Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-548/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Füzuli rayonu- nun Zərgar kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məş- ğul olan, əvvəllər məhkum olunma- mış, Füzuli rayonunun Zərgar kəndin- də qeydiyyatda olan, Sumqayıt şəhə- ri, 12-ci mkr, Yeni yaşayış kompleksi 1005, ev 11, mənzil 62-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 15 iyul 2019-cu il tarixdən başlayaraq 04 oktyabr 2013-cü il tarixdə anadan olmuş X5, 11 may 2015-ci il tarixdə anadan olmuş X6 və 10 sentyabr 2016-cı il tarixdə anadan olmuş X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 140,00 manat, ümumilikdə cəmi 420,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(060)-6694/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddət ərzində icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 3(060)-3027/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 13 dekabr 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 fevral 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 11760,00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə sonuncuya maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsili bilərək bildirmişdir ki, bir neçə ilə yaxındır ki, qeyri-rəsmi olaraq Bakı şəhərinin və yaşadığı Sumqayıt şəhərinin müxtəlif yerlərində ev tikinti-təmiri işləri ilə məşğul olur və aylıq gəliri orta hesabla 700-800 manat təşkil edir. 2012-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və nikahları Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşdıqları dövr ərzində qanuni nikahlarından 04 oktyabr 2013-cü il tarixdə Dəniz adlı, 11 may 2015-ci il tarixdə Ayaz adlı və 10 sentyabr 2016-cı il tarixdə Araz adlı üç övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlərinin pozulması zəminində sonuncu ona heç bir söz demədən 2018-ci ilin yay aylarında üç azyaşlı övladlarını götürüb gəlin gəldiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ondan üç azyaşlı övladlarının saxlanılmasından ötrü aliment pulunun alınması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd edilən şəhər məhkəməsi tərəfindən 15 iyul 2019-cu il tarixdən başlayaraq 04 oktyabr 2013-cü il tarixdə anadan olmuş Dəniz Nərimanlının, 11 may 2015-ci il tarixdə anadan olmuş Ayaz Nərimanlının və 10 sentyabr 2016-cı il tarixdə anadan olmuş Araz Nərimanlının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 140,00 manat, ümumilikdə cəmi 420,00 manat məbləğində alimentin ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair 14 avqust 2019-cu il tarixli, 2(060)-6694/2019 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində bir neçə dəfə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə o, bir neçə gün inzibati qaydada həbs edilmişdir. Bir müddət sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə 15 oktyabr 2020-ci il tarixədək alimentə görə borclu olduğu 5930,00 manat məbləğində pulu ödəmədiyi üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən barəsində toplanmış materiallar aidiyyəti üzrə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmiş və orada istintaq edilən cinayət işi baxılmasından ötrü aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Qeyd edilən məhkəmə tərəfindən işə baxılan zaman, o, alimentə görə borclu olduğu qeyd edilən məbləği tam olaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödədiyi üçün sonuncunun şikayəti və iddiası olmadığına görə 04 avqust 2021-ci il tarixdə məhkəmə tərəfindən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra icra dövründə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə borclu olduğu məbləği ödəmədiyi üçün icra məmuru tərəfindən barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarı ilə o, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həbs olunandan sonra icra məmurunun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsi tərəfindən onun ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. O, məhkəmə qətnaməsindən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs qətnamə üzrə 15 fevral 2023-cü il tarixədək 11760,00 manat məbləğində qalıq borcu qaldığını və aliment borcunu tam olaraq ödəməməsinə səbəb keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona qarşı qərəzli olaraq üç azyaşlı uşaqları ilə ona görüşə icazə verməməsi üçün ödəniş etmədiyini bildirmişdir. Aliment borcunun ödənilməsi üçün ona vaxt verilməsini və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, 2012-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və nikahları Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Birgə yaşdıqları dövr ərzində qanuni nikahlarından 04 oktyabr 2013-cü il tarixdə Dəniz adlı, 11 may 2015-ci il tarixdə Ayaz adlı və 10 sentyabr 2016-cı il tarixdə Araz adlı üç övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması zəminində sonuncu üç azyaşlı övladlarının taleyi ilə maraqlanmadığı üçün məcburiyyət qarşısında qalaraq 2018-ci ilin yay aylarında üç azyaşlı övladını götürərək gəlin getdiyi evdən çıxaraq valideynlərinin yaşadığı ünvana gəlib onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra uşaqların böyüdülməsində maddi cəhətdən əziyyət çəkdiyinə görə və Təqsirləndirilən şəxs bir ata kimi üç azyaşlı uşağının taleyi ilə maraqlanmadığı üçün məcburiyyət qarşısında qalaraq ondan uşaqların saxlanılmasından ötrü aliment pulunun alınmasına dair aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd olunan şəhər məhkəməsi tərəfindən 15 iyul 2019-cu il tarixdən başlayaraq 04 oktyabr 2013-cü il tarixdə anadan olmuş X5, 11 may 2015-ci il tarixdə anadan olmuş X6 və 10 sentyabr 2016-cı il tarixdə anadan olmuş X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 140,00 manat, ümumilikdə cəmi 420,00 manat məbləğində alimentin keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq mənə ödənilməsinə dair 14 avqust 2019-cu il tarixli, 2 (060)-6694/ 2019 saylı qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icrasının təşkili üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alimentə görə borclu olduğu məbləği ona ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində bir neçə dəfə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs bir neçə gün inzibati qaydada həbs edilmişdir. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə ona 15 oktyabr 2020-ci il tarixədək alimentə görə borclu olduğu 5930 manat məbləğində pulu ödəmədiyi üçün barəsində toplanmış materiallar aidiyyəti üzrə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmiş və orada istintaq edilən cinayət işi baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən işə baxılan zaman keçmiş həyat yoldaşı alimentə görə borclu olduğu qeyd edilən məbləği tam olaraq ona ödəniş etdiyi üçün şikayəti və iddiası olmadığı üçün 04 avqust 2021-ci il tarixdə məhkəmə tərəfindən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra keçmiş Təqsirləndirilən şəxs icra dövründə ona alimentə görə borclu olduğu məbləği qərəzli olaraq ödəmədiyi üçün icra məmuru tərəfindən sonuncunun barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra icra məmurunun təqdimatı əsasında Sumqayıt Şəhər Məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ölkədən çıxışının müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Bütün bunlardan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs yenidən məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəməməyə başlamış və 15 fevral 2023-cü il tarixədək ümumilikdə 11760,00 manat məbləğində qalıq borcu qaldığını bildirərək qeyd edilən məbləğin alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs şikayətçidir, aliment borcunu tələb edir əks halda barəsində ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, şöbəyə daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2019-cu il tarixli qətnaməsi üzrə verilmiş həmin tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 15 iyul 2019-cu il tarixdən başlayaraq 04 oktyabr 2013-cü il təvəllüdlü Dəniz Nərimanlının, 11 may 2015-ci il təvəllüdlü Ayaz Nərimanlının və 10 sentyabr 2016-cı il təvəllüdlü Araz Nərimanlının yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə hər ay 140,00 manat, ümumilikdə 420,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi üzrə 02 sentyabr 2019-cu il tarixdə Füzuli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlanılmış və borcluya dərhal icra haqqında bildiriş göndərilmiş, lakin tələb tam olaraq təmin olunmamışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Füzuli Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qeyd edilən icra sənədi 18 dekabr 2019-cu il tarixdə Füzuli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, borclunun izahatı alınaraq tələbi təmin etməsi üçün ona yeni müddət verilmişdir. Borclu Təqsirləndirilən şəxs yenidən icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədi üzrə tələbi təmin etmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs məhkəmə qərarı üzrə tələbi qərəzli şəkildə icra etmədiyinə görə barəsində toplanmış materiallar aidiyyəti üzrə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmiş və 15 oktyabr 2020-ci il tarixədək 5930,00 manat aliment borcunu ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə istintaq edilən cinayət işi baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərilmiş və məhkəmədə işə baxılan zaman qeyd edilən aliment borcu borclu Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərarı ilə barəsində istintaq edilən cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan sonrakı dövr ərzində borclunun müxtəlif tarixlərdə izahatı alınmış və tələbi icra etməyəcəyi təqdirdə barəsində məcburi icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Lakin borclunun tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda tələbin məcburi icrası üçün görülən tədbirlər heç bir nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs çağırışlara gəlmədiyindən barəsində 18 yanvar 2022-ci il tarixdə axtarış qərarı qəbul olunaraq icra edilməsi üçün DİN-nin Füzuli Rayon Polis Şöbəsinə göndərilmiş və polis şöbəsi tərəfindən barə- sində müvafiq axtarış işi açılmışdır. Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş 29 iyun 2022-ci il tarixli məktubdan müəyyən olmuşdur ki, borclu Təqsirləndirilən şəxs faktiki olaraq ünvan 1 ünvanında yaşaması müəyyən edilmiş və icra sənədi 01 iyul 2022-ci tarixli qərarla Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs faktiki olaraq həmin ünvanda yaşamadığı müəyyən edildiyindən icra sənədi 09 avqust 2022-ci il tarixli qərarla yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmışdır. Borclu Təqsirləndirilən şəxs yenidən çağırışlara gəlmədiyindən barəsində axtarış qərarı qəbul olunaraq 18 avqust 2022-ci il tarixdə icra edilməsi üçün Füzuli Rayon Polis Şöbəsinə göndərilmiş və həmin şöbə tərəfindən barəsində müvafiq axtarış işi açılmışdır. 24 noyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən ida- rəyə gətirilən Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin həmin tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sonrakı dövr ərzində yaranmış aliment borcunun ödənilməsi üçün borcluya yeni müddət verilmiş, əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmiş, lakin o, öz hərəkətlərini davam edərək icra sənədi üzrə müəy- yən olunmuş tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs məhkəmə qə- rarı üzrə ilk dəfə cinayət məsuliyyətinə cəlb edildikdən sonrakı dövr üçün, yəni 15 oktyabr 2020-ci il tarixdən 15 fevral 2023-cü il tarixədək ödəməli olduğu 11760,00 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmiş, icraat dövründə dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq üzərinə düşən vəzifələri yerinə yetirməmiş, tələbin icrasına maneçilik törədən hallara yol vermişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs 13 yanvar 2023cü il tarixdə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəməkdən boyun qaçırdığına görə əməlinə hüquqi qiymət verilməsi üçün barəsində olan icra işini Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. İcra işinə əlavə olunmuş sənədlərdən göründüyü kimi borclu Təqsirləndirilən şəxs əməlində məhkəmə qərarının icrası ilə bağlı qərəzçilik yaratmışdır. Borclu Təqsirləndirilən şəxs icra işinin icrası zamanı qərəzli mövqeyini nümayiş etmiş, hətta bunları öz yazdığı izahatlarında da qeyd etmişdir. Bu səbəbdən də, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 mart 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1-2); 24 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 128-129) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 131-139); “qətimkan tədbirinin seçilməsi” haqqında 24 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 137-138); Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(060)-6694/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs 04 oktyabr 2013-cü il tarixdə anadan olmuş X5, 11 may 2015-ci il tarixdə anadan olmuş X6 və 10 sentyabr 2016-cı il tarixdə anadan olmuş X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunaraq hər bir uşağa görə hər ay 140,00 manat, ümumilikdə cəmi 420,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. (i.v. 13) Füzuli rayon icra və probasiya şöbəsi tərəfindən 02 sentyabr 2019-cu il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. (i.v. 14) Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(064)-261/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 11 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(060)-6694/2019 saylı icra vərəqəsi aidiyyəti üzrə icra olunması üçün Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. (i.v. 16) Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən Təqsirləndirilən şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona xx.xx.2019-cu il tarixdə şəxsən təqdim edilmişdir. (i.v. 21) Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2020-ci il tarixli 3(060)-400/200 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 27-28) Sumqayıt Şəhər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 1(060)-204/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. (i.v. 41-43) Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 3(060)-3027/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 65-67) AR ƏƏSMN tabeliyində X2 Abşeron-.xızırı X3 19 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən Nazirliin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyatdadır. (i.v. 75) İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. (i.v. 79-81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən yoxlanılmış 30 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib, cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (i.v.98-99); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 76). sübutların qiymətləndirilməsi haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, cinayət işi üzrə şahidlərin ifadələri və digər sənədlər sübut növü kimi qəbul edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli sübut növü kimi qiymətləndirilsin və ifadəsində göstərdiyi xüsusatlar cinayət işi üzrə zərərçəkmiş şəxsin və istintaq araşdırması zamanı dindirilmiş şahid ifadələri ilə tam təkzib edildiyi üçün həmin hissədə sübut kimi qiymətləndirilməməsi qərara alınmışdır (i.v. 140-147); Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərəçəkmiş şəxsin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə- iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X8rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi və borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması hallarında müəyyən etmək olar. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). AR Konstitusiyasının 17.2-ci maddəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. AR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi həm Ali qanunvericilik aktında o cümlədən “Ailə Məcəlləsində” uşaqları saxlamaq valideynlərin hüququ kimi yox məhz vəzifəsi kimi təsbit edilmiş və bir öhdəlik kimi bu vəzifənin icrası valideynlərin üzərinə qoyulmuşdur. Eyni zamanda həmin öhdəlikərin icrasından yayınma və icra etməmə kimi hallara dövlətin nəzarət etməli olduğu təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yığılaraq 11760 manat təşkil edən borcu artıq onun 28 ay müddətində aliment öhədiliyindən qərəzli olaraq yayınmasının göstəricisidir. Təqsirləndirilən şəxs 2 il 4 ay ərzində qanunla müəyyən edilmiş aliment ödənişlərindən yayınmaqla üzərinə vəzifə kimi qoyulmuş konstitusion öhdəliyin icrasından, o cümlədən 3 azyaşlı övladının qayğısına qalmaq, onları tərbiyə etmək, saxlamaq kimi vəzifəsindən qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs icra sənədi üzrə yığılmış aliment borcunun miqdarını, həmin aliment borcunundan nə ibidai istintaq dövründə nə də məhkəmə istintaqı dövründə heç bir ödəniş etməməsini, zərərçəkmiş şəxsin qəti olaraq ondan şikayətçi olmasını, eyni zamanda cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 18 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 18 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-548/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-548/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver