Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-544/2025 19.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 2-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qarabağ küçəsi, ev 1 mənzil 46-da yaşayan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-157/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, hazırki cinayət işi üzrə barəsində “polisin nəzarəti" altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,501 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış. 05 iyun 2025-ci il tarixdə, saat 16:55-də Sumqayıt şəhəri. 76-cı məhəllə ərazisində yerləşən "Xovlu iplik" fabrikinin yaxınlığında Sumqayr: ŞPİ-nin 5ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,501 qram xeyli miqdarda ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o bu cinayət işindən əvvəl eyni bir maddə ilə polis əməkdaşları tərəfindən saxlanılmış, hazırda cəza çəkir. Narkotik vasitədən artıq istifadə etmir və əməlindən peşmandır. Onu 5-ci Polis Bölməsinin əməkdaşları saxlamışlar. Üzərindən metamfetamin aşkar edilmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 16:55-də Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Xovlu iplik” fabrikinin yaxınlığında tanışı Mehdiyev Elman Rafael oğlu ilə birlikdə olarkən onlara mülki geyimli şəxslər mənə yaxınlaşıb onları saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onların qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərlərində gəzdirilməsində şübhəli olduqlarından saxlanıldıqlarını bildirib, şifahi şəkildə hüquq və vəzifələrim izah edərək, video çəkliş aparmaqla üzərlərini yoxlayacaqlarını bildirib, üzərlərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet varsa təqdim etmələrini təklif etmişlər. Buna etiraz etməyərək, daha sonra polis əməkdaşlarının təklifi ilə əynindəki şalvarının sağ yan cibində saxladığı, həmin gün Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən bazar ərazisində olarkən təsadüfən tanış olduğu, əvvəllər tanımadığı, soy adını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 10 manat pul verərək, şəxsi istifadəsi üçün aldığı, şüşə adlanan, psixotrop maddə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi psixotrop maddə götürüldükdən sonra polis əməkdaşları üzərini əlavə olaraq yoxlamışlar, həmin vaxt üzərindən ona məxsus mobil telefon aşkar edilərək götürülmüş, üzəri yoxlanılarkən üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları təqdim ediyi içərisində psixotrop maddə metamfetamin olan bükümün içərisinə baxış keçirməklə elektron tərəzidə çəkib, çəkisini müəyyən etmişlər. Təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0.59 qram olması müəyyən edilmişdir. Bundan sonra isə üzərindən aşkar edilərək götürülmüş ona məxsus mobil telefonla bərabər içərisi boş zərfə qablaşdırılaraq, zərfin üzərində qeydlər aparıİmaqla götürülmüşdür. Daha sonra polis əməkdaşları onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, bundan sonra birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasına gəlmişlər. Polis bölməsində olan zaman isə xidməti otaqlardan birinə dəvət edilmiş, orda ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün ona təqdim edilmiş siyahıdan seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra isə Sumqayıt şəhəri. 76-cı məhəllə ərazisində yerləşən “Xovlu iplik” fabrikinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan bükümün qablaşdırıldığı zərfə baxış keçirilərək götürülmüşdür. Bundan sonra ondan təqdim etdiyi bükümün içərisindəki kütlənin nə olduğunu, nə vaxt, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda təqdim etdiyi sellofan bükümün içərisindəki küllənin şüşə adlandırılan, psixotrop maddə metamfetamin olduğunu, həmin gün saxlanılmamışdan əvvəl Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən bazar ərazisində olarkən təsadüfən tanış olduğu, əvvəllər tanımadığı, soy adını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən saxlanılarkən isə onlara təqdim etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları bütün qeyd etdikləri ilə bağlı protokol tərtib etmişlər, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Narkotik vasitə və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənidə şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmiş, onunla saxlanılmış Mehdiyev Elman Rafael oğlunun üzərində şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə olmasından məlumatı olmamış, eləcədə Elman Mehdiyevin üzərində psixotrop maddə saxlamasından məlumatsız olmuş, bundan ancaq polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Elman Mehdiyevin üzəri axtarılarkən onun üzərindən psixotrop maddəyə bənzər kütlənin aşkar edilərək götürlməsindən sonra xəbərdar olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, polis bölməsinə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində boş sahədə videoçəkilişlə saxlanılmışdır. Ona üzərində qanunla gəzdirilməsi qadağan olan əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərindən bir bükümdə kristal formada narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitəni Sumqayıt şəhəri, Bazar adlanan ünvandan əldə etdiyini bildirmişdir. Həmin büküm qablaşdırılmış və birlikdə 5-ci PB-ə getmişlərdir. Təqsirləndirilən şəxs onlara hər hansı narazılığını bildirməmişdir.Əməliyyat qrupunda ondan əlavə Şahid1, Şahid2, Şahid3 və Şahid5 iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, daxil olmuş məlumat əsasında əməliyyat tədbiri həyata keçirilmişdir. Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Xovlu iplik" fabrikinin yaxınlığında Təqsirləndirilən şəxs və Elman adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməliyyat qrupunda ondan başqa Şahid4, Şahid2, Şahid3 və Şahid5 iştirak edən tərə göpolis bölməsinə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyatı əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində qanunla gəzdirilməsi qadağan olan əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərindən metamfetamini təqdim etmişdir. Həmin narkotik vasitəni Sumqayıt şəhəri, Bazar adlanan ünvandan şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin büküm sənədləşdirmə işi aparılmış, daha sonra birlikdə 5-ci PBə getmişlərdir. Təqsirləndirilən şəxs onlara hər hansı narazılığını bildirməmişdir. Təqsirləndirilən şəxs vəkil ilə təmin edilmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi müvəkkili, polis leytanantı Şahid2 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 5-ci PB-nə Arif və Elman adlı şəxslərin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də, Arif və Elman adlı şəxslərin şəxsiyyətinin müəyyən olunması və onların narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması ilə məşğul olubolmamalarını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Arif adlı şəxsin xx.xx.1992-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 ev 1, mənzil 46-da yaşayan Təqsirləndirilən şəxs və Elman adlı şəxsin isə xx.xx.1996-cı il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi ev 170A-da qeydiyyatda olan və yaşayan Mehdiyev Elman Rəfael oğlu olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 16:55-də Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Xovlu iplik" fabrikinin yaxınlığında Təqsirləndirilən şəxs və Elman Mehdiyevə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvvəkkilləri Şahid1, Şahid4, Şahid3, polis sahə rəisi Şahid5 ilə yaxınlaşaraq Təqsirləndirilən şəxs və Elman Mehdiyevi saxlamışlar. Daha sonra onlara özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərlərində gəzdirməkdə, eləcədə istifadə etməkdə şübhəli olduqlarından saxlanıldıqlarını izah edib, onlara video çəkliş aparmaqla üzərlərini yoxlaycaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs və Elman Mehdiyev buna etiraz etməmiş, bundan sonra ilk əvvəl Elman Mehdiyevə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet varsa təqdim etməsi təklif edildikdə o. əynindəki şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin sellofan bükümün içərisində psixotrop maddə olan, “şüşə” adlandırılan metamfetamin olduğunu, psixotrop maddəni Sumqayıt şəhəri ərazisində yerləşən bazar ərazisində tanış olduğu adını, soy adını, ata adını, eləcədə barəsində digər məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verərək, həmin gün şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirdiyini, yanındakı Təqsirləndirilən şəxs tanışı olduğunu, onun üzərində psixotrop maddə olmasından məlumatsız olduğunu, həmin gün tanışı Ariflə birlikdə Sumqayıt şəhər Məhkəməsinə idarə etdiyi avtomobillə gəldiyini, avtomobili yaxınlıqda saxlayaraq təbii ehtiyaclarını ödəmək üçün həmin ərazidəki yarımçıq tikilələrə daxil olduqlarını, bundan sonra isə tərəflərindən saxlanıldıqlarını bildirmişdir. Bundan sonra Elman Mehdiyevin üzərindən aşkar edilmiş bükümə baxış keçirilaikdə həmin bükümün içərisindən ağ rəngli, kristalşəkilli. ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sonra isə həmin büküm elektron tərəzidə çəkilmiş, içərisində ağ rəngli kristalşəkilli maddə olan büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0,41 qram olması müəyyən edilmiş, sonra isə içərisi boş zərfə qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra Elman Mehdiyevin üzərini əlavə olaraq axtarmış, Elman Mehdiyevin üzəri axtarılarkən onun əynindəki şalvarın sol yan cibindən bir ədəd mobil telefon, sağ yan cibindən isə bir ədəd avtomobil açarı aşkar edilmiş, onun üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet varsa təqdim etməsi təklif edildikdə o, əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin sellofan bükümün içərisində psixotrop maddə olan, “şüşə” adlandırılan metamfetamin olduğunu, psixotrop maddəni Sumqayıt şəhəri ərazisində yerləşən bazar ərazisində tanış olduğu adını, soy adını, ata adını, eləcədə barəsində digər məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verərək, həmin gün şəxsi istifadəsi üçün əldə edərək üzərində gəzdirdiyini, yanındakı Elman Mehdiyevin tanışı olduğunu, onun üzərində psixotrop maddə olmasından məlumatsız olduğunu, həmin gün tanışı Elmanla birlikdə Sumqayıt şəhər Məhkəməsinə Elmanın idarə etdiyi avtomobillə gəldiklərini, Elmanın avtomobili yaxınlıqda saxlayaraq təbii ehtiyaclarını ödəmək üçün həmin ərazidəki yarımçıq tikilələrə daxil olduqlarını, bundan sonra isə tərəflərindən saxlanıldıqlarını bildirmişdir. Bundan sonra Arif Ramzanovun üzərindən aşkar edilmiş bükümə baxış keçirildikdə həmin bükümün içərisindən ağ rəngli, kristalşəkilli, ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmiş, sonra isə həmin büküm elektron tərəzidə çəkilmiş, içərisində ağ rəngli kristalşəkilli maddə olan büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0,59 qram olması müəyyən edilmiş, sonra isə içərisi boş zərfə qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərini əlavə olaraq axtarmışlar. Təqsirləndirilən şəxs üzəri axtarılarkən onun əynindəki şalvarın sol yan cibindən bir ədəd mobil lelclön aşkar edilmiş, onun üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Elman Mehdiyevə birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs və Elman Mehdiyev etiraz etmədən onlarla birlikdə gedəcəklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Elman Mehdiyevi Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisi Şahid2, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, eləcədə qəbulunda şübhəli bilindiyindən xidməti otaqda videokameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən hər hansı qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərini yoxlayarkən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış içərisində psixotrop maddəyə bənzər maddə və mobil telefon olan zərflər təhqiqatçıya təqdim edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin zərfə qablaşdırılmış bükümün içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda o, yenidən həmin zərfə qablaşdırılmış bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni həmin gün Sumqayıt şəhəri ərazisində yerləşən bazar ərazisində tanış olduğu, adını, soy adını, ata adını bilmədiyi şəxsdən 10 manata alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, tərəflərindən saxlanılarkən isə həmin psixotrop maddənin aşkar edilərək götürüldüyünü bildirmişdir. Sonda qeyd etdikləri ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protoko’a əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid3 və Şahid5 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol, xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyalara baxış keçirilməsi barədə” protokol və xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, DVD diskə baxış keçirilərkən birinci diskin yaddaşında 01 (bir) ədəd “video**********013069101” adlı, 494070 kb həcmində, 23 dəqiqə 53 saniyyə davam edən, yaddaşında rəngli formatda və açıq hava şəraitində çəkilmiş video görüntünün olduğu, video görüntünün Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Xovlu iplik” fabrikinin yerləşdiyi ərazi və ətraf əraziləri əks etdirdiyi, video görüntünün əvvəlində bir mərtəbəli daş tikililərin, həmin tikilinin qarşısında isə boş torpaq sahəsi və torpaq örtüklü yolun göründüyü, bu cür video görüntünün bir neçə saniyyə davam etdikdən sonra daş tikililərin arsaında iki nəfər şəxsin çıxdığı, həmin şəxslər bir neçə metr məsafə qət etdikdən sonra onların hərəkət istiqamətlərinin sol və sağ hissəsindən iki nəfər şəxslərin həmin şəxslərə yaxınlaşdıqları və onları saxladıqları, daha sonra ilk şəxsin özünü saxlanılmış şəxslərə təqdim edərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müwəkkili, polis leytenantı Şahid1 olduğunu bildirdiyi, sonra saxlanılmış şəxslərə özlərini təqdim etmələrini təklif etdiyi, bundan sonra ilk saxlanılmış şəxsin özünü təqdim edərək Mehdiyev Elman Rəfael oğlu olduğunu, ikinci saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdikləri, daha sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək həmin şəxslərin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərlərində gəzidirilməsi və istifadəsi ilə məşğul olmaqda şübhəli olduqlarından xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən şübhəli şəxs qismində saxlanıldıqlarını bildirdiyi, daha sonra şəxsin saxlanılmış şəxslərin hüquq və vəzifələrini izah etdiyi, bundan sonra həmin şəxslərə üzərlərində yoxlama aparacağını bildirərək, bundan əvvəl isə üzərlərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və predmet varsa təqdim etmələrini təklif etdiyi, bu təklifdən sonra saxlanılmış şəxslərdən özünü təqdim edərək Elman Mehdiyev olduğunu bildirən şəxsin əynindəki şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etdiyi, həmin sellofan bükümün içərisində psixotrop maddə olan, “şüşə” adlandırılan metamfetamin olduğunu, psixotrop maddəni Sumqayıt şəhəri ərazisində yerləşən bazar ərazisində tanış olduğu adını, soy adını, ata adını, eləcədə barəsində digər məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verərək, həmin gün şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini, yanındakı şəxsin tanışı olduğunu, həmin şəxsin üzərində psixotrop maddə olmasından məlumatsız olduğunu, həmin gün tanışı ilə birlikdə Sumqayıt şəhər Məhkəməsinə idarə etdiyi avtomobillə gəldiyini, avtomobili yaxınlıqda saxlayaraq təbii ehtiyaclarını ödəmək üçün həmin ərazidəki yarımçıq tikilələrə daxil olduqlarını, bundan sonra isə saxlanıldıqlarını bildirdiyi, bundan sonra təqdim edilmiş bükümün açılaraq içərisinə baxış keçirildiyi, həmin bükümün içərisindən ağ rəngli, kristalşəkilli maddənin aşkar edildiyi, daha sonra isə aşkar edilmiş bükümün elektron tərəzidə çəkildiyi, içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümün elektron tərəzidə çəkilərkən çəkisinin 0,41 qram olmasının müəyyən edildiyi, bundan sonra isə aşkar edilmiş bükümün içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, daha sonra saxlanılmış şəxs Elman Mehdiyevin üzərinin axtarıldığı, özünü təqdim edərək Elman Mehdiyev olduğunu bildirən şəxsin üzəri axtarılarkən həmin şəxsin əynindəki şalvarın sol yan cibindən bir ədəd mobil telefonun və sağ yan cibindən bir ədəd avtomobil açarının aşkar edildiyi, həmin şəxsin üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmetin aşkar edilmədiyi, bundan sonra aşkar edilmiş mobil telefonunda içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, bundan sonra digər özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərində yoxlama aparılacağı bildirilərək, bundan əvvəl isə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və pridmet varsa təqdim etməsi təklif etdiyi, bu təklifdən sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etdiyi, həmin sellofan bükümün içərisində psixotrop maddə olan, “şüşə” adlandırılan metamfetamin olduğunu, psixotrop maddəni Sumqayıt şəhəri ərazisində yerləşən bazar ərazisində tanış olduğu adını, soy adını, ata adını, eləcədə barəsində digər məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verərək, həmin gün şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini, yanındakı şəxsin tanışı olduğunu, həmin şəxsin üzərində psixotrop maddə olmasından məlumatsız olduğunu bildirdiyi, bundan sonra təqdim edilmiş bükümün açılaraq içərisinə baxış keçirildiyi, həmin bükümün içərisindən ağ rəngli, kristalşəkilli maddənin aşkar edildiyi, daha sonra isə aşkar edilmiş bükümün elektron tərəzidə çəkildiyi, içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümün elektron tərəzidə çəkilərkən çəkisinin 0.59 qram olmasının müəyyən edildiyi, bundan sonra isə aşkar edilmiş bükümün içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, daha sonra saxlanılmış şəxs Təqsirləndirilən şəxs üzərinin axtarıldığı, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzəri axtarılarkən həmin şəxsin əynindəki şalvarın sol yan cibindən bir ədəd mobil telefonun aşkar edildiyi, həmin şəxsin üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmetin aşkar edilmədiyi, bundan sonra isə aşkar edilmiş mobil telefonunda içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, sonda özünü təqdim edərək əməliyyat müvvəkkili Şahid1 olduğunu bildirən şəxs tərəfindən məlumat verilərək digər zəruri hərəkətlərin icra edilməsi üçün Sumqayı. ŞPİ-nin 5-ci PB-nə gedəcəklərini bildirdiyi, bundan sonra isə video çəklişin dayandığı müəyyən edilmişdir. İkinci diskə baxış keçirilərkən diskin yaddaşında “20250605 180037” adlı, 586660 kb həcmində, 06 dəqiqə 31 saniyyə davam, rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntünün olduğu, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Məhəmməd Əlirzayev olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən həmin şəxsin məlumat verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop tərkibli maddələri əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Xovlu iplik” fabrikinin yaxınlığında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanıldığını, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən psixotrop maddəyə bənzər maddənin aşkar edilərək qablaşdırılmaqla götürüldüyünü, götürülmüş psixotrop maddəyə bənzər maddənin təqdim edildiyi barədə məlumat verdiyi, daha sonra xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin hüquq və vəzifələrini izah etdiyi, həmin şəxsə hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etdiyi, daha sonra təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxslərədə özlərini təqdim etmələri təklif edildiyi, bundan sonra ilk şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müwəkkili, polis leytenantı Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis leytenantı Şahid2 olduğunu bildirdikləri, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə xidməti otaqdakı digər şəxsində təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 olduğunu bildirdiyi, daha sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, həmin şəxsin üzərindən hər hansı qanunla, saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmetin aşkar edilmədiyi, daha sonra təhqiqatçı tərəfindən təqdim edilmiş iki ədəd zərfə baxış keçirilməklə götürüldüyü, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə müraciət edərək həmin zərflərdən birinə qablaşdırılmış içərində psixotrop maddə olan metamfetaminə bənzər maddə olan bükümün onun üzərindən aşkar edilib edilmədiyini, həmin bükümün içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini soruşdğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualları cavablandıraraq həmin bükümün polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən aşkar edilərək götürüldüyünü, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni həmin gün Sumqayıt şəhəri ərazisində yerləşən bazar ərazisində olarkən tanış olduğu, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən isə həmin psixotrop maddənin aşkar edilərək götürüldüyünü, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirdiyi, sonda özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan video çəklişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən 05 iyun 2025-ci il tarixdə, saat 16:55-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 76-cı məhəllə, Xovlu iplik fabrikinin yaxınlığında cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. - Məhkəmə məhkəmə-bioloji ekspertizasının 06 iyun 2025-ci il tarixli, 20/430 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: AR DİN “Arayışlar üçün Na 242” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm: Saxlanılan şəxs: /imza/ İştirakçı: /imza/ Şahid4; İştirakı: /imza/Şahid5; İştirakçı: /imza/ Şahid2; İştirakçı: /imza/ Mehdiyev Elman,; Tərtib etdi: /imza/ Şahid1" əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,501 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,451 qram metamfetamin qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,501 qram (qalıq 0,451 qram ) psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-157/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 fevral 2025-ci il tarix, saat 00:10-dan 10 fevral 2025-ci il tarix, saat 14:50-dək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli hökm elan olunduğu vaxtdan, yəni 08 iyul 2025-ci il tarixdən hesablanmışdır. -xx.xx.2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd İphone 11 markalı mobil telefona baxış keçirilərkən mobil telefonun yaddaşında cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı foto şəkil, audio, video material, sms yazışmaları aşkar edilməmişdir. - İş materiallarında olan qəbzdən görünür ki, 01 ədəd İphone 11 markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. - Məhkəmə-narkoloji ekspertizasının 3470 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2 və 234.4.1ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqbinin başlanılması rədd edilmiş, istintaq zamanı təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,501 qram (qalıq 0,451 qram psixotrop maddə metamfetamin, həmçinin Arif Ramazovanın saxlanılıb üzərindən psixotrop maddə metamfetamin aşkar olunmasını və qablaşdırılaraq götürülmüş kütlə ilə bağlı PB-də üzərinə baxış keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntülərin maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış 0,451 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videogörüntülər cinayət işinin materiallarında saxlanılmış, narkotik vasitənin çəkisindəki fərqin polis əməkdaşı tərəfindən həmin kütlənin bükümü ilə birlikdə miqdarının hesablandığı nəzərə alınmaqla daha yüksək dəqiqliklə ekspert tədqiqatları göstəricisi mötəbər sübut kimi qəbul edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), psixotrop maddə metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin: - 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olması cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. -58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olub olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-157/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş qəti cəzadan ibtidai araşdırma zamanı tutulduğu iki gün çıxılmışdır. Məhkəmə hesab edir ki, CM-in 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəza hazırki cəza ilə toplandıqdan sonra çəkilmiş cəza çıxıldığı üçün əvvəlki iş üzrə saxlanıldığı 02 (iki) gün müddət və hazırki iş üzrə tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən hazırda məhkəmənin təyin ediyi vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,451 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-544/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1249/2025 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-157/2025 saylı cinayət işi üzrə 02 (iki) gün və hazırki iş üzrə 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,451 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (yüz on) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-544/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-544/2025
19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver