Məhkəmə qərarları › İş №1(060)-546/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-546/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-546/2025 13.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1988-ci ildə Ermənistan Respublikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dağ Cəyirli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, fərdi həyət evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs xaricdən avtomobil gətirməkdə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq,həmin işin görülməsi müqabilində 23 may 2024-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi 121 ünvanındakı “Bəyaz Saray” restoranının yaxınlığında yerləşən məhəllədə özünə məxsus **-EE-*** dövlət nömrə nişanlı “Nissan Murano” markalı minik avtomobilində Yeganə Qurbanovudan 3000 manat pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs 3000 manat maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilirərək əməlini etiraf etdi. İbtidai istintaq zamanı geniş ifadə vermədiyini, ifadəsini tam təsdiq etdiyi bildirdi. Bildirdi ki, zərərçəkmiş Yeganədən maşını xarab olduğu üçün borc pul almışdır. Yeganə pulu ona Sumqayıt şəhərində Bəyaz şadlıq sarayının qarşısında maşında ona vermişdir. Lakin Yeganə ikinci dəfə maşın istəməmişdir. Onu nəyə gör ikinci dəfə maşın istəməməsinin səbəbini bilmir. Bildirdi ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı bu ayın 10-u, yəni 10 avqust tarixində tam qaytaracaqdır. Uzun müddətdir ki, işləməmiş, buna görə də bu günə kimi dəymiş ziyandan hər hansısa bir məbləğ ödəyə bilməmişdir. Daha sonra təqsirləndirilən şəxs göstərdi ki, ona bir nəfər şəxsin borclu olduğunu, lakin həmin şəxsdən öz pulunu ala bilmədiyi üçün zərərçəkmişə olan 3000 manat borcunu qaytara bilməmişdir. Əgər ona imkan yaradılarsa işləyib hissə-hissə zərərçəkmiş pulunu qaytarmağa razıdır. Daha sonra əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, protokollar və işin digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində tanınaraq dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin mart-aprel aylarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində səyyar şəkildə ətir satan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs ilə ünsiyyəti yaranıb və bir neçə ay Zərərçəkmiş şəxs ilə ünsiyyətdə olmuşdur. Zərərçəkmiş şəxs onunla birlikdə olan vaxtlar bir neçə dəfə ona məxsus **-EE-*** dövlət nömrə nişanlı “Nissan Murano” markalı minik avtomobilini idarə etmişdir. Zərərçəkmiş şəxs işinin səyyar olduğunu bunun üçün özünə avtomobil almaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs bu işdə köməklik göstərə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs “Turbo.az” internet saytından "Chevrolet“ markalı minik avtomobilini görüb həvəslənmişdir. O, elanda yerləşdirilmiş nömrə ilə əlaqə saxlamışdır. Əlaqə saxladığı şəxs avtomobilin Sumqayıt şəhərində olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs ilə birlidə 23 may 2024-cü il tarixdə Sumqayıt şəhərinə gəlmişdir. “Bəyaz Saray” adlı restoranın yaxınlığındakı məhəllədə avtomobilə baxmışlar. Sonra avtomobili ustaya apararaq müayinədən keçirmişlər. Usta avtomobilin bir neçə nasaz detalının olduğunu və əlavə təmirə ehtiyacı olduğunu bildirmişdir. Belə olduqda Zərərçəkmiş şəxs avtomobili almaqdan imtina etdiyini bildirmişdir. Onlar yenidən Bəyaz Saray restoranının yaxınlığındakı məhəlləyə qayıtmış və avtomobili sahibinə təhvil verərək almaq fikrindən daşındıqlarını bildirmişlər. Sonra hər ikisi avtomobilə əyləşmişlər. O, Zərərçəkmiş şəxs 3000 (üç min) manat pul olduğunu bilirmiş. Həmin vaxt pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs yalandan bildirdimişdir ki, onun tanışı var və o, xaricdən avtomobil gətirir. O, həmin şəxslə danışaraq ucuz qiymətə ekonom avtomobil gətirə biləcəyini bildirmişdir. Beləliklə, Zərərçəkmiş şəxs ona inanaraq 3000 manat pulu ona vermişdir. Onun fikri bir neçə ay sonra həmin pulu geri qaytarmaq və avtomobili gətirməyin mümkün olmadığını demək olmuşdur. 23 may 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Bəyaz Saray” adlı restoranın yaxınlığında yerləşən məhəllədə ona məxsus **-EE-*** dövlət nömrə nişanlı “Nissan Murano” markalı minik avtomobilində Zərərçəkmiş şəxs 3000 manat pulu almışdır. Sonra onlar Bakı şəhərinə qayıtmışlar. Həmin vaxt onun mobil telefonu nasaz vəziyyətdə olmuşdur və zəng danışıqlarında kəsilmələr olurdu. Zərərçəkmiş şəxs ona nə üçün yeni mobil telefon almadığını soruşduqda Zərərçəkmiş şəxs yalandan bildirmişdir ki, iş yoldaşı onun adına kredit götürüb və gecikmə salıb. Buna görə ona kredit verilmir. Belə deməkdə məqsədi Zərərçəkmiş şəxs onun işsiz olduğunu bilməməsi olmuşdur. Çünki o, Zərərçəkmiş şəxs polis əməkdaşı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs özü ona təklif etmişdir ki, öz adına mobil telefon götürsün və ona versin. O, da hər ay ödənişləri etsin. O, Zərərçəkmiş şəxs ilə razılaşmış və 25 may 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Kontakt Home” mağazasına getmişlər. Zərərçəkmiş şəxs 1000 manat dəyərində olan “Poco” markalı mobil telefon alaraq ona vermişdir. O, hər ay 53 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Aradan bir neçə ay keçdikdən sonra Zərərçəkmiş şəxs ondan 3000 (üç min) manat pulunu geri qaytarmağını tələb etmişdir. 2024-cü ilin iyul ayında ondan şikayət etmişdir. O, Zərərçəkmiş şəxs pulunu hissə-hissə qaytarmağını təklif etmişdir. Belə ki, hər ay 500 manat olmaqla onun pulunu geri qaytaracağını, hətta onu aldatdığı üçün əlavə 1000 manat da ödəyəcəyini bildirmişdir. Lakin, maddi vəziyyəti çətin olduğu üçün Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir. Sonra Zərərçəkmiş şəxs onun barəsində etdiyi müraciət araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. Sumqayıt ŞPİ-nin İŞ-dən onunla əlaqə saxlanılaraq barəsində cinayət işi açıldığı və ifadə vermək üçün Sumqayıt ŞPİ-nin İŞ-nə yaxınlaşmalı olduğu bildiririlmişdir. Lakin, o, Zərərçəkmiş şəxs pulunu geri qaytardıqdan sonra polis idarəsinə yaxınlaşmağı fikirləşmişdir. 02 may 2025-ci il tarixdə Bakı şəhərində olan zaman polis əməkdaşları onu saxlamışlar və axtarışda olduğunu bildirərək Sumqayıt ŞPİ-nə gətirmişlər. Etdiyi əməldən peşimandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, protokollar və işin digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, O, səyyar şəkildə dırnaq ustası kimi və müxtəlif cür ətir məhsulları satmaqla məşğuldur. 2024-cü ilin təxminən mart-aprel aylarında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Elvin onun müştərisi olmuşdur və tanışlıqları belə yaranmışdır. Təqsirləndirilən şəxs ona polis əməkdaşı olduğunu, Suraxanıı RPİ-də işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona səyyar şəkildə işlədiyi üçün çox əziyyət çəkdiyini, ona avtomobil almaqda köməklik edə biləcəyini bildirmişdir. O, həqiqətən fiziki cəhətdən yorulduğu və səhhətində müəyyən problemlər olduğu üçün avtomobil almaq fikri ağlına batmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, Sumqayıt şəhərində tanışları var və ucuz qiymətə ona avtomobil təşkil edə bilər. O, rəhmətlik anasından miras qalan bir neçə ədəd qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxsla birlikdə Gənclik ərazisində lombarda sataraq 3000 (üç min) manat pul əldə etmişdir. 23 may 2024-cü il tarixdə o, Elvinlə birlikdə Sumqayıt şəhərinə “Bəyaz Saray” şadlıq sarayının yanında yerləşən məhəlləyə gəlmişdir. O, Elvinin avtomobilində əyləşib gözləmişdir. Elvin maşından düşmüş və markasını və dövlət nömrə nişanını dəqiq xatırlamadığı metallik rəngli avtomobilin yanında bir nəfər şəxslə söhbət etmişdir. Daha sonra o düşərək avtomobilə baxmışdır. Lakin, avtomobil ilk görünüşdən onun xoşuna gəlməmişdir. Daha sonra Elvinlə birlikdə avtomobili müayinəyə aparmışdır. Müayinə zaman usta avtomobilin təmir xərclərinin çox olduğunu bildirmişdir. Belə olduqda o, avtomobili almaq fikrindən daşınmışdır. Onlar yenidən “Bəyaz Saray” şadlıq sarayının yaxınlığında yerləşən məhəlləyə gəlmişlər. Avtomobilin sahibi gəlmiş və Elvin avtomobilin açarlarını həmin şəxsə təhvil vermişdir. Daha sonra Elvin ona bildirmişdir ki, onun başqa bir tanışı var və o xaricdən avtomobillər gətirir. 3000 manat pulu həmin şəxsə versələr əlində maya olar və tezliklə daha keyfiyyətli avtomobil gətirər. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin şəxsin kim olduğunu bilmir, onu tanımır. Bu vaxt Elvin bildirmişdir ki, həmin şəxs onun uşaqlıq dostudur və o, bu işə cavabdehdir. Belə olduqda o, Təqsirləndirilən şəxs vədinə inanmış və 3000 (üç min) manat pulu Bəyaz Saray şadlıq sarayının yaxınlığında yerləşən məhəllədə Eİvin Mansurovun avtomobilində ona vermişdir. Elvin pulu götürmüş və qısa zamanda ona xaricdən ekonom avtomobil gətizdirəcəyini bildirdi. Bundan əlavə o, Elvinlə telefon vasitəsilə əlaqə saxlayan zaman danışıqları mütəmadi olaraq kəsilirdi. O, Elvinə özünə yeni telefon almasını məsləhət bilmişdir. Elvin dostunun onun adına götürdüyü kreditləri gec ödədiyi üçün bankda adına gecikmə yarandığını, buna görə kreditlə telefon ala bilmir. Elvin ondan öz adına telefon götürərək onun istifadəsinə verməsini, hər ayın ödənişlərini vaxtı- vaxtında özü ödəyəcəyini xahiş etmişdir. Belə olduqda 2024-cü ilin may ayının sonlarında onlar Nərimanov rayonunda yerləşən “Kontakt Home" mağazasına getmişlər. Təqsirləndirilən şəxs onun adına 1000 manat dəyərində “POCO” markalı mobil telefon götürmüşdür. Kredit şərtlərinə görə 12 ay müddətində ayda 53 manat ödənilməli idi. Həmin vaxtdan bir müddət keçdikdən sonra Elvin artıq onun zənglərinə cavab verməmiş, hansı avtomobil sifariş etdiyini, avtomobilin nə zaman ölkə ərazisinə gətiriləcəyini soruşduqda qeyri- müəyyən cavablar verərək telefonu söndürmüşdür. Artıq bir neçə ay keçdikdən sonra Elvin onun telefon zənglərinə cavab verməmişdir. Belə olduqda o Təqsirləndirilən şəxs onu aldatdığını, yalan vədlər verərək 3000 (üç min) manat pulunu ələ keçirdiyini anlamış və bu barədə DİN-in “102" xidməti-zəng mərkəzinə müraciət etmişdir. Onun ilkin müraciəti Nərimanov RPİ-nin 17-ci polis şöbəsində, sonra isə Nərimanov RPİ-nin İŞ-də araşdırılmışdır. Həmin araşdırma müddətində Təqsirləndirilən şəxs ona ayda 500 manat olmaqla ödəniş etməyi, hətta şikayətini götürməyi üçün əlavə olaraq 1000 manat ödəyəcəyini bildirmişdir. O, Elvinə artıq pul istəmədiyini, 3000 manat pulunu geri qaytarmağını və onun adına aldığı mobil telefonun kreditini ödəməyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs vədinə əməl etməyərək ona heç bir ödəniş etməmişdir. Əksinə Təqsirləndirilən şəxs bu müddət ərzində ona müxtəlif səsli mesajlar göndərərək polis əməkdaşı olduğunu, ona heç kimin heçnə edə bilməyəcəyini bildirmişdir. Daha sonra, zərərçəkmiş şəxs X3 təqsirləndirilən şəxsdən 3000 manat pulunun qaytarılmasını tələb etdiyini, onunla barışmadığını, təqsirləndirilən şəxsin qanuna müvafiq qaydada cəzalandırılmasını tələb etdiyini göstərmişdir. Cinayət işinin materiallarında olan 05 may 2025-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi «Samsung» markalı mobil telefonunun “Galareya” bölmündə Təqsirləndirilən şəxs məxsus 3 ədəd səs yazısına baxış keçirildi. Səs yazılarından biri 22 saniyə həcmindədir. Həmin səsə yazısını oynatdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hər ay 500 manat olmaqla 4000 manat pul verməyi, yaxud da ayın sonunda 3000 manat pulu tam şəkildə verməyi təklif edir. Digər səs yazısına daxil olduqda səs yazısının həcminin 25 saniyə olduğu görünür. Səs yazısını oynatdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs polis əməkdaşı olduğunu, buna görə onun barəsində edilmiş müraciətlərə baxılmayacağını bildirməsi qeyd olunur. Cinayət işinin materiallarında olan 20 may 2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yeri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra o özünün göstərdiyi marşurutla ünvan 3 ünvanında yerləşən “Bəyaz Saray” restoranının qarşısına gedildi. Yeganə Mansurova “Bəyaz Saray” restoranının yaxınlığındakı məhəlləni göstərərək 23 may 2024-cü il tarixdə günorta radələrində Təqsirləndirilən şəxs ilə birlikdə həmin məhəllədə sonuncuna məxsus avtomobildə olan zaman 3000 manat pul vəsaitini ona verdiyini bildirdi. Cinayət işinin 41-ci vərəqəsində olan 01 may 2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 78-79-cu vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, diskə baxış protokolu və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakı ələ keçirmə –min manatdan iki min manatadək miqdarında cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı,cinayətin törədildiyi vaxtdan bir ildən artıq vaxt keçməsinə baxmayaraq təqsirləndirilən şəxsin zərərçəkmişə vurduğu zərərin heç bir hissəsinin ödənilməməsi, ziyanın ödənilməsinə cəhd belə edilməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsl oğlunun 01 may 2025-ci il tarixdən 03 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 13 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmaldır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs, onun mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli билинсин вя ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdən 03 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs, onun mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar