Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-549/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs müdafiəçisi və vəkili Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1993-cü ildə Oğuz rayonunun Sincan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, N saylı hərbi hissənin şəhərciyində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, K.Kərimov küçəsi, ev 17, mənzil 12-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt Şəhər Məhkəməsinin 5-ci zalında hakim Elçin Məmmədovun sədrliyi ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 186.1-ci maddələri ilə təqsirləndirilməsinə dair baxılan cinayət işi üzrə məhkəmə prosesi zamanı Zərərçəkmiş şəxs həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Təqsirləndirilən şəxs atası X2 çıxışına etiraz edərək kobud şəkildə cavab verdiyi üçün yerindən qalxıb Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş və sonuncunun sifət nahiyyəsinə yumruqla bir zərbə vuraraq üst dodağın qançırı və sıyrığı, selikli qişasına qansızma, sağ burun keçəcəyinin sıyrığı ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarət yetirməklə təhqir etmiş, məhkəmə iclasının gedişatını qəsdən pozmuş, hakimin xəbərdarlıqlarına və icra məmurlarının qanuni tələblərinə heç bir məhəl qoymadan qanunsuz hərəkətlərini davam etdirməklə nəticədə məhkəmə iclasını pozaraq məhkəməyə hörmətsizlik etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı ünvanda qonşusudur və 2020-ci ilin avqust ayında aralarında yaranmış mübahisə zamanı sonuncu ona qarşı fiziki zor tətbiq etməklə sağlamlığına az ağır zərər vurmaqla yanaşı onun avtomobilinə qəsdən zərər yetirmiş, hazırda Zərərçəkmiş şəxs törətdiyi cinayət əməlinə görə Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 127.2.3 və 186.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Həmin iş üzrə özü zərəçəkmiş şəxs qismində çıxış edir. 22 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı atası X3 şahid qismində dindirilərkən həmin iş üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerindən qalxaraq atasına ədəbsiz şəkildə “ə sənə deyirəm, düz danış” müraciət edərək sözünü kəsmiş, həmin vaxt Zərərçəkmiş şəxs atası ilə danışığına fikir verməsini bildirmiş və bu zəmində aralarında söz mübahisəsi yaranmış, bu səbəbdən sonuncunu əli ilə itələyərək qolu Zərərçəkmiş şəxs sifət nahiyyəsinə dəymişdir. Həmin vaxt məhkəmə zalına icra məmurları və polis nəfəri daxil olaraq onları aralayaraq zaldan çıxartmışlar. Daha sonra icra məmurları bununla əlaqədar müvafiq akt tərtib etmiş və hadisə barədə Sumqayıt şəhər Polis İdarəsinə məlumat vermiş, bununla əlaqədar polis idarəsinin əməkdaşları tərəfindən aparılaraq müvafiq izahatları alınmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, mübahisə zamanı Zərərçəkmiş şəxs ünvanına nəlayiq ifadələr işlətməmiş, həmçinin onun ayağından təpik və sifət nahiyyəsinə yumruq zərbəsini vurmamış, bundan başqa həmin vaxt zalda olan qardaşı Azər Haqverdiyev və ya atası Abuzər Haqverdiyev tərəfindən Zərərçəkmiş şəxs hər hansı fiziki güc və ya təhqir etmə halları olmamışdır. Əməlindən peşmandır. Ona görə də onun barəsində amnistiya aktının tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 186.1-ci maddələri ilə təqsirləndirilməyinə dair cinayət işi üzrə keçirilən məhkəmə prosesi zamanı hakim tərəfindən zərərçəmiş şəxs Təqsirləndirilən şəxs atası Abuzər Haqverdiyev dindirilərkən sonuncu işin mahiyyəti üzrə danışmayaraq şəxsi məsləyə keçərək onun şəxsi həyatına toxunaraq ona “tərbiyəsiz, yaramaz” dedikdə, atasına cavab qaytarmış, həmin vaxt yanında əyləşən Təqsirləndirilən şəxs ayağından təpik zərbəsi vuraraq sonradan isə yumruqla sifət nahiyəsinə vurub onun ünvanına “sənin evini yandıracam, petux, cındır və s.” nalayiq ifadələr işlətmiş, prosesin gedişatını pozmuş, həmin vaxt orada olan icra məmurları və məhkəmədə olan polis əməkdaşı onları alarayaraq zaldan çıxarmış, sonradan icra məmurları baş vermiş hadisə ilə əlaqədar müvafiq akt tərtib etmiş və hadisə ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilmişdir. Təqsirləndirilən şəxslə birlikdə polis şöbəsinə aparılaraq döyülməsi barədə orada ərizə ilə müraciət etmiş və aldığı xəsarətlə əlaqədar ekspertizaya təqdim olunmuşdur. Mübahisə zamanı tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq etməmiş və ya nalayiq ifadə işlətməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi tədqiq edilərək elan edilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, 22 aprel 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsində növbətçi təyin olunmuş, həmin gün məhkəmənin 5-ci zalında sədrlik edən hakim Elçin Məmmədovun icraatında olan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 186.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışının açıq məhkəmə iclası saat 15:00 təyin olunmuş, məhkəmə baxışı zamanı saat 16 radələrində həmin zaldan qışqırıq səslərini eşidərək icra məmuru Şahid3 və Şahid2la birlikdə dərhal zala daxil olarkən iş üzrə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və təqsirləndirlən şəxs Zərərçəkmiş şəxs mübahisə etdiklərini görmüş, mübahisə zamanı Təqsirləndirilən şəxs yanında duran Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir yumruq zərbəsini vurarkən onları ayırmağa çalışmış, həmin vaxt sədrlik edən hakim Elçin Məmmədov hər ikisinə sakitliyə riayət etməsini tələb etmiş, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təhqir etməklə məhkəmənin gedişatını kobud şəkildə pozmuş, hər ikisi zaldan çıxarılaraq sakitləşdirilmiş, bununla əlaqədar müvafiq akt tərtib edilərək Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilmiş, hər ikisi polis şöbəsinə aparılaraq hadisə ilə əlaqədar araşdırma təyin edilmişdir. Həmin gün məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs atası X1 Hüseynovun arxasında əyləşərkən sonuncunun cəmiyyətə yararsız olduğunu bildirmiş, Zərərçəkmiş şəxs həmin vaxt A.Haqverdiyevə tərəf çönərək aşağılayıcı tərzdə ona müraciət edərək kobud şəkildə danışığına fikir verməsini bildirmiş, bu zaman Zərərçəkmiş şəxs sağında əyləşmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atası ilə danışıq tərzinə fikir verməsini bildirərək irad tutmuş və qəfildən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir zərbə vurmuş, bundan dərhal sonra onlar bir biri ilə tutaşmış, həmin vaxt məhkəmə gedişatının pozulmasına səbəb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təhqir etməklə ona yumruq zərbəsinin vurması olmuşdur. Məhkəmə baxışı zamanı proses iştirakçısı Zərərçəkmiş şəxs tərəfindən hər hansı proses iştirakçısına qarşı fiziki zor və ya nalayiq ifadələrin işlədilməsinin şahidi olmamışdır. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurları Şahid3 və Şahid2 Şahid1 ifadəsinə oxşar ifadələr vermişlər. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli, “424” nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: üst dodağın qançırı və sıyrığı, selikli qişasına qansızma, sağ burun keçəcəyinin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən bir gün əvvəl olmaqla 22.04.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05.07.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs 13.12.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən onun barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin 1 saylı Mənzil-İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 289.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-549/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-549/2021
13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver