Məhkəmə qərarları › İş №1(060)-545/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-545/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-545/2021 06.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26.09.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 181.2.1, 181.2.2, 181.2.4, 66.3-cü maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 23.07.2008-ci il tarixli qərarına əsasən hökm dəyişdirilib, CM-nin 178.3.3, 181.4.4, 66.3-cü maddələri ilə 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin 31.07.2017-ci il tarixli qərarı ilə 05 ay 04 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06.05.2021-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,555 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 06.05.2021-ci il tarixdə saat 17:15-də Sumqayıt şəhəri 10cu mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqlardan birində üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdən şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi xalis çəkisi 1,555 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək, götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, son 3 ildir ki, mütəmadi olaraq narkotik vasitə, el arasında “kakos” adı ilə tanınan, heroindən istifadə edir. 06.05.2021-ci il tarixdə səhər saatlarında şəxsi işi ilə bağlı Abşeron raynu Novxanı qəsəbəsinə getmişdir. Sumqayıt şəhərinə qayıtmaq üçün Novxanı qəsəbəsində məscidin yaxınlığında dayandığı vaxt üzdən tanıdığı, adını bilmədiyi şəxs yaxınlaşıb onunla söhbətləşməyə başlamışdır. Söhbət əsnasında həmin şəxs ona özündə narkotik vasitə olan heroin olduğunu, istərsə ona satacağını bildirərək əlində saxladığı şəffaf rəngli bükümü ona göstərmişdir. Kənar şəxslər olduğu üçün açıb içərəsinə baxa bilməmişdir. Keyfiyyətinin necə olduğunu soruşanda onu əmin etmişdir ki, ondan narazı qalmayacaqdır. Satıcının deməsinə görə əlində tutduğu heroin 1,5 qram çəkidə imiş və 20 manata satırmış. O, razılaşıb 20 manat pul verib həmin narkotik vasitə heroini almışdır. Yol marşurutu ilə Sumqayıt şəhərinə gəlmişdir. Saat 17:15-də Sumqayıt şəhəri 10-cu mkr. ərazisində ona polis əməkdaşları yaxınlaşmışdırlar. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olacaqlarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, etiraz etmədiyi üçün xidməti avtomobillə onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına aparmışdırlar. Xidməti otaqlardan birinə daxil olanda təqhiqatçı polis kapitanı Rəhman Qurbanov özünü təqdim edib, onun narktotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, gəzdirilməsi və daşınmasına şübhəli olduğunu bildirib üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını, əgər varsa təqdim etməyini bildirmişdir. O, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofanı çıxarıb araşdırmaya təqdim etmişdir. Sellofanın içərisi yoxlanılan zaman içərəsindəki qəhvəyi rəngli kütləni görən təhqiqatçı ondan həmin kütlənin tərkibi barədə soruşmuşdur. O, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən çıxan həmin büküm qablaşdırılıb möhürlənmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 06.05.2021-ci il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, istintaq-əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri o, 1-ci PB-nin əməkdaşları Şahid1, polis baş leytenanatı Şahid2 və Sumqayıt ŞPİ-nin KTB-nin baş inspektor kriminalisti, polis mayoru Rasim Paşayev ilə birlikdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisinə getmişlər. Həmin gün saat 17:15 radələrində bir nəfər şəxsin Təqsirləndirilən şəxs əlamətləri ilə uyğun gəldiyini görüb həmin şəxsə yaxınlaşaraq o, və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olacaqlarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına aparmışlar. Xidməti otaqlardan birinə daxil olanda təhqiqatçı polis kapitanı Rəhman Qurbanov özünü təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs narktotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, gəzdirilməsi və daşınmasında şübhəli olduğunu bildirib üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmiş və təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını əgər varsa təqdim etməyini bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofanı çıxarıb araşdırmaya təqdim etmişdir. Həmin sellofan bükümün içərisinə baxarkən həmin sellofanda şəffaf rəngli spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təhqiqaçı müvafiq suallarına uyğun olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddə “kakos”dur. Aşkar olunmuş maddəni Novxanı kəndindən tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik maddələr Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 07.05.2021-ci il tarixli 6/1848 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim olunmuş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,555 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Rspublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 1,555 qram, tədqiqata sərf edildi: ümumi 0,05 qram, qalıq 1,505 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 08.07.2021-ci il tarixli 2207 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, 1,555 qram olan narkotik vasitə-heroindən tədqiqatlardan sonra qalıq qalmış 1,505 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-206/2021 saylı, 08 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26.09.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 181.2.1, 181.2.2, 181.2.4, 66.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 23.07.2008-ci il tarixli qərarına əsasən hökm dəyişdirilib, CM-nin 178.3.3, 181.4.4, 66.3-cü maddələri ilə 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin 31.07.2017-ci il tarixli qərarı ilə 05 ( beş) ay 04 (dörd) gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 3290 saylı, 05.10.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə” 20.10.2017-ci il tarixli Qanun tətbiq olunmamışdır. Məhkəmə hesab edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli Qanununa əsasən Təqsirləndirilən şəxs Bakı Apelyasiya Məhkəməsinin 23.07.2008-ci il tarixli qərarına əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.3 və 181.4.4-cü maddələri qüvvədən düşsə də, o, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 26.09.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1,181.2.2,181.2.4-cü maddələri ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 31.07.2017-ci il tarixdə 05 ay 04 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi quldurluq cinayəti, cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olduğundan və hazırkı cinayət əməlini törədən zaman məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətin residivi yaranır. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməli, CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamış, cəzasını ağırlaşdıran hal isə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olmasıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinnin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 7 (yeddi) saat vaxt sərf etmişdir. Ona görə də 42 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 6 (altı) saat vaxt sərf etmişdir. Ona görə də 36 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 06.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,555 qram olan narkotik vasitə-heroindən tədqiqatlardan sonra qalıq qalmış 1,505 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06.05.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 1,505 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 42 (qırx iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar