Məhkəmə qərarları › İş №1(060)-549/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-549/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-549/2022 27.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs Suliddin oğlunun və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə , xx.xx.1967-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Suliddin oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,389 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlamaqla üzərində daşımış, 09 aprel 2022-ci il tarixdə, saat 01:28-də Sumqayıt şəhəri, 9-cu mikrorayon, yaşadığı 7/8 saylı binanın qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirlmiş və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, ümumilikdə 1.389 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022ci il tarixdə, saat 01:28 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, yaşadığı binanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu, narkotik vasitələrin qəbulu və üzəridə gəzdirilməsində şübhəli bilindiyi üçün saxlamış və Pİ-nə dəvət etmişlər. Pİ-də olan zaman videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuş və o, əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü, 01 (bir) ədəd prima markalı siqareti və 52 manat məbləğində pulu təqdim etmişdir. Həmin gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan maddə “kakos” adlı narkotik vasitə olmuş, həmin maddəni tanımadığı şəxsdən xx.xx.2022-ci il tarixdə 20 Yanvar metrosunun yaxınlığında 10 (on) manata almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Üzərindən aşkar olunmuş 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə olan qəhvəyi rəngli toz halında maddə tərəziyə qoyulub çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. O, narkotiki tanımadığı şəxslərdən öz istifadəsi üçün almış və satmaq niyyəti olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞnin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 7/8 saylı binanın yaxınlığında olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 01:28-də əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 7/8 saylı binanın yaxınlığına getmişdirlər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görüb onu saxlamış və özlərini təqdim edərək, ondan da özünü təqdim etməsini xahiş etmiş, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirməkdə şübhəli olduğunu bildirmiş, bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə dəvət olunmuş və Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Pİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o, videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki olan göy rəngli şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd gümüşü rəngli siqaret kağız bükümü təqdim etmiş, həmin bükümdə qəhvəyi rəngli maddə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı həmin maddə narkotik vasitə heroin (kakos) olduğunu demişdir. Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən öz şəxsi istfadəsi üçün 10 manata aldığını demişdir. Daha sonra aşkar edilmiş içərisində qəhvəyi rəngli maddə olan büküm müfaviq qaydada qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişdirlər. İşdə olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 09 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Elnur Feyzullayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (i.v 20) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan xx.xx.2022-ci ildə o Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. (i.v 59-60) İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs, Sumqayıt şəhəri, 9-cu mikrorayon, yaşadığı binanın qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 01:28-də saxlanılaraq Sumqayıt ŞPİnə gətirilmişdir. Təqsirləndirilən şəxs Pİ-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tiplı “Panasonic" markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə, saat 02:16-da Pİ-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmiş, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü, 1 ədəd prima markalı siqareti və 52 manat pulu təqdim etmiş, həmin gümüşü rəngli siqaret kağızına bükülmüş bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan maddənin "kakos" olduğunu həmin maddəni tanımadığı şəxsdən xx.xx.2022-ci il tarixdə 20 Yanvar metrosunun yaxınlığında 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə olan qəhvəyi rəngli toz halında maddə narkotik tərəziyə qoyulub çəkilən zaman həmin maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisinin 1.69 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan 1 Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd prima markalı siqaret və 52 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunmuş və video çəkilişin müddəti saat 02:16-dan, 02:24-dək davam etmişdir. (i.v 27-28) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1980 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində aşkar edilərək 1,389 qram çəkidə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Qeyd: Heroin təmiz çəkisi (1,389 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,339 qram).(i.v 33-37) İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2019 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 81-82) Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqata təqdim edilmiş və tədqiqatdan sonra qalıq qalmış 1,339 qram narkotik maddə olan heroin maddi sübut kimi tanınaraq, saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış zamanı çəkilmiş video görüntü olan 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı cinayət işi materiallarına ağ rəngli kağız zərfdə əlavə edilmiş gümüşü rəngdə 01 (bir) ədəd disk “HP” markalı kompyuterə daxil edildikdən sonra, kompyuterin “Windows Media”proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd “00189” adlı, xx.xx.2022-ci il tarixdə çəkilmiş, 667 mb həcmində faylın olduğu müəyyən olunmuşdur. “00189” adlı fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 07 dəqiqə 41 saniyə davam edən, rəngli formatda, açıq işıqlı hava şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olunmuşdur. Video çəkilişə baxdıqda Sumqayıt ŞPİ-nin TŞ-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində 02 (iki) nəfər şəxsin mülki geyimli və bir nəfər polis əməkdaşının gündəlik geyim formasında olan şəxsi görmək olur. Həmin vaxt Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı Elnur Feyzullayev orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə narkotik tərkibli maddələri qanunsuz əldə edilməsində, daşınmasında və saxlanılmasında şübhəli olduğundan saxlanıldığını izah etdiyi, həmçinin digər 02 (iki) nəfər mülki geyimli şəxslərində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikləri, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müseyib Məhərrəmovun dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, həmçinin Təqsirləndirilən şəxs hüququ və vəzifələrin izah edilməsi haqqında bildirşin verildiyi görünür. Bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra saxlanılmış əynindəki göy rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli kağız bükümü təqdim etmiş, həmin bükümdə qəhvəyi rəngli maddə olduğunu görmək olur. Sorğu zamanı, həmin maddənin narkotik vasitə heroin (kakos) olduğunu demiş, Həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində tanımadığı olan şəxsdən 10 (on) manat məbləğində pul vəsaitinə aldığını demişdir. Daha sonra həmin bükümdə olan maddə ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qabşdırılmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir.(i.v 74-76) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 90) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1980 nömrəli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2019 saylı rəyi, şəxsi axtarış və diskə baxış keçirilməsi protokolu və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 110(bir yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 1,339 qram narkotik vasitə heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdən 10 aprel 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzası qəti olaraq 01 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və digər cinayət işi üzrə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 110(bir yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 1,339 qram narkotik vasitə heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar