Məhkəmə qərarları › İş №1(060)-544/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-544/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-544/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 12 saylı yataqxananın yaxınlığında Şahid1 20 (iyirmi) manat pul müqabilində qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,231 qram, 0,275 qram, ümumi təmiz çəkisi 0,506 qram kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə etməklə əynindəki qara rəngli gödəkçəsinin sol yuxarı cibində daşıyaraq saxlamış, 02 mart 2023-cü il tarixdə, saat 19:02 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 12 saylı yataqxananın yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılmaqla Sumqayıt ŞPİ-yə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,231 qram, 0,275 qram, ümumi təmiz çəkisi 0,506 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan 01 (bir) ədəd borucuq formasına salınmış 1 (bir) manatlıq pul əskinazı əynindəki qara rəngli gödəkçəsinin sol üst cibində olan “Keno” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2-3 ildir narkotik vasitə heroindən istifadə edir. Kənan adı ilə tanıdığı Şahid1 bir ildən artıqdır tanımış, onunla həmişə normal münasibəti olmuş, ədavət və ya düşəmnçiliyi olmamışdır. Əvvəllər bir neçə dəfə Şükürdən narkotik vasitə olan heroin alaraq istifadə etmişdir. 02 mart 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 12 saylı yataqxananın yaxınlığında olduğu zaman Şükürlə rastlaşmışdır. Söhbət zamanı Şükürdən istifadə etmək məqsədi ilə iki büküm narkotik vasitə heroin istəmiş, Şükür də ona 20 manat müqabilində narkotik vasitə sata biləcəyini demişdir. O, da Şükürə 20 manat pulu verib sonuncudan siqaret kağızına bükülmüş 1 bükümdə heroin alaraq “Keno” markalı siqaret qutusunun içərisində qoymuşdur. Heroini yandırıb tüstüsünü qəbul etdiyindən 1 manatlıq pul əskinasını borucuq formasına salmış və həmin borucuğu da siqaret qutusunun içərisində saxlamışdır. Siqaret qutusunu isə əynində olan gödəkçəsinin sol yuxarı cibinə qoymuşdur. Şükürdən heroinləri aldıqdan sonra sonuncu çıxıb getmişdir. O, həmin yerdə gəzdiyi zaman, təxminən saat 19 radələrində bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt şəhər polis idarəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər və onu polis idarəsinə dəvət etmişlər. Həmin yerdə üzərini axtarmış, üzərində olan hər şeyi, evinin açarlarını, üzərindəki narkotik vasitənin olduğu “Keno” markalı siqaret qutusunu da götürüb onu Sumqayıt şəhər polis idarəsinə aparmışlar. Orada çəkilişdən qabaq hər şeyi özünə qaytarmışlar ki, çəkilişdə təqdim etsin. O da təqdim etmişdir. Amma siqaret qutusundan çıxan iki bükümdən biri onun olsa da, ikinci büküm onun deyildir. Çünki 20 manata o boyda narkotik vasitə yoxdur. Çəkilişdə vəkil iştirak etmiş, bu barədə ona deməmiş, məhkəməyə qədər bu barədə heç kimə şikayət etməmiş, bildirməmişdir. Çəkiliş vaxtı polis əməkdaşları tərəfindən həmin 2 ədəd bükülüyə baxış keçirilərək içərisində narkotik vasitə olan heroin olması müəyyən olunmuşdur. Heroin elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O da həmin qablaşdırmanın üzərinə imza etmişdir. Üzərində özünə məxsus 3 ədəd 5 manatlıq olmaqla 15 manat pul, yaşadığı evin açarları, bir ədəd “Samsung”, bir ədəd “Katel” və bir ədəd markasını bilmədiyi mobil telefonlar və işləməyən bir ədəd simkart aşkar olunmuşdur. Mobil telefonları və simkart təhqiqatçı tərəfindən götürülmüş, 15 manat pulu və evin açarları isə özünə qaytarılmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, 2-3 ildir narkotik vasitə istifadə etmişdir. Polis əməkdaşları təərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş heroini üzərində saxlamaqda məqsədi daha sonra istifadə etmək olmuşdur. Həmin heroini heç kimə vermək və satmaq fikri olmamışdır. “Samsung” markalı mobil telefon onun özünə məxsus olmuş və həmin telefonun üzərində Rusiya Federasiyasına məxsus xatırlamadığı nömrə olmuşdur. “Katel” və markası məlum olmayan mobil telefonlar isə ailə üzvlərinə məxsusdur, o, həmin telefonları ustaya düzəltdirmək üçün aparmaq istəmişdir. “Samsung” markalı telefonunda isə əsasən vhatsapdan istifadə edərək əlaqə saxlamışdır. Etdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir, artıq nişanlanmış, bu yaxınlarda toyu olacaqdır. Barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində bir büküm narkotik vasitə olması, saxlanılarkən üzərindən əşyalarının götürülməsi və yalnız videoçəkilşdən əvvəl qaytarılması və s. barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Onun göstərdiyi hallar arşdırılsa da təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini tam etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2-3 ildir narkotik vasitə heroindən istifadə edir. Kənan adı ilə tanıdığı Şahid1 bir ildən artıqdır tanımış, onunla həmişə normal münasibəti olmuş, ədavət və ya düşəmnçiliyi olmamışdır. Əvvəllər bir neçə dəfə Şükürdən narkotik vasitə olan heroin alaraq istifadə etmişdir. 02 mart 2023-cü il tarixdə, təxminən saat 17 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 12 saylı yataqxananın yaxınlığında olduğu zaman Şükürlə rastlaşmışdır. Söhbət zamanı Şükürdən istifadə etmək məqsədi ilə iki büküm narkotik vasitə heroin istəmiş, Şükür də ona 20 manat müqabilində narkotik vasitə sata biləcəyini demişdir. O, da Şükürə 20 manat pulu verib sonuncudan siqaret kağızına bükülmüş 2 bükümdə heroin alaraq “Keno” markalı siqaret qutusunun içərisində qoymuşdur. Heroini yandırıb tüstüsünü qəbul etdiyindən 1 manatlıq pul əskinasını borucuq formasına salmış və həmin borucuğu da siqaret qutusunun içərisində saxlamışdır. Siqaret qutusunu isə əynində olan gödəkçəsinin sol yuxarı cibinə qoymuşdur. Şükürdən heroinləri aldıqdan sonra sonuncu çıxıb getmişdir. O, həmin yerdə gəzdiyi zaman, təxminən saat 19 radələrində bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt şəhər polis idarəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər və onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə getmişdir. Orada ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş, özünün seçdiyi və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. O da gödəkçəsinin sol yuxarı cibində saxlamış olduğu “Keno” markalı siqaret qutusunu içərisindəki 2 bükümdə heroin və heroinin tüstüsünü çəkmək üçün istifadə etdiyi borucuq formalı 1 manatlıq pul əskinazını təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin 2 ədəd bükülüyə baxış keçirilərək içərisində narkotik vasitə olan heroin olması müəyyən olunmuşdur. Heroin elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O da həmin qablaşdırmanın üzərinə imza etmişdir. Üzərində şəxsi axtarış aparılan zaman özünə məxsus 3 ədəd 5 manatlıq olmaqla 15 manat pul, yaşadığı evin açarları, bir ədəd “Samsung”, bir ədəd “Katel” və bir ədəd markasını bilmədiyi mobil telefonlar və işləməyən bir ədəd simkart aşkar olunmuşdur. Mobil telefonları və simkart təhqiqatçı tərəfindən götürülmüş, 15 manat pulu və evin açarları isə özünə qaytarılmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, 2-3 ildir narkotik vasitə istifadə etmişdir. Polis əməkdaşları təərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş heroini üzərində saxlamaqda məqsədi daha sonra istifadə etmək olmuşdur. Həmin heroini heç kimə vermək və satmaq fikri olmamışdır. “Samsung” markalı mobil telefon onun özünə məxsus olmuş və həmin telefonun üzərində Rusiya Federasiyasına məxsus xatırlamadığı nömrə olmuşdur. “Katel” və markası məlum olmayan mobil telefonlar isə ailə üzvlərinə məxsusdur, o, həmin telefonları ustaya düzəltdirmək üçün aparmaq istəmişdir. “Samsung” markalı telefonunda isə əsasən vhatsapdan istifadə edərək əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər polis idarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis mayorudur. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 02 mart 2023-cü il tarixdə icraatına Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə polis idarəsinin rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 12 saylı yataqxananın ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs 12 saylı yataqxananın yaxınlığında olmasını görmüşlər. Bir neçə dəqiqə müşahidə etdikdən sonra Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından və hər hansı bir müdaxilə ola bilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi X3 iştirakı ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli gödəkçəsinin sol üst cibindən bir ədəd “Keno” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxıldıqda içərisində 1 ədəd boru formalı qatlanmış 1 manatlıq pul əskinasının, siqaret qutusu ilə şəffaf sellofanının arasında 2 ədəd gümüşü rəngli kağız bükümlərin və 1 ədəd simkartın olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən 3 ədəd 5 manatlıq olmaqla ümumilikdə 15 manat pul, bir ədəd “Samsung”, bir ədəd “Katel” markalı, bir ədəd markası olmayan, cəmi 3 ədəd mobil telefonlar və ev açarları aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərin “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin maddələri tanıdığı Kənan ləqəbli Şükür adlı şəxsdən saxlanıldığı gün 20 manata şəxsi istifadəsi üçün aldığını, 1 ədəd boru formalı qatlanmış 1 manatlıq pul əskinası ilə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin kütlələr elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etdi. İstintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə yaşamışdır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirtməmiş, rəsmi iş yeri yoxdur. Adının Şükür olmasına baxmayaraq tanışları onu Kənan adı ilə tanıyırlar. Bir neçə ildir narkotik vasitə heroindən istifadə edir. Təqsirləndirilən şəxs bir ildən artıqdır tanımış, sonuncu ilə həmişə normal münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Əvvəllər bir neçə dəfə Kamala narkotik vasitə heroin vermişdir. 02 mart 2023cü il tarixdə, təxminən saat 17 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 12 saylı yataqxananın yaxınlığında təsadüfən Kamal ilə rastlaşmışdır. Həmin vaxt onun üzərində narkotik vasitə olan heroin olmuşdur. Söhbət zamanı Kamal ondan istifadə etmək məqsədi ilə iki büküm narkotik vasitə heroin istəmişdir. O da Kamala heroinləri 20 manata satdığını demişdir. Kamal da ona 20 manat pul vermiş və o, sonuncuya iki bükümdə heroin vermişdir. Daha sonra isə orada qalmayıb uzaqlaşmışdır. Sonradan isə həmin gün polis əməkdaşları onu saxlamışlar. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 19:02-də Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 12 saylı yataqxananın yaxınlığında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, həmin diskə daxil olaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı Səadət Qənbərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir və polis əməkdaşlarına da Ölərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X4 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol üst cibindən bir ədəd “Keno” markalı siqaret qutusunu çıxararaq təqdim edir. Həmin siqaret qutusunun içərisinə baxıldıqda içərisində 1 ədəd boru formalı qatlanmış 1 manatlıq pul əskinasının, siqaret qutusu ilə şəffaf sellofanının arasında 2 ədəd gümüşü rəngli kağız bükümlərin və 1 ədəd simkartın olduğu müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, onun üzərindən 3 ədəd 5 manatlıq olmaqla ümimilikdə 15 manat pul, bir ədəd “Samsung”, bir ədəd “Katel” markalı, bir ədəd markası olmayan, cəmi 3 ədəd mobil telefonlar və ev açarları aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərin “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin maddələri tanıdığı Kənan ləqəbli Şükür adlı şəxsdən saxlanıldığı gün 20 manata şəxsi istifadəsi üçün aldığını, 1 ədəd boru formalı qatlanmış 1 manatlıq pul əskinası ilə narkotik vasitə istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər olan maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin gümüşü rəngli siqaret kağızları ilə birlikdə çəkisinin 0,68 qram olduğu müəyyən edilir. Aşkar olunmuş həmin maddələr və 1 ədəd boru formalı qatlanmış 1 manatlıq pul əskinası Azərbaycan Respublikası ƏN-nin MEM-ə göndərilməsi üçün xüsusi qdydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd 5 manatlıq olmaqla ümimilikdə 15 manat pul və ev açarları özünə geri qaytarılır, Samsung, Katel və markası olmayan 3 ədəd mobil telefonlar və 1 ədəd simkart götürülür. Sonda isə çəkiliş dayandırılır. Həmin diskdəki videogörüntülər məhkəmə iclasında da nümayiş etdirildi və göstərilənlər təsdiq edildi. İş materiallarında olan 6/1289 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş...maddə...” və s. sözlər, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,231 qram, 0,275 qram, ümumi təmiz çəkisi 0,506 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1-2 nömrəli obyektlərə aid heroin kütlələri kimyəvi tərkiblərinə görə öi aralarında eynilik təşkil edirlər. Üzərində "Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd kağız borucuq...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd borucuq formasına salınmış “1 manat” pul əskinazında narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Bu predmetdə heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekpspertizasının 281 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs və Şahid1 istintaqa vermiş olduqları ifadələrini təsdiq edərək bir-birlərinin üzünə qarşı bildirmişlər. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Sumqayıt Probasiya Şöbəsinin 21-2/3-5392 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə qeydiyyata düşmüş, xx.xx.2023-cü il tarixədək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 03 ay 02 gününü çəkmiş və çəkilməmiş cəzası 01 il 09 ay 24 gün təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1922 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 18 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,506 qram narkotik vasitə heroin, bir ədəd üzərində heroin izləri olan borucuq formalı 1 manat pul əskinazı və 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, qalıq 0,406 qram heroin və borcuqu falqalı 1 manatlıq pul əskinazı saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,506 qram çəkidə narkotik maddə heroin əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.5 və 69.3cü maddəsi ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də, Azərbaycan Respublikası CM-nin 66.5-ci və 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 134/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası ilə azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla toplanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair plenum qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Ona görə də, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin ediləcək cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 134/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu üzrə toplanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,406 qram narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, 1 manatlıq pul əskinazı isə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə tutulmuş, 05 mart 2023-cü il tarixədək, yəni iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı müddət 02 (iki) gün müəyyən olunaraq Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci, 68.1.1-1-ci və 69.3-cü maddələrinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası ilə, azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla, cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixədək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzadan çəkilmiş 03 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 ay 16 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla həmin müddət və Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdən 05 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət qəti cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 01 (bir) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,406 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın, 1 manatlıq pul əskinazı isə Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar