Məhkəmə qərarları › İş №1(060)-544/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-544/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-544/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə Cavadxan qızının, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Ermənistan Respublikası Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" ASC-nin Sumqayıt Regional Enerji və Satış İdarəsinin Xızı Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs "xxxx" ASC üzrə 3 may 2021-ci il tarixli k\21-02001 №-li əmri ilə təyin olunduğu Şimal Regional Enerji Təchizatı satış idarəsinin paylayıcı şəbəkə sahəsinin baş mühəndisi vəzifəsində işləyib vəzifəli şəxs olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.5.14.7 bəndinə əsasən kənar hava xəttinin naqillərindən, onların ən böyük meyllənməsi zamanı gərginliyi 20 kV-dək olan hava xətti üçün tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafə 2 metr nəzərdə tutulduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 1.2.3.8, 1.2.3.11 bəndinə əsasən hava xətlərinə dövrü və növbədənkənar baxış və hava xətlərinin mühafizə zonasında tikililəri yoxlamalı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Elektrik Şəbəkəsinin sədri tərəfindən 17 dekabr 2018-ci il tarixdə təsdiq edilmiş “Rayon Enerji Təchizatı və X13 Şöbəsinin baş mühəndisinin vəzifə təlimatı”nın 2.9, 2.11, 2.14, 2.18, 3.1 bəndlərinə əsasən illik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari baxım təmir işlərinin aparılmasına nəzarət etmək, hava xətlərində baxış keçirilməsini təşkil etmək, elektrik avadanlıqlarının normal saz vəziyyətdə olmasını təmin etmək, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək, vaxtında nasazlıq aktları tərtib etmək, tabeçiliyindəki şöbələr arasındakı fəaliyyəti və bu şöbələrin xidmətinin koordinasiyasını vaxtında və məhsuldar səviyyədə təmin etməyə cavabdeh olduğu halda işə vicdansız və laqeyd münasibətindən qeyd olunan normativ hüquqi aktların və vəzifə təlimatının tələblərini yerinə yetirməyib Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı Elektrik Şəbəkəsinin Sumqayıt Elektrik Şəbəkəsinin balans mənsubiyyətində olan 10/0,4 kV-luq 4 saylı X3 hava xətlərinə dövrü və növbədənkənar baxış keçirməmiş, ətrafında hasar, hava xəttinin mühafizə zonasındakı tikililəri yoxlamamış, həmin X3 ətrafında olan hasarın sökülməsini və ya həmin hasarın üzərindən keçən hava xəttinin hasara ən yaxın hissəsinə kimi üfüqi məsafəsinin ən az 2 metr məsafədən keçməsini təmin etmədiyi üçün 22 oktyabr 2023-cü il saat 10 radələrində xx xxxxxxx 2010-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs həmin hasar üzərinə qalxaraq hasarın üzərindən 70 sm məsafədən keçən hava elektrik xəttinə yaxınlaşdığından yüksək gərginlikli elektrik cərəyanın təsirinə düşməklə sağ yuxarı ətrafın bazu oynağından amputasiya, başın ənsə nahiyəsinin, hər iki çiyin üstü nahiyənin, hər iki kürək nahiyəsinin və bel nahiyəsini əhatə edən geniş ölçülü, sağ qulaq seyvanın, sol yanaq nahiyəsinin, sol bilək oynağı nahiyəsinin, hər iki dizin ön səthinin, sol ayaq pəncəsinin, İİ-İİİ dərəcəli termiki yanıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər alması ilə vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki şəxsin mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olmaqla səhlənkarlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci ilədn "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı Elektrik Şəbəkəsinin baş mühəndisi işləmişdir. O, Texniki Təhlükəsizlik və X11 əməl olunmasına, istehsalat təlimatının vaxtında keçirilməsinə cavabdehlik daşıyır. Sumqayıt şəhərində 500dən çox KTM (X8), 550-dən çox TM( Transformator Məntəqəsi), 15 ədəd yarımstansiya vardır. KTM (X9) yaşayış massivlərinin ərazisində qurulmaqla onun gücü həmin sahədə yerləşən binaların, mənzillərin sayına görə müəyyən edilir, transformator yerləşdirildikdən sonra onu kənar müdaxilələrdən qorumaq üçün ətrafı daş və ya dəmir çəpərə alınıb transformatorun və hasarın qapısına qıfıl vurulub ətrafına bir neçə yerdə «dayan, gərginlik var!» kimi xəbərdaredici lövhələr vurulur. Həmin əraziyə işıq idarəsinin işçilərindən başqa kənar şəxslərin girişi qadağandır. İldə bir dəfə hava xətlərinə və transformatorlara baxış keçirilir. Həmin baxışlar zamanı özü bəzən hava xəttinin aparıcı mühəndisi və ya ustası iştirak edir, xətdə cari və ya əsaslı təmir aparılması tələb edilərsə akt yazılıb naryad tərtib olunur. Azyaşlı Zərərçəkmiş şəxs xəsarət aldığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Elektrik Şöbəsinin balansında olan 10/0,4 kV-luq 4 saylı X8 təxminən 30 il əvvəl həmin yerdə quraşdırılmış, 2000-ci ildə idarənin balansına verilmişdir. Həmin Transformatorun hava xəttinin pasportuna əsasən hava xəttinin adı 10 kV 16-cı ŞF TM 145-KTM-4-TM-44. Hava elektrik xəttinin təhlükəsiz istismarının təmin edilməsi məqsədilə hava xəttinin dövrü baxışlarının keçirilməsi hava xəttinin mühəndisi və ustaları tərəfindən həyata keçirilir və baxış aktı tərtib edilərək ona təqdim olunur. Bundan sonra nöqsan aktı yazılmış hava xətlərinə və transformatora özü təkrar baxış keçirib təsdiq edilərsə akt tərtib edib rəhbərliyə təqdim olunur, təmir işlərinin aparılması zərurəti yarandıqda bunun üçün naryad tərtib olunur və naryadda hansı təmir işlərinin görüləcəyi qeyd edilir və həmin təmir işlərini hava verilişi xətti briqadası həyata keçirir. Hadisənin baş verdiyi 10/0,4 kV-luq 4 saylı X4 əvvəllər hər hansı bədbəxt hadisə baş verməmişdir. 22 oktyabr 2023-cü il tarixdə, bazar günü, saat 14 radələrində idarənin növbətçi hissəsindən zəng edib Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən 10/0,4 kV-luq 4 saylı X4 bədbəxt hadisə baş verməklə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs adlı şəxsin xəsarət aldığını xəbər etmişlər, o dərhal hadisə yerinə getmiş, hadisə yerinə çatarkən bildirmişlər ki, səhər saatlarında həmin ərazidə yaşayan azyaşlı uşaqlar yaxınlıqda yerləşən məktəbin həyətinə futbol oynamağa gedərkən yol boyu topu vurub bir-birinə ötürmüşlər, yol kənarında yerləşən 10/0,4 kV-luq 4 saylı X3 yanından keçərkən vurduqları top həmin Trasformatorun hasarla bağlı olan sahəsinə düşmüş, hasar hündür olsa da həmin topu götürmək üçün əraziyə daxil olmaq qərarına gəlib bu məqsədlə həmin uşaqlardan biri olan Zərərçəkmiş şəxs KTM-nin ətrafına çəkilmiş hasara çıxıb hasarın üzərindən keçib 10/0,4 kV-luq 4 saylı X6 gedən hava xəttinə yaxınlaşdıqda yüksək gərginliyə düşərək xəsarət almış və azyaşlı Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər X19 Xəstəxanasına çatdırılmışdır. O həmin xəstəxanaya getmiş, Zərərçəkmiş şəxs vaxtında tibbi yardım göstərilib həyatı xilas edilsə də nəticədə sağ qolu amputasiya olunmuş və uzun müddət müalicələr almışdır. Şimal Regional Enerji Təchizatı və Satış İdarəsinin xx.xx.2023-cü il tarixli 44-01/094 saylı şəhər prokurorluğuna etdiyi müraciətinə əlavə edilmiş «Şimal RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin balansında olan hava xətlərinin mühafizə zonasının pozulması haqqında məlumat cədvəli» onun tərəfindən tərtib edilib rəhbərliyə təqdim olunmuş, rəhbərlik həmin məlumatı araşdırıb tədbir görülməsi üçün Sumqayıt şəhər İcra Hakimyyətinə, o cümlədən şəhər prokurorluğuna göndərmiş, lakin 10/0,4 kV-luq 4 saylı X7 həmin siyahıya əlavə etməyi unutmuş, hadisənin baş verdiyi 10/0,4 kV-luq 4 saylı X6 isə özü nəzarət etmişdir. O təkrar texniki təhlükəsizlik ekspertizasının rəyi ilə razı olsa da lakin hadisənin baş verməsinin əsas səbəbkarı azyaşlı Zərərçəkmiş şəxsdir. Çünki, hadisənin baş verdiyi 10/0,4 kV-luq 4 saylı X3 üzərində «Dayan gərginlik var!» sözləri yazılmış xəbərdaredici lövhə vardır, məntəqəni kənar müdaxilədən qorumaq üçün ətrafında təxminən 3 metr hündürdükdə hasar, hasarın üzərindən isə hava xəttinin elektrik naqili keçərək oradan transformatora enməklə ona qoşulur. Zərərçəkmiş şəxs hasara çıxarkən bunu görən qonşu qadın ona acıqlanıb hərəkətinin təhlükəli olduğunu izah edib yerə düşməsini tələb etsə də Zərərçəkmiş şəxs söylənənlərə əhəmiyyət verməyib hərəkətini davam etdrib hasar üzərinə çıxmış, gərginlik altında olan hava elektrik xəttinə yolverilməz dərəcədə yaxınlaşdıqda elektrik cərəyanının təsirinə düşüb müxtəlif xəsarətlər almışdır. İllik qrafiklər üzrə balansda olan hava xətlərinin əsaslı və cari baxım təmir işlərinin aparılmasına nəzarət və kömək etməlidir. Hadisə baş verən tarixədək 10/0,4 kV-luq 4 saylı X3 özündə və ya hava xəttində hər hansı nasazlıq olmamış, transformator normal vəziyyətdə işləmiş, bu səbəbdən o digər transformatorlarda və hava xətlərində tələb edilən baxım təmir işlərinə nəzarət və kömək etmiş bu səbəbdən 10/0,4 kV-luq 4 saylı X3 hava xəttində təmir işləri aparılarkən orada iştirak etməyib nəzarət və ya kömək göstərməmiş, təmirdə iştirak etmədiyi üçün hava xəttinin pasportunda təmirdə iştirakı barədə qeyd yoxdur. Dövrü və ya növbədən kənar baxış keçirərkən hava xəttində elektrik naqilinin çıxdığı qida mənbəyindən KT (kompleks transformator), KTM (kompleks tansformator məntəqəsi)-nə çatıb son nöqtədə bağlandığı yerə qədər baxış keçirməli, elektrik naqillərinin sallanmalarına, dayaqların hündürlüyünə və izalyatorların salamat olubolmamasına, naqildə aşılanma olub-olmadığına diqqət etməli, pozuntu aşkar etdikdə buna dair akt tərtib edib rəhbərliyə təqdim etməlidir. Sumqayıt şəhərinin ərazisi böyük, transformatorların sayı isə çoxdur. Digər transformatarlara dövrü və növbədən kənar baxış keçirsə də işin çoxluğu ilə əlaqədar hadisənin baş verdiyi 10/0,4 kV-luq 4 saylı X3 hava xəttinə dövrü və növbədən kənar baxış keçirə bilməmiş, baxış keçirmədiyi üçün sənədləşdirmə aparılmamış, ona görə hər hansı sənəd təqdim edə bilmir. Hadisənin baş verdiyi 10/0,4 kV-luq 4 saylı X3 ətrafında hündürlüyü 285 sm olan tikili (hasar) inşa edilmiş, hasarın üzərindən keçib KTM birləşən elektrik naqilinədək olan məsafə yerdən 3.09 metr təşkil etmişdir. Hava xəttinin elektrik naqili o işə qəbul edilməzdən əvvəl artıq çəkildiyi üçün həmin elektrik naqilinin hasardan ən az 2 metr hündürlükdə çəkilməsinə təşəbbüs göstərməmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsin bütün müalicə və müayinə xərclərinin çəkilməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənilməsini, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin heç bir şikayət və tələbinin olmamasını, həmçinin birinci Qarabağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ailədə iki uşaq olmaqla 2008-ci il təvəllüdlü bacısı Ruzanna ilə valideynlərinin himayəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 270 saylı fərdi evdə yaşayır, Corat qəsəbəsində yerləşən 7 saylı tam orta məktəbin 7-ci sinfində oxuyur, futbola marağı olduğu üçün asudə vaxtlarında məhəllə uşaqları ilə Corat qəsəbəsi, Sülh küçəsində yerləşən stadionda futbol oynayır. xx.xx.2023-cü il tarixdə səhər yuxudan oyanıb səhər yeməyini yemiş, atası işə getmiş, o isə anası və bacı ilə evdə qalmış, günorta saatlarında məktəb yoldaşları gəlib onu futbol oynamaq üçün dəvət etmiş, o həmin uşaqlara qoşulub futbol oynamağa getmişdir. Yolda topla oynayarkən uşaqlardan kimsə topa güclü zərbə vurmuş, top hasarın üstündən keçib yol kənarında quraşdırılmış transformatorun yerləşdiyi əraziyə düşmüşdür. Bu vaxt orada olan Ağamir qardaşı Yusifi başqa top gətirmək üçün dostugilə göndərmişdir. Yusif getdikdən sonra hamının Zeynal kimi çağırdığı Zeynalabdin hasardan keçib transformator olan əraziyə daxil olub topu oradan götürəcəyini bildirib transformatorun ətrafında olan hasar üzərinə qalxmış, oradan transformator olan sahəyə boylanmış, bunu görüb o da Zeynalabdinin arxasınca hasara qalxmağa başlamış, bunu görən Bəsti adlı qonşu onu səsləyib bir neçə dəfə “bala çıxma, tok vurar, ” desə də Zeynalabdinin hasar üzərinə çıxıb heç bir hadisə baş vermədiyini görüb ürəklənərək qadının sözlərinə fikir veməyib hasar üzərinə qalxmış, əynində papaqlı idman gödəkcəsi olmuşdur. Hasara çıxıb transformator olan yerə boylanmaq üçün addım atmış artıq bundan sonra nə baş verdiyini xatırlamır, huşu özünə gələndə xəstəxanada olduğunu bilmişdir. Sonra dərk etmişdir ki, hasar üzərinə qalxıb addım atmaq istədikdə hasar üzərindən keçən elektrik naqilinə toxunmış nəticədə elektrik cərəyanı onu vurmuşdur. Hadisənin digər detallarını isə xatırlamır. Əvvəllər həmin hasarın üzərinə hər hansı şəxsin çıxdığını, transformator olan əraziyə düşdüyünü görüb eşitməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 2007-ci ildə Şahid8 ilə ailə qurmuş, bu nikahdan 2008-ci ildə Ruzanna, 2010-cu ildə Aslan adlı uşaqları olmuş, 2014-cü ilədək Rusiya Federasiyasının Qroznı şəhərində yaşayıb 2014-cü ildə ünvan 3 ünvanda yaşamışlar, evləri fərdi ev olsa da evin həyətyanı sahəsi yoxdur, əri Zaur günəmuzd fəhlə işləməklə ailəni dolandırır, o isə evdar qadındır.Oğlu Aslan hər hansı xəstəlikdən əziyyət çəkməyib sağlam olmuş, Corat qəsəbəsində yerləşən 7 saylı tam orta məktəbin 7-ci sinifində oxumaqla dərsə davamiyyəti yaxşıdır. Yaşadıqları ərazidə uşaqların istirahəti üçün yer olmadığından çox vaxt uşaqlar oxuduqları orta məktəbin stadionuna gedib orada futbol oynayırlar. 22 oktyabr 2023-cü il tarixdə, bazar günü, saat 08 radələrində əri Zaur işə getmiş, o isə uşaqları ilə evdə qalmış, saat 14 radələrində məhəllənin oğlan uşaqları gəlib Aslanı futbol oynamaq üçün çağırmışlar, Aslan geyinib həmyaşıdları Yusif, Ağamir, Zeynala və adını xatırlamadığım digər uşaqlara qoşulub stadiona futbol oynamağa getmişdir. Aslan gedəndən təxminən 10- 15 dəqiqə sonra tanımadığı bir nəfər kişi gəlib demişdir ki, oğlu Aslan məktəb stadionunun yaxınlığında yerləşən transformatorunun cərayanına düşüb xəsarət almışdır, təcili hadisə yerinə getmək lazımdır. Dərhal hadisə yerinə gəlmiş, hadisə yerinə çatarkən artıq Sumqayıt şəhər X19 Xəstəxanasının həkim briqadası orada olmuş, Aslan sağ qolundan və sağ qulağından, bədənin müxtəlif nahiyələrindən xəsarət almışdır. Hadisə ilə maraqlanarkən Aslanla orada olan uşaqlar danışmışlar ki, stadiona gedərkən yolda topla oynamışlar, topu biri digərinə atmış, yolda oynadıqları top vurulan növbəti zərbədən hasardan aşaraq yol kənarında yerləşən transformatorun yerləşdiyi əraziyə düşmüş, topu oradan götürmək üçün Zeynal daha sonra Aslan hasara qalxaraq əraziyə düşüb orada topu götürüb qayıtmaq qərarına gəlmişlər. Aslan daş hasarın üzərinə naqil keçən sahədən qalxıb oradan transformatorun olduğu yerə keçmək istədikdə, əynində olan papaqlı (kapüşonlu) köynək hasarın üzərindən keçən elektrik xəttinə ilişmiş, nəticədə Aslanı elektrik cərəyanı vurmuşdur. Həmin hadisəni yaxınlıqda köşkdə işləyən qonşu Bəsti adlı qadında görmüşdür. Aslan elektrik cərəyanının vurmasından sağ qolu və sağ qulağından xəsarət almış, hadisə yerinə gələn TTYX-nın tibbi heyəti Aslanı Sumqayıt şəhər TTYX-na aparmışlar, Aslanın vəziyyəti ağır stabil olduğundan onu həmin gün bir neçə saatdan sonra «X14»MMC-yə köçürmüşlər, müalicə nəticə vermədiyindən əməliyyat aparıb sağ qolu, sağ qulağının bir hissəsi amputasiya edilmişdir. Aslan bir neçə dəfə xidməti ödənişli olan xəstəxanada müalicələr almış, buna xeyli məbləğdə vəsait xərcləmişlər, əri ailəyə tək qazanc gətirən şəxsdir, oğlunun müalicələri isə davam edir və əlavə olaraq o bir neçə əməliyyatda keçirməlidir. Hadisənin baş verməsinə səbəb Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin vəzifəli şəxslərin xidməti vəzifələri yerinə yetirməməsi, elektrik xəttini hasarın üzərindən xeyli aşağı məsafədə keçirməsi olmuşdur Daha sonra ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş 50000 (əlli min) manat zərərin ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətlərinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 185/1 nömrəli fərdi həyət evində yaşayır, evdar qadındır, gün ərzində evdə olur, yaşadığı evin həyətyanı sahəsinin sol tərəfində transformator yerləşir. Transformatoru kənar müdaxilədən qorumaq üçün ətrafına “Dayan! Gərginlik Var!” yazısı olan bir neçə xəbərdarlıq lövhəsi vurulmuşdur. 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qonşuluqda ailəsi ilə birlikdə yaşayıb Corat qəsəbəsində yerləşən 7 saylı tam orta məktəbin 7-ci sinifində oxuyur. Aslan və məhlədə yaşayan digər uşaqlar oynamaq üçün çox vaxt oxuduqları məktəbin stadionuna gedirdilər, 22 oktyabr 2023-cü il tarixdə, təxminən saat 13-14 radələrində o yaşadığı evin darvazasının önündə stulda oturmuş, bu vaxt qonşu Aslanın Zeynalabdin və digər məhəllə uşaqları ilə birlikdə biri -digərinə ayaqla top ata-ata stadiona tərəf getmişlər. Uşaqlardan hansısa ayağı ilə topa zərbə vurmuş, top onun yanından keçərkən yol kənarında yerləşən transformatorun ərazisinə düşdüyünü görmüşdür. Transformator olan əraziyə keçmək qadağan edilməklə eyni zamanda təhlükəli olduğundan transformatorun qapısı daim bağlı olmuşdur.Topu düşdüyü ərazidən götürmək üçün uşaqlar biri digərinin belinə çıxaraq hasara dırmaşmağa başlamışlar. Aslanın elektrik naqili keçən hissədən hasara qalxdığını, hasarın üzərinə çıxarsa onu cərəyan vuracağından qorxub qışqıraraq «tez aşağa düş, tok səni vuracaq» deyib Aslanı səsləmiş, Aslan onu eşitsə də fikir verməmiş, təkrar qışqırıb onu fikrindən döndərməyə çalışsa da Aslan ona əhəmiyyət verməyib hasarın üzərinə qalxıb ayaq üstə dayanaraq transformatorun olduğu yerə doğru hərəkət etdikdə bu vaxt elektrik xətti Aslanın sağ tərəfindən boğaz nahiyəsinə ilişib onu özünə çəkib təxminən 5-10 saniyə saxladıqdan sonra Aslanın boynundan alov çıxmaqla Aslan tranfarmatorla hasar arasında olan hissəyə yerə çırpılmışdır.Tez qonşuları səsləyib köməyə adam çağırmışlar, bu vaxt adını bilmədiyi bir nəfər kişi darvazanın qapısını açıb transfarmatorun olduğu əraziyə daxil olaraq Aslanı qucağına götürüb oradan çıxarıb Sumqayıt şəhər TTY-a zəng etmiş, az sonra hadisə yerinə TTY briqadası, polis əməkdaşları, Aslanın anası haradansa xəbər bilib oraya gəlmişdir. Tibbi heyyət Aslanı dərhal xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailədə üç uşaq olmaqla qardaşı və bacısı var, yaşca özü onlardan böyük olmaqla valideyn himayəsində ünvan 4 ünvanda yaşayır, ünvan 5fində oxuyur, dərsə davamiyyəti yaxşıdır, asudə vaxtlarında həmyaşıdları olan məhəllə uşaqları ilə oxuduqları məktəbin idman meydançasında futbol oynayırlar. Zərərçəkmiş şəxs oxuduğu məktəbdən tanıyır, Aslan həmin məktəbin 7-ci sinifdə oxumaqla dərsə davamiyyəti yaxşıdır, hər kəs kimi o da Aslanın xatirini istəyib dostluq edir, futbolu bir yerdə oynayırlar. 22 oktyabr 2023-cü il tarixdə, bazar günü, saat 14 radələrində qardaşı Yusif, dostları Fuad, Aslan, Zeynal və başqa məhəllə uşağı ilə futbol oynamaq üçün məktəbin stadionuna getmək qərarına gəlmişlər, evdən çıxıb yol boyu topla oynaya-oynaya stadiona gedərkən uşaqlardan kimsə topa güclü zərbə vurmuş, top hasardan aşaraq yol kənarında yerləşən transformatorun olduğu hissəyə düşmüşdür. Düşünmüşdür ki,topu götürmək üçün hasara qalxıb oradan transformator olan yerə düşmək lazımdır, bu isə təhlükəlidir, ona görə qardaşı Yusifi başqa top gətirmək üçün dostugilə göndərmişdir.Yusif topu gətirmək üçün getdikdən sonra Zeynal hasardan keçib transformator olan əraziyə daxil olaraq topu oradan götürəcəyini bildirib transformatorun ətrafında olan hasar üzərinə çıxmış, Zeynalın arxasınca Aslan da hasara çıxmağa başlamış,bunu görən Bəsti adlı qonşu Aslanı səsləyib “bala çıxma tok vurar” desə də Aslan buna əhəmiyyət verməyib hasarın üzərinə qalxaraq addım atdıqda Aslanın boğazı hasarın üzərindən keçən elektrik naqilinə toxunmuş, cərəyan Aslanı özünə çəkib 5-10 saniyə saxlamış bu vaxt Aslanın qarın nahiyyəsindən alov çıxmış və Aslan hasarın üzərindən transformator olan əraziyə yerə çırpılmışdır. Zeynal və digər yoldaşları qonşuları köməyə səsləmiş, bu vaxt adını bilmədiyi bir nəfər saqqallı arıq bədən qurluşlu kişi gəlib Aslanı qucağına götürüb həmin ərazidən çıxartmış və TTY-a zəng edib kömək istəmiş, az sonra TTY briqadası və polis əməkdaşları gəlmiş, Aslanın anası Samirə xanımda hadisə yerinə gəlmişdir. Həkimlər tibbi yardım göstərilməsi üçün Aslanı dərhal xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 digər Şahid5 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının 11-də Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin rəisi vəzifəsinə təyin edilmiş, vəzifəsinə elektrik şəbəkədə yığıma nəzarət etmək, qalıqları müəyyən etmək, Şəbəkə ərazisində işlədicələrin (abonentləri) fasiləsiz və keyfiyyətli elektrik enejisi ilə təmin etmək, tabeçiliyində olan işçilərin işə davamiyyətinə nəzarət etmək, illik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari baxım təmir işlərinin aparılmasına nəzarət və kömək etmək, əmək məhsuldarlığını yüksəltmək üçün təmirin təhlükəsiz və qabaqcıl üsulundan istifadə etmək, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək daxildir. O, işə başlayarkən idarənin baş mühəndisi Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Sumqayıt elektrik şəbəkəsinin paylayıcı şəbəkə sahəsində baş mühəndis vəzifəsində işləmişdir. Əhlimat Mahmudov «Rayon enerji təchizatı və X13 şöbəsinin baş mühəndisinin vəzifə təlimatı» ilə tanış olmuş, işini həmin təlimata əsasən həyata keçirmişdir. Şəbəkənin mahiyyəti şəhər balansında olan hava və kabel xəttlərində, KTM, TM və Y/st-larda qəzaları bərpa etmək, şəbəkə ərazisində abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. İdarənin balansında 500-dən çox KTM (X8), 550-dən çox TM(Transformator Məntəqəsi). 15 ədəd olmaqla 1 ədədi 110 k.V. yarımstansiya vardır. KTM (X9) yaşayış massivlərində qurularaq gücü həmin ərazidə yerləşən binaların, mənzillərin, ticarət və iaşə obyektlərin sayına görə müəyyən edilir, Transformatorun ərazisinə işıq idarəsinin işçilərindən başqa kənar şəxslərin girişi qadağandır. Hər bir KTMnin və onu qidalandıran hava xəttinin pasportu vardır. Azyaşlı Zərərçəkmiş şəxs xəsarət aldığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Elektrik Şöbəsinin balansında olan 10/0,4 kV-luq 4 saylı X8 1992-ci ildə quraşdırılmış, 2000-ci ildə işlədiyi idarənin balansına verilmiş, Transformatorun ətrafına çəkilmiş daş və beton hasar idarənin balansına verilməmiş və hazırda da idarənin balansında deyildir. 10/0,4 kV-luq 4 saylı X3 pasportuna əsasən yarımstansiya növünə daxil edilib qapalı, tipi TM (Transformator Məntəqəsi) zavod nömrəsi 328. gücü 630 KVA, istehsal olduğu tarix 1969-cu ildir. Həmin transformatoru qidalandıran 10 kV 16-cı ŞF(şəhər fideri) TM (transformator mərkəzi) 145-KTM-4-TM-44. Həmin hava xəttinin gərginliyi 10 k.V, uzunluğu 780 mm2, naqilin markası AS, en kəsiyi 70 ədəd, dayaqların sayı 17 ədəd dəmir və betondandır, aralıq dayaqlar 16 ədəddir. Anker dayaqlar 1 ədəd, hava xəttindəki izolyatorun tiri ŞF-10 izolyatorun ümumi sayı 51 ədəd, metal dayaqların sayı 27 ədəddir.Vəzifə təlimatına əsasən idarənin istismar şöbəsi baş mühəndislə birlikdə transformator və hava xətlərində təmir və texniki xidmətlərin aparılması üçün baxışlar keçirib qüsur aşkar etdikdə qüsur aktı tərtib etməlidir, bunun əsasında baş mühəndis tərəfindən illik qrafik tərtib edilərək təsdiq olunması üçün rəisə təqdim edilir, qrafik təsdiq edildikdən sonra qrafikə əsasən transformator və ya hava xətlərində əsaslı və cari baxım təmiri işləri aparılır. Bu işləri baş mühəndis tabeçiliyində olan işçilər həyata keçirməlidir. "xxxx" ASC Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Elektrik Şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli «Rayon Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin baş mühəndisinin vəzifə təlimatının 2.9 bəndinə əsasən, baş mühəndis Təqsirləndirilən şəxs illik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari baxım təmir işlərinin aparılmasına nəzarət və kömək etməlidir. 22 oktyabr 2023-cü il tarixdə, bazar günü, saat 14 radələrində idarənin növbətçi hissəsindən ona zəng edib azyaşlı uşağın Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən KTM- 4 transformatorun hasarın üzərinə çıxaraq transformatora gedən hava xəttinin elektrik cərəyanının təsirinə məruz qalaraq xəsarət aldığı xəbərini vermişlər.Hadisə yerinə getdikdə məlum olmuşdur ki, xəsarət almış azyaşlıya tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər X19 Xəstəxanasına aparmışlar.Həmin xəstəxanaya getmiş, orada məlum olmuşdur ki, həmin gün səhər saatlarında həmin qəsəbədə yaşayan Zərərçəkmiş şəxs digər uşaqlarla azyaşlı yaxınlıqda yerləşən məktəbin stadionuna futbol oynamağa gedərkən yol boyu topu vurub bir-birinə ötürmüşlər, KTM-4 yanından ötərkən vurduqları top KTM-4 hasarla bağlı olan sahəsinə düşmüş, hasar hündür olsa da həmin topu götürmək üçün əraziyə daxil olmaq qərarına gəlib bu məqsədlə həmin uşaqlardan biri olan Zərərçəkmiş şəxs KTM 4-nin ətrafında olan hasar üzərinə çıxıb hasarın üzərindən keçən KTM-4 düşən 10 k.V hava xəttinin elektrik naqilinin mühafizəsi zonasına daxil olub mühafizə zonasını pozduğu üçün yüksək gərginliyə düşərək xəsarət almışdır. Azyaşlı Zərərçəkmiş şəxs əvvəl Sumqayıt şəhərində daha sonra Bakı şəhərində müalicə qəbul etmiş, azyaşlı xəstəxanada müalicə aldığı müddətdə ona baş çəkmək, hər hansı maddi yardım göstərmək istəsələrdə uşağın valideynləri bundan imtina etmişlər. Asan Əliyevə aparılan tibbi yardım nəticəsində həyatı xilas edilmiş, lakin aldığı xəsarətdən sağ qolu amputasiya olunmuşdur. Göstərilən hadisə baş baş verdikdən sonra 10/0,4 kV-luq 4 saylı X3 hava xəttində əsaslı və ya cari baxım təmir işlərinin aparılması araşdırılarkən müəyyən etmişdir ki, 2022-ci ildə və 2023-cü ilin oktyabr ayının 22-dək olan müddətdə Təqsirləndirilən şəxs tərəfindən hadisənin baş verdiyi 10/0,4 kV-luq 4 saylı X3 hava xəttinə baxış keçirilməmiş, illik qrafik tərtib edilməmişdir. Hadisənin baş verdiyi 10/0,4 kV-luq 4 saylı X8 növünə görə qapalı olduğu üçün ətrafına əlavə hasar və ya çəpərin çəkməsinə ehtiyac olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli, 520 nömrəli Qərarı ilə təstiq edilmiş «Elektrik və istilik qurğularının texniki istismar Qaydası»nın hava elektrik veriliş xətləri və cərəyan daşıyıcılar bölməsinin 1.2.3.8, 1.2.3.11 bəndinə əsasən «HX-lərinə dövrü və növbədən kənar baxış keçirilməli, hava xətlərinin mühafizə zonasında tikililəri yoxlamalıdır». Vəzifə təlmatının 2.11 bəndinə əsasən baş mühəndis hava xətlərinə baxış keçiriməsini təşkil etməlidir. Təqsirləndirilən şəxs qeyd edilən normativ hüquqi aktın göstərilən 2.3.8. 1.2.3.11 bəndinin və vəzifə təlimatının 2.11 bəndinin tələblərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təstiq edilmiş «Elektrik qurğularının quraşdırılması Qaydası»nın 2.5.14.7 bəndinə əsasən «Kənar HX naqillərindən, onların ən böyük meyillənməsi zamanı istehsalat anbar, inzibati-məişət və ictimai binaların və tikililərin ən yaxın hissələrinə kimi üfüqi məsafədə göstərilənlərdən az olmamalıdır, yəni gərginliyi 20 kV-dək olan HX üçün 2 metr, gərginliyi 35-110 k.V olan HX üçün 4 metr, gərginliyi 150 kV olan HX üçün 5 metr, gərginliyi 220 kV olan HX üçün 6 metr nəzərdə tutulmuşdur. Vəzifə təlimatının 2.14 bəndinə əsasən baş mühəndis elektrik avadanlıqlarının normal və saz vəziyyətdə olmasını təmin etməli, 2.18 bəndinə əsasən məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etməli, vaxtında nasazlıq aktı tərtib etməli, 3.1 bəndinə əsasən tabeçiliyində olan idarələr arasında fəaliyyəti və bu şöbələrin xidmətinin koordinasiyasını vaxtında və məhsuldar səviyyədə təmin etməli idi. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi 2023-cü ilin oktyabr ayının 22-dək olan olan müddətdə qeyd edilən bu normativ hüquqi aktın 2.5.14.7 bəndinin tələblərini, vəzifə təlimatının 2.14, 2.18, 3.1 bəndin tələblərini yerinə yetirməmiş, 10/0,4 kV-luq 4 saylı X3 normal və saz vəziyyətdə olmasını təmin etmək üçün Məntəqənin qurğularının vəziyyətinə nəzarət etməmiş, nasazlıq aktı tərtib etməmiş, tabeçiliyindəki idarələr arasında fəaliyyətini və bu şöbələrin xidmətinin koordinasiyasını vaxtında və məhsuldar səviyyədə təmin etməmişdir. Hadisənin baş verdiyini eşidib əraziyə getdikdə transformatorun ətrafında hasar olduğunu, transfarmatoru qidalandıran hava xəttin elektrik naqilinin hasar üzərindən xeyli aşağı hündürlüklə keçib transformatora birləşdiyini görüb Təqsirləndirilən şəxs nə üçün qeyd edilən normativ aktların qeyd olunan bəndlərini və vəzifə təlimatının müvafiq bəndlərinə əməl etmədiyini, hasarı sökdürmədiyini, hasarın üzərindən keçən elektrik naqilini ən az 2 metrdən aşağı olmayan hündürlükdə çəkdirmədiyini, aşkar edilmiş bu qüsurların aradan qaldırılması üçün müvafiq akt tərtib edib rəhbərliyə və ya yuxarı rəhbərliyə istər şifahi, istər yazılı formada məlumat vermədiyini soruşmuş, Təqsirləndirilən şəxs söyləmişdir ki, hadisənin baş verdiyi 10/0,4 k.V. 4 saylı X8 Yarımstansiyanın növünə görə qapalı olduğu üçün ətrafında hasarın olması əslində təlimata zidd olsada hasar idarənin balansında olmayıb təxminən 20-30 il əvvəl xeyli hündürlükdə tikildiyini, həmin hasarın yol kənarında quraşdırılan transformatoru hər bir halda kənar müdaxilədən qoruduğunu düşünüb bunu müsbət qiymətləndirərək onun sökülüb aradan qaldırılması üçün təşəbbüs göstərməmiş, transformatora gedən hava xəttinin elektrik naqili hasarın üzərindən aşağı hündürlükdə keçdiyini gördükdə kənar şəxsin həmin təhlükəni dərk edib hasarın üzərinə çıxıb gərginlik altında olan hava xəttinə yaxınlaşacağına inanmayıb bu səbəbdən hasarın sökülməsi və ya elektrik naqilinin ən az 2 metr hündürlükdə çəkilməsi və ya çəkilmiş naqilin hündürlüyə qaldırlması barədə rəhbərliyə şifahi və ya yazılı müraciət etməmişdir. Hasar sökülsıvə ya elektrik naqili hasarın üzərindən ən az 2 metr hündürlükdə çəkilsəydi göstərilən hadisə baş verməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, ailəsi birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 344 saylı evdə yaşayır, 1987-ci ildə Sumqayıt şəhər X16 direktor müavini işləyərkən «Sevinc» kooperativi təsis edib Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində məktəb ərazisində bir mərtəbəli sex inşa edərək orada işlədiyi fabrikanın, o cümlədən Respublikanın ərazisində fəaliyyət göstərən digər istehsal sahələrinin yun, pambıq, trikataj materialının tullantılarının təkrar emalını aparıb keçə istehsal etmiş,tullantıları təkrar emal etmək və onları işlətmək üçün təxminən 30- 40 kV- həcmində transformator tələb edilmişdir, Corat qəsəbəsində quraşdırılmış transformatorun gücü isə buna çatmırdı,istehsalatı elektrik enerjisi ilə təmin etmək üçün 1988-ci ildə Yevlax şəhərindən 430 k.V gücündə Transformator alaraq Kooperativin balansına mədaxil edib Sumqayıt şəhər İşıq İdarəsinin vasitəsi ilə kooperativin ərazində yerləşdirib ətrafı təxminən 2,5-3 metr hündürlükdə daşdan hasar inşa edilib yolun kənarı ilə dirəklərlə gələn hava xəttinin elektrik naqili həmin hasarın üzərindən Transformatora birləşdirilmişdir. Kooperativ 3 il fəaliyyət göstərmiş transformatorda problem yarandıqda Sumqayıt işıq şəbəkəsi işçiləri nasazlığı aradan qaldırmışdır. 1991-ci ildə artıq ölkə ərazisində xammal tükənmiş, məcbur olub istehsalatı dayandırıb kooperativin inzibati binasını hissə-hissə bölərək onu bir neçə şəxsə aylıq icarəyə vermiş, hazırda həmin icarədarları xatırlamır, bu müddət ərzində həmin transformatorun yaxınlığında yaşayan sakinlər hava xətti çəkib elektrik enerjisi götürməyə başlamışlar. 2014-cü ildə kooperativin binasını transformator qarışıq Corat qəsəbə sakini X1, həmin sahə yenə icarədədir, transformatordan isə məlumatı yoxdur. Transformator 430 k.V gücündə olmuş, kooperativ isə cəmi 30 k.V enerji işlətmişdir. xx.xx.2023-cü il tartixdə eşitmişdir ki, Corat qəsəbəsində vaxtı ilə istifadəsində olmuş transformatorun yaxınlığında yaşayan azyaşlı uşaq transformatorun yerləşdiyi əraziyə düşən oynadığı topu götürmək üçün transformatorun hasarının üzərinə qalxaraq transformatorun ərazisinə düşmək istədikdə gərginlik altına olan hava xəttinə ilişərək xəsarət almışdır. İstehsal sahəsini və kooperativin ərazisində yerləşdirilmiş transformatorun təhlükəsizliyi təmin etmək məqsədilə ətrafına daş hasar hördürmüş, hazırda transformatorun ətrafında olan beton hasardan xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 1998-ci ildən Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkəsində hava xəttinin ustası vəzifəsində işləyir, vəzifə təlimatına əsasən elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, sənədləşməni düzgün və dəqiq aparmaq, tabeliyində olan işçi heyətinin təhlükəsizliyini təmin etmək, cari, təmir, təftiş işlərini yerinə yetirmək, tabeçiliyindəki işçilərin əmək intizamına nəzarət etmək, iş rejiminin yüksək səviyyədə saxlanması, daxili imkanlardan maksimum istifadə olunması, şəbəkədə baş verən qəza halların vaxtında və itkisiz aradan qaldırılmasını təmin etmək, tabeçiliyində olan işçilərin naryad əsasında işə başlamasını təmin etmək, illik qrafiklər üzrə hava və kabel xətlərinin, habelə bütün elektrik avadanlıqlarının əsaslı və cari baxım təmir işlərinin aparılmasını təmin etmək , qəzanın aradan qaldırlması zamanı sərbəst tədbirlər görmək, hava xətlərində baxış keçirilməsini təmin etmək, hava kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etmək, məsul olduğu sahədəki hər bir xətt, Fider, TM, KTM və Y/S üzrə aylıq balans etmək, itkiləri müəyyən edərək onların araradan qaldırılmasını təmin etmək, elektrik avadanlıqlarının normal saz vəziyyətdə olmasını təmin etmək, avadanlıqların dəyişdirilməsinə və onların yeniləşdirilməsinə dair təklif vermək, məsul olduğu sahədə bina və qurğuların vəziyyətinə nəzarət etmək, avadanlıq və xətlərin vaxtında, keyfiyyətli, əsaslı və cari təmirləri aparmaq, illik plana əsasən əsaslı və cari təmirin təşkili və elektrik avadanlıqlarına nəzarət etmək, yarımstansiyaların (Y/S) transformatorlar məntəqələrinin yerləşdiyi yeri bilmək, elektrik avadanlıqlarına və mühafizəsinə baxış keçirmək,qurğularda yük və gərginlik ölçmələrini aparmaq, hava və kabel xətlərində ,KTM, TM. və Y/S-da bütün əsaslı və cari təmir bərpa işlərini yerinə yetirmək vəzifəsi həvalə edilmişdir.İşlədiyi idarənin baş mühəndisi Təqsirləndirilən şəxs olmuş idarənin Paylayıcı Şəbəkənin hava xəttinin şöbəsində bir aparıcı mühəndisi iki ustası vardır, həmin şöbəyə bir başa nəzarəti baş mühəndis Əhliman Musayev həyata keçirir. İşlədiyi şöbə hava veriliş xəttində qəza yarandıqda, elektrik dayaqlarında elektrik naqili sınarkən, kabel xətlərinin hava veriliş elektrik xətlərinə birləşmə yerlərində nasazlıq yaranarsa həmin nöqtələrdə təmir işlərini yerinə yetirlər. Bundan əlavə illik qrafik üzrə hava kabel xətlərində, eyni zamanda şəbəkənin bütün elektrik avadanlıqlarının əsaslı və cari baxım təmiri işlərini yerinə yetirirlər. İllik qrafik idarənin baş mühəndisi Təqsirləndirilən şəxs tərəfindən tərtib edilməli, qrafikdə hava xəttinin yenilməsi,qəzalı dayaqları təmir etmək, gərginliyi aşağı olan hissələrində yeni şəbəkə qurulması göstərilir. Bundan sonra illik qrafikdə göstərilən təmir işləri hissə-hissə yerinə yetirilir. Bunun üçün naryad tərtib edilib həmin işin icraçısı icraçı mühəndis Şahid2 və ustalardan birinə həvalə edilir. Təmir işləri aparılarkən baş mühəndis təmir işlərinin aparılmasına nəzarət etməlidir, təmir işi tamamladıqdan sonra hava xətti pasportunda təmirin aparıldığı tarix, təmirin məqsədi, təmirin məzmunu, təmiri aparan şəxslərin imzası soyadı və adı qeyd olunur. Baş mühədis həmin təmir işlərində iştirak edərsə onunda soyadı və adı qeyd edilməklə buna imza edir.Sumqayıt şəhərində 500-dən çox KTM ( X8 ), 550-dən çox TM ( Transformator Məntəqəsi) 15 ədəd olmaqla yarımstansiyalar vardır. KTM (X8) yaşayış massivlərində qurulmaqla onun gücü həmin sahədə yerləşən binaların, mənzillərin sayına görə müəyyən edilir. KTM yaşayış massivinin ərazisində yerli bələdiyyə ilə işıq idarəsinin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş yerdə quraşdırılıb transformatorun giriş qapısına qıfıl vurulub, ətrafının bir neçə yerində «dayan, gərginlik var!» kimi xəbərdaredici lövhələr vurulur. Həmin əraziyə işıq idarəsinin işçilərindən başqa kənar şəxslərin girişi qadağandır. KTM-lərə və onların hava xəttinə nəzarəti işıq idarəsinin işıq xətti xidməti nəzarət plan qrafikinə əsasən həyata keçirir. Hər bir KTM-nin pasportu və həmin transformatoru qidalandıran hava xəttinin pasportu vardır. Sumqayıt şəhəri Corat qəsbəsində yerləşən "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Elektrik Şöbəsinin balansında olan 10/0,4 kV-luq 4 saylı X8 bildiyinə görə 1992-ci ildə sahibkar tərəfindən qurşadırılmış, sonra müəssisə bağlanmış, 2000-ci ildə transformator işlədiyi idarənin balansına keçmişdir. Həmin transformatorun ətrafına çəkilmiş daş və beton hasar işlədiyi idarənin balansında olmayıb və yoxdur. KTM-4 transformatorun pasportuna əsasən quraşdırılmış transformatorun parametlərinə görə yarımstansiya olmaqla növü qapalı, tipi TM (zavod nömrəsi 328. gücü 630 KVA. istehsal olduğu tarix 1969-cu ildir. Həmin Transformatorun hava xəttinin pasportuna əsasən xəttin adı 10 kV 16-cı ŞF(şəhər fideri) TM (transfartmator mərkəzi) 0145-KTM-4-TM-44 arası h/x gərginliyi 10 kV, uzunluğu 780 mm 2 naqilin markası AS, en kəsiyi 70, dayaqların sayı 17 ədəd, aralıq dayaqlar 16 ədəddir. Anker dayaqlar 1 ədəd, hava xəttindəki izolyatorun tiri ŞF-1,0 izolyatorun ümumi sayı 51ədəd, metal dayaqların sayı 27 ədəddir. Hər il idarənin istismar şöbəsi tərəfindən cari il üçün təmir işlərinin aparılması, yəni texniki xidmətlərin aparılması üçün cədvəl tərtib edilir. Texniki xidmət dedikdə hava elektrik veriliş xətlərinin qüsurlarını aşkar edilib təmir etmək, transformator məntəqələrinə baxışlar keçirib qüsurları aşkar edib onları aradan qaldırmaq, kabel və kabel xətlərinə baxışlar keçirib qüsur aşkar etdikdə onların aradan qaldırılması üçün tədbirlər görülür. 22 oktyabr 2023-cü il tarixdə, bazar günü, saat 14 radələrində işçilərdən eşitmişdir ki, Sumqayıt şəhər, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən KTM-4 ətrafında olan hasar üzərinə çıxan azyaşlı uşaq hava xəttinə toxunaraq elektrik cərəyanının təsirinə məruz qalıb xəsarət almışdır. Göstərilən hadisə baş verən 10/0,4 kVluq 4 saylı X7 qidanlandıran hava elektrik xəttinin iki ədəd qəzalı dayağını aparıcı mühəndis Ceyhun Abbadayevin iştirakı ilə dəyişmiş, bundan başqa KTM-4 təmir işləri aparmamışdır.Təmir işləri ən az iki nəfərin iştirakı ilə aparılmalıdır, baş mühəndis aparılan təmirə nəzarət edib kömək göstərməlidir, tək olaraq heç bir dayaqları çıxarmaq mükün deyildir.Hadisənin baş verdiy 10/0,4 kV-luq 4 saylı X8 yarımstansiya tipində olduğu üçün ətrafında hasar və çəpərin çəkilməsi yolverilməzdir. Ona görə 10/0,4 kV-luq 4 saylı X3 ətrafında olan hasar sökülməli və ya hasarın üzərindən keçib həmin transformatora birləşən elektrik naqili hasardan hündürə qaldırılmalı idi, həmin qüsurların aradan qaldırılması üçün baş mühəndis rəhbərliyə müraciət etməli idi. Göstərilən qüsurların aradan qaldırmaması yetkinlik yaşına çatmayanın ağır dərəcəli xəsarət alması ilə nəticələnmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimyəvi proseslərin avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib müxtəlif vəzifələrdə, 2011-ci ildə Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinə işə qəbul olub 2018-ci ildən şəbəkədə aparıcı mühəndis vəzifəsində işləyir, işə qəbul edilərkən vəzifə təlimatı ilə tanış olmuş, fəaliyətini həmin təlimata əsasən həyata keçirir, vəzifəsinə idarənin balansında olan hava və kabel xətlərində, KTM (X8), TM (Transformator Məntəqəsi) və Y/st-larda qəzaları bərpa etmək, istehlakçıları fasiləsiz, dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. İdarənin rəisi Şahid4, baş mühəndisi Təqsirləndirilən şəxsdur, onlarla qohumluq əlaqələri, ədavət və düşmənçiliyi olmayıb və yoxdur. Sumqayıt şəhərində 500-dən çox KTM (X8), 550-dən çox TM (Transformator Məntəqəsi),15 ədəd yarımstansiya vardır. KTM (X8) yaşayış massivlərində qurulmaqla onun gücü həmin sahədə yerləşən binaların, mənzillərin sayına görə müəyyən edilir transformatoru kənar müdaxilədən qorumaq üçün ətrafı daş hasara və ya dəmir çəpərə alınıb onların və transformatorun qapısına qıfıl vurub ətrafının bir neçə yerinə «dayan, gərginlik var!» kimi xəbərdaredici lövhələr vurulur. Həmin əraziyə işıq idarəsinin işçilərindən başqa kənar şəxslərin girişi qadağandır. KTM-lərə və onları qidalandıran hava xəttinə nəzarəti və təmiri illik plan qrafikinə əsasən işıq idarəsinin işıq xətti xidməti yəni işlədiyi şöbə həyata keçirir. Hər KTM-nin və onu qidalandıran hava xəttinin pasportu vardır. Azyaşlı Zərərçəkmiş şəxs xəsarət aldığı Sumqayıt şəhəri, Corat qəsəbəsi Sülh küçəsində yerləşən «Sumqayıt Elektrik Şöbəsinin balansında olan 10/0,4 kV-luq 4 saylı X8 təxminən 30 il əvvəl quraşdırılmış, 2000-ci ildə işlədiyi idarənin balansına keçmiş, KTM-4 pasportuna əsasən növü qapalı, tipi TM, zavod nömrəsi 328, gücü 630 kV.A, gərginliyi 10 kV, istehsal tarixi 1969-cu ildir. KTM-4 qidalandıran hava xəttinin pasportuna əsasən adı 10 kV 16-cı ŞF TM 145-KTM-4-TM-44, h/x gərginliyi 10 kV, uzunluğu 780 mm, naqilin markası AS, en kəsiyi 70mm2, dəmir və beton dayaqların sayı 17 ədəd, aralıq dayaqların sayı 16 ədəd, anker dayaqlarının sayı 1 ədəddir. Hava xəttindəki izolyatorun tiri ŞF-10, hava xəttindəki izolyatorların sayı 51 ədəd, metal dayaqların sayı 27 ədəddir. KTM 4-də cari təmir işləri sonuncu dəfə xx.xx.2023-cü il tarixdə aparılmış və həmin transformatorla əlaqədar əvvəllər hər hansı hadisə baş verməmişdir. 22 oktyabr 2023-cü il tarixdə, bazar günü, saat 14 radələrində idarənin növbətçi hissəsindən zəng edib Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən adı gedən KTM-4 bədbəxt hadisə baş verməklə azyaşlı uşağın xəsarət aldığı barədə xəbər etmişlər, digər işçilər kimi o da dərhal hadisə yerinə getmiş, hadisə yerinə çatarkən məlum olmuşdur ki, səhər saatlarında həmin ərazidə yaşayan azyaşlı uşaqlar yaxınlıqda yerləşən məktəbin həyətinə futbol oynamağa getmişlər və yol boyu topu vurub bir-birinə ötürmüşlər, yol kənarında yerləşən KTM-4 yanından keçərkən vurduqları top həmin KTM-nin hasarla bağlı olan sahəsinə düşmüşdür. Hasar hündür olsa da həmin topu götürmək üçün əraziyə daxil olmaq qərarına gəlib bu məqsədlə həmin uşaqlardan biri olan Zərərçəkmiş şəxs KTM-nin ətrafında quraşdırılmış hasar üzərinə qalxdıqda transformatora enən 10 k.V elektrik xəttinin mühafizə zonasına daxil olduqda yüksək gərginliyə düşərək xəsarət almışdır. Vəzifə təlimatına əsasən idarənin baş mühəndisi ildə bir dəfədən az olmayaraq hava xətlərində olan elektrik naqilinin çıxdığı qida mənbəyindən bağlandığı son nöqtədəki yerə qədər ona vizual baxış keçirməli, elektrik naqillərinin sallamalarına, dayaqların hündürlüyünə və izalyatorların vəziyyətinə, naqildə aşılanmalara diqqət etməli, pozuntu aşkar etdikdə akt tərtib edib rəhbərliyə təqdim etməlidir, həmin akta əsasən qeyd edilən qüsurlar aradan qaldırılması üçün illik qrafik tərtib edilib əsaslı və ya cari təmir işləri aparılmalıdır. Hadisənin baş verdiyi KTM-4 hava xəttinə baxış keçirilib-keçirilmədiyini, akt tərtib edilib-edilmədiyini bilmir. illik tərtib edilmiş qrafikə əsasən idarənin balansında olan Transformatorlar, o cümlədən hadisənin baş verdiyi KTM-4 X8 və onun hava xətlərində təmir aparmaq üçün əmr verilir, verilən əmrə əsasən KTM-4 və onun hava xəttinə nəzarət və təmir işlərini usta Şahid3 ilə birlikdə aparmış, KTM-4 hava xəttində sonucu dəfə xx.xx.2023-cü il tarixdə cari təmir işləri apararaq hava xəttinin pasportunda bu barədə qeydlər edilmişdir. Hadisənin baş verdiyi 10/0,4 k.V 4 saylı X4 2023-cü ildə cari təmir işləri aparılarkən idarə baş mühəndis Təqsirləndirilən şəxs orada iştirak etməmiş, təmirin keyfiyyətinə, vaxtında başa çatdırılmasına nəzarəti həyata keçirməmiş, köməklik göstərməmiş bu səbəbdən onun iştirakı barədə transformatorun pasportunda qeydiyyat aparılmamışdır.Təmir işləri yerinə yetirilsə də pasportda bu barədə sonradan qeydiyyat aparıldığı üçün təmirin aparıldığı ay və gün qeyd edilməmişdir. Həmin pasport baş mühəndis Təqsirləndirilən şəxs tərəfindən yoxlanmalı olduğu halda yoxlanmamışdır. Təsərrüfatda hava elektrik xəttinin təhlükəsiz istimarının təmin edilməsi üçün ehtiyacı olan xətlərin ayrı-ayrı hissələrinə, bəzən bütün hissələrinə baxış keçirilsə də hadisənin baş verdiyi KTM-4 hava xəttinə dövrü baxış keçirilməmiş, onun ətrafında olan hasar təxminən 20-30 il əvvəl inşa edilmiş, transformator qapalı tipli olub hasara ehtiyac olmadığı üçün idarənin balansına qəbul edilməmişdir. Həmin hasarın xeyli hündür olduğunu, kənar şəxsin həmin hasarın üzərinə qalxaraq gərginlik altında olan hava xəttinə yaxınlaşacağını inanmayıb hava xəttinin naqillərinin hasarın hansı hündürlüyündə keçdiyinə diqqət və əhəmiyyət verilməmişdir. Əslində həmin hasar ya sökülməli, ya da hasarın üzərindən keçən KTM-4 qidalandıran hava xəttinin elektrik naqili hasardan ən az 2 metr yüksəklikdən çəkilməli və ya həmin məsafədə yuxarı qaldırılmalı idi. Həmin işlərin yerinə yetirilməsinə baş mühəndis Təqsirləndirilən şəxs cavabdehlik daşıdığı üçün sonuncu rəhbərliyə müraciət etməli idi. Sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin qüsurların aradan qaldırılması üçün hasarın sökülməsi və ya elektrik naqilinin 2 metrdən az olmayan hündürlüyə qaldırılması barədə təşəbbüs göstərməmiş, rəhbərliyə şifahi nə də yazılı məlumat verməmişdir. Baş vermiş hadisədən sonra eyni zamanda məlum olmuşdur ki, KTM-4 ərazisi daxilinə düşən oynadığı topu götürmək üçün Zərərçəkmiş şəxs təxminən 3 metr hündürlükdə olan hasarın üzərinə qalxarkən bunu görən qonşu qadın Aslanı səsləyib hərəkətinin həyatı üçün təhlükəli olduğunu, hasar üzərində hərəkət edərsə cərəyanın təsiri altına düşüb xəsarət alacağını deyib dərhal yerə düşməsini tələb etsə də, Zərərçəkmiş şəxs buna əhəmiyyət verməyib hasarın üzərinə çıxmış, hərəkət etdikdə hasarın üzərindən keçən yüksək gərginlikli elektrik cərəyanın təsirinə düşərək müxtəlif dərəcəli xəsarətlər almışdır. Zərərçəkmiş şəxs həmin hasarın üzərinə çıxmamalı, hasar üzərindən keçən yüksək gərginlik elektrik xəttinə yaxınlaşmamalı idi. Hesab edir ki, hadisənin baş verməsinə səbəb zərərçəkmiş azyaşlı Zərərçəkmiş şəxs özüdür. Cinayət işinin 2-ci cild 65-67-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 5-9-cu vərəqələrində olan hadisə yerinə baxış keçirilməsi haqqında 22 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Sumqayıt şəhər, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən 10/0,4 kV-luq 4 saylı kosmpeks Transformatora Məntəqəsidir,Transformator 10 kV. olub 630 kv. Gücündə gərginliyi 10000 v. olan ******* nömrəli komplekt transformator məntəqəsidir transformator məntəqəsi, fərdi evlərin yaxınlığında yerləşir. Transformatorun giriş qapısının üzərinə “3090065” KTM “DAYAN GƏRGİNLİK VAR” sözləri yazılmışdır.Hasarın üzərində olan elektrik naqilindən yerə qədər məsafə 3.09 metrdir. Transformator məntəqəsinə gələn elektrik xətti dirəkdən sağa doğru meyillənmiş formada uzadılmışdır. Xəttin həmin şəkildə uzadılması nəticəsində naqillər və hasar arasında məsafə müxtəlif ölçüdədir. Tansformatorun üzərində sağ tərəfdə yerləşən izolyatordan (naqildən )hasara qədər məsafə 70 sm-dan başlayır, irəli doğru həmin məsafə hasara dahada yaxınlaşır, elektrik naqilin üzərində qaralma izləri müşahidə edilir. Baxış zamanı hasarın hündürlüyünün 285 sm olması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 92-97-ci vərəqələrində olan məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 100 saylı rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs adına «Bakı Medical Plaza» xəstəxanasının tərtib etdiyi 4749/23 saylı xəstəlik tarixinə əsasən göstərilənləri nəzərə alıb qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gələ bilmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır. Sağ yuxarı ətrafın bazu oynağından amputasiyası, başın ənsə nahiyəsinin, hər iki çiyin üstü nahiyənin, hər iki kürək nahiyəsinin və bel nahiyəsini əhatə edən geniş ölçülü, sağ qulaq seyvanının, sol yanaq nahiyəsinin, sol bilək oynağı nahiyəsinin, hər iki dizin ön səthinin, sol ayaq pəncəsinin İİ-İİİ dərəcəli termiki yanıqları. Qeyd olunan xəsarətlər yüksək gərginlikli elektrik cərəyanın təsirindən yaranmışdırlar. Onun ilkin tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cild 86-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə texniki təhlükəsizlik ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8971 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Elektrik və istilik qurğularının texniki istismar Qaydası»nın 1.2.3.8, 1.2.3.11 bəndlərinin, «Elektrik qurğularının quraşdırması Qaydası»nın 2.5.14.7 bəndinin, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası»nın 1.3.3 bəndinin və «Rayon Enerji Təchizatı və X15 Şöbəsinin baş mühəndisinin vəzifə təlimatı»nın 2.9, 2.11, 2.14, 2.18, 3.1 bəndinin tələbləri pozulmuşdur. Sumqayıt regional enerji təchizatı və satışı idarəsinin balansında olan 10 kV-luq hava elektrik xəttinin təhlükəsiz istismarının təmin edilməsi məqsədilə hava xəttinə dövri baxışların keçirilməsi üçün qrafikin hazırlanmasını bununlada elektrik qurğularına texniki baxış keçirilərək hava elektrik xəttinin yaxınlığında yerləşən hadisə baş vermiş tikilinin hasarın aşkar edilərək müvafiq tədbirlərin görülməsini təmin etmədiyinə görə vəzifə təlimatının 2.9, 2.11, 2.14, 2.18, 3.1 bəndlərinin, «Elektrik və istilik qurğularının texniki istismar Qaydası»nın 1.2.3.8, 1.2.3.11 bəndlərinin, «Elektrik qurğularının quraşdırması Qaydası»nın 2.5.14. 7 bəndinin tələbləri istismar şöbəsinin baş mühəndisi tərəfindən pozulmuşdur.Sumqayıt şəhəri Corat qəsəbəsi Sülh küçəsində yerləşən hasarın üstünə çıxıb gərginlik altında olan hava elektrik xəttinə yolverilməz məsafədə yaxınlaşmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə Zərərçəkmiş şəxs tərəfindən «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası»nın 1.3.3 bəndinin tələbləri pozulumuşdur. Cinayət işinin 1-ci cild 219-224-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş təkrar məhkəmə texniki təhlükəsizlik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2363 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Elektrik və istilik qurğularının texniki istismar Qaydası»nın 1.2.3.8, 1.2.3.11 bəndlərinin, «Elektrik qurğularının quraşdırması Qaydası»nın 2.5.14.7 bəndinin, «Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası»nın 1.3.3 bəndinin və «Rayon Enerji Təchizatı və X15 Şöbəsinin baş mühəndisinin vəzifə təlimatı»nın 2.9, 2.11, 2.14, 2.18, 3.1 bəndlərinin tələbləri pozulmuşdur. «Elektrik qurğularının quraşdırılması Qaydası»nın tələblərinə əsasən gərginliyi 20 kV-dək olan hava xətlərindən tikililərin ən yaxın hissələrinə qədər üfüqi məsafənin 2 metr nəzərdə tutulduğunu və ünvan 6 ünvanında yerləşən "xxxx" ASC «Sumqayıt RETSİ Sumqayıt EŞ-nin balans mənsubiyyətinə aid olan 10/0,4 kV-luq 4 saylı X2 çıxan hava elektrik xəttinin birbaşa hadisə baş vermiş tikilinin (hasarın) üzərindən keçməklə həmin qaydanın tələblərinə uyğun quraşdırılmadığını nəzərə alaraq, hava elektrik xəttinin təhlükəsiz istismarının təmin edilməsi məqsədilə hava xəttinə dövri baxışların keçirilməsi üçün qrafikin hazırlanmasını və bununla da elektrik qurğularına texniki baxış keçirilərək hava elektrik xəttinin yaxınlığında yerləşən hadisə baş vermiş tikilinin (hasarın) aşkar edilərək müvafiq tədbirlərin görülməsini təmin etmədiyinə görə vəzifə təlimatının 2.9, 2.11, 2.14, 2.18, 3.1 bəndlərinin, «Elektrik və istilik qurğularının texniki istismar qaydasının 1.2.3.8, 1.2.3.11 bəndlərinin və elektrik qurğularının quraşdırılması Qaydası»nın 2.5.14.7 bəndinin tələbləri istismar şöbəsinin baş mühəndisi tərəfindən pozulmuşdur. Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən hasarın üstünə çıxıb gərginlik altında olan hava elektrik xəttinə yolverilməz məsafədə yaxınlaşmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə Zərərçəkmiş şəxs tərəfindən “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası”nın 1.3.3 bəndinin tələbləri pozulmuşdur. Cinayət işinin 87 və 220-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri müvafiq olaraq 100 və 100, ümumilikdə 200 (iki yüz) manat təşkil edir. Cinayət işinin 1-ci cild 49-cu vərəqəsində olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli k/21-02001 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt Elektrik Şəbəkəsinin paylayıcı Şəbəkə sahəsinin baş mühəndisi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cild 47-48-ci vərəqələrində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Regional Enerji Təchizatı və Satış İdarəsinin Sumqayıt Elektrik Şəbəkənin sədri tərəfindən 17 dekabr 2018-ci ildə təsdiq edilmiş « Rayon Enerji Təchizatı və X15 Şöbəsinin baş mühəndisinin vəzifə təlimatı»nda görünür ki, "xxxx" Açıq Səhimdar Cəmiyyətin Regional Enerji Təchizatı və Satış İdarəsinin Sumqayıt Elektrik Şəbəkəsinin paylayıcı Şəbəkə sahəsinin baş mühəndisi Təqsirləndirilən şəxs «Tabeçiliyindəki idarələr arasındakı fəaliyyəti və bu şöbələrin xidmətinin koordinasiyasını vaxtında və məhsuldar səviyyədə təmin etmək, ASC-nin işçilərinin şirkət mədəniyyətinə uyğun davranmalarını həyata keçirmək, ASC-nin Sədri, Texniki direktor və Baş mühəndis tərəfindən təsdiq edilmiş prosedur əmr və təlimatlara əsasən xidmətlərin koordinasiyasını vaxtında və məhsuldar səviyyədə təmin etmək və bu sahədə zəruri tədbirlər görmək və lazım olan təsdiqləri etmək, tabeçiliyindəki bölmələrin məhsuldarlığını ən yüksək səviyyədə saxlamaq üçün lazımi tədbirlər görmək, ASC-nin Sədri, Texniki direktor və Baş mühəndis tərəfindən göndərilən əmr və təlimatların icra müddəti ərzində həyata keçirilməsini təmin etmək, əgər gecikmələr olarsa bunların səbəblərinin bildirilməsini tələb etmək və izahatlar almaq, Əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanmasını təmin etmək, bütün işlərin və öhdəliklərin vaxtında, məhsuldar və şəffaf səviyyədə yerinə yetirilməsini təmin etmək, bu sahədə rəhbərliyin əmr və təlimatlarına uyğun gəlməyəcək hər növ vəziyyətin baş verməməsi üçün lazimi tədbirlər görmək, ASCnin nüfuzuna xələl gətirəcək fəaliyyət növünə yol verməmək və tabeçiliyindəki bölmələrin də belə bir davranışa yol verməməsini təmin etmək, illik qrafiklər üzrə hava xətlərinin əsaslı və cari baxım təmir işlərinin aparılmasına nəzarət və kömək etmək, qəzanın aradan qaldırılması zamanı sərbəst tədbirlər görmək, hava xəttlərində baxış keçirilməsini təşkil etmək, hava, kabel xətlərin normal vəziyyətdə olmasını təmin etmək, abonentləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, güc avadanlıqlarının yüklərinin tənzimlənməsini təşkil etmək, qəzanın aradan qaldırılması zamanı sərbəst tədbirlərin görülməsi, elektrik avadanlıqlarının normal, saz vəziyyətdə olmasını təmin etmək, avadanlıqların dəyişdirilməsinə və onların YS TM və KTM-lərin avadanlıqlarında və elektrik veriliş xəttlərdə (EVX) olan imtinalarda araşdırmalar aparan komissiyanın işində iştirak etmək, avadanlıqların dəyişdirilməsinə və onların yeniləşdirilməsinə dair təklif hazırlamaq, əmək məhsuldarlığını yüksəltmək üçün təmirin təhlükəsiz və qabaqcıl üsulundan istifadə və əməyin elmi təşkili planının hazırlanmasında iştirak etmək, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etmək, vaxtında nasazlıq aktları tərtib etmək, Texniki Təhlükəsizlik və X11 əməl olunmasına, istehsalat təlimatının vaxtında keçirilməsinə cavabdehlik daşımaq, Texniki Təhlükəsizlik və istismar Qaydalarına tam riayət olunmasını, əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanmasını təmin etmək vəzifəsi» həvalə edilmişdir. Cinayət işinin 1-ci cild 71-77-ci vərəqələrində olan "xxxx" ASC Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Elektrik Şöbəsinin balansında olan 10/0,4 kV-luq 4 saylı Transformator Məntəqəsinin pasportundan görünür ki, transformator Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşdirilmiş, istismara 2000-ci ildə verilməklə parametrlərinə əsasən yarımstansiyanın növü kimi qapalı tipli TM, zavod nömrəsi 328, gücü 630 KV.A, gərginliyi 10 KV, istehsal tarixi 1968-ci ildir. Quraşdırıldığı tarix 2013-cü ildir. Pasportun avadanlıqlar təmiri və dəyişdirilməsi bölməsinə əsasən təmir aparılarkən pasportda təmirin tarixi, naryadın nömrəsi, təmirə cavabdeh olan şəxsin soyadı, adı, təmirin məzmunu, işi qəbul edənin imzası və tarixin qeyd edilməsi tələb edilmişdir. Pasportun həmin şöbəsində 2013, 2016, 2019, 2020, 2021, 2022 və 2023-cü ildə hava xəttində təmir aparıldığı qeyd edilsə də hansı ay və gündə aparıldığı, naryadın nömrəsi, təmirin məzmunu, işi qəbul edən məsul şəxsin soyadı və adı qeyd edilməmişdir. Cinayət işinin 1-ci cild 67-70-ci vərəqələrində olan 10/0,4 kV-luq 4 saylı X7 qidalandıran hava xəttinin pasportundan görünür ki, həmin hava xəttinin adı 10 kV 16-cı ŞF TM 145-KTM-4-TM-44 arası hava xəttidir, gərginliyi 10 kV, uzunluğu 780 mm, naqilin markası AS, en kəsiyi 70 mm2, dəmir və beton dayaqların sayı 17 ədəd, aralıq dayaqların sayı 16 ədəd, anker dayaqların sayı 1-ədəddir, izolyatorun tipi ŞF-10, hava xəttindəki izolyatorların sayı 51 ədəd, metal dayaqların sayı 27 ədəddir. Pasportun hava xəttinin təmiri barəsində məlumat qrafasının tələblərinə görə hava xəttində təmir işləri aparılarsa orada təmirin aparıldığı tarixin, təmirin məqsədi, təmirin məzmunu, təmir edən şəxsin soyadı və adının qeyd edilməsi tələb edilsə də, bu tələblərin hava xəttində hansı təmir işlərinin görülməsinə dair qeydlər aparılmamışdır. Cinayət işinin 1-ci cild 193-cü vərəqəsində olan Sumqayıt şəhər Corat Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 47 saylı arayışdan görünür ki, Sumqayıt şəhər, Corat qəsəbəsi, Sülh küçəsində «Sevinc» kooperativinin istifadəsində olmuş transformator və onun hasarı 1988-1989-cu illərdə fəaliyyət göstərən Sumqayıt şəhər işıq idarəsinə təhvil verilmiş onun balansındadır. Cinayət işinin 1-ci cild 152-ci vərəqəsində olan Sumqayıt Regional Enerji Təchizatı və Satış İdarəsinin xx.xx.2024-cü il tarixli 44-01/099 saylı arayışdan görünür ki, 10/0,4 kVluq 4 saylı X8 və onun ətrafında olan hasar Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin balansındadır. Cinayət işinin 1-ci cild 214-215-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya Qərarı ilə xx.xx.2007-ci ildə cəzadan azad edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx"ASC Sumqayıt RETİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasıda təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş 50.000 (əlli min) manat zərər ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, "xxxx"ASC və Təqsirləndirilən şəxs ilə barışmışdır, onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir, heç bir tələb, şikayət və iddiası yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə Milli ordu sıralarına səfərbər olunmuş, Müdafiə Nazirliyinin N () nömrəli hərbi hissəsində xidmət keçmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüşlərdə kontuziya alması ilə əlaqədar müalicə alması üçün Mərkəzi Hərbi Hospitala göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs"xxxx" ASC-nin Sumqayıt Regional Enerji və Satış İdarəsinin Xızı Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində çalışır. Şəxsin vəzifə öhdəlikləri xidmətlərin koordinasiyasını vaxtında və məhsuldar səviyyədə təmin edilməsi və bu sahədə zəruri tədbirlərin görülməsi məqsədi ilə onun bölgələr üzrə (Xızı və Siyəzən rayonu) tez-tez (gündəlik) səfərlərin edilməsini, həmin ərazilərdə gecələməsini nəzərdə tutur. Şəxsin daimi yaşayış yerinin isə Saray qəsəbəsi olmasının nəzərə alınması xahiş edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etriafı, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki şəxsin mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olmaqla səhlənkarlıq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-in 314.2-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin heç bir şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin heç bir şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və barəsində verilmiş müsbət xasiyyətnaməni, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi evi tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron, Xızı və Siyəzən rayonlarının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi evi tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron, Xızı və Siyəzən rayonlarının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X10, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar