Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-545/2025 01.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 23,702 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 21 may 2025-cı il tarixdə saat 13:39 dəqiqədə Sumqayıt ŞPİ-nın CAŞnin və NMB-nin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Narkoloji Dispanserin yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki şalvarının sol yan cibindən 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 23,702 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında o, Novxanı qəsəbəsi ərazisində tanımdığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata 1 büküm qurudulmuş marixuana almış və üzərində saxlamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 13:40 radələrində Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən Narkoloji Dispanserin yaxınlığında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirərək, ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Bubdan sonra videoçəkiliş aparılmaqla ona üzərində qanunla qadağan olunmuş əşya-predmet, narkotik vasitə varsa təqdim etməsi təklif olunmuş və o, şalvarının cibində saxladığı 1 büküm narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, bükümün içərisindəki maddənin qurudulmuş marixuana olduğunu, həmin maddəni səhər saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra onu Sumqayıt ŞPİ-nə aparmışlar və orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərindən aşkar olunaraq qablaşdırılmış 01 ədəd büküm olan zərf və ona məxsus mobil telefon təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçının sorğusuna əsasən o, aşkar olunmuş maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Novxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra narkotik vasitənin ondan aşkar olunması ilə əlaqədar protokol tərtib edilmişdir. Hazırda o, törətdiyi əməldən peşman olduğunu bildirərək, barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin əməliyyat müvəkkili, Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid2 və Şahid3, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı X1 və KTB-nin inspektor-kriminalisti X3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmin məlumat əsasında təqribən saat 13:40 radələrində Sumqayıt şəhəri 18-ci məhəllə ərazisində yerləşən Narkoloji Dispanserin yaxınlığında Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla saxlanılmışdır. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş və bundan sonra oan qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya prediment varsa təqdim etməsi təklif edilmiş və o, əynindəki şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı o, bükümün içərisindəki maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin bükümü səhər saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun əynində olan şalvarın sağ yan cibindən 01 ədəd alışqan və 01 ədəd qara rəngli Samsung markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nə aparılmış və orada xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə, həmçinin video çəkiliş aparılmaqla aşkar olunmuş 01 bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın qablaşdırıldığı zərf, 01 ədəd alışqan və 01 ədəd mobil telefon təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonna təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar olunmamışdır. Sonra protokol tərtib olunmuş və iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/361 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 23,702 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3817 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyalorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının ləsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal- hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Füzuli Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.2, 333.4-cü maddələri ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata CM-nin 74-cu maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 18 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu ildə cəzanı çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya haqqında Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-53/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri,18-ci məhəllə ərazisində Narkoloji Dispanserin yaxınlığında xx.xx.2025-ci il tarixdə saat 13:39-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə saat 11:45-də Sumqayıt ŞPİ-nin X2 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 695 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcə əlilliyə görə 250 manat məbləğində təqaüd alır. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətməsi şahidlərin ifadəsi, video görüntülər və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 23,702 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 21 may 2025-cı il tarixdə saat 13:39 dəqiqədə Sumqayıt ŞPİnın CAŞ-nin və NMB-nin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Narkoloji Dispanserin yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki şalvarının sol yan cibindən 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 23,702 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası həddi daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İİ dərəcə əlilliyi olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məhkəmə iclas zalından həbsə alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 23,652 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana qanuna müvafiq qaydada məhv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının ləsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal- hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 63 (altımış üç) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 04 (dörd) saat vaxt sərf etmişdir. Ona görə də 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun məhkəmə iclas zalından həbsə alındığı 01 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Polis İdarəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının ləsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal- hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 23,652 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 63 (altımış üç) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd “DVD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 44 (qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-545/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-545/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver