il tarixdə, saat 20:13 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin arxasında saxlanılmaqla orada üzərinə keçirilmiş baxış zamanı həmin təmiz çəkisi 0,906 qram tiryək əynindəki göy rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,254 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynindəki göy rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış, 16 iyun 2025-ci il tarixdə, saat 14:51 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinin yaxınlığında saxlanılmaqla orada üzərinə keçirilmiş baxış zamanı həmin təmiz çəkisi 0,254 qram metamfetamin əynindəki göy rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Polis əməkdaşları tərəfindən hər iki epizod üzrə tutulan vaxt üzərində narkotik vasitə və psixotrop maddə olmuşdur. Ona polis əməkdaşları tərəfindən hər hansı təzyiq göstərilməmişdir. Həmçinin, bildirmişdir ki, ayağı avqust ayından bəri tutulub, buna görə də səhhəti ilə bağlı problem yaşayır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadələrində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 20:13 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən "Fəxri" marketin arxa tərəfində piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli kişi cinsli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşları olduqlarını, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Ona hüquq və vəzifələri barədə məlumat verilmiş, daha sonra ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı içərisində narkotik vasitə olan 01 ədəd qızılı rəngli siqaret kağızı bükümü onlara təqdim etmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qəhvəyi rəngli tiryəkə bənzər kütlə tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin çəkisinin 0,96 qram olduğu müəyyən edilmiş və qablaşdırılmışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş həmin maddənin tiryək olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişdir. Bölmədə olan zaman onu xidməti otağa aparmışlar, üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş və şəxsi axtarış zamanı üzərindən heç bir predmet aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş qızılı rəngli siqaret kağızı bükümü Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş həmin maddənin tiryək olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığımı bildirmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş tiryəki şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 14:51 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində gəzintidə olduğu vaxt 4 saylı Notariusun yaxınlığında ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ- nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onu qanunsuz olaraq narkotik maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər, həmin vaxt üzərinə baxış keçirmişlər və göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə metamfetamin çıxararaq polislərə təqdim etmiş, təqdim etdiyi maddə polis əməkdaşları tərəfindən tərəziyə qoyularaq çəkilmiş və çəkisi 0,33 qram olmuş, həmin maddəni zərfə qoyaraq videoqeydiyyat cihazı ilə qeydiyyata almışlar, daha sonra onu 3-cü PB-yə dəvət etmişlər, o etiraz etməyib polislərlə birlikdə 3-cü PB-yə gəlmişdir. PB-yə gətirildikdən sonra ona şübhəli şəxs qismində tutulması elan edilərək hüquq və vəzifələri izah edilmiş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 ona təqdim olunmuşdur. Bundan sonra PB-də xidməti otaqların birində üzərindən aşkar edilmiş maddənin qoyulduğu zərf təkrar açılaraq ona təqdim edilmiş və vəkilin iştirakı ilə yenidən videoçəkilişdən istifadə edilməklə zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı üzərindən aşkar edilən gümüşü rəngli gümüşü rəngli siqaret kağızı bükümündəki maddənin narkotik maddə metanfetamin olduğunu, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündəki narkotik maddə metamfetamin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional MEM-ə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, səhhətində ciddi problem olmasını, həmçinin barəsində eyni maddə ilə Polis Bölməsində əlavə 2 cinayət işinin olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün cinayəti etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, xx.xx.2025-ci il tarixli “əməliyyat- axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında”, xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında". xx.xx.2025-ci il tarixli, “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokol, xx.xx.2025-ci il tarixli“ elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokol, xx.xx.2025-ci il tarixli“ elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokol, xx.xx.2025-ci il tarixli“ elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokol, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/270/2025 saylı, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/495/2025 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3464 saylı rəyləri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin arxa hissəsi və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 02 may 2025-ci il tarixində Təqsirləndirilən şəxs “Fəxri” marketin arxa hissəsi ilə tək piyada hərəkətdə olduğunu görüb videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxlamışlar və özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılaraq içərisinə baxan zaman içərisində qaramtıl rəngli narkotik vasitə olan tiryəkə bənzər maddənin olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Bundan sonra digər sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs 3-cü PB-nə aparmışlar. Polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış tiryəkə bənzər maddə təhqiqatçıya təqdim olunmuşdur. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində də gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradıldı. Sonra isə tərəfimizdən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən "Fəxri" marketin arxa hissəsi və yaxın ərazilər əməliyyat müşahidəsinə götürüldü. 02 may 2025-ci il tarixdə, saat 20:13 radələrində Təqsirləndirilən şəxs "Fəxri" marketin arxa hissəsi ilə tək piyada hərəkətdə olduğunu görüb videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxladıq və özümüzü təqdim etdik. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bildirib üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etdik. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükülünü çıxarıb təqdim etdi. Həmin bükümü açılaraq içərisinə baxanda qaramtıl rəngli narkotik vasitə olan tiryəkə bənzər maddənin olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin tiryək olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb götürüldü. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə aşkar olunmadı. Bundan sonra digər sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs 3-cü PB-nə apardıq. Polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış tiryəkə bənzər maddə təhqiqatçıya təqdim olundu. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmadı. Şəxsi axtarış aparılması haqqında protokol tərtib olunaraq ucadan oxundu, həmin protokolu imzalarla təsdiq edildi. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. Onun ifadəsi Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 16 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 16 iyun 2025-ci il tarixində Təqsirləndirilən şəxs 4 saylı notariat ofisinin yaxınlığı ilə tək piyada hərəkətdə olduğunu gördükdən sonra videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxlamışlar və özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs də 01 ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilən zaman içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar olunmuşdur. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılmış və qablaşdırmanın üzəri imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçıya təqdim olunduqdan sonra polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə həmin maddəyə bir daha baxış keçirilmiş və ekspertizaya göndərilməsi üçün yenidən qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru Şahid6 şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid4 ilə eyni məzmunda ifadə vermişdir. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edildi. O, 16 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradıldı, sonra isə tərəfimizdən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürüldü. 16 iyun 2025-ci il tarixdə 14:51 radələrində Təqsirləndirilən şəxs 4 saylı notariat ofisinin yaxınlığı ilə tək piyada hərəkətdə olduğunu gördükdən sonra videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxladıq özümüzü təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladığımızı bildirdik. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya narkotik maddə varsa təqdim etməsini təklif etdik. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükülünü çıxarıb təqdim etdi. Həmin bükülüyə baxış keçirilən zaman içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin “patı” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “daş bazarı” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirdi. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırıldı və qablaşdırmanın üzəri imzalandı. Sonra isə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə apardıq. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçıya təqdim olunduqdan sonra polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə həmin maddəyə bir daha baxış keçirildi və ekspertizaya göndərilməsi üçün yenidən qablaşdırıldı. Təqsirləndirilən şəxs üzərində axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxundu və imzalarla təsdiq edildi. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20.13-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 50-51-ci vərəqələrində olan 04 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 62-63-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir Cinayət işinin 117-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14.51-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 143-144-cü vərəqələrində olan 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 155-156-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 184-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 93-94-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, ********* nömrə ilə davam etdirilmişdir. Cinayət işinin 2-ci cildində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cildində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİnin əməkdaşları tərəfindən saxlanılaraq MSY-yə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin 8-9-cu və 70-ci vərəqələrində olan 02 may 2025-ci il tarixli “əməliyyataxtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs yol ilə piyada hərəkətdə olan zamanı üç nəfər mülki geyimli şəxslər sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid1 həmin şəxsə özünü təqdim etməsi bildirir, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı üzərində şəxsi axtarış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs isə əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd qızı rəngli kağız bükülünü çıxararaq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə narkotik vasitə tiryək olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,96 qram olması müəyyən edilir və zərfə qoyularaq qablaşdırılır. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 103-104-cü və 159-cu vərəqələrində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:51 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinin yaxınlığı ilə tək piyada hərəkətdə olan zaman Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 3cü PB-nin polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid4 həmin şəxsə özünü təqdim etməsi bildirir, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı üzərində şəxsi axtarış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs isə əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü çıxararaq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə “patı” olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “daş bazarı” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin bükülü açıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar olunur, həmin maddə elektron tərəzidə çəkilərək çəkisinin 0,33 qram olması müəyyən edilir və zərfə qoyularaq qablaşdırılır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 29-30-cu və 71-ci vərəqələrində olan “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Orxan Rzayev özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Fəxri” marketin arxasında saxlanıldığını, orada Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış aparılan zaman sonuncunun əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükümdə narkotik vasitə aşkar olunduğunu və götürülərək qablaşdırıldığını, sonra isə Təqsirləndirilən şəxs 3-cü PB-nə gətirildiyini, sonuncuya hüquq və vəzifələri izah olunduqdan sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulduğunu bildirir. Sonra isə təhqiqatçı Təqsirləndirilən şəxs özünün seçdiyi vəkil Tamara Zeynalovam təqdim edərək əməliyyat müvəkkili Şahid1 həmin zərfi və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qeydə alınmış videogörüntü olan bir ədəd DVD diski təqdim etməsini bildirir. Şahid1 diski və bir ədəd zərfi təqdim etdikdən sonra təhqiqatçı tərəfindən həmin zərf açılır, içərisindəki bir ədəd qızılı rəngli bükülü götürülüb açılaraq içərisində qaramtıl rəngli narkotik vasitə olan tiryəkə bənzər maddənin olması aşkar olunur. Həmin maddə ekspertizaya göndərilməsi üçün yenidən zərfə qoyularaq qablaşdırılır, möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. Soğru zamanı Təqsirləndirilən şəxs həmin maddənin ona məxsus olduğunu, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını, saxlanılan zaman və polis bölməsində ona qarşı heç bir fiziki təsir göstərilmədiyini bildirir. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 125-ci və 160-cı vərəqələrində olan “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Araz Əliyev özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmaqla orada üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncunun üzərindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddənin aşkar olunaraq götürüldüyünü və qablaşdırıldığını bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs və polis əməkdaşlarına özlərini təqdim etmələrini bildirir, onlar da özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkil Nail Məmmədovu təqdim edir. Sonra isə polis əməkdaşı Şahid4 təqdim etdiyi zərf açılaraq içərisindəki bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin iştirakçılara təqdim olunur, daha sonra həmin maddə ekspertizaya göndərilməsi üçün yenidən qablaşdırılır. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 41-42-ci vərəqələrində olan 03 may 2025-ci il tarixli 20/270 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 127” möhür əksi, “Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; Müdaqfıəçi: /imza/ T.Zeynalova; Təhqiqatçı: /imza/ O.Rzayev; Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,906 qram olan tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Qeyd: Tiryəkin təmiz çəkisi – 0,906 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 0,806 qram qalıq qalmışdır. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 136-cı vərəqəsində olan 16 iyun 2025-ci il tarixli 20/495 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki 01 (bir) ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,254 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,254 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,204 qram qalıq qalmışdır. Cinayət işinin 135-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 161-167-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə ilkin yoxlama materialları, şahid ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, kimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli 20\282 saylı rəyi, narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli 3089 saylı rəyi, MTEnın xx.xx.2025-ci il tarixli 587 sayh rəyi, xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, xx.xx.2025-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokol, DVD diskə baxış keçirilməsi barədə protokol, Azercell Telekom MMC-nin xx.xx.2025-ci il tarixli 18381 saylı məktubu sübut növü kimi tanınmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,452 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,402 qram qalıq çəkisi məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. İş üzrə Azercell Telekom MMC-nin xx.xx.2025-ci il tarixli 18381 saylı məktubuna əlavə edilmiş 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin 90-91-ci vərəqələrində olan 11 iyun 2025-ci il tarixli 3464 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 81-83-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə verilmiş sorğunun cavabından görünür ki, təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 84-89-cu vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 603/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 199-210-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,906 qram narkotik vasitə olan tiryək, 01 əədd bükümdə təmiz çəkisi 0,254 qram psixotrop maddə olan metamfetamin və 04 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 04 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,806 qram tiryək və qalıq 0,204 qram metamfetamin saxlanaması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq müddətindəki və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-603/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi və residivinin olması cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2025ci il tarixdən, yəni Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulduğu tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 11 iyun 2025-ci il tarixli 3464 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə təyin edilməlidir və ərazi narkoloji dispanser qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,204 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0,806 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 123 (yüz iyirmi üç) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,204 qram psixotrop maddə olan metamfetamin və 0,806 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 123 (yüz iyirmi üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-542/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-542/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver