Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-55/2021 27.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1984-cü ildə Beyləqan rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 B ünvanında kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özünün yaşaması üçün fərdi yaşayış evi inşa etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklərin aparılması tərtibatçılar və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5 və 12-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, xx xxxxxx 2020-ci il tarixdən 2020-ci ilin may ayının sonunadək olan müddət ərzində “X3 Elektrik Şəbəkəsi” MMC-nin balansında olan 110 kV-luq 2-ci X6 Sumqayıt şəhərinin “Beton zavod” adlanan ərazisindən keçən hissəsində, xəttin 20-21 saylı dayaqlararası aşırımından 12 metr məsafədə, yəni elektrik şəbəkənin mühafizə zonasında həmin xəttin istismarçısı və mülkiyyətçisi olan “X3 Elektrik Şəbəkəsi” MMC-dən icazə almadan mişar daşlarından eni 10 metr, uzunluğu 10,8 metr, hündürlüyü isə 5 metr ölçüdə fərdi yaşayış evinin inşasını başa çatdıraraq tikinti işləri aparmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 222-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 2 B ünvanında kirayədə yaşayır. Dayısı Şahid5 ona verdiyi, Sumqayıt şəhərinin “Beton zavod” adlanan ərazidə yerləşən 2,5 sot torpaq sahəsində x xxxxxx 2020-ci il tarixdən tikinti işlərinə başlamışdır. x xxxxxx 2020-ci il tarixdə evin bünövrəsinə beton tökülərkən “X3 Elektrik Şəbəkəsi” MMC-nin elektrik montyoru Şahid1 torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmiş və ölçü işləri aparılarkən müəyyən edilmişdir ki, inşa olunacaq tikili ərazidən keçən yüksək gərginlikli elektrik xəttindən 12 metr məsafədə yerləşir. Şahid1 ona, inşa etdiyi fərdi yaşayış evinin 110 kV-luq 2-ci X6 mühafizə zonasına düşməsi və müvafiq icazə almadan mühafizə zonasında tikinti quraşdırma işlərinin aparılmasının qanunla qadağan olunması barədə rəsmi xəbərdarlıq edərək tərtib olunmuş aktın bir surətini ona təqdim etmişdir. xx xxxxxx 2020-ci il tarixədək qeyd olunan torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi barədə məlumatı olmamış, inşa etdiyi tikilinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi barədə bildikdən sonra da, tikinti işlərini davam etdirərək 22 mişar daşı hündürlüyündə fərdi yaşayış evini inşa etmişdir. Evin üzərini asbest şiferlə örtmüş, döşəməsi taxta ilə döşənmiş, tavanına alçipan vurulmuş, qapı və pəncərə boşluqlarına pəncərə və qapılar yerləşdirilmiş, pəncərələrin üzərinə dəmir barmaqlıqlar vurulmuş, evin çölü və içəri hissələri suvanmışdır. Evin uzunluğu 10,8, eni 10, hündürlüyü isə 5 metr olmuşdur. Tikinti işləri 2020-ci ilin may ayının sonunda bitirilmişdir. İnşa etdiyi fərdi yaşayış evi ilə əlaqədar tikinti işlərinin aparılmasına dair hər hansı bir icazəverici sənəd yoxdur, bununla bağlı heç bir quruma müraciət etməmişdir. Sumqayıt şəhərinin “Beton zavod” adlanan ərazisində, “X3 Elektrik Şəbəkəsi” MMC-nin balansında olan 110 kV-luq 2-ci X6 mühafizə zonasında fərdi yaşayış evi inşa etməsi ilə əlaqədar “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklərin aparılması tərtibatçılar və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5 və 12-ci bəndlərinin tələbləri onun tərəfindən pozulmuşdur. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərdi ki, “X3 Elektrik Şəbəkəsi” MMC-nin baş hüquqşünası vəzifəsində işləyir. 110 kV-luq 2-ci X8 “X3 Elektrik Şəbəkəsi” MMC-nin balansında və istismarındadır. xx xxxx 2005-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın tələblərinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkənin istismarçılarından və ya mülkiyyətçilərindən rəsmi razılığı olmadan tikintiquraşdırma işlərinin aparılması qadağandır. Qeyd olunan yüksək gərginlikli elektrik xəttinin bir hissəsi Sumqayıt şəhərinin “Beton zavod” adlanan ərazisindən keçir. Sumqayıt şəhərinin “Beton zavod” ərazisinə “X3 Elektrik Şəbəkəsi” MMC-nin elektrik montyoru Şahid1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə baxış keçirilərkən orada xəttin mühafizə zonasında Təqsirləndirilən şəxs tərəfindən fərdi yaşayış evinin inşası üçün tikinti işləri aparılaraq evin özülünün qazıldığı və betonun töküldüyü aşkar edilmiş, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2020-ci il tarixli 188 nömrəli akt tərtib etmiş və Təqsirləndirilən şəxs inşa etdiyi tikilinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonasına düşdüyü üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli qərarına əsasən qanunsuz olduğunu izah etmiş, qanunsuz zəbt edilmiş ərazini qısa müddətdə boşaltmayacağı halda müvafiq tədbirlər görüləcəyi barədə xx xxxxxx 2020-ci il tarixli rəsmi xəbərdarlıq aktı təqdim etmiş və Təqsirləndirilən şəxs həmin xəbərdarlıq aktının bir nüsxəsini imza edərək qəbul etmişdir. Lakin, Təqsirləndirilən şəxs ona edilmiş rəsmi xəbərdarlıqdan sonra tikinti işlərini davam etdirərək uzunluğu 10,80, eni 10, hündürlüyü isə 5 metr olan tikili inşa etmiş, üzərini asbest şiferlə örtmüş, evin döşəməsi taxta ilə döşənmiş, pencərə və qapı boşluqlarına qapı və pəncərələr salınmışdır. Sadıqov X1 şəhərinin “Beton zavod” adlanan ərazisində 110 kV-luq 2-ci X6 mühafizə zonasında apardığı tikinti-quraşdırma işləri ilə əlaqədar heç bir icazə almamış və tikinti işlərinin aparılmasını “xxxx” MMC ilə razılaşdırmamışdır. Təqsirləndirilən şəxs tərəfindən “xxxx” MMC-nin balansında olan 110 kV-luq 2-ci X6 mühafizə zonasında aparılmış tikintiquraşdırma işləri qeyd olunan elektrik xətlərində normal təmir işlərinin aparılmasını, hətta qəza-bərpa işləri zamanı qəzanın nəticələrinin vaxtında aradan qaldırılmasını çətinləşdirir, bəzən isə qeyri-mümkün edir. X4 X2 mühafizə zonasında yaşayış evlərinin və digər məişət obyektlərinin yerləşdirilməsi həmin sahədə yaşayan və işləyən insanların həyatı üçün hər an təhlükə mənbəyidir. Təqsirləndirilən şəxs hər-hansı cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda ailəsi ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşayır. 2020-ci ilin fevral ayının əvvəllərində dostu Təqsirləndirilən şəxs ona Sumqayıt şəhəri, Beton zavod adlanan ərazidə 2.5 sot torpaq sahəsində ev inşa etmək istədiyini bildirmiş və dost olduğundan tikinti işlərində ona kömək eləməsini xahiş etmişdir. Bundan sonra qeyd olunan torpaq sahəsinə getmişlər. Elməddin ona bildirmişdir ki, həmin torpaq sahəsini ona dayısı Məhəmməd verib. İlk olaraq torpaq sahəsinin qarşı hissəsində hasar inşa etmiş, mişar daşlarından ibarət hasarın uzunluğu 15 metr, hündürlüyü 2 metrdən ibarət olmuşdur. xx xxxxxx 2020-ci il tarixdən isə torpaq sahəsinin bir hissəsində kürsülü olmaqla bir mərtəbəli ev inşa etməyə başlamışlar. Evin əvvəlcə bünövrəsi qazılmış, ora beton tökülmüş, sonra isə əhənglənmiş mişar daşlarından tərəfindən hörgü işləri aparılmışdır. Döşəməsi taxta ilə döşənmişdir. Evin uzunluğu 10,80, eni 10 metr, hündürlüyü isə dam örtüyünə qədər 3,5 metr, dam örtüyü ilə birlikdə təqribən 5 metrdən ibarətdir. xx xxxxxx 2020-ci il tarixdə “xxxx ASC-nin X3 Elektrik Şəbəkəsi’ MMC-nin əməkdaşları tikinti işləri apardıqları əraziyə gəlmişlər, lakin onların nə məqsədlə gəldiklərin bilməmiş və Elməddin də ona bu barədə məlumat verməmişdir. Bundan sonra da tikinti işlərini davam etdirmiş və fərdi yaşayış evi 22 mişar daşı hündürlüyündə inşa edilmiş, döşəməsi taxta ilə döşənmiş, evin üzəri dam örtüyü ilə örtülmüş və evin içərisi hissəsi sıvaqla sıvanaraq işlər 2020-ci ilin may ayının axırlarına kimi davam etdirilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məkhəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/799 nömrəli rəyindən görünür ki, əsasən Sumqayıt şəhəri, “Beton zavod” ərazisində “X3 Elektrik Şəbəkəsi” MMC-nin balansında olan 110 kV-luq 2-ci X6 20- 21 saylı dayaqları arasında aşırımından 12 metr məsafədə mişar daşlarından eni 10, uzunluğu 10,8 metr, hündürlüyü isə 3,5 metr ölçüdə tikili inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 27 fevral 34 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısına əsasən həmin işlər yenidənqurma işlərinə aiddir. Həmin ünvanda aparılmış tikinti işlərinin “X3 Elektrik Şəbəkəsi” MMC-nin balansında olan 110 kV-luq 2-ci X6 20-21 saylı dayaqları arasında aşırımından 12 metr məsafədə yerləşdiyindən, həmin tikili elektrik xəttinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndində göstərilən 20 metrlik mühafizə zonasının daxilinə düşdüyü müəyyən edilir. Tədqiq olunan ərazidə aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklərin aparılması tərtibatçılar və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun inşa olunmadığı və həmin bəndin tələbləri pozulduğu müəyyən edilir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məkhəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 10/1493 nömrəli rəyindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə “X3 Elektrik Şəbəkəsi” MMC-nin əməkdaşları tərəfindən edilmiş rəsmi xəbərdarlıqdan sonra Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhəri, “Beton zavod” ərazisində 10x10,8 metr ölçüdə 5 metr hündürlükdə mişar daşı ilə yaşayış evi inşa olunmuş, həmin yaşayış evinin daxili suvanaraq, döşəməyə taxta, tavanına alçipan vurulmuş, qapı və pəncərə quraşdırılmış və damına asbest şifer vurulmuşdur. xx xxxxxx 2020-ci il tarixdə “X3 Elektrik Şəbəkəsi” MMC-nin əməkdaşları tərəfindən edilmiş rəsmi xəbərdarlıqdan sonra Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhəri, “Beton zavod” ərazisindən keçən, “X3 Elektrik Şəbəkəsi” MMC-nin balansında olan 110 kV-luq 2-ci X6 mühafizə zonasında aparılmış tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2017-ci il tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 3 saylı əlavənin siyahısına əsasən həmin işlər tikintiquraşdırma işlərinə aiddir. Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhəri, “Beton zavod” ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklərin aparılması tərtibatçılar və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin və Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 12-ci bəndinin tələblərinə əsasən aparılmış tikinti işlərinə dair müvafiq icazə alınmalı idi. Tədqiq olunan ərazidə aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün, həmin tikinti işlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklərin aparılması tərtibatçılar və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1 və 4.2-ci bəndlərinin və Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 12-ci bəndinin tələblərinə uyğun inşa olunmadığı və həmin bəndlərin tələblərinin pozulduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” ASC “X3 Elektrik Şəbəkəsi” MMC-nin xx xxxxx 2020-ci il tarixli 16/01-20/300saylı, xx xxxx 2020-ci il tarixli 16/01- 20/406 saylı və xx xxxx 2020-ci il tarixli 116/01-20/563 saylı məktublar və həmin məktublara əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, “Beton zavod” ərazisindən keçən və “xxxx” MMC-nin balansında olan 110 kV-luq 2-ci X6 20-21 saylı dayaqlararası aşırımından 12 metr məsafədə, xəttin mühafizə zonasında Təqsirləndirilən şəxs tərəfindən tikinti işləri aparılmış, ona tikinti işlərinin dayandırılması barədə şifahi və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq tikinti işləri davam etdirilmişdir. xx xxx 2020-ci il tarixdə əraziyə təkrar baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən fərdi yaşayış evinin inşası ilə əlaqədar apardığı tikinti işləri başa çatmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 nömrəli, xx xxxx 2005-ci il tarixli qərarına əsasən 110 kV-luq HX-nin mühafizə zonası xəttin altı və kənar məftillərdən hər iki tərəfə 20 metr məsafədə təyin edilmişdir. 110kV-luq 2-ci Sumqayıt HX-i 1951-ci ildə istismara verilmişdir. Xəttin ümumi uzunluğu 4,21 km, dayaqların ümumi sayı 32 ədəddir. İş materiallarında olan Sumqayıt bələdiyyəsinin xx xxx 2020-ci il tarixli, 1353 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhərinin “Beton zavod” adlanan ərazisində tikinti işlərinin aparıldığı torpaq sahəsi sənaye zonasıdır və Sumqayıt bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs və Şahid5 hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamış və bu barədə qərar verilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər icra hakimiyyətinin xx xxx 2020-ci il tarixli 555 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhərinin “Beton zavod” adlanan ərazisində hər hansı məqsədlə tikinti işlərinin aparılmasına dair icazə sənədi verilməmiş, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz fərdi yaşayış evinin tikintisi barədə Sumqayıt şəhər polis idarəsinə və digər səlahiyyətli orqanlara məlumatlar göndərilmiş, eləcə də, Təqsirləndirilən şəxs qanunsuz tikinti işlərini dayandırması tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222- 2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 222-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzalar təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatın dəyəri 200 (iki yüz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılsın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatın dəyəri 200 (iki yüz) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X5 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-55/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-55/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver