Məhkəmə qərarları › İş №1(060)-548/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-548/2021

22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-548/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs, xx.xx.1991-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 30 ünvanında qeydiyyatda olan və ünvan 1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07.05.2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsindən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,267 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 08 may 2021-ci il tarixdə saat 16:20də Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli olmasıyla bağlı Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində saxlanılaraq bölməyə gətirilmiş və 4-cü X5 Səmədlinin üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızının içərisində olan 1 ədəd səffaf rəngli sellofona bükülmüş təmiz çəkisi 0,267 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki xeyli vaxtdır ki, narkotik aludəçisi olduğundan tez-tez ağrıları olur. Hazırda da narkotik vasitə qəbul etdiyinə görə 07.05.2021-ci il tarixdə təxminən axşam saatlarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində olduqda tanımadığı şəxslə söhbət zamanı onda narkotik vasitə olan heroin olduğunu bilmiş və ağrıları olduğu üçün ona 20(iyirmi) manat verərək bir ədəd şəffaf rəngli sellofona bükülmüş narkotik vasitə olan heroni almışdır. O, həmin heroini ağrıları olduqda istifadə etməyi fikirləşmiş, o, həmin bükülünü gümüşü rəngli siqaret kağızına bükərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş, o, adətən narkotik vasitəni üstündə gəzdirmişdir ki, ağrıları olduğu zaman gizlin yer taparaq istifadə etsin. Həmin günü ağrıları olmadığından narkotik vasitəni istifadə etməmişdir. 08.05.2021-ci il tarixdə saat 16:20 radələrində Sumqayıt şəhəri, 1-ci mkr ərazisində piyada hərəkətdə olarkən ona 3 nəfər mülki geyimdə şəxslər yaxınlaşaraq onu saxlayıb Sumqayıt şəhəri, 4-cü Polis Bölməsinin inzibati ərazisində oğurluq hadisələri etməkdə şübhəli olduğunu ona deyərək bölməyə dəvət etmişlər və o da etiraz etməmişdir. O, bölməyə getdiyi müddətdə onsuzda üzərində olan narkotik vasitənin aşkar olunacağını fikirləşdiyi üçün polis əməkdaşlarına üzərində narkotik vasitə olan heroin olduğunu demişdir. Onlar bölməyə çatdıqdan sonra xidməti otaqların birində video çəkilişlə onun üzərində axtarış keçiriləcəyini demişlər. Xidməti otaqların birində video çəkiliş işə salınmaqla polis formasında olan şəxs özünü təqdim edərək təhqiqatçı olduğunu söyləmiş və ona özünü təqdim etməyi söyləmişdir. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, daha sonra digər şəxslər də özlərini təqdim etmişlər. Təhqiqatçı ona Sumqayıt şəhəri 1-ci mkr ərazisində oğurluq hadisələrində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını və bura gətiriləndə üzəridə narkotik vasitə olduğunu dediyini söyləmişdir. O da təhqiqatçıya üzərində narkotik vasitə olduğunu söylədiyini demiş, sonra təhqiqatçı üzərində qanunsuz olaraq narkotik vasitə olduğu üçün üzərində çəkilişlə şəxsi axtarış keçiriləcəyini deyərək onu hüquq və vəziləri ilə tanış etmişdir. O, hüquq və vəzifələri ilə tanış olduqdan sonra onun hüquqlarını Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili Elşad İsayevin müdafiə edəcəyini deyərək vəkili də ona təqdim etmişdir. Sonra təhqiqatçı ona üzərində qanunsuz olan əşyaları təqdim etməsini söyləmişdir. O da üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə olan bükülünü çıxardaraq təqdim etmişdir. Təhqiqatçı həmin bükülünü onun iştirakı ilə açaraq baxmış, daha sonra tərəziyə qoyaraq həmin narkotik vasitəni çəkmiş və narkotik vasitənin çəkisi 0,32 qram olmuşdur. Sonra təhqiqatçı ona həmin bükülünün nə olduğunu, haradan, neçəyə, kimdən aldığını soruşduqda, o da ona onun “kokos” olduğunu, 07.05.2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsindən tanımadığı şəxsdən özü istifadəsi üçün 20 manata aldığını demişdir. Ondan sonra vəkil də ona bölmədə hər hansı təzyiq olubolmadığını, həmin narkotik vasitənin ona məxsus olub-olmadığını soruşmuş və o da ona hər hansı təzyiq olmadığını, narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Sonra təhqiqatçı onun üzərində başqa nəsə olub-olmadığını yoxlamaq üçün üzərinə baxış keçirtmiş və üzərindən əlavə olaraq 13 ədəd 1 manatlıq əskinas və 1 ədəd 5 manatlıq əskinas olmaqla ümumilikdə 18 manat pul çıxmış, sonra təhqiqatçı həmin pulun araşdırma üçün əhəmiyyət kəsmədiyindən özünə qaytarmış, daha sonra isə həmin kütləni müvafiq qaydada qablaşdırmışlar, o və digər iştirakçılar imza etmişlər. Bundan başqa o, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə olan heroini 07.05.2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manata almış, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində təsadüfən həmin tanımadığı şəxslə söhbət əsnasında onun narkotik vasitə satdığını bilmiş və onun da ağrıları olduğu üçün ona 20 manat verərək narkotik vasitə olan heroini almış, o narkotik vasitənin alqı-satqısı ilə məşğul olmamış və yalnız özü istifadə etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 08.05.2021-ci il tarixdə saat 16:20 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PBnin əməliyyat müvəkkili, polis mayoru Şahid2, həmin bölmənin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə xidmətdə olarkən Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində bir nəfər şəxsi saxlayıb ona Sumqayıt şəhəri 4-cü Polis Bölməsinin inzibati ərazisində oğurluq hadisələri etməkdə şübhəli olduğunu deyərək bölməyə dəvət etmişlər, o da etiraz etməmişdir. Həmin şəxs onlarla bölməyə gedərkən üzərində narkotik vasitə olan heroin olduğunu demiş, bölməyə çatdıqdan sonra xidməti otaqların birində video çəkilişlə üzərində axtarış keçiriləcəyi bildirilmişdir. Xidməti otaqların birində video çəkiliş işə salınmaqla təhqiqatçı Kənan Hacıyev özünü təqdim etmiş, ona da özünü təqdim etməsini söyləmiş, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, daha sonra onlarda özlərini təqdim etmişlər. Təhqiqatçı ona Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində oğurluq hadisələrində şübhəli olduğu üçün saxlanıldığını və ora gətiriləndə üzərində narkotik vasitə olduğunu dediyini söyləmişdir. O da təhqiqatçıya üzərində narkotik vasitə olduğunu söylədiyini demiş, sonra təhqiqatçı onun üzərində qanunsuz olaraq narkotik vasitə olduğu üçün üzərində çəkilişlə şəxsi axtarış keçiriləcəyini deyərək onu hüquq və vəzifələri ilə tanış etmişdir. O, hüquq və vəzifələri ilə tanış olduqdan sonra, təhqiqatçı Kənan Hacıyev onun hüquqlarını Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili Elşad İsayevin müdafiə edəcəyini deyərək vəkili də ona təqdim etmiş, o vəkilə etiraz etməmişdir. Sonra təhqiqatçı ona üzərində qanunsuz olan əşyaları təqdim etməsini söyləmiş, o da üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə olan bükülünü çıxardaraq təqdim etmişdir. Təhqiqatçı həmin bükülünü onun iştirakı ilə açaraq baxmış, daha sonra tərəziyə qoyaraq həmin narkotik vasitəni çəkmiş və narkotik vasitənin çəkisi 0,32 qram olmuşdur. Sonra təhqiqatçı ona həmin bükülünün nə olduğunu, haradan, neçəyə, kimdən aldığını soruşduqda, o da onun “kakos” olduğunu, 07.05.2021-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsindən tanımadığı şəxsdən özü istifadəsi üçün 20 manata aldığını demişdir. Ondan sonra vəkil də ona bölmədə hər hansı təzyiq olubolmadığını, həmin narkotik vasitənin ona məxsus olub-olmadığını soruşmuş və o da ona hər hansı təzyiq olmadığını, narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Sonra təhqiqatçı onun üzərində başqa nəsə olub-olmadığını yoxlamaq üçün üzərinə baxış keçirtmiş və üzərindən əlavə olaraq 13 ədəd 1 manatlıq əskinas və 1 ədəd 5 manatlıq əskinas olmaqla ümumilikdə 18 manat pul çıxmışdır. Sonra təhqiqatçı həmin pulun araşdırma üçün əhəmiyyət kəsmədiyindən özünə qaytarmışdır. Sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Bundan sonra Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar bu barədə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Məhkəmədə ifadələri tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, həmin bölmənin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı X4 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı Şahid4 da Şahid1lə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 09.05.2021-ci il tarixli, 6/1875 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN “Zərflər üçün №128” dairəvi möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,267 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 08.07.2021-ci il tarixli, 2208 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08.05.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 10.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08.05.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserin 1872 saylı, 21.05.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı var. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müayinə olunan şəxs üzrə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində olan 02.12.2016-cı il təvəllüdlü X1 iflic xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və İsmayıllı rayon məhkəməsinin 30.01.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 29.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin residivi müəyyən edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin elan edilmiş ifadələrini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 oğlu Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 08.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,217 qram qalıq çəkisi qalmış narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08.05.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,217 qram qalıq çəkisi qalmış narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 oğlu Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Turan Bank” 1 saylı Sumqayıt filialında olan hesabına ((№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar