Məhkəmə qərarları › İş №1(060)-55/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-55/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-55/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs – X5, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 14.07.1977-ci ildə Laçın rayonu, Sus kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs o, özgənin əmlakınıələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, dövlət tərəfindən məcburi köçkünlər üçün ayrılmış binalardan 5000 manat müqabilində mənzil alacağını yalan vəd verib aldadaraq sonuncudan, vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla 10.01.2018-ci il tarixdə Sumqayıt şəhərində yerləşən 4 saylı notariat ofisində notarial qaydada müqavilə bağlayaraq 3000 (üç min) manat, 11.02.2020-ci il tarixdə isə əvvəllər yaşadığı ünvan 3 ünvanında 3800 (üç min səkkiz yüz) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs5 ümumilikdə 6800 (altı min səkkiz yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək 9 və ya 12 ay ərzində, 2500 (iki min beş yüz) manat müqabilində sonuncunun qardaşı X8 övladı İnci Quliyevanı 2-ci qrup əlilliklə təqaüdə çıxardacağını, eləcədə 5600 (beş min altı yüz) manat müqabilində Araz Quliyevin arvadı X13 2-ci qrup əlilliklə təqaüdə çıxardacağını yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla 27.04.2019-cu il tarixdə əvvəllər işlədiyi Sumqayıt şəhərində yerləşən Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında, xidməti otağında 2500 (iki min beş yüz) manat, 2020-ci ilin yanvar ayının ortalarında əvvəllər yaşadığı ünvan 3 ünvanında 5000 (beş min) manat, 2020-ci ilin fevral-mart aylarında əvvəllər yaşadığı ünvan 3 ünvanında 600 (altı yüz) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Araz Quliyevə ümumilikdə 8550 (səkkiz min beş yüz əlli) manat məbləğində yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək 9 və ya 12 ay ərzində 2500 (iki min beş yüz) manat müqabilində sonuncunun qohumu Zərərçəkmiş şəxs3 nəvəsi X6 2-ci qrup əlilliklə təqaüdə çıxardacağını, eləcədə 300 (üç yüz) manat müqabilində sosial müavinət düzəltdirəcəyini yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla 27.04.2019-cu il tarixdə əvvəllər işlədiyi Sumqayıt şəhərində yerləşən Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında, xidməti otağında 2500 (iki min beş yüz) manat, 2020-ci ilin mart ayında əvvəllər yaşadığı ünvan 3 ünvanında 300 (üç yüz) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs3 ümumilikdə 2800 (iki min səkkiz yüz) manatməbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək 2000 (iki min) manat müqabilində sonuncunun övladı Xədicə Quliyevanı 2-ci qrup əlilliklə bağlı təkrar həkim komissiyasından keçirəcəyi barədə yalan vəd verib aldadaraq ondan 14.03.2020-ci il tarixdə Sumqayıt şəhərində yerləşən «Soyuz peçat» adlanan marketin yanında 2000 (iki min) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs2 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək, 4000 (dörd min) manat müqabilində sonuncunun qızı Şahid3 hərbçi kimi qeydiyyata alınaraq təqaüdə çıxardacağını, 7000 (yeddi min) manat müqabilində qızı Şahid2 2-ci qrup əlilliklə təqaüdə çıxardacağını, 2500 (iki min beş yüz) manat müqabilində nəvəsi Kamal Novruzovu 2-ci qrup əlilliklə təqaüdə çıxardacağını, 7000 (yeddi min) manat müqabilində qızı X14 2-ci qrup əlilliklə təqaüdə çıxardacağını, 2500 (iki min beş yüz) manat müqabilində nəvəsi Nahid Əyyamzadəni 2-ci qrup əlilliklə təqaüdə çıxardacağını yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla 2019-cu ilin may ayının sonlarından etibarən 2020-ci ilin fevral ayınadək olan müddət ərzində Sumqayıt şəhərində yerləşən Mədəniyyət Evinin yanında və əvvəllər yaşadığı ünvan 3 ünvanında ümumilikdə 23000 (iyirmi üç min) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək, 900 (doqquz yüz) manat müqabilində sonuncunun qohumu Zərərçəkmiş şəxs8 sosial müavinət düzəltdirəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs6 2019-cu ilin may ayında əvvəllər yaşadığı ünvan 3 ünvanında 900 (doqquz yüz) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək, 7000 (yeddi min) manat müqabilində sonuncunun bacısı Zərərçəkmiş şəxs7 2-ci qrup əlilliklə təqaüdə çıxardacağını yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs6 2019-cu ilin iyun ayında Sumqayıt şəhərində yerləşən Mədəniyyət Evinin yaxınlığında 7000 (yeddi min) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, 8000 (səkkiz min) manat müqabilində onu və əri X15 2-ci qrup əlilliklə təqaüdə çıxardacağını yalan vəd verib aldadaraq sonuncudan, vahid niyyətlə əhatə olunan qəsdlə, davamlı olaraq hissə-hissə olmaqla 2019-cu ilin iyun ayında əvvəllər işlədiyi Sumqayıt şəhərində yerləşən Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında, xidməti otağında 4000 (dörd min) manat, 2019-cu ilin avqust ayında əvvəllər yaşadığı ünvan 3 ünvanında 1000 (bir min) manat və 10.03.2020-ci il tarixdə əvvəllər yaşadığı ünvan 3 ünvanında 3000 (üç min) manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs4 ümumilikdə 8000 (səkkiz min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, əvvəllər Qubadlı şəhər Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyində aparıcı mütəxəssis vəzifəsində işləmiş, 30 yanvar 2021-ci il tarixdən etibarən tutduğu vəzifədən azad olunmuş və hazırda işsizdir. Zərərçəkmiş şəxs2 və onun qardaşı X9 əvvəllər tanımış, onlarla Qubadlı rayonunda qonşu olmuş və münasibətləri həmişə yaxşı olmuşdur. 2020-ci ilin təxminən may ayından Elnurun vasitəsilə bir neçə nəfərə pensiya və çörək pulu düzəlmək məqsədilə Elnurdan hissə-hissə müəyyən məbləğdə pullar almışdır. Həmin işləri görmək üçün o aldığı pulların cox hissəsini Qubadlı rayon İcra Hakimiyyətinin digər əməkdaşları, yəni Şahid6, Şahid7, Şahid5, Şahid4 və Şahid8 vermişdir. İstintaq zamanı həmin şəxslər müstəntiq tərəfindən Sumqayıt ŞPİ-nə çağırılmışlar, lakin onların barəsində cinayət işində heç bir məlumat yoxdur. Cinayət işi dəqiq araşdırılmamışdır. Ona görə də, cinayət işinin yenidən istintaqa qaytarılıb araşdırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstəmişrdir ki, 10 ildən artıqdır ki, Təqsirləndirilən şəxs tanımış, Günel əvvəllər Qubadlı rayonu İcra Hakimiyyətinin mühasibatlıq bölməsində işləmişdir. Bir dəfə anası arayış almaq üçün Qubadlı rayon İcra hakimiyyətinə gedərkən Təqsirləndirilən şəxs vətəndaşlara sosial müavinət və əlillik sənədləri düzəltməsini eşitmişdir. Buna görə də anası Şahid1 Təqsirləndirilən şəxs ilə görüşərək onun övladlarının həkim komisiyasının sənədlərini yeniləmək, qardaşının övladına və həyat yoldaşına təqaüd düzəltmək məsələsi ilə bağlı söhbət etmişdir. Təqsirləndirilən şəxs anasına bildirmişdir ki, uşaqlar üçün sosial təqaüd düzəltmək üçün 2500 (iki min beş yüz) manat böyüklər üçün isə 6000 (altı min) manat pul lazımdır. Bundan sonra anası evə gəlib bu məsələni onlara danışmışdır. O, isə anasına demişdir ki, özü də gedib bu barədə Təqsirləndirilən şəxs ilə söhbət edəcəkdir. O, özü də bu barədə Təqsirləndirilən şəxs ilə söhbət etdikdən sonra qərara gəlmişdir ki, Günel onların işlərini həll edə bilər. Təqsirləndirilən şəxs müxtəlif şəxslərin işlərini həll etdiyini eşitmiş və buna görə də ona inamı olmuşdur. Bu barədə Gülü adı ilə tanınan xalası Gülsümə və qardaşı Araza demişdir. Çünki xalası Gülsümün nəvəsi Hüseyn üçün və qardaşı Arazın övladı üçün təqaüd düzəltdirmək istədiklərini bilmişdir. Onlara Günelin bu işdə kömək edə biləcəyini deyəndə onlarda onunla razılaşmışlar. Bundan sonra qardaşı Araz 2500 (iki min beş yüz) manat və xalası Gülsüm 2500 (iki min beş yüz) manat olmaqla ona 5000 (beş min) manat məbləğində pulu vermişlər ki, işlərini düzəltməsi üçün aparıb Günelə versin. 27.04.2019-cu il tarixdə o, Təqsirləndirilən şəxs ilə əvvəllər işlədiyi Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında Günelin xidməti otağında görüşmüş və orada ona 5000 (beş min) manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra işin düzəlməsi təxminən doqquz ay və ya bir il çəkəcəyini bildirmişdir Lakin sonradan ölkədə elan olunan karantin rejimi ilə əlaqədar olaraq bu məsələ uzanmışdır. O, Təqsirləndirilən şəxs zəng edib görəcəyi işlərlə bağlı maraqlananda Günel ona demişdir ki, “bu telefon məsələsi deyil gəl mənim evimdə söhbət edək”. Bundan sonra 2019-cu ilin dekabr ayının ortalarında o, Təqsirləndirilən şəxs ilə onun Sumqayıt şəhər İcra hakimiyyətinin arxasında yerləşən yaşadığı evdə görüşmüşdür. X30 uşaqların təqaüd məsələsi yaxın vaxtlarda, yəni 2020-ci ilin mart ayında həll olunacağını demişdir. O, orada Təqsirləndirilən şəxs böyük adamlar üçün təqaüd düzəldib-düzəldə bilməyəcəyini soruşmuşdur. Günel isə ona məsələni də həll edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, buna görə bir nəfər üçün 6000 (altı min) manat pul lazımdır. Bundan sonra qardaşı Araz təxminən 25 gün ərzində müxtəlif qohumlarından ümumilikdə 5000 (beş min) manat pul toplayaraq həmin pulu Günelə verməsini və Günel də Arazın arvadına təqaüd düzəltdirməsini demişdir. 2020-ci ilin yanvar ayının ortlarında o, Təqsirləndirilən şəxs yaşadığı evdə onunla görüşüb həmin pulu Günelə vermişdir ki, qardaşının həyat yoldaşına təqaüd düzəltsin və ona pulun qalan hissəsini sonra verəcəyini bildirmişdir. Günel də onunla razılaşmışdır. Sonra isə Təqsirləndirilən şəxs bu işin düzəlməsi təxminən altı ay çəkəcəyini bildirmişdir. Təxminən 2020-ci iiln fevral-mart aylarında o, əlavə olaraq Təqsirləndirilən şəxs 600 (altı yüz) manat da qardaşı Arazın həyat yoldaşının təqaüd məsələsi üçün vermişdir. Beləliklə o, qardaşının həyat yoldaşının taqaüd düzəldilməsi məsələsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 5600 (beş min altı yüz) manat pul vermişdir. Bu pulu müxtəlif şəxslərdən borc alsalar da, pul faktiki olaraq qardaşı Arazın pulu olmuşdur. Bundan başqa 14.03.2020-ci il tarixdə öz uşaqlarının təkrar komissiyası üçün 2000 (iki min) manat pulu Sumqayıt şəhəri, «Soyuz peçat» marketin yanında Təqsirləndirilən şəxs vermişdir. 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs yaşadığı evdə qardaşı Arazın uşağına dövlət tərəfindən məcburi köçkün ailələrinə təyin edilmiş “çörək pulu”nu düzəltməsi üçün 450 (dörd yüz əlli) manat vermişdir. 2020-ci ilin mart ayında yenidən Təqsirləndirilən şəxs ilə görüşüb xalası Gülsümün nəvələrinə “çörək pulları”nın düzəldilməsi üçün 300 (üç yüz) manat vermişdir. Bibisi Kəmalənin qızı müəllimə kimi işləmək üçün imtahan versə də, lazım olan balı toplaya bilməmişdir. O, bibisinə demişdir ki, Təqsirləndirilən şəxs adlı bir şəxs var o, bəlkə də bu işlərdə onlara köməklik edə bilər. İstədikləri halda Günellə görüşərək özləri söhbət edə bilərlər. Buna görə də, 2020-ci ilin may ayında o, bibisi X19 və onun qızı X10 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Orada Təqsirləndirilən şəxs onlara Gülnarı Qubadlı rayonu İşıqlı kənd orta məktəbinə müəllimə kimi işə düzəldə biləcəyini və bunun üçün 9000 (doqquz min) manat pul lazım olduğunu bildirmişdir. Bibisigil Günel ilə 8500 (səkkiz min beş yüz) manata razılaşmışlar. Bu söhbətdən bir gündən sonra onlar birlikdə 45-ci məhəllədə olan notariat kontoruna getmişlər. Orada Təqsirləndirilən şəxs ilə Gülnar Hüseynova arasında borc müqaviləsi bağlanmışdır. Müqavilə məsələsini onlara Günel təklif etmişdir ki, “əgər mənə inanmırsınızsa gəlin müqavilə bağlayıq”. Müqaviləyə əsasən orada Təqsirləndirilən şəxs 8000 (səkkiz min) manat pul verilmişdir. 500 (beş yüz) manat pulu isə təxminən 5 gün sonra Sumqayıt şəhəri, «Qala» adlanan restoranda Gülnar onun yanında Günelə vermişdir. Günel ona demişdir ki, 15.09.2020-ci il tarixdə Gülnar məktəbdə müəllimə kimi işə başlayacaqdır. 2020-ci ilin sentyabr ayında bibisi qızının əmri gəlmədiyi üçün onlar bu işin üstünə düşüb araşdırmağa başlamışlar. Məlum olmuşdur ki, son bir ildə Təqsirləndirilən şəxs onlardan başqa da müxtəlif şəxslərdən müxtəlif işlər üçün pullar almış, lakin heç kimin işini düzəltməmiş və pullarını qaytarmamışdır. Günelə verdikləri 21850 (iyirmi bir min səkkiz yüz əlli) manat puldan Günel yalnız onlara cəmi 1150 (min yüz əlli) manat pul qaytarmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs onlara ümumilikdə 20700 (iyirmi min yeddi yüz) manat pul verməlidir. O və qohumları Güneldən pullarını istəmək üçün yaşadığı evə getmişlər və orada onlara məlum olmuşdur ki, Güneli işdən çıxarmışlar. Günel isə onlara bildirmişdir ki, ondan bir nəfər prokurorluğa şikayət etdiyi üçün onu işdən çıxarıblar. Günel təklif etmişdir ki, ona bir kağız yazıb versinlər ki, onlara olan borcunu ödəmiş və cəmi 1800 (bir min səkkiz yüz) manat borcu qalmışdır. Günel bu kağızı işə bərpa olunmaq üçün prokurorluğa vermək məqsədi ilə onlardan istəmişdir. Günel yaşadığı evdə bu məzmunda kağızda qeydlər aparsa da, onunla razılaşmayaraq pullarını tələb edib həmin kağızı imzalamamışlar. İfadəsində adlarını çəkdiyi şəxslərin əksəriyyəti onun yaxın qohumlarıdır, onların pullarını aparıb Təqsirləndirilən şəxs verməkdə heç bir maddi marağı olmamışdır. Bu pulları onların öz razılıqları ilə Təqsirləndirilən şəxs vermişdir. Çünki Güneli o, tanımışdır. Həmin pulları Təqsirləndirilən şəxs verərkən Günel ona heç bir vəd verməmişdir. Təqsirləndirilən şəxs dələduzluq əməlləri nəticəsində ona 2000 (iki min) manat məbləğində maddi ziyan dəymişdir və o həmin puldan ona 1150 (bir min yüz əlli) manatını qaytarmış, 850 (səkkiz yüz əlli) manat pulu isə qaytarmamışdır. Ərizə yazarkən pul aldığı şəxslərdən məbləği dəqiqləşdirməmiş, həmçinin ərizəsində fikrini tam olaraq ətraflı izah edə bilmədiyindən Günelin ona 26800 (iyirmi altı min səkkiz yüz) manat pul verməli olduğunu göstərmişdir, lakin sonradan bu barədə pul aldığı şəxslərlə danışıb məbləğləri dəqiqləşdirmişdir. Ona görə də, hazırki ifadəsində təqaüd düzəltmək üçün onun Günelə şəxsən verdiyini qeyd etdiyi 13350 (on üç min üç yüz əlli) manat pulun məbləği dəqiqdir. Həmin puldan əlavə 8500 (səkkiz min beş yüz) manat pulu isə Gülnar özü Günellə görüşüb ona vermişdir. Həmçinin o, Günelə tanışı Əmir adlı şəxs üçün də təqaüd düzəltməkdə kömək etməsi məqsədi ilə 5000 (beş min) manat pul vermiş, Günel isə həmin işi düzəldə bilmədiyindən qısa müddət ərzində Əmirin pulunu qaytarmış, Əmir isə hal-hazırda ölkə xaricində olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstəmişrdir ki, belə ki onunla Qubadlı rayonu İcra Hakimiyyətinə arayış almağa və ya başqa işlərlə bağlı getdiyi zaman tanış olmuşdur. Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyi olmamışdır. Günel ilə söhbət edərkən Günel onun və həyat yoldaşının səhətində problemlər olduğunu öyrənmiş, buna görə də, ona və həyat yoldaşına təqaüd düzəldə biləcəyini, bu işlə məşğul olan şəxsləri tanıdığını bildirmişdir. Günel ona bunun üçün müəyyən sənədlər və müəyyən məbləğdə pul lazım olduğunu demişdir. Günel bildirmişdir ki, bu pul sənədlərin düzəlməsi üçün dövlət rüsümuna, eləcədə sənədlərin hazırlanması və toplanması üçün lazım olacaq. O, Günelə inanmış və onun bu təklifi ilə razılaşmışdır. 2019-cu ilin iyun ayında o, Günelin keçmiş iş yerində yəni Qubadlı rayon İcra Hakimiyyəti başçısının Qubadlı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində görüşmüşdür. Günelə ona və həyat yoldaşına təqaüd düzəltmək üçün 4000 (dörd min) manat pul vermişdir. Həmin vaxt onun yanında heç kim olmamışdır. Bundan sonra 2019-cu ilin avqust ayında 1000 (bir min) manat, 10.03.2020-ci il tarixdə isə Günelin yaşadığı, ünvan 3 ünvanında 3000 (üç min) manat pulu Günelə vermişdir. O, sonuncu dəfə Günelə pul verəndə qonşusu X11 da onların yanında olmuşdur. O, Təqsirləndirilən şəxs ümumilikdə 8000 (səkkiz min) manat pul vermişdir. Lakin Günel bu müddət ərzində ona verdiyi vədə əməl etməmiş və aldığı pulun müqabilində heç bir iş görməmişdir. Günelin onu aldadaraq pullarını ələ keçirdiyini başa düşdüyündən dəfələrlə ondan pulunu istəsə də, Günel hər dəfə müxtəlif bəhanələr gətirərək indiyə kimi pulunu qaytarmamışdır. Buna görə də, o, Günelin bu əməlləri barədə Qubadlı rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Kamal qızı ifadəsində göstəmişrdir ki, Təqsirləndirilən şəxs Qubadlı rayonu İcra Hakimiyyətinin işçisi kimi tanımış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Qubadlı rayonu İcra Hakimiyyətinə şəxsi işi ilə əlaqədar getdiyi zaman orada olan tanımadığı şəxslərdən Günelin vətəndaşlara sosial müavinət, əlillik və məcburi köçünlərə ev alınması üçün köməklik etdiyini eşitmişdir. O da məcburi köçkün olduğundan dövlət tərəfindən verilən evlərdən əldə etmək istəmişdir və bununla bağlı Günellə bir neçə dəfə söhbət etmişlər. Bir dəfə Günel ona zəng edərək məcburi köçkünlər üçün bina tikildiyini və oradan ev almaq üçün ona köməklik edə biləcəyini bildirmişdir. Günel isə ona buna görə müvafiq sənədləri toplamaq üçün dövlət rüsumlarına 7000 (yeddi min) manat pul ödəmək lazım olduğunu demişdir. Əlavə olaraq da bildirmişdir ki, ilkin olaraq 3000 (üç min) manat pul lazımdır. O, da Günelin bu təklifi ilə razılaşmış və 2018-ci ildə xalası X7 adına Beynəlxalq Bankdan kredit götürmüşdür. Götürdüyü puldan Günelə 3000 (üç min) manat verərək bunu 10.01.2018-ci il tarixdə Sumqayıt şəhərində yerləşən notariat ofisində rəsmiləşdirmişdir. Günel pulu aldıqdan sonra ona bildirmişdir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən məcburi köçkünlər üçün tikilən binalardan 2 otaqlı mənzil alınmasında ona köməklik göstərəcəkdir. Bir müddətdən sonra 12-ci mikrorayon ərazisində tikilən binalardan məcburi köçkünlərə mənzillər paylandığını eşitmiş, lakin həmin binalardan ona mənzil verilməmişdir. Ona görə də o, Günellə əlaqə saxlayıb nə üçün ona ev verilmədiyini soruşmuşdur. Günel ona demişdir ki, “səndən əvvəl pul verib sənədlərini toplayan şəxslər vari idi ona görə sənə həmin binalardan mənzil düşməyib”, həmçinin əlavə olaraq bildirmişdir ki, Sumqayıt şəhərinin “stansiya Sumqayıt” adlanan ərazisində tikilən binalardan mənzil veriləcəkdir. O, yenə də Günelə inanıb onunla razılaşmışdır. O, 11.02.2020-ci il tarixdə xalası Gülarənin adına bankdan kredit götürüb 3800 (üç min səkkiz yüz) manat pulu aparıb Günelin yaşadığı evdə ona vermişdir. Bir müddətdən sonra Günelin dediyi ərazidəki binalardan da evlər verilməyə başlamış, lakin həmin binalardan da ona ev verilməmişdir. Sonra isə 2-ci Qarabağ müharibəsi başlamış və müharibədən sonra həmin binalardakı evlərin şəhid və qazi ailələrinə veriləcəyini eşitdiyi üçün Günelin yanına gedib bu məsələnin alınmadığını bildirib ondan pulunu tələb etmişdir. Günel isə ona demişdir ki, “bizim aramızda borc müqaviləsi var, məni məhkəməyə verib pulunu elə tələb edə bilərsən, məhkəmə qərarından sonra pulunu ödəyərəm”. Beləliklə Günel ondan aldığı 6800 (altı min səkkiz yüz) manat pulu ödəməkdən imtina etmişdir. Günelin onu aldadaraq pullarını ələ keçirdiyini başa düşdüyündən onun barəsində şikayət ərizəsi yazmışdır. Bu müddət ərzində bir neçə dəfə Güneldən pulunu tələb etmiş, lakin Günel pulu qaytarmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs 6800 (altı min səkkiz yüz) manat məbləğində pulun 3000 (üç min) manatını 10.01.2018-ci il tarixdə Sumqayıt şəhərində yerləşən 4 saylı notariat ofisində müqavilə bağlayaraq vermiş, 3800 (üç min səkkiz yüz) manatını isə 11.02.2020-ci il tarixdə yaşadığı evin həyətində vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Həmin pulları Günelə verməkdə məqsədi dövlət tərəfindən məcburi köçkünlərə ayrılmış mənzillərdən birinin ona verilməsində köməklik göstərməsi üçün olmuşdur. Günel ondan həmin pulu alanda müvafiq sənədləri toplamaq üçün dövlət rüsumlarına ödəyəcəyini bildirmişdir. Günel hər dəfə onu aldadaraq evlərin tikilməsinin, sənədləşmə prossesinin geikdiyini bildirib inandırmışdır. O, da Günelə inanaraq etibar etdiyindən gözləmiş, həmçinin onların aralarında olan sövdələşməyə görə ona 7000 (yeddi min) manat pul verməli olduğundan qalan 3800 (üç min səkkiz yüz) manat pulu da həmin müddət ərzində düzəldib ona vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstəmişrdir ki, Təqsirləndirilən şəxs ilə Qubadlı rayonu İcra Hakimiyyətinə arayış almağa və ya başqa işlərlə bağlı getdiyi zaman tanış olmuş, onunla ədavət və düşmənçiliyi olmamışdır. Günellə söhbət edərkən Günel ona demişdir ki, əgər istəsə qızına təqaüd düzəldə bilər və bir çox şəxslərə təqaüd düzəltdiyini bildirmişdir. O, Güneli tanıdığına görə ona inanmışdır. Günel ona qızı Şahid3 hərbiçi kimi sənədləşdirib təqaüdə çıxardacağını, bunun üçün 7000 (yeddi min) manat pul lazım olduğunu demişdir. O, Günellə razılaşmış və 2019-cu ilin may ayının axırlarında Günellə Sumqayıt şəhərində “Mərkəzi bazar” adlanan yerin yaxınlığında yerləşən Nizami heykəlinin yanında görüşmüş və ona 4000 (dörd min) manat pul vermişdir. Günel ona qızının təqaüd məsələsini altı ay müddətində düzəldəcəyini demişdir. Bundan sonra Günel ona əgər istəsə yaxın qohumları üçün də təqaüd düzəldə biləcəyini bildirmişdir. O, da Günelə inandığı üçün bacısı və öz qızları üçün də təqaüd düzəldilməsini istəmişdir. Buna görə də 2019-cu ilin may ayından başlayaraq doqquz ay ərzində o, Günelə qızı Şahid2 təqaüd düzəltmək üçün 7000 (yeddi min) manat, Samirənin oğlu Kamala təqaüd düzəltdirmək üçün 2500 (iki min beş yüz) manat, qızı X16 təqaüd düzəltmək üçün 7000 (yeddi min) manat, bacısı X2 təqaüd düzəltmək üçün 7000 (yeddi min) manat, qızı X3 övladı X12 təqaüd düzəltmək üçün 2500 (iki min beş yüz) manat, bacısı Adilənin qızı Zərərçəkmiş şəxs8 sosial müavinət düzəltmək üçün 900 (doqquz yüz) manat pul vermişdir. Bacısı qızı Əfsanə və bacısı Nazənimdən başqa Günelə verdiyi digər pulların hamısı ona məxsus olmuş, eləcədə Əfsanə və Nazənimə məxsus pulları da onlardan alıb Günelə o vermişdir. Lakin altı ay keçməsinə baxmayaraq Günel onlara verdiyi sözə əməl etməmiş və aldığı pulun müqabilində heç bir iş görməmişdir. Güneldən işləri barədə maraqlananda Günel onlara bir neçə ay daha gözləmələrini demişdir. Lakin bir neçə ay keçməsinə baxmayaraq Günel yenədə heç bir iş görməmişdir. Günelin yaşadığı evə gedib pulunu tələb etməyə başlayanda isə o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Buna görə də Güneldən şikayət etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs4 ilə birlikdə Günelin yaşadığı evə getmiş və Vəsilə onun yanında Günelə 3000 (üç min) manat pul vermişdir. Təqsirləndirilən şəxs şikayət edib ərizə yazarkən fikrini düzgün izah edə bilməmişdir. Hazırda isə ətraflı ifadə verərək Günelə verdiyi özünə və yaxın qohumlarına məxsus bütün pulları qeyd etmişdir. Hazırki vaxtadək dəfələrlə Güneldən pulunu tələb etsədə o, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs vermiş olduğu ümumilikdə 30900 (otuz min doqquz yüz) manat məbləğində puldan 23000 (iyirmi üç min) manatı onun özünə, 7000 (yeddi min) manatı bacısı Nazənimə və 900 (doqquz yüz) manatı bacısı qızı Əfsanəyə məxsus olmuşdur. Ərizələrində fikrini düzgün izah edə bilmədiyindən şəhər prokurorluğuna yazmış olduğu ərizəsində ona dəymiş ziyanın 33000 (otuz üç min) manat, daha sonra isəşəhər polis idarəsinə yazmış olduğu ərizəsində 7000 (yeddi min) manat maddi ziyan dəydiyini qeyd etmişdir. Əslində isə onun şəxsən özünə 23000 (iyirmi üç min) manat, bacısı Nazənimə 7000 (yeddi min) manat, bacısı qızıƏfsanəyə isə 900 (doqquz yüz) manat maddi ziyan dəymişdir. Ümumilikdə 30900 (otuz min doqquz yüz) manat pulu o, Günelə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstəmişrdir ki, Təqsirləndirilən şəxs sonradan tanımış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 2019-cu ilin may ayının ortalarında xalası Zərərçəkmiş şəxs6 yaşadığı evdə olan zaman oturub söhbət edərkən ona özü üçün “çörək pulu”, yəni sosial müavinət düzəltdirmək istədiyini, lakin elə bir tanışının olmadığını demişdir. Xalası Şokət isə Qubadlı rayon icra hakimiyyətində işləyən Günel adlı bir tanışının olduğunu və onun bu işlərlə məşğul olduğunu demişdir. O, isə xalası Şokətdən həmin qadınla onun barəsində söhbət etməsini və onun məsələsini həll edib-edə bilməyəcəyini dəqiqləşdirməsini istəmişdir. Xalası Şokət bir neçə gün sonra Günellə söhbət edib onun yaşadığı evə gəlmiş və Günelin ona “çörək pulu” düzəltmək üçün 900 (doqquz yüz) manat pul istədiyini, özünün də qızları və nəvəsi üçün düzəltdirəcəyini demişdir. X29 həmin pulu nə səbəbə istədiyini soruşanda Şokət ona demişdir ki, Günel deyir həmin pul dövlət rüsumuna ödəniləcəkdir. O, da Şokətlə razılaşıb xalası Şokətə 900 (doqquz yüz) manat pul vermişdir ki, onun işi ilə bağlı Günelə versin. Xalası Şokət də həmin pulu aparıb Günelə vermişdir. Xalası pulu Günelə verdikdən sonra bir neçə ay keçməsinə baxmayaraq Günelin onun işini düzəltmədiyini görüb onunla əlaqə saxlamağa, nə üçün işini düzəltmədiyini soruşmağa başlamışdır. Hər dəfə isə Günel ondan səbirli olmağı və qısa zamanda işinin düzələcəyini deyib onu aldatmışdır. Daha sonra Günelin onu aldatdığını başa düşüb ondan pulunu tələb etməyə başlamış, amma Günel yenə də ona yalan vədlər verib pulunu qaytarmamışdır. Günelin özünə şəxsən pul verməmiş, pulu xalası Şokətə vermiş, o, da aparıb Günelə vermişdir. X20 üçün sosial müavinət düzəltməkdə kömək etməsini xahiş etmiş, Günel isə bununla bağlı həmin pulu xalasından istəyən zaman pulu dövlət rüsumlarına xərcləyəcəyini demişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstəmişrdir ki, Təqsirləndirilən şəxs sonradan tanımış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 2019-cu ilin may ayının ortalarında bacısı Zərərçəkmiş şəxs6 yaşadığı evə qonaq gələrək onunla söhbət edərkən Qubadlı rayon icra hakimiyyətində işləyən Günel adlı bir tanışının olduğunu və onun sosial müavinət, təqaüd və sairə kimi işlərlə məşğul olduğunu demiş və onun təqaüd məsələsində kömək edə biləcəyini demişdir. Əvvələr evdə bacısı ilə söhbət edən zaman Şokətəözünə təqaüd düzəltdirmək istədiyini, lakin bununla bağlı hansı sənədlərin lazım olduğunu və hansı dövlət qurumlarına müraciət edəcəyini bilmədiyini demişdir. Bacısı Şökət ona Günel barədə danışandan sonra o X23 ilə görüşüb onun məsələsi barədə söhbət etməsini istəmişdir. Şokət Günellə söhbət etdikdən sonra Günelin ona təqaüd düzəltməkdə kömək edə biləcəyini, lakin müvafiq sənədlərin toplanması üçün dövlət rüsumlarına ödənilməsi məqsədi ilə 7000 (yeddi min) manat pul istədiyini, özünün də qızları və nəvəsi üçün sosial müavinət düzəltdirəcəyini demişdir. O, Şokətlə razılaşıb ona 7000 (yeddi min) manat pul vermişdir ki, işi ilə bağlı Günelə versin. Şokət də həmin pulu aparıb Günelə vermişdir. Şokət pulu Günelə verdikdən sonra uzun müddət keçməsinə baxmayaraq Günel onun işini düzəltməmişdir. Ona görə də Günel ilə əlaqə saxlamağa, nə üçün işini düzəltmədiyini soruşmağa başlamışdır. Hər dəfə isə Günel ondan səbrli olmağı və qısa zamanda işinin düzələcəyini deyib yalan vədlər verərək aldatmışdır. Daha sonra Günelin onu aldatdığını başa düşüb ondan pulunu tələb etməyə başlamış, amma Günel yenə də ona yalan vədlər verib pulunu qaytarmamışdır. Günelin özünə şəxsən pul verməmiş, amma 7000 (yeddi min) manat məbləğində pulu bacısı Şokətə vermiş, o, da aparıb həmin pulu Günelə vermişdir. Günelə 7000 (yeddi min) manatdan başqa pul verməmiş, Günelə vermiş olduğu 7000 (yeddi min) manat puldan isə hal-hazıra kimi Günel ona pul ödəməmişdir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X21 ifadəsində göstəmişrdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Bir dəfə anası Şahid1 arayış almaq üçün Qubadlı rayon İcra hakimiyyətinə gedərkən Təqsirləndirilən şəxs vətəndaşlara sosial müavinət və əlillik sənədləri düzəltməsini eşitmişdir. Buna görə də, anası Təqsirləndirilən şəxs ilə görüşərək onun övladının və arvadının təqaüdü üçün, eləcədə “çörək pulu”na görə, həmçinin qardaşı Elnurun övladlarına təqaüd düzəltmək məsələsi ilə bağlı söhbət etmişdir. Təqsirləndirilən şəxs anasına bildirmişdir ki, uşaqlar üçün sosial təqaüd düzəltmək üçün 2500 (iki min beş yüz) manat böyüklər üçün isə 6000 (altı min) manat pul lazımdır. Bundan sonra anası evə gəlib bu məsələni onlara danışmışdır. Qardaşı Elnur anasına demişdir ki, özü də gedib bu barədə Təqsirləndirilən şəxs ilə söhbət edəcəkdir. Elnur bu barədə Günel ilə söhbət etdikdən sonra bu barədə Gülü adı ilə tanınan xalası Gülsümə və ona demişdir. Onlar da Elnurun Günel barədə dediklərinə qulaq asaraq Günelin onlara köməklik edə biləcəyini düşünüb Elnurla razılaşmışlar. Bundan sonra o, 2500 (iki min beş yüz) manat və xalası Gülsüm 2500(iki min beş yüz) manat olmaqla Elnura 5000 (beş min) manat məbləğində pulu vermişlər ki, işlərini düzəltməsi üçün aparıb Günelə versin. 27.04.2019-cu il tarixdə isə Elnur Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında Günel ilə onun xidməti otağında görüşmüş və orada ona 5000 (beş min) manat pul vermişdir. Elnur pulu Günelə verdikdən sonra gəlib bu barədə onlara məlumat vermişdir. Günel pulu aldıqdan sonra Elnura demişdir ki, onların işlərinin düzəlməsi təxminən doqquz ay və ya bir il çəkəcəkdir. Lakin sonradan ölkədə elan olunan karantin rejimi ilə əlaqədar olaraq həmin məsələ uzanmışdır. Bundan başqa o, arvadına təqaüd düzəltməkdə kömək etməsi üçün Günelə verməsi məqsədi ilə 2020-ci ilin yanvar ayında qardaşı Elnura 5000 (beş min) manat pul vermişdir. Elnur da həmin pulu Günelin yaşadığı Sumqayıt şəhər İcra Hakimiyyətinin arxasında yerləşən evində onunla görüşərək ona vermişdir. 2020-ci ilin fevral-mart aylarında isə o, arvadının təqaüd məsələsinə görə Günelə çatdırması üçün qardaşı Elnura əlavə olaraq 600 (altı yüz) manat da pul vermiş və Elnur da həmin pulu Günelin yaşadığı evdə ona vermişdir. Beləliklə o, həyat yoldaşının taqaüd məsələsi üçün Günelə ümumilikdə 5600 (beş min altı yüz) manat pul vermişdir. Bundan başqa 2020-ci ilin mart ayında qardaşı Elnura 450 (dörd yüz əlli) manat pul vermişdir ki, Günel onun övladına “çörək pulu” düzəltməkdə kömək etməsi üçün ona versin. Elnur da həmin pulu Günelin yaşadığı evdə ona vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs onun ümumilikdə 8550 (səkkiz min beş yüz əlli) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Dəfələrlə ondan verdikləri pulları tələb etsələr də Günel hər dəfə müxtəlif bəhanələr gətirmiş, müəyyən bir müddət ərzində pullarını qaytaracağına söz vermiş, lakin hər dəfə də onları aldadaraq pullarını qaytarmamışdır. Özü şəxsən Təqsirləndirilən şəxs pul verməmiş, ancaq pullarını ona qardaşı Elnur vermişdir. Günelə pulları verən zaman məqsədi onun arvadına və övladına təqaüd düzəltməkdə köməklik göstərməsini istəməsi olmuşdur. Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs sonradan bacısı oğlu Elnurun vasitəsi ilə tanısa da Günelin ailə üzvlərini hələ Qubadlı rayonunda olanda tanımışdır. Günelin Qubadlı rayonu İcra Hakimiyyətinin mühasibatlıq bölməsində işlədiyini bilmişdir. Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyi olmamışdır. Bacısı oğlu Elnur onun nəvəsi Hüseynə sosial müavinət və məcburi köçkünlərə verilən “çörək pulu”nu düzəltdirmək istədiyini bilmişdir. Belə ki, 2019-cu ilin aprel ayının əvvəllərində Elnur onun yaşadığı evə gəlmiş və evdə oturub söhbət edən zaman söhbət əsnasında onlara Güneldən danışaraq onun nəvəsi üçün sosial müavinət və “çörək pulu” düzəldə biləcəyini demişdir. Onlar Günel barədə maraqlananda onun əvvəllər bir neçə nəfər şəxsə bu işlərdə köməklik göstərdiyini eşitmişlər. Ona görə də, Elnurla razılaşıb Günellə onların işi barədə söhbət etməsini istəmişlər. Enur Günellə danışdıqdan sonra ona demişdir ki, Günelin deməsinə görə nəvəsinə sosial müavinət düzəltdirmək üçün müvafiq sənədlərə görə dövlət rüsumu ödəmək məqsədi ilə 2500 (iki min beş yüz) manat və “çörək pulu”na görə isə 300 (üç yüz) manat pul lazımdır. O, Elnurla razılaşaraq 27.04.2019-cu il tarixdə Günellə verməsi üçün Elnura 2500 (iki min beş yüz) manat, 2020-ci ilin mart ayında isə 300 (üç yüz) manat pul vermişdir, Elnur isə həmin pulları aparıb Günelə verdiyini demişdir. Günel onlara bildirmişdir ki, təxminən altı aydan sonra müavinət və çörək pulu düzələcək. Lakin Günelin dediyi müddət keçsə də Günel verdiyi sözə əməl etməmişdir. O, Günelin heç bir iş görmədiyini və onu aldatdığını başa düşərək Güneldən pulunu tələb etməyə başlamışdır. Lakin Günel hər dəfə bir bəhanə ilə ona verməli olduğu 2800 (iki min səkkiz yüz) manat pulu qaytarmaqdan boyun qaçırmış, onu aldadaraq pulunu verməmişdir. Hazırki vaxtadək Günel müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Özü şəxsən Günelə pul verməmişdir. Pulları Günelə bacısı oğlu Elnur vermişdir. O, Günellə telefon əlaqəsi saxlayıb ona demişdir ki, “mən xəstəyəm gələ bilmirəm, pulu verəcəm Elnur gətirsin”. Günel isə buna etiraz etməmişdir. Məhkəmədə ifadəsi elan edilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Qubadlı rayonu İcra Hakimiyyətinin mühasibatlıq bölməsinin işçisi kimi tanımış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Bir dəfə arayış almaq üçün Qubadlı rayon İcra hakimiyyətinə gedərkən Təqsirləndirilən şəxs vətəndaşlara sosial müavinət və əlillik sənədləri düzəltməsini eşitmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ilə görüşərək oğlu Elnurun övladlarının həkim komisiyasının sənədlərini yeniləmək, digər oğlu Azadın övladına və həyat yoldaşına təqaüd düzəltmək məsələsi ilə bağlı söhbət etmişdir. Günel isə sosial təqaüd düzəltmək məqsədi ilə müvafiq sənədləri toplamaq üçün dövlət rüsumu ödəməyə uşaqlar üçün 2500 (iki min beş yüz) manat böyüklər üçün isə 6000 (altı min) manat pul lazım olduğunu demişdir. Bundan sonra o, evə gəlib bu məsələni oğlu Elnura danışmışdır. Elnur isə ona özünün gedib bu barədə Təqsirləndirilən şəxs ilə söhbət edəcəyini demişdir. X43 danışdıqdan sonra Günelin müxtəlif şəxslərin işlərini həll etdiyini eşitdiyini və buna görə də Günelə inana biləcəklərini demişdir. Bundan sonra Elnur bu barədə Gülü adı ilə tanınan bacısı Gülsümə və oğlu Araza demişdir. Çünki Gülsümün nəvəsi Hüseyn üçün və Arazın övladı üçün təqaüd düzəltdirmək istədiklərini bilmişlər. Bundan sonra Araz 2500 (iki min beş yüz) manat və Gülsüm 2500 (iki min beş yüz) manat olmaqla Elnura 5000 (beş min) manat məbləğində pulu vermişlər ki, işlərini düzəltməsi üçün aparıb Günelə versin. 27.04.2019-cu il tarixdə Elnur da Təqsirləndirilən şəxs ilə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında onun xidməti otağında görüşərək həmin 5000 (beş min) manat pul ona vermişdir. Sonradan Arazın arvadına təqaüd düzəltməsi məqsədi ilə 2020-ci ilin yanvar ayında Günelə 5600 (beş min altı yüz) manat pulu Elnur vermişdir. Bundan başqa 14.03.2020-ci il tarixdə Elnur öz uşaqlarının təkrar komissiyası üçün 2000 (iki min) manat pulu Sumqayıt şəhəri, «Soyuz peçat» marketin yanında Təqsirləndirilən şəxs vermişdir. Özü Təqsirləndirilən şəxs pul verməmiş, pulu ona oğlu Elnur vermişdir. X44 Xəlilovaya pul verən zaman onun yanında olmamışdır. Məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Qubadlı rayon İcra Hakimiyyətinin Həmzəli icra nümayəndəliyində mühasib vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs dediklərinin hamısı yalandır. Ona hər hansı bir işlə bağlı Günel tərəfindən pul verilməmişdir. O subay olduğu üçün Günel onunla ailə qurmaq istəmişdir. Hətta onun şəkilini montaj edərək bəy-gəlin şəkili düzəltdirmişdir. Məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Qubadlı rayon İcra Hakimiyyətinin sosial iqtisadi təhlil və proqnazlaşdırma idarəsinin müdir müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs dediklərinin hamısı yalandır. Ona hər hansı bir işlə bağlı Günel tərəfindən pul verilməmişdir. Məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Qubadlı şəhər icra nümayəndəliyində işləyib hal-hazırda təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs tanıyır. O, dəftərxanada işləyirdi. Təqsirləndirilən şəxs dediklərinin hamısı yalandır. Ona hər hansı bir işlə bağlı Günel tərəfindən pul verilməmişdir. Həmin məsələlər İcra Başçısının müavininin səlahiyyətindədir. Məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Qubadlı rayon İcra Hakimiyyətində ümumi şöbənin müdiri vəzəfəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır. O, dəftərxanada işləyirdi. Təqsirləndirilən şəxs dediklərinin hamısı yalandır və şantaj xarakterlidir. Ona hər hansı bir işlə bağlı Günel tərəfindən pul verilməmişdir. Zərərçəkmiş şəxsləri onlar şikayət üçün Qubadlı rayon İcra Hakimiyyətinə gələndə tanımışdır. Məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Qubadlı rayon İcra Hakimiyyətinin Xocik kənd icra nümayəndəliyində məsləhətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs dediklərinin hamısı yalandır. Ona hər hansı bir işlə bağlı Günel tərəfindən pul verilməmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və X17 cinayət işinin baxılmasına xitam verilməsi və cinayət əməlinin bir qrup şəxs tərəfindən törədilməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə yazılı vəsatətlə məhkəməyə müraciət etmişlər. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı bu cinayət əməlini tək deyil bir qrup şəxs tərəfindən törədilmişdir.Ona görə də, cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs fərqli ifadə versə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, əvvəllər Qubadlı şəhər Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyində aparıcı mütəxəssis vəzifəsində işləmiş, 30 yanvar 2021-ci il tarixdən etibarən tutduğu vəzifədən azad olunmuş və hazırda işsizdir. Zərərçəkmiş şəxs2 və onun qardaşı X9 əvvəllər tanımış, onlarla Qubadlı rayonunda qonşu olmuş və münasibətləri həmişə yaxşı olmuşdur. 2020-ci ilin təxminən may ayında Elnur ona zəng edib xalasının nəvələrini təqaüdə çıxarmağın mümkün olub-olmadığını soruşmuşdur. O, isə Elnura sənədləri gətirməsini və həmin sənədlərə baxacağını bildirmişdir. Sonra Elnur uşaqların sənədlərini gətirmiş və o Elnura əgər komissiya işləsə təqaüdü düzəldə biləcəyini demişdir. Elnur təxminən 2-3 ay müddətində ona hissə-hissə 26800 (iyirmi altı min səkkiz yüz) manat pul vermişdir. Elnur bu pulları ona uşaqlar və bir nəfər böyük adama təqaüd düzəltmək üçün vermişdir. Bu məbləğdən 8000 (səkkiz min) manatını isə Elnurun bibisi qızı Gülnardan borc almışdır. Bununla bağlı onların aralarında borc müqaviləsi olmuşdur. Qalan məbləği isə təqaüd düzəltmək üçün Elnur ona vermişdir. O, pulu aldıqdan sonra pandemiya ilə əlaqədar olaraq komissiya işləməmiş, buna görə də Elnurdan aldığı pulları müxtəlif vaxtlarda hissə-hissə onun özünə qaytarmışdır. Halhazırda Elnura 1350 (bir min üç yüz əlli) manat borcu qalmışdır. Bununla bağlı Elnur bir kağıza ona olan borcunu qaytarması ilə bağlı qeydlər etmiş, Elnurun anası Qələm və bibisi Kəmalənin də adlarını həmin kağıza yazmışdır. Həmin kağızda 1750 (bir min yeddi yüz əlli) manat yazılsa da o, sonradan 400 (dörd yüz) manat da Elnura qaytarmışdır. Pulun qalan hissəsini isə qaytaracağına söz vermişdir. Sonradan eşitmişdir ki, Elnur ondan şikayət etmişdir. Araz Quliyevlə heç vaxt görüşməmiş və ondan hər hansı bir şəkildə pul almamışdır. Elnur ona pulları verən zaman qardaşı Arazın arvadına və övladına təqaüd düzəltməkdə köməklik göstərməyi xahiş etmişdir. Elnurdan aldığı pulları qaytarması barədə yazmış olduqları kağızı sonradan axtarmış, lakin tapa bilməmişdir. Ona görə də, həmin kağızı istintaqa təqdim edə bilməmişdir. Təqaüd, sosial yardım və ya “çörək pulu” düzəltmək onun səlahiyyətində olmadığı üçün həmin pulları Elnurdan alan zaman ona müvafiq sənədləri toplamaq üçün dövlət rüsumlarına ödəyəcəyini bildirmişdir. Əslində isə həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 ümumilikdə 26800 (iyirmi altı min səkkiz yüz) manat pul almış, bu pulun 18800 (on səkkiz min səkkiz yüz) manatını təqaüd düzəltmək üçünq, qalan 8000 (səkkiz mi) manatını isə borc almışdır. Elnurdan aldığı pulların böyük bir qismini qaytarmışdır. Beləki hal-hazırda Elnura 1350 (bir min üç yüz əlli) manat pul borclu qalmışdır. Elnura və qeyrilərinə qarşı dələduzluq etməmişdir. Həmin pulları Elnura əsasən yaşadığı evdə qaytarmış və həmin vaxt evdə tək olmuş, onların yanında heç kim olmamışdır. Zərərçəkmiş şəxs4 əvvəllər tanımış, Vəsilə Qubadlı rayonunda onların evində kirayədə yaşamışdır. Sumqayıt şəhərinə gəldikdən sonra isə Vəsilənin qızına çörək pulu düzəltmişdir. Zərərçəkmiş şəxs4 2020-ci ilin mart ayında nəvəsinə çörək pulu düzəltmək üçün 300 (üç yüz) manat pul almış, lakin həmin işi düzəldə bilməmiş, pulu isə xərcləmişdir. Hal-hazırda Vəsiləyə 300 (üç yüz) manat pul borclu olmuşdur. Vəsilədən əlavə olaraq heç bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs5 3000 (üç min) manat borc almış və bu barədə aralarında borc müqaviləsi bağlamışlar. Xavərdən əlavə olaraq 3800 (üç min səkkiz yüz) manat pul almamışdır. Ümumiyyətlə Xavərdən ona ev alıb verəcəyi ilə bağlı pul almamışdır. Xavərdən borc olaraq aldığı 3000 (üç min) manat pulu isə maddi çətinliyi olduğundan qaytara bilməmişdir. Zərərçəkmiş şəxs6 30900 (otuz min doqquz yüz) manat pul almamış, Şokətin altı nəfər ailə üzvünün Qubadlı rayonu Hal kəndindən qeydiyyatdan çıxarılıb Qubadlı şəhərinə qeydiyyata düşməsi üçün Şokət ona hər bir ailə üzvü üçün 50 (əlli) manat pul vermiş, bu müxtəlif vaxtlarda olmuşdur. X18 tanımamış, ancaq X4 çörək pulu məsələsi üçün Elnur gətirib ona pul vermişdir. O, isə Elnurun işini düzəltmişdir. Gülsüm adlı qadının nə üçün ondan şikayət etdiyini bilməmişdir. X8 övladı və həyat yoldaşı üçün çörək pulu düzəldilməsi üçün Arazın qardaşı Elnurdan hər bir nəfər üçün 300 (üç yüz) manat, yəni ümumilikdə 600 (altı yüz) manat pul almışdır. Lakin Arazın işini də həll edə bilməmişdir. Hal-hazırda Araza 600 (altı yüz) manat pul borclu qalmışdır. Yuxarıda adları çəkilən şəxslərin çoxunun işləri ilə bağlı pullar ona Elnur gətirib vermişdir. O, isə Elnurdan aldığı pulların əksəriyyətini onun özünə qaytarmışdır. Həmin pulları Elnurdan və digər şəxslərdən alan zaman həmin şəxslərə müvafiq sənədləri toplamaq üçün dövlət rüsumlarına ödəyəcəyini bildirmişdir. Əslində isə həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və X17 vəsatətlərinin qanuni və əsaslı olduqlarını bildirərək vəsatətin təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatətin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş edərək bildirdi ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakterlidir və məsuliyyətdən yayınmaq üçün edilən hərəkətdir. Belə ki, keçmiş məhkəmə iclaslarında təqsirləndirilən şəxs cinayət əməlini tək deyil Qubadlı rayon İcra Hakimiyyətinin digər nümayəndələri ilə, yəni Şahid6, Şahid7, Şahid5, Şahid4 və Şahid8 ilə birgə törətdiklərini bildirsə də, məhkəmə iclasında Şahid8 əlavə şahid kimi dindirilən zaman təqsirləndirilən şəxs Şahid8 pul vermədiyini bildirdi. Həmçinin iş üzrə zərərçəkmiş şəxslər işlərin həll olunması ilə əlaqədar pul vəsaitlərini Təqsirləndirilən şəxs verdiklərini, əlavə şahid qismində dindirilmiş Qubadlı rayon İcra Hakimiyyətinin əməmkdaşları ilə aralarında bu mövzuda hər hansı söhbətləri olmamasını, həmin şəxslərə pul vermədiklərini, onların adlarını məhkəmədə təqsirləndirilən şəxsdən eşitdiklərini bildirmişlər. Eləcə də əlavə şahid qismində dindirilmiş şahidlər Təqsirləndirilən şəxs hər hansı vəsait almadıqlarını və sonuncu ilə aralarında hazırki cinayət işi üzrə zərərçəkmişlərin işlərinin həll olunması ilə bağlı hər hansı söhbətlərinin olmamasını demişlər. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadə cinayət işinin baxılmasını uzatmaq xarakteri daşıyır. Buna görə də, zərərçəkmiş şəxslər tərəfindən verilmiş vəsatətin təmin olunmaması və cinayət işinin baxışının davam etdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 vəsatətin təmin olunmasını xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini digər şəxslərlə birlikdə törətməsi barədə əsaslar var və həmin məsələnin araşdırılması üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə zərərçəkmiş şəxslərin vəsatətini əsaslı hesab edir. Belə ki, iş materiallarında olan məlumatlar, işdəki sübutlar və işin halları ehtimal etməyə əsas verir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməlini tək törətməmişdir. Bu hal təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə iclası zamanı verdiyi ifadələri, işin digər halları ilə uzlaşır və ibtidai istintaq zamanı bu xüsusatlar səthi araşdırılmışdır. Təqsirləndirilən şəxs hazırki ittihamdan başqa ittihamın irəli sürülməsi və aidiyyəti üzrə məhkəməyə göndərilməsi, yaxud başqa ittihamın sürülməməsi və işin müvafiq məhkəməyə göndərilərək məhkəmə baxışının davam etdirilməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-3 və 318.2-4-cü maddələrinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun səlahiyyətindədir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 318.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və X5 vəsatəti təmin olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Bu Qərardan apellyasiya şikayəti və ya protesti verilməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar