Məhkəmə qərarları › İş №1(060)-543/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-543/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-543/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi- “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, BTZ bağlar massivi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,124 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 10:20-də Sumqayıt ŞPİ-nin PPXT-nun əməkdaşları tərəfindən Sumqayıt şəhəri, BTZ bağlar ərazisində yerləşən “Brend” marketin yaxınlığında saxlanılaraq 5-ci PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan, yuxarı hissəsi göy aşağı hissəsi qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd qara rəngli sellofan bükümün içərisindən 1,124 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər fərdi əməklə məşğul olub, bir-iki il olardı ki, narkotik vasitə heroındən istifad edirdi. xx.xx.2023-cü il tarixdə səhər vaxtı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində adını bilmədiyi, təsadüfən görüşdüyü bir nəfərdən öz şəxsi istifadəsi uçun 20 manata 01 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində tanışı Xəyalla birgə Sumqayıt şəhəri, BTZ bağlan ərazisində yerləşən Brend marketin qabağında olarkən PPX əməkdaşları onlara yaxınlaşaraq özlərim təqdim etmişlər. Polis əməkdaşları ilə söhbət edərkən polislər onlara özlərini şübhəli apardıqlarını demiş, üzərlərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olubolmadığını soruşmuşlar. O, həmin vaxt polis əməkdaşları tərəfindən polis bölməsinə aparılıb üzərinə şəxsi axtarış keçiriləciyini bildiyi üçün etiraf edərək üzərində narkotik vasitə heroin olduğunu demişdir. Onunla birgə Xəyal da üzərində narkotik vasitə olduğunu polis əməkdaşlarına demişdir. Halbuki həmin vaxta qədər o, Xəyalın üzərində narkotik vasitə olmasını bilməmişdir. Bundan sonra polis əməkdaşları onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Onlar polis əməkdaşlarına etiraz etməyib birgə polis bölməsinə getmişlər. Orada ona növbədə olan vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan vəkil seçmişdir. Vəkil ilə təmin olunduqdan sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. O, özü əynində olan gödəkçənin cibində saxladığı bir ədəd bükümü təqdim edib həmin bükümdə narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni saxlanıldığı gün səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış aparmş, lakin, üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroinin çəkisi müəyyən olunaraq sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər polis idarəsinin PPXTda polis nəfəri kimi xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, BTZ bağlar massivində yerləşən “Brend” marketin yaxınlığında xidmət yoldaşı Şahid1la xidmətdə olan zaman iki nəfərin özlərini şübhəli apardıqlarını görmüşlər. Onlar həmm şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxslər də özlərini təqdim etmişlər. Onlardan biri hazırda cinayət işinə baxılan Təqsirləndirilən şəxs, digəri isə Şahid4 idi. Həmin şəxslərlə söhbət aparan zaman üzərlərində qanunla qadağan olunmuş hər hansı bir predmet olduğunu soruşduqda hər iki şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Onlar həmin şəxsləri aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmışlar. Orada onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videogürüntü ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə bağlı bildiriş və hüquqlarım müdafiə edəcək vəkil təqdim edilmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi deyilmiş, Təqsirləndirilən şəxs də əynindəki gödəkcənin cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində “kakos” yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin 01 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli iyli toz şəkilli narkotik vasitə heroinə bənzə kütlənin olduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin bükümü səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1 qramdan artıq olmuş, aşkar edilmiş həmin maddə qablaşdırılaraq protokollaşdırılmışdır. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixində PB-nin növbətçilik cədvəli üzrə növbədə olmuşdur. PB-də olan zaman PPXT-nm əməkdaşları saat 10-11 radələrində Sumqayıt şəhəri, BTZ (Yaşıldərə) bağlar massivində yerləşən “Brend” marketin yaxınlığında 2 nəfəri şübhəli olduqları üçün saxladıqları Təqsirləndirilən şəxs və Xəyal adlı şəxsləri gətirmişlər. PB-də onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videogürüntü ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə bağlı bildiriş və hüquqlarını müdafiə edəcək vəkil təqdim edilmişdir. Videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində “kakos” yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin 01 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzə kütlənin olduğu müəyyən olunmuşdur. Həmin bükümdəki kütləni nə vaxt, kimdən, haradan, neçəyə aldığı Təqsirləndirilən şəxs soruşulduqda, həmin bükümü səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və sənədləşdirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2023-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-ci il tarixli, 6/2008 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün №242”-li dairəvi möhür əksi, “XXX Təqsirləndirilən şəxs aşkar olunmuş...saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,124qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. (Heroinin təmiz çəkisi-1,124 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,074 qram) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 19 aprel 2023-cü il tarixli, 2324 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyalorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, üzərindən aşkar olunmuş narkotik maddənin çəkisi, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan müalicəyə ehtiyacının olması nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı 22 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,074 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 22 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,074 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 114 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar