Məhkəmə qərarları › İş №1(060)-547/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-547/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-547/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanda yaşamış, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0.552 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 15 aprel 2025-ci il tarixdə, saat 16:54-də Sumqayıt ŞPİ-nin 1 -ci PB-nin əməkdaşları tərəfindən ünvan 4-nın yaxınlığında keçirilən əməliyyataxtarış tədbirlərin nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin əynində olan boz rəngli idman şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,312 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 11.59 radələrində Sumqayıt ŞPİ- nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məşədi Əliyev küçəsi, ev 65 ünvanının qarşısında küçədə saxlanılaraq üzərinə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,312 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir. Xeyli vaxtdır ki, psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən istifadə edir. 2025-ci ilin aprel ayının ortalarında Sumqayıt şəhərində Daş Bazarı deyilən ərazidən tanımadığı şəxsdən 10 manata bir büküm kakos almışdır. Həmin gün Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Özü könüllü olaraq aldığı bir büküm kakosu çıxarıb təqdim etmişdir. Bundan sonra 2025-ci ilin may ayının əvvəllərində Bakı şəhərində 20 yanvar metrosu yaxınlığından tanımadığı şəxsdən bir büküm metamfetamini 15 manata almışdır. Həmin gün Corat qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılmış, aldığı metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Əvvəllər də narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Çox tarixləri dəqiq xatırlamır. İstintaqda hər şeyi olduğu kimi göstərmişdir. İfadəsini tam təsdiq edir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmədə elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhər,i 17ci mikrorayon, Daşbazarı adlı yerdə olan zaman əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq “mal’ təşkil edə biləcəyini bildirmişdir. O, həmin şəxsə 10 manat verərək öz şəxsi istifadəsi üçün bir büküm “kakos” almışdır. Aldığı bükümü əynində olan boz rəngli idman şalvarının sol yan cibinə qoymuşdur. Sonra o piyada Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisindən yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsinə tərəf hərəkət etmişdir. Sumqayıt şəhəri Corat küçəsi ev 506-nın yaxınlığına çatdıqda bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, Sumqayıt ŞPİ-nin 1 -ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etmişlər. Polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu, bu səbəbdən üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. İlk olaraq polis əməkdaşları ona üzərində əldə edilməsi, istifadəsi, daşınması qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyini tələb etmişlər. O, həmin vaxt əynində olan boz rəngli idman şalvarının sol yan cibində saxladığı bir ədəd bükümü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün “kakos” olduğunu, həmin gün təxminən yarım saat öncə Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən Daş bazarı adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra onun polis əməkdaşlarına təqdim etdiyi büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa ifadəsində bildirmişdir ki, psixi pozuntusu yoxdur, dispanserdə qeydiyyatda deyil, əlilliyi yoxdur. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məşədi Əliyev küçəsində yerləşən ev 65 saylı evin qarşısında küçədə tək piyada hərəkət edən zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini Sumqayıt şəhər polis idarəsinin əməkdaşları kimi təqdim etmiş və onu narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə videoçəkiliş ilə baxış keçiricəklərini izah etmişlər. O, etiraz etməmiş, bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmadığını, müsbət halda təqdim etməsini bildirmişlər. Bundan sonra o əynində olan şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin kütlə patı deyilən psixotrop maddə metamfetamindir, həmin bir bükümdə olan kütləni Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 15 manata alıb üstündə saxlamışdır. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra isə ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat tədbirləri keçirilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 16:45-də əməliyyat müşahidəsinə götürülmüş və o, saat 16:54-də ünvan 4 ünvanının yaxınlığında əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan ağ rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu bir büküm qəhvəyi rəngli maddə kütləsi narkotik vasitə heroinə bənzər kütlə olan bükümü baxışa təqdim etmişdir. O, Təqsirləndirilən şəxs baxışa təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs “kakos” deyə cavab vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs narkotik vasitəni saxlanılmamışdan yarım saat qabaq Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində saxladığını, öz istifadəsi üçün əldə etdiyini, ağrıları olduğu üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1.24 qram olmuşdur. Sonra həmin büküm ağ rəngli zərfə qoyularaq möhürlənmiş və zərf möhürlənərək üzərində imza və adlar qeyd edilmişdir. Sonra sənədləşmə prosesinin davam etdirilməsi üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısına təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat tədbirləri keçirilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 11:45-də əməliyyat müşahidəsinə götürülmüş və o, saat 11:59-da ünvan 5 ünvanının yaxınlığında əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçün saxlanıldığını bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində saxlamış olduğu bir büküm ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə kütləsi psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümü baxışa təqdim etmişdir. Təqsirləndirilən şəxs baxışa təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda o, “şüşə” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni Bakı şəhəri, “20 yanvar” ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0.43 qram təşkil etmişdir. Sonra həmin büküm ağ rəngli zərfə qoyularaq möhürlənmiş və zərf möhürlənərək üzərində imza və adlar qeyd edilmişdir. Sonra sənədləşmə prosesinin davam etdirilməsi üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin inzibati binasına aparmışlar. Məhkəmədə Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 87-ci vərəqəsində olan 15 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 140-141-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan 01 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-70-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 15 aprel 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən Video İMG-5768 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 10 dəqiqə 11 saniyədən ibarətdir. Videogörüntünün ilk saniyələrində iki nəfər mülki geyimli şəxsin irəlilədiyi görünür. Sonra həmin şəxslər qarşı tərəfdən gələn şəxsin üzərinə gedərək həmin şəxsin qollarından tutur və polis əməkdaşları olduqlarını bildirirlər. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 olduğunu bildirir. Daha sonra digər polis əməkdaşları Əşrəflin Eyvaz və Şahid6 özlərini təqdim edirlər. Daha sonra polis əməkdaşı Şahid4 saxlanılmış şəxsə özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçün saxlanıldığını bildirir. Sonra polis əməkdaşı Şahid4 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan ağ rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu bir büküm qəhvəyi rəngli maddə kütləsi narkotik vasitə heroinə bənzər kütlə olan bükümü baxışa təqdim etdi. Polis əməkdaşı Təqsirləndirilən şəxs baxışa təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda o, “kakos” deyə cavab verir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, o narkotik vasitəni saxlanılmamışdan yarım saat qabaq Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata alaraq üzərində saxladığını öz istifadəsi üçün əldə etdiyini, ağrıları olduğu üçün istifadə etdiyini bildirdi. Bundan sonra büküm elektron tərəzidə çəkildi və çəkisi 1.24 qram təşkil etdi. Sonra həmin büküm ağ rəngli zərfə qoyularaq möhürləndi və zərf möhürlənərək üzərində imza və adlar qeyd edilərkən videogörüntü başa çatır. Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 01 may 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən Video İMG- VhatsApp -2025-05-02 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 06 dəqiqə 15 saniyədən ibarətdir. Videogörüntünün ilk saniyələrində iki nəfər mülki geyimli şəxsin irəlilədiyi görünür. Sonra həmin şəxslər qarşı tərəfdən gələn şəxsin üzərinə gedərək həmin şəxsin qollarından tutur və polis əməkdaşları olduqlarını bildirirlər. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 olduğunu bildirir. Daha sonra digər polis əməkdaşları Şahid2 və Şahid3 özlərini təqdim edirlər. Daha sonra polis əməkdaşı Şahid1 saxlanılmış şəxsə özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Polis əməkdaşı Şahid1 01 may 2025-ci il tarix saat 12:00 olduğunu bildirir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçün saxlanıldığını bildirir. Sonra polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində saxlamış olduğu bir büküm ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə kütləsi psixotrop maddə metamfetaminə bənzər kütlə olan bükümü baxışa təqdim etdi. Polis əməkdaşı Təqsirləndirilən şəxs baxışa təqdim etdiyi kütlənin nə olduğunu soruşduqda o, “şüşə” deyə cavab verir. Daha sonra polis əməkdaşı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, o psixotrop maddəni Bakı şəhəri, “20 yanvar” ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata alaraq üzərində saxladığını bildirdi. Bundan sonra büküm elektron tərəzidə çəkildi və çəkisi 0,43 qram təşkil etdi. Sonra həmin büküm ağ rəngli zərfə qoyularaq möhürləndi və zərf möhürlənərək üzərində imza və adlar qeyd edilərkən videogörüntü başa çatır. Cinayət işinin materiallarında olan “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” 15 aprel 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən document_**********339917216 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 08 dəqiqə 54 saniyədən ibarətdir. Videogörüntü Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov özünü təqdim etməsi ilə başlayır. Daha sonra təhqiqatçı polis əməkdaşlarına özlərini təqdim etməsini bildirir və polis əməkdaşları özlərini təqdim edir. Sonra saxlanılmış şəxsə dövlət hesabına təyin edilmiş müdafiəçi Sumqayıt şəhər 1 sylı vəkil bürosunun vəkili X12 özünü təqdim edir. Sonra saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir və bu barədə protokolu ona təqdim edir. Təqsirləndirilən şəxs protokolla tanış olur. Sonra təhqiqatçı ağ rəngli zərfi Təqsirləndirilən şəxs təqdim edərək üzərindəki imzanın ona aid olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs imzanın ona aid olduğunu təsdiq edir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs zərfin içərisində “kakos” olduğunu, saxlanıldığı gün Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirdi. Həmin bükümü üzərində saxlamaqda məqsədi narkotik vasitəni özü istifadə etmək idi. Təhqiqatçı tərəfindən zərf açılaraq içərisindəki bükümə baxış keçirilir və büküm elektron tərəzidə çəkilərək çəkisinin 1.26 qram olması müəyyən edilir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə yenidən baxış baxış keçirir və Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilmir. Sonra müdafiəçi Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və hədəyə məruz qalıb-qalmadığını soruşur və Təqsirləndirilən şəxs heç bir təzyiqə məruz qalmadığını bildirir. Cinayət işinin materiallarında olan “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” 01 may 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən VİP-20250502- VA002 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 03 dəqiqə 31 saniyədən ibarətdir. Videogörüntü Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsəvər Quliyevin özünü təqdim etməsi ilə başlayır. Daha sonra təhqiqatçı polis əməkdaşlarına özlərini təqdim etməsini bildirir və polis əməkdaşları özlərini təqdim edir. Sonra saxlanılmış şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir və bu barədə protokolu ona təqdim edir. Təqsirləndirilən şəxs protokolla tanış olur. Sonra Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi X1 təqdim edilir. Sonra təhqiqatçının sualına cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq üzərinə baxış keçirildiyini və üzərindən bir büküm psixotrop maddə mütamfetaminə bənzər kütlə aşkar edilərək götürüldüyünü, həmin bükümün çəkildiyini və çəkisinin 0.413 qram olduğunu bildirir. Sonra təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış bükümün içərisindəki kütlənin “şüşə” olduğunu bildirir. Sonra təhqiqatçı tərəfindən yenidən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin heç bir şey aşkar edilmir. Sonra Təqsirləndirilən şəxs müdafiəçinin sualına cavab olaraq onu saxlayan əməkdaşların hazırda yanında olan əməkdaşlar olduğunu, üzərindən aşkar edilmiş bükümün ona aid olduğunu və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 aprel 2025-ci il tarixli, 20/200 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Arayışlar üçün№ 125” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə; saxlanılan şəxs: /imza/ Təqsirləndirilən şəxs; Vəkil: /imza/ E.Məcidov; İştirakçılar: /imza/ N. Qəhrəmanov;/imza/ Şahid5; /imza/Şahid6; Təhqiqatçı/imza/ R.Məhərrəmov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0.552 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi-0,552 qram, tədqiqata sərf olundu-0,03 qram, qalıq-0,522 qram. Cinayət işinin materiallarnda olan məhkəmə-kimyəvi ekspertizasının 01 may 2025ci il tarixli, 20/256 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxalanılan şəxs Təqsirləndirilən şəxs Əliyoldaş .....” sözlər və imzalar olan zərfdəki, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.312 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi - 0.312 qr tədqiqata sərf edildi- 0.05 qr, qalıq- 0.262 qr. Cinayət işinin materiallarında olan “Maddi sübutun tanınması haqqında” qərardan görünür ki, X5 19 fevral 2025-ci il tarixdə aşkar olunaraq götürülmüş 0.683 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 0.633 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün sübutların saxlanc otağına təhvil verilmişdir. Həmçinin həmin qərardan görünür ki, “ƏAT keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 02 ədəd “DVD” disklər və “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 02 ədəd “DVD” disklər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2025-ci il tarixli 3562 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi miiəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cii il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 –ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cii il tarixli qərarı ilə cəzsınm çəkilməmiş 03 (üç) ay 13 (on üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Sumqayıt şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki, hökm ilə təyin edilmiş cəzaya ilə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan mtetamfetamini və narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi və əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs oğunun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 01 may 2025ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3562 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,262 qram psixotrop maddə olan metamfetamin və 0,522 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 123 (yüz iyirmi üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə təyin edilmiş 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs cinayətlərin məcmüsü üzrə qəti olaraq 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 13 mart 2025-ci ildən 15 mart 2025-ci il tarixədək olan 2 gün,15 aprel 2025-ci ildən 17 aprel 2025-ci il tarixədək olan 2 gün, cəmi 4 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 il 2 ay 26 gün müdətə azadlıqdan mhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,262 qram psixotrik maddə olan mtetamfetamin və 0,522 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 123 (yüz iirmi üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar