Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-546/2023 27.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsı və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçiiştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bərdə rayonu, Böyük Qəcər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bərdə rayonu, Böyük Qəcər kəndində qeydiyyatda olan, həbs olunana qədər ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 152.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədilə 2022-ci ilin iyul ayının ortalarında, gecə saatlarında yaşadığı ünvan 2 ünvanında yerləşən evin yataq otağındakı çarpayıda aralarında on beş yaş fərq olan, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx xxxxxx 2007-ci il təvəllüdlü X10 ilə onun könüllü razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuş və bu əməlini 2022-ci ilin sentyabr ayınadək mütəmadi olaraq davam etdirmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,609 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib satışını həyata keçirmək üçün özünə məxsus elektron tərəzi vasitəsilə çəkərək 39 (otuz doqquz) ədəd xırda bağlamalara büküb daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 16 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, Sərvan küçəsində yerləşən Qubadlı rayonu B.Əsgərov adına Xələc kənd tam orta məktəbinin qarşısında saxlanılaraq Sumqayıt şəhəri, 8-ci mikrorayon, ünvan 3 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 17:50də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman çiynindən asdığı çantasında “Arqo” markalı siqaret qutusunun içərisində kağız salfetə bükülmüş halda ayrıayrılıqda təmiz çəkiləri 0,012 qram, 0,016 qram, 0,013 qram, 0,015 qram, 0,013 qram, 0,015 qram, 0,014 qram, 0,013 qram, 0,022 qram, 0,018 qram, 0,014 qram, 0,014 qram, 0,015 qram, 0,015 qram, 0,013 qram, 0,012 qram, 0,014 qram, 0,020 qram, 0,014 qram, 0,017 qram, 0,019 qram, 0,021 qram, 0,023 qram, 0,014 qram, 0,014 qram, 0,015 qram, 0,020 qram, 0,015 qram, 0,019 qram, 0,013 qram, 0,018 qram, 0,016 qram, 0,014 qram, 0,016 qram, 0,014 qram, 0,013 qram, 0,012 qram, 0,018 qram, 0,016 qram olmaqla ümumi təmiz çəkisi 0,609 qram qəhvəyi rəngli xarici görünüş əlamatlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birilə eyni olub kustar üsulla hazırlanmış 39 (otuz doqquz) bükümdə narkotik vasitə heroin və narkotik vasitənin xırda bağlamalara bölünərkən çəkisini müəyyən etmək üçün istifadə etdiyi bir ədəd MH-200 markalı işlək vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, zərəçəkmiş şəxs X10 onun bacısı ilə qonşuluqda yaşayırmış və təxminən 2022-ci ilin yanvar ayından Şüküfə ilə tanış olmuş və həmin vaxtdan danışmaqa başlamış, daha sonra isə bir-birlərini sevməyə başlamışlar. Söhbət əsnasında Şüküfə ona yetkinlik yaşına çatmadığını bildirsə də, onlar bir-birlərini sevdiklərindən ailə qurmaq niyyətində olmuşdur. Bu səbəbdən 2022-ci ilin iyul ayının əvvəllərində Şüküfə ilə öz ailələri arasında kiçik yığıncaq təşkil etmiş və Şüküfənin barmağına üzük taxmışlar. Lakin Şüküfənin ögey atası onunla kobud rəftar etdiyinə görə nişan mərasimindən bir həftə sonra təxminən 2022-ci ilin iyul ayının ortalarında Şüküfə onu gəlib öz evlərinə aparmasını xahiş etmişdir. Ona görə də o, iyul ayının ortalarında Şüküfənin yaşadığı evə gəlmiş və onu götürərək birlikdə yaşadığı ünvan 5 ünvanında yerləşən evə gətirmişdir. Həmin gün gecə o, yaşadığı evin yataq otağındakı çarpayıda Şüküfənin razılığı onunla ilk dəfə cinsi əlaqədə olaraq onun bakirləyini pozmuşdur. Bundan sonra Şüküfə ilə ər-arvad münasibətində yaşamağa başlamış və mütəmadi olaraq cinsi əlaqədə olmuşlar. 2022-ci ilin sentyabr ayında Şüküfənin hamilə qaldığını bilmiş, daha sonra yəni 07 fevral 2023-cü il tarixdə müayinə olunmaq məqsədilə Tağıyev qəsəbəsində yerləşən 7 nömrəli Ailə Sağlamlıq mərkəzinə müraciət etmişlər. Xəstəxanada olan zaman Şüküfənin 23-24 həftəlik hamilə olduğu müəyyən olunmuşdur. Bundan sonra Sağlamlıq Mərkəzindən Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə məlumat verilmişlər. 2-ci Polis Bölməsində Şüküfə öz istəyi ilə onunla ailə quraraq birlikdə yaşadıqları barədə ərizə və izahat yazmışdır. Bundan başqa o, tutulmamışdan bir neçə ay əvvəl başlamaqla narkotik vasitələrdən istifadə edirmiş. Belə ki, 16 fevral 2023-cü il tarixdə təxminən saat 17:00 radələrində yeznəsi Ruslan Qarazadə və qonşusu Nurlan adlı şəxslə birlikdə yaşadıqları evin həyətindəki yardımçı tikilidə olarkən, özünə məxsus mobil telefonun üstündə toz halında narkotik vasitə kakosu töküb burnuna çəkmə yolu ilə qəbul etməyə hazırlaşarkən mülki geyimdə olan polis əməkdaşları onun olduğu həmin tikiliyə daxil olmuşlar. Həmin vaxt ortalıq qarışdığından telefonun üzərində toz halında hazırladığı narkotik vasitə yerə dağılmış və polis əməkdaşları həmin narkotik vasitəni görməmişlər. Polis əməkdaşları ona və yeznəsi Ruslana qarşı fiziki zor tətbiq edərək narkotik vasitənin harada olmasını soruşduqda, onlar narkotik vasitə olmadığını bildirmişlər. Polis əməkdaşları ona və yeznəsinə qarşı zor tətbiq etməyə davam edərək özləri ilə gətirdikləri bir ədəd çantada narkotik vasitə olduğunu və həmin narkotik vasitənin ona məxsus olması ilə bağlı sənədləşmə aparacaqlarını bildirmişlər. O, etiraz etdikdə polis əməkdaşları onu hədələyərək özləri ilə gətirdikləri narkotik vasitənin ona məxsus olmasını boynuna almasını, əks halda yaşadığı evə daxil olaraq narkotik vasitəni yaşadığı evdən çıxaracaqlarını bildirmişlər. Bundan sonra o, anasının xəstə olduğunu, həmçinin yoldaşının hamilə olduğunu nəzərə alıb, polis əməkdaşları yaşadığı evə girməsinlər deyə polis əməkdaşlarının dedikləri ilə razılaşmış və həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf edəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları Nurlanı buraxmış, lakin onu və yeznəsi Ruslanı 1-ci Polis Bölməsinə aparmışlar. Bölmədə olan zaman polis əməkdaşları özlərinə məxsus çantadan 60 ədəd büküm çıxaradaraq həmin bükümlərin ona məxsus olması ilə bağlı sənədləşmə aparacaqlarını bildirərək onlara 10000 manat pul verilməsə onu buraxmayacaqlarını bildirmişlər. O, polis əməkdaşlarına pulunun olmadığını bildirdikdə polis əməkdaşları 39 ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd elektron tərəzinin ona məxsus olması ilə bağlı sənədləşmə aparacaqlarını bildirərək, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını və yaşadığı Zeynalabdin qəsəbəsi ərazisində Emin şadlıq sarayının yaxınlığında yerdən tapdığını bildirməsiylə bağlı izahat verməsini və iki gün polis idarəsində saxlanıldıqdan sonra buraxılacağını bildirmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və bundan sonra hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət olunmuşdur. Bölmə də videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının ona verdiyi və çiynindən asdığı bel çantasından siqaret qutusunun içərisində olan 39 ədəd kakos bükümlərini və bir ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlər elektron tərəzidə çəkilmiş və protokol tərtib edilmişdir. Bundan sonra polis əməkdaşlarının ona öyrətdikləri formada izahat yazaraq 39 ədəd narkotik vasitə bükümlərinin ona məxsus olmasını və şəxsi istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitələrin özünə məxsus olmasını bildirməyini etiraf edəcəyi təqdirdə buraxılacağını bildirdiklərinə görə barəsində cinayət işi başlandıqdan sonra ifadə verərkən də izahatında göstərdiklərini təsdiq edərək həmin 39 ədəd narkotik vasitə bükümlərinin və elektron tərəzinin ona məxsus olmasını etiraf etmişdir. Buna baxmayaraq 18 fevral 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Saxlanılarkən polis əməkdaşları onu döysələr də, onun bədənində heç bir xəsarət izi qalmadığından ekspert rəyində onun xəsarətinin olmadığı göstərilmişdir. Bundan başqa o, bölməyə aparılarkən onun avtomobili də polis əməkdaşları tərəfindən bölməyə gətirilmiş və iki gün saxladıqdan sonra atasına geri qaytarmışlar. O, polis əməkdaşları tərəfindən küçədə deyil, yaşadığı həyətin içində olan yardımçı tikilidə tutulduğunu, həyətdə onu saxlayarkən müdafiəçi iştirak etmədiyini və polis əməkdaşları tərəfindən döyüldüyün bildirmişdir. Qeyd olunanları nəzərə alaraq o, narkotik vasitələrin satışını təşkilatçısı kimi deyil, istifadəçisi kimi əməlinin tövsif edilməsini xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxslə də ər-arvad münasibətində olduğunu nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Xəzri yaşayş massivi Sərvan küçəsində yaşayır. 2010-2012-ci illərdə Naxçıvan şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2015-ci ildə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2800 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan sonra isə Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətdiyinə görə Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xaçmaz rayonunda yerləşən 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkmişdir. 14 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Təxminən 6 ay olar ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, narkotik vasitənin “kakos” adlandırılan heroin növündən istifadə edir. Narkotik vasitəni yandırıb tüstüsünü qəbul edir. Narkotik vasitəni Sumqayıt şəhəri ərazisində müxtəlif şəxslərdən əldə edir. 14 fevral 2023-cü il tarixdə Tağıyev qəsəbəsi ərazisində yerləşən “Emin” şadlıq sarayının yaxınlığında piyada hərəkət edən zaman yolun kənarında çiyindən asılma əl çantası görmüşdür. Əl çantası diqqətini çəkdiyinə görə içərisini açıb baxan zaman içərisində bir ədəd bükümdə narkotik vasitə heroin olmasını görmüşdür. Bundan başqa həmin çantanın içərisində bir ədəd boz rəngli elektron tərəzi olmasını görmüşdür. Bundan sonra həmin çantanı götürüb evinə getmişdir. Yaşadığı evin həyətində yerləşən yardımçı tikiliyə keçərək orada həmin bir ədəd böyük bükümü ayrı-ayrı hissələrə bölərək siqaret kağızına büküb eyni ölçüdə olması üçün elektron tərəzi ilə çəkmişdir. Beləliklə ümümlikdə 60 ədəd büküm düzəltmişdir. Bundan sonra həmin bükümlərdən bir neçəsini istifadə etmişdir. Qalan bükümləri isə salfetkaya büküb “Arqo” markalı siqaret qutusunun içərisinə yığmışdır. Narkotik bükümləri olan “Arqo” siqaret qutusunu və tərəzini də həmin əl çantasının içərisinə qoymuşdur. Həmin əl çantasını da həmin yardımçı tikilidə gizlətmişdir. Bundan sonra 2 gün ərzində hər gün gündəlik olaraq həmin bükümlərdən istifadə etmişdir. 39 ədəd büküm isə çantanın içərisində qalmışdır. 16 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində yaşadığı Xəzri yaşayış massivi Sərvan küçəsində yerləşən Qubadlı rayonunun Xələc kənd tam orta məktəbinin qarşısından piyada keçən zaman tanımadığı avtomobil yanında saxlamışdır. 3 nəfər mülki paltarda olan şəxslər düşərək ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məğul olmağı barədə məlumat aldıqlarını deyərək onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. O da çiynindən asdığı çantada narkotik vastə heroin olmasını bildirərək polis əməkdaşlarına etiraz etməmiş və onların idarə etdikləri avtomobilə əyləşmişdir. Polis əməkdaşları onu 1-ci Polis Bölməsinə gətirdikdən sonra təhqiqatçı onu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutaraq müdafiəçi ilə təmin etmişdir. Belə ki, özü Sumqayıt şəhər 1 saylı vəkillər bürosunun vəkili İsməli Kazımovun müdafiəçisi olmasını bildirmişdir. Bundan sonra İsməli Kazımov onun müdafiəçisi kimi çağırılaraq təyin olunmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçi İsməli Kazımovun iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Çiynindən asdığı əl çantasını təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin çantanın içərisinə baxış keçirilən zaman arqo markalı siqaret qutusu və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Siqaret qutusunun içərisinə baxış keçirən zaman salfetkaya bükdüyü 39 ədəd narkotik vasitə bükümləri aşkar edilmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən tək-tək elektron tərəzidə çəkilib çəkiləri qeyd edilmişdir. Daha sonra isə həmin bükümlər ümüumilikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 2,21 qram olması müəyyən edilmişdir. Polis əməkdaşlarına əl çantasından aşkar olunan kütlənin ona məxsus narkotik vasitə heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda həmin narkotik vasitəni tutulmazdan bir neçə gün əvvəl Zeynalabdin qəsəbəsi ərazisində “Emin” şadlıq sarayının yaxınlığında yerdən tapdığını və özü istifadə etmək məqsədilə elektron tərəzidə bükümlərə böldüyünü bildirmişdir. Həmin narkotik vasitə heroin bükümləri və bir ədəd elektron tərəzi təhqiqatçı tərəfindən ayrı-ayrılıqda iki ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri onun, vəkili İsməli Kazımov və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. Hər dəfə narkotik vasitəni qəbul edən zaman çəkisini bilməyi və həddən artıq dozada narkotik vasitə qəbul etməsin deyə həmin narkotik vasitəni təxminən eyni çəkidə olan bir neçə hissələrə bölmüşdür. Narkotik vasitə heroini həmin tərəzi vasitəsilə ayrı-ayrı xırda bükümlərə bölmüşdür. Həmin tərəzi işlək vəziyyətdə olmuşdur. İstər saxlanılan zaman, istərsə də polis bölməsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. “Samsung J 3” markalı mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir. Məhkəmə iclasında Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan şəxs X10 ifadə verərək göstərdi ki, o, ailə qurana qədər Təqsirləndirilən şəxs bacısı ilə qonşuluqda yəni, ünvan 6 ünvanında yaşamışdır. Belə ki, o 01 noyabr 2006-ci ildə doğulsa da doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində doğulduğu tarixin xx xxxxxx 2007-ci il kimi göstərildiyini bildirdi. O, əvvəllər qeyd olunan ünvanda anası Qanuni nümayəndə, ögey atası Əhmədov Cehun, qardaşı Əhmədov Maqsudəli ilə birlikdə yaşamışdır. Elvini də bacısının evinə gəlib-getdiyi vaxtlarda görmüş və ondan xoşu gəlmişdir. 2022-ci ilin yanvar ayından Elvin ilə görüşüb danışmış və bir-birilərini sevməyə başlamışlar. 2022-ci ilin iyul ayının əvvəllərində Elvin ilə öz ailələri arasında kiçik yığıncaq təşkil olunmuş və Elvin onun barmağına üzük taxmışdır. Sonradan evlərində ögey atalığı Cehun ilə yola getmədiyinə görə nişan mərasimindən bir həftə sonra təxminən 2022-ci ilin iyul ayının ortalarında Elvinə onu gəlib öz evlərinə aparmasını bildirmiş və Elvin də gəlib onu yaşadığı ünvan 5 ünvanına aparmışdır. Həmin gecə Elvinin yaşadığı evin yataq otağındakı çarpayıda Elvin onunla ilk dəfə cinsi əlaqədə olub bakirləyini pozmuş və bundan sonra Elvin ilə ər-arvad münasibətində yaşamağa başlayaraq mütəmadi olaraq cinsi əlaqədə olmuşlar. 2022-ci ilin sentyabr ayında hamilə qaldığını öyrənmiş, 07 fevral 2023-cü il tarixdə müayinə olunmaq məqsədilə Tağıyev qəsəbəsində yerləşən 7 nömrəli Ailə Sağlamlıq mərkəzinə müraciət etmişdir. Xəstəxanada olan zaman 23-24 həftəlik hamilə olduğu müəyyən olunmuşdur. Bundan sonra Sağlamlıq Mərkəzindən Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə məlumat verilmişlər. 2-ci Polis Bölməsində öz istəyi ilə Elvin ilə ailə quraraq birlikdə yaşadıqları barədə ərizə və izahat yazmışdır. Bu hadisədən bir neçə gün sonra 16 fevral 2023-cü il tarixdə Elvinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunduğunu eşitdim. Həmin vaxtdan sonra Elvinin ata evində onun valideynləri ilə birlikdə yaşamağa davam etmişdir. Elvin onunla cinsi əlaqədə olan zaman yəni 2022-ci ilin iyul ayının ortalarında 16 yaşının tamam olmadığını bilmişdir. Elvin onunla cinsi əlaqədə olmazdan əvvəl ona qarşı heç bir zor tətbiq etməmiş və hədə qorxu gəlməmişdir, özü onunla könüllü olaraq cinsi əlaqədə olmuşdur. Hazırda onun övladı dünyaya gəlmiş və bundan sonra da Elvinlə ailə kimi yaşayacağını, ona qarşı şikayət və tələbinin olmadığını, ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, 16 fevral 2023-cü il tarixdə Elvin adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində narkotik vasitə gəzdirməsi, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Elvin adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və onun cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar ŞPİnin 1-ci Polis Bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2, polis leytenantı Nihad Rəhimov və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat məlumatına əsasən Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Xəzri yaşayış massivi Sərvan küçəsində yerləşən məktəbin qarşısına gəlmiş və orada Təqsirləndirilən şəxs kənardan müşahidə edib, əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməmiş, lakin onun üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinə gətirmişlər. Bölmədə müdafiəçi dəvət olunmuş və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli bel çantasının içərisindən bir ədəd elektron tərəzi və “Arqo” markalı siqaret qutusu çıxardaraq həmin qutunun içərisində narkotik vasitə heroin bükümləri olduğunu bildirdi. Siqaret qutusuna baxış keçirən zaman içərisindəki salfetkanın arasında 39 ədəd siqaret kağızına bükülmüş bükümlər olması müəyyən edilmişdir. Həmin bükümlərə baxış keçirən zaman spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr aşkar olundu. Təqsirləndirilən şəxs həmin narkotik vasitə bükümlərini 14 fevral 2023-cü il tarixdə Sumqayıt şəhəri Tağıyev qəsəbəsi Xəzri yaşayış massivində yerləşən “Emin” şadlıq sarayının qarşısında yerdən tapdığını və özü istifadə etmək məqsədilə hissələrə bölərək üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 39 ədəd bükümlərdə olan kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 2,21 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bükümlər ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılmış, eyni zamanda bir ədəd tərəzi də qablaşdırılaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X13 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə şahid təqsirləndirilən şəxsin bacısı Şahid4 Əlfəsyaf qızı ifadə verməkdən imtina etmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X3 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 16 fevral 2023-cü il tarixdə təxminən saat 17-18 radələrində qaynı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evin həyətindəki yardımçı tikilidə qaynı Təqsirləndirilən şəxs və onun qonşusu Nurlan ilə birlikdə oturub söhbət edərkən qəflətən qapı açılmış və 4 nəfər mülki geyimli şəxs içəri girərək onu və Nurlanı yerə yıxaraq dizlərini kürək nahiyəsinə qoymuş, digər iki nəfər şəxs isə Təqsirləndirilən şəxs qollarından tutmuşlar. Bundan sonra birinci onu otaqdan bayıra çıxarmış, onun ardıyca Nurlanı çıxarmışlar, daha sonra Təqsirləndirilən şəxs bayıra çıxarmışlar. Bayıra çıxdıqdan sonra Nurlanı buraxmışlar, lakin onu polis əməkdaşları öz avtomobillərinə əyləşdirmiş, Elvini isə özünün avtomobilinə əyləşdirərək, polis əməkdaşları idarə etməklə bölməyə aparmışlar. Onları tutan zaman polis əməkdaşları onu vurmamış, sadəcə yerə yıxaraq kürək nahiyəsinə dizləri ilə sıxmışlar, Təqsirləndirilən şəxs isə polis əməkdaşları tərəfindən döyülməsini görməmişdir. İki gün polis bölməsində saxlanıldıqdan sonra onun barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və məhkəmənin 18 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində aparılan inzibati iş üzrə icraata xitam verilmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X4 vermiş olduğu ifadəsində göstərmişdir ki, 16 fevral 2023-cü il tarixdə internete (Wi-Fi) qoşulmaq üçün atasının yaşadığı Sumqayıt şəhəri Xəzri yaşayış massivi Sərvan küçəsindəki evinə gəlmiş və balkonda dayanıb telefonla məşqul olarkən Təqsirləndirilən şəxs həyətinə 4 nəfər şəxsin daxil olduğunu və həyətdə yardımçı tikiliyə tərəf getdiyini görmüşdür. Az sonra həmin şəxslərin Elvini və Ruslanı qollarından tutaraq küçəyə çıxarmışlar. O, dərhal küçəyə çıxmış və Elvini öz avtomobili ilə, Ruslanı da məktəbin qabağında qara “Nissan” markalı avtomobilə əyləşdirib apardıqlarını görmüşdür. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X5 vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. O, qaynatası ilə bir həyətdə qalır. Belə ki, 16 fevral 2023-cü il tarixdə yaşadığı evin mətbəxində yemək bişirərkən 4 nəfər şəxsin həyətə girdiyini və həyətin digər başında olan toyuq hini deyilən tikiliyə tərəf getmişlər. Həmin vaxt Elvin həyətdə olmuş və gələn adamlar Elvinin əlin buraraq içəri daxil olmuşlar. O, qaynanasına xəbər vermək üçün getmək istəyərkən uşaq ağladığından geri qayıtmışdır. Lakin sonradan Elvini necə və hara aparılmasını görməmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X1 vermiş olduğu ifadəsində göstərmişdir ki, 16 fevral 2023-cü il tarixdə işdə olmuş, ona zəng olunduqdan 10 dəqiqə sonra evə gəlmişdir. O, oğlu Elvinin necə və hansı şəraitdə tutulmasını şəxsən görməmiş, yalnız ailə üzvlərinin dediklərindən eşitmişdir. Polis əməkdaşları onun oğlun tutub apararkən avtobolinidə aparmışlar. Bundan sonra onun oğlunu buraxmaq üçün ondan pul tələb etmiş, lakin onun imkanı olmamışdır. Bundan başqa onun oğlunun avtomobilini 3-4 gün sonra ona geri qaytarmışlar. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilmiş X14 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır. Belə ki, 16 fevral 2023-cü il tarixdə yaşadığı evə gələrkən məhlədə qara rəngli avtomobil dayandığını görmüş və siqnal verib yol istəmişdir. Həmin avtomobil ona yol vermiş və o, keçib getmişdir. Həmin vaxt 3 nəfər şəxsin Təqsirləndirilən şəxs qapısını dartaraq açmaq istədiyini görmüş, lakin həmin şəxslərin kim olduğunu və nə üçün qapını açmaq istədiklərini maraqlanmamışdır. O, həmin gün Təqsirləndirilən şəxs haradan və necə tutulmasını görməmişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2023-cü il tarixli 6/975 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Nö 125 dairəvi möhür əksi olan iki ədəd zərfdə olan; - üzərində Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi qaçdıqda içərisindən 39 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkisi 0,012 qram, 0,016 qram, 0,013 qram, 0,015 qram, 0,013 qram, 0,015 qram, 0,014 qram, 0,013 qram, 0,022 qram, 0,018 qram, 0,014 qram, 0,014 qram, 0,015 qram, 0,015 qram, 0,013 qram, 0,012 qram, 0,014 qram, 0,020 qram, 0,014 qram, 0,017 qram, 0,019 qram, 0,021 qram, 0,023 qram, 0,014 qram, 0,014 qram, 0,015 qram, 0,020 qram, 0,015 qram, 0,019 qram, 0,013 qram, 0,018 qram, 0,016 qram, 0,014 qram, 0,016 qram, 0,014 qram, 0,013 qram, 0,012 qram, 0,018 qram, 0,016 qram ümumi təmiz çəkisi 0,609 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisindən bir ədəd gümüşü rəngli elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 07 mart 2023-cü il tarixli 10/1567 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş MH-200 markalı elektron tərəzinin “ON/OFF” düyməsini basmaqla tərəzinin tablosunda siqnallar yaranır, “TARE” düyməsini basdıqda kalibrovka (sıfırlaşma) olunur, ekranda “0.00” göstəricisi əmələ gəldikdən sonra tərəzinin çəki gözünə hər hansı əşya qoyulduqda ekranda əşyanın çəkisinə uyğun çəki görünmür. Tərəzinin üzərində mexaniki zədə və çatışmamazlıqlar yoxdur, aparılmış tədiqatla elektron tərəzinin işlək vəziyyətdə olmaqla təyinatı üzrə istismara yararsız olduğu müəyyən edildi. Bununla belə, tərəzinin göstəricisinin tam dəqiq olub-olmaması Azərbaycan Respublikaı Antiinhisar və İstehlak bazarına X7 (bundan sonra-Dövlət Agentliyi) müvafiq çəki etalonları vasitəsi ilə müəyyən edilə bilər (ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki təmizləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri bu quruma verilmişdir). İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 mart 2023-cü il tarixli 687 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs Əlfasyaf oğlunda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi yoxdur. Yoxlanılan şəxs Mehərrəmov Elvin Əlfǝsyaf oğlunda hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 fevral 2023-cü il tarixli 197 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 11 mart 2023-cü il tarixli 1442 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə X17 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Sumqayıt Tibb Mərkəzi” PHŞ 7 nömrəli Ailə sağlamlıq mərkəzindən daxil olan 07 fevral 2023-cü il tarixli 18 nömrəli məktubundan görünür ki, H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivində yaşayan xx.xx.2007-ci il təvəllüdlü X10 07 fevral 2023cü il tarixində 7 saylı ASM-ə müraciət etmiş və 23-24 həftəlik hamiləlik diaqnozu ilə qeydiyyata götürülmüşdür. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş X2 görünür ki, 15 may 2023-cü il tarixdə X10 qadın cinsində uşaq doğuşu etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətməsi özünün qismən etiraf xarakterli ifadəsi ilə, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, video görüntülər və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədilə 2022-ci ilin iyul ayının ortalarında, gecə saatlarında yaşadığı ünvan 2 ünvanında yerləşən evin yataq otağındakı çarpayıda aralarında on beş yaş fərq olan, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx xxxxxx 2007-ci il təvəllüdlü X10 ilə onun könüllü razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuş və bu əməlini 2022-ci ilin sentyabr ayınadək mütəmadi olaraq davam etdirmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,609 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib satışını həyata keçirmək üçün özünə məxsus elektron tərəzi vasitəsilə çəkərək 39 (otuz doqquz) ədəd xırda bağlamalara büküb daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 16 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, Sərvan küçəsində yerləşən Qubadlı rayonu B.Əsgərov adına Xələc kənd tam orta məktəbinin qarşısında saxlanılaraq Sumqayıt şəhəri, 8-ci mikrorayon, ünvan 3 ünvanında yerləşən Sumqayıt ŞPİnin 1-ci Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 17:50-də orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman çiynindən asdığı çantasında “Arqo” markalı siqaret qutusunun içərisində kağız salfetə bükülmüş halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,012 qram, 0,016 qram, 0,013 qram, 0,015 qram, 0,013 qram, 0,015 qram, 0,014 qram, 0,013 qram, 0,022 qram, 0,018 qram, 0,014 qram, 0,014 qram, 0,015 qram, 0,015 qram, 0,013 qram, 0,012 qram, 0,014 qram, 0,020 qram, 0,014 qram, 0,017 qram, 0,019 qram, 0,021 qram, 0,023 qram, 0,014 qram, 0,014 qram, 0,015 qram, 0,020 qram, 0,015 qram, 0,019 qram, 0,013 qram, 0,018 qram, 0,016 qram, 0,014 qram, 0,016 qram, 0,014 qram, 0,013 qram, 0,012 qram, 0,018 qram, 0,016 qram olmaqla ümumi təmiz çəkisi 0,609 qram qəhvəyi rəngli xarici görünüş əlamatlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birilə eyni olub kustar üsulla hazırlanmış 39 (otuz doqquz) bükümdə narkotik vasitə heroin və narkotik vasitənin xırda bağlamalara bölünərkən çəkisini müəyyən etmək üçün istifadə etdiyi bir ədəd MH-200 markalı işlək vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası hədləri daxilində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, bu onun özünü müdafiə və cəzadan boyun qaçırması məqsədini daşıyır. Məhkəmə Ruslan Qarayevin barəsində Sumqayıt Şəhər Məhkəməsində baxılmış 3(060)-450/2023 saylı inzibati iş materialını tələb edərək nəzərdən keçirmiş və həmin iş materialında Ruslan Qarayevin 1-ci Polis Bölməsində vermiş olduğu izahatında xx.xx.2023-cü il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin gəzdirilməsi və istifadəsində şübhəli olduğu üçün Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində tədbir keçirmiş, tədbir keçirilən zaman oda Elvinin yanında olmuşdur. O, Elvinin narkotik vasitədən istifadə etməsini bilsə də, satışı ilə məşğul olmasını bilməmişdir. Polis əməkdaşları tədbir keçirib onu Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gətirmişlər. Qeyd olunan izahat onun özü tərəfindən imza olunmuşdur. (Həmin izahatın surəti çıxarılaraq cinayət işi materiallarına əlavə edilir.) Beləliklə məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən dəvət edilmiş şahidlər X3, X5, X1, X4 və X8 ifadələri biri digərini inkar etməklə, ziddiyətli ifadələr vermişlər. Həmin şahidlərin ifadələri iş materialları ilə də sübuta yetməmiş və bu səbəbdən onların ifadələri sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,531 qram narkotik vasitə olan heroin və 1 (bir) ədəd “MH-200” markalı elektron tərəzi Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 165 (yüz altımış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X11 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla o, qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun tutulduğu 16 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,531 qram narkotik vasitə olan heroin və 1 (bir) ədəd “MH-200” markalı elektron tərəzi qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 165 (yüz altımış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 120 (yüz iyirmi) manat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat, ümumilikdə 240 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-546/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-546/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver