Məhkəmə qərarları › İş №1(060)-546/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-546/2022

29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-546/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Quba rayonu, Küpçal kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ANAMA-da mina axtaran vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vahid niyyətlə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunu özəl mühafizə şirkətinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs 2021-ci ilin mart ayında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qarabağ” kinoteatrının binasının yaxınlığında 500 manat pul, 17 aprel 2021-ci il tarixdə, saat 19:48 dəqiqədə isə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “X8” ticarət mərkəzində “Milli ÖN” terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs onun təkidi ilə sonuncuya göndərmiş olduğu "xxxx" ASC-yə məxsus, son 8 rəqəmi 10586208 olan bank kart hesabına köçürdüyü 500 manat pul olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, X4 uzun müddətdir ki, tanımışdır. 2021-ci ilin fevral ayının əvvəllərində o, Sumqayıt şəhər ərazisində Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşmış və onunla söhbət zamanı İlkin Cəfərov işləmədiyini və iş axtardığını bildirmişdir. O, isə özəl mühafizə şirkətində tanışlarının olduğunu və həmin şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs işə düzəldə biləcəyini demişdir. İlkin Cəfərov nə qədər pul lazım olacağını ona dedikdə o, 1000 manat pul lazım olacağını və aylıq maaşının 400-500 manat olacağını demişdir. Bundan sonra, Zərərçəkmiş şəxs 2021-ci ilin mart ayında onunla istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib əlaqə saxlayaraq işə düzəlmək istədiyini, lakin əlində 500 manat olduğunu demiş və o, Zərərçəkmiş şəxs ilə 2021-ci ilin mart ayının əvvəllərində Sumqayıt şəhəri 10-cu mikrorayon “Qarabağ” kinoteatrının binasının yaxınlığında görüşüb Zərərçəkmiş şəxs 500 manat pulu almışdır. Qalan 500 manat pulu da qısa müddət ərzində verməsini bildirmişdir. 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs yenidən onunla əlaqə saxlayaraq qalan 500 manat pulu düzəltdiyini bildirmişdir. Həmin müddətdə o, Sumqayıt şəhərində olmadığından Zərərçəkmiş şəxs pulu "xxxx" ASC-yə aid olmaqla X2 istifadəsində olan bank kart hesabına göndərməsini istəyib həmin kartı ona göndərərək 16 rəqəmli seriyasını ona bildirmişdir. 17 aprel 2021-ci il tarixdə saat 19 radələrində qalan 500 manatı Etibar İbadullayevin bank kart hesabına göndərib bu barədə zəng edərək ona məlumat vermişdir. Bank kart hesabına 500 manat pulun göndərildiyi ona məlum olduqdan sonra o, Zərərçəkmiş şəxs tez bir zamanda onu özəl mühafizə şirkətinə işə düzəldəcəyini deyib telefon danışığını sonlandırmış və o, həmin 500 manat pulu Etibarla görüşüb ondan almışdır. Lakin Zərərçəkmiş şəxs əldə etdiyi ümumilikdə 1000 manat pulu öz şəxsi təlabatına xərcləmişdir. Bir müddət Zərərçəkmiş şəxs işə düzəldəcəyini vəd etməyə davam etmiş, lakin Zərərçəkmiş şəxs artıq ona vermiş olduğu 1000 manat pulu geri qaytarmağını tələb etməyə başladıqda, o, Zərərçəkmiş şəxs qısa zamanda həmin pulu qaytaracağını bildirmiş, lakin qaytara bilməmişdir. Dəqiq olaraq hansı özəl mühafizə şirkətinə düzəldəcəyini Zərərçəkmiş şəxs deməmiş, fıkirləşmişdir ki, Zərərçəkmiş şəxs 1000 manat pulu əldə edib, daha sonra Zərərçəkmiş şəxs onu işə düzəltməyini təkidlə israr edəcəyi təqdirdə iş yeri tapacaqdır. Lakin heç bir iş yeri tapmayıb Zərərçəkmiş şəxs orada işə düzəltməmişdir. Buna görə də, heç Zərərçəkmiş şəxs onun şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin əslini və ya surətini ona verməsini istəməmişdir. Zərərçəkmiş şəxs ondan yalnız nə vaxt özünü işə düzəldəcəyini soruşmuşdur. O, Zərərçəkmiş şəxs vəd verməkdə davam etmişdir. Onun heç bir mühafizə şirkətində tanışı olmadığından özəl mühafizə şirkətində işləyən tanışına pulu verəcəyini desə də, dəqiq olaraq kimə pulu verəcəyini deməmişdir. Etibar İbadullayevin həmin pulu onun Zərərçəkmiş şəxs aldadaraq ələ keçirməyindən xəbəri olmamışdır. Sadəcə olaraq özündə bank kart hesabı olmadığından Etibar İbadullayevdən onun bank kart hesabından istifadə etməyini xahiş etmişdir və Etibar İbadullayev də bununla razılaşmışdır. Bank kart hesabına köçürülmüş 500 manat pulu da tam şəkildə özü əldə etmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olub qazanc əldə edərək dolanışığını təmin edir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, ortaq tanışları ilə birlikdə olduğu zamandan tanımışdır və bir neçə dəfə rastalaşıb söhbətləşmişdir. Təqsirləndirilən şəxs özünü ona səmimi işgüzar biri kimi tanıtmışdır. Belə ki, 2021-ci ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə Sumqayıt şəhər ərazisində rastlaşmışdır. Aralarındakı söhbət zamanı heç bir yerdə işləmədiyini, dolanışığının yaxşı olmadığını demişdir. Söhbət ərəfəsində Təqsirləndirilən şəxs adını ona demədiyi özəl mühafizə şirkətində işləyən tanışlarının olduğunu onu həmin şirkətə işə düzəldə biləcəyini, aylıq maaşının 400-500 manat aralığında olacağını demişdir. O da kömək edəcəyi halda onun hörmətini edəcəyini bildrimiş, bu vaxt Tale ondan işə diizəltməsindən ötrü 1000 manat pul verməli olduğunu demişdir. O, heç bir yerdə işləmədiyindən, Təqsirləndirilən şəxs barəsində əvvəllər hər hansı bir qanunsuz hərəkət etdiyini eşitmədiyindən Təqsirləndirilən şəxs ona qarşı səmimi olduğuna inanıb həmin özəl mühafizə şirkətinə işə düzəltməsinə razı olacağını, lakin həmin zaman Təqsirləndirilən şəxs 1000 manat pulu olmadığını dedikdə, Təqsirləndirilən şəxs 1000 manat pulu tapandan sonra istifadəsində olduğunu bildiyi ***-***-**-** saylı mobil nömrə ilə onunla əlaqə saxlayıb görüşüb pulu ona verməyini dedikdən sonra onunla bu barədə razılaşmışdır. Həmçinin Təqsirləndirilən şəxs 1000 manat pulu tez bir müddət ərzində tapmalı olduğunu, gec tapacağı təqdirdə işə düzəldə bilməyəcəyini demişdir. O, 1000 manat pulu tam şəkildə tapmaqda çətinlik çəkdiyindən 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb tanışından borc alaraq 500 manat pul əldə edə bildiyini demişdir. Təqsirləndirilən şəxs də həmin pulu onunla görüşüb götürəcəyini, lakin qısa müddət ərzində geri qalan 500 manat pulu da ona verməli olduğunu demişdir. O, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin mart ayında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Qarabağ” kinoteatrının binasının yaxınlığında görüşmüşdür və 500 manat pulu orada Təqsirləndirilən şəxs vermişdir. 500 manat pulu ondan aldıqdan sonra da Təqsirləndirilən şəxs özəl mühafizə şirkətinə işə düzəlməyindən ötrü geri qalan 500 manat pulu da qısa müddət ərzində ona verməli olduğunu təkrar olaraq bildirmiş və o, 2021-ci ilin aprel ayında 500 manat borc olaraq pul tapıb Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradaraq işə düzəlməyindən ötrü ona verməli olduğu pulun geri qalanı olan 500 manatı da tapdığını demmişdir. Lakin Təqsirləndirilən şəxs hal-hazırda Sumqayıt şəhər ərazisində olmadığını, onun Sumqayıt şəhərinə gəlməyini gözləməyinin gec olacağını deyib, ona göndərəcəyi bank kart hesabına özəl mühafizə şirkətinə onu işə düzəltməsindən ötrü 500 manat pulu həmin bank hesabına köçürməyini istəmişdir. Telefon danışığından sonra Təqsirləndirilən şəxs "xxxx" ASC-yə aid olmaqla istifadəçisinin X3 olduğu bank kartının şəkilini ona göndərib, 500 manat pulu həmin bank hesaba köçürməyini demişdir və o, 17 aprel 2021-ci il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “X8” ticarət mərkəzində yerləşən “MilliÖN” terminalı vasitəsilə sözügedən bank kart hesabına 500 manat pulu köçürmüşdür və bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə gün ərzində onun artıq özəl mühafizə şirkətinə işə düzəldəcəyini və bu barədə özünün məlumat verəcəyini demişdir. Lakin uzun müddət Təqsirləndirilən şəxs heç bir məlumat əldə edə bilmədiyi üçün özü onunla əlaqə saxlamışdır. İlk əvvəllər Təqsirləndirilən şəxs səbrli olmağını, onu işə düzəldəcəyini desə də, daha sonra onun əlaqə saxlamağı çətinləşməyə başlamışdır. Aıtıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldığı ona məlum olduğundan Təqsirləndirilən şəxs ona vermiş olduğu 1000 manat pulu geri istəməyə başlamışdır. Lakin bu müddət ərzində nə Təqsirləndirilən şəxs onu işə düzəltmişdir, nə də ondan aldığı 1000 manat pulu geri qaytarmışdır. Bu səbəblə də, o aldadılıb pulunun ələ keçirilməsi barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs onu dəqiq olaraq hansı özəl mühafizə şirkətinə düzəldəcəyini soruşduqda, adını xatırlamadığı özəl mühafizə şirkətində işləyən tanışının olduğunu və rahatlıqla 1000 manat pul qarşılığında onu həmin mühafizə şirkətində işə düzəldəcəyini demişdir, o da Təqsirləndirilən şəxs səmimiyyətinə inanıb bu barədə əlavə sual ona verməmişdir. Təqsirləndirilən şəxs ondan işə düzəlməyi məqsədi ilə heç bir sənəd istəməmişdir. O, Təqsirləndirilən şəxs inandığından işə onu nə vaxt düzəltməyindən başqa heçnə soruşmamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli subütların qiymətləndirilməsinə dair qərardan görünür ki, X6 pulu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 194-cü maddələri ilə və Təqsirləndirilən şəxsh Əbülfət oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmaqla, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini, zərərçəmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və ya tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 07 iyun 2022-ci il tarixli (iş № 1(060)-546/2022) qərarını icra edərək, 11 iyun 2022-ci il tarixli 820 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar