Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-545/2022 02.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilərək 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi -1.690 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 02 may 2022-ci il tarixdə saat 20:50-də Sumqayıt ŞPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, Bakı-Quba avtomagistral yolunun üzərində yerləşən “Azpetrol’ yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və Sumqayıt ŞPİ-də onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibində 01 ədəd şəffaf sellefona bükülmüş təmiz çəkisi -1.690 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ilkin məhkəmə baxışı zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Əvvələr dəfələrlə məhkum olunmuşdur. Qardaşı İİ Qarabağ müharibəsində iştirak etmiş və medallarla təltif olunmuşdur. Uzun müddətdir ki, narkotik vasitə heroini yandırıb tüstüsünü qəbul edərək heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. 02 may 2022-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhərinin çıxışında Bakı-Quba magistral yolununda yerləşən “Azpetrol YDM yaxınlığında tanışı Şahid3la birlikdə olarkən mülki geyimdə olan iki nəfər şəxsin ona yaxınlaşmış, özlərini polis işçiləri olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nə aparılacağını bildirmişlər. Həmin vaxt həmin şəxslərdən birinin onun əllərindən möhkəm yapışdığına görə öz istifadəsi üçün üzərində gəzdirdiyi heroini üzərindən kənarlaşdıra bilməmiş, polis əməkdaşları tərəfindən polis idarəsinə aparılmışdır. Sumqayıt ŞPİ-də xidməti otaqda onu ora gətirən polis işçiləri və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, daha sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindəki şəffaf rəngli sellefona bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Həmin bükümün içində heroin olduğunu təhqiqatçıya demişdir, bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunub götürülməmiş, üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinin elektron tərəzidə çəkisi çəkilmiş, həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır Sumqayıt ŞPİ-də ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlənin heroin olduğunu, özünə məxsus olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən 25 manata aldığını, öz istifadəsi üçün də üzərində gəzdirdiyini, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını, özü yalnız istifadəçisi olduğunu, saxlanılan zaman mobil telefonu olmadığını, ona polis bölməsində nə fiziki, nə də ki, psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs sonrakı məhkəmə baxışı iclaslarında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Sumqayıt şəhər polis idarəsinin əməkdaşları onu saxlayaraq üzərinə baxış keçirdikləri zaman onun üzərində hər hansı bir narkotik maddə olmamışdır. Həmin narkotik maddəni ona həmin polis əməkdaşları verərək, üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirəcəklərini bildirmişlər və ona həmin çəkiliş zamanı həmin narkotik maddəni çıxarıb təqdim etməsini və həmin narkotik maddənin özünə məxsus olmasını bildirməsi tapşırılmışdır. O, da məcbur olaraq onlarla razılaşmışdır. Əslində isə onun üzərindən hər hansı bir narkotik maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaqda elan edilmiş ifadəsindən görünür ki, sonuncu ilkin məhkəmə baxışında vermiş olduğu ifadə ilə eyni məzmunlu ifadə verərək özünü təqsirli bilərək əməlini etiraf etmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır, Bakı şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu, üzərində gəzdirməsi və saxlaması ilə məşğul olması barədə qərəzsiz mənbədən şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, bununla bağlı əməliyyataxtarış tədbirlərinin keçirilməsindən ötrü 02 may 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmış, qrupda onunla bərabər əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 də iştirak etmişdir. Şöbə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 20 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra onu Sumqayıt şəhərinin girişində Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada sonradan şəxsiyyəti onlara məlum olan Bakı şəhər sakini Şahid3 ilə birlikdə hərəkət etdiyini müşahidə edərək, bundan sonra əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlayaraq, yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini ona təqdim edərək üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nə aparılacağını ona bildirmişlər. Bundan sonra, o və yanında olan Şahid3 müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş, Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmiş, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxlamış olduğu “şəffaf rəngli sellefona bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Həmin büküm sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs çəkiyə etiraz etməmişdir. Sonradan həmin narkotik vasitə heroinə bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılmış, paketin üzərinin möhürlənmişdir. İstintaq hərəkətinin davamında Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar aşkar edilməmiş və götürülməmişdir. Şifahi sorğu zamanı Famil Merhəliyev həmin narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 20 Yanvar adlanan ünvandan tanımadığı şəxsdən 25 manata alıb öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, istintaq hərəkətinin sonunda protokol tərtib edilərək ucadan oxunmuş, həmin protokol doğru tərtib edildiyindən tərəflərindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yanında olan, Şahid3 ərizəsi əsasında onunda üzərində şəxsi axtarış keçirilmiş, ancaq onun üzərindən narkotik vasitə və ya başqa qanunsuz əşya və ya predmet aşkar edilmədiyindən buna görə də sərbəst buraxılmışdır. Hazırda təqsirləndiriln şəxs tərəfindən onun üzərindən narkotik maddə əşkar olunmaması və polis əməkdaşları tərəfindən ona həmin narkotik maddənin verilməsi barədə dediləri, həqiqəti əks etdirmir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 02 may 2022ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 may 2022-ci il tarixli, 6/2549 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri olan olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1.690 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 14.05. 2022-ci il tarixli 2505 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının davamında təkrar ifadəsində üzərindən narkotik maddə aşkar olunmadığı və həmin narkotik maddəni ona polis əməkdaşları tərəfindən verilməsi barədə verdiyi ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə, həmçinin onun özünün ilkin məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə təkzib edilir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışının gedişində özünü təqsirli bilməməsinə dair vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq sübüt kimi qəbul etmir, sonuncunun ibtidai istintaqda və ilkin məhkəmə baxışında özünü təqsirli bilməsinə dair vermiş olduğu ifadələr işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən həmin ifadələri sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X4 Azərbaycan Vətən Müharibəsi X2 üzvüdür və “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs qardaşı X3 İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, Azərbaycan Vətən Müharibəsi X2 üzvü olmasını və “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayəti törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İşdə olan Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 4(010)-435/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri, Suraxanı Rayon Pİ-nin İŞ-nin icraatında olan ********* saylı cinayət işi üzrə barəsində həbs etmənin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində hazırkli cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və onun hazırda yuxarıda göstərilən cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı hazırki hökm üzrə 02 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,640 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli (İş № 1(060)-545/2022) qərarını icra edərək, 11 iyun 2022-ci il tarixli 821 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə olması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,640 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-545/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-545/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver