Məhkəmə qərarları › İş №1(060)-55/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-55/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-55/2023 22.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-226/2021 saylı, xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmış, məhkumluğu olan, Sumqayıt şəhəri, X3 qəsəbəsi, Ə. Vahid küçəsi, ev 81 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq gövdə hissəsinə partaladıcını bağladıqda döyüş sursatı hesab olunan “Ф-1” markalı qəlpəli əl qumbarasını təşkil edən hər biri zavod üsulu ilə hazırlanmış, saz vəziyyətdə və təyinatları üzrə istifadəyə-atəş-partlayışa yararlı 01 (bir) ədəd qəlpəli “Ф-1” markalı əl qumbarasının gövdə hissəsini və 01 (bir) ədəd “Ф-1”, “РГД-5”, “РГ-42” markalı qəlpəli əl qumbaralarının komplekt hissəsini təşkil etməklə qumbaraların partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş “УЗРГМ” markalı qumbara partladıcısını əldə edib Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, qəsəbə qəbiristanlığında torpaq altında basdıraraq gizlədib saxlamış, 29 may 2022-ci il tarixdə əl qumbarasının gövdəsini və partladıcısını yaşadığı ünvan 2 ünvanının həyətində saxlamaq məqsədi ilə oradan götürüb 01 (bir) ədəd sellofan bağlamaya yerləşdirərək üzərində daşıyaraq gəzdirmiş, 29 may 2022-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən keçən dəmiryol vağzalı istiqamətindəki yol ayrıcında piyada hərəkətdə olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərək 01 (bir) ədəd sellofan bağlamanın içində 01 (bir) ədəd qumbara gövdəsi və 01 (bir) ədəd qumbara partladıcısı əynindəki gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Hal-hazırda qeydiyyatda olduğu Sumqayıt şəhəri, X3 qəsəbəsi, Ə.Vahid küçəsi, ev 81 ünvanında yaşayır. Heç bir yerdə işləmir. Narkotik vasitələrin və psixotrop maddələrin alüdəçisidir. Bəzi müddətlərdə dəmir tullantıların yığımı ilə məşğul olub həmin tullantıları əlvan metal qəbulu yerlərinə satmaqla qazanc əldə etmişdir. Belə ki, 2017-ci ilin avqust ayında Xızı rayon ərazisində yerləşən hərbi hissədə baş vermiş partlayış nəticəsində ətraf ərazilərə yayılmış yararlı vəziyyətdə olan odlu silah və döyüş sursatları hərbi hissəyə aparılsa da, partlamış və yararsız vəziyyətdə olan hərbi sursatların, həmçinin digər dəmir və ya qeyri-dəmir materiallı əşyaların hərbi hissəyə aparılmayaraq ətraf ərazilərində qalması ilə bağlı məlumat eşitmişdir. Bu səbəblə də, o həmin ərəfələrdə hərbi hissənin yerləşdiyi Xızı rayonu, Giləzi qəsəbəsinə getmişdir. Həmin ərazidə dəmir tullantılar, o cümlədən yararsız vəziyyətdə olan hərbi sursatlar axtararkən tullantıların içində yararlı vəziyyətdə 01 (bir) ədəd qumbara gövdəsinin və 01 (bir) ədəd qumbara partladıcısının orada olduğunu görmüşdür. Onun odlu silaha, döyüş sursatlarına marağı olduğu üçün ətrafda kənar şəxslərin olmadığını müşahidə etdikdən sonra həmin qumbara gövdəsini və qumbaranın partladıcısını götürüb tullantıları yığdığı torbanın içinə qoymuşdur. Özünə qarşı şübhə yaradacağından ehtiyatlanıb orada daha sonra qalmayıb dərhal sürücüsünün şəxsiyyəti ona məlum olmayan bir taksi ilə Sumqayıt şəhər ərazisinə gəlmişdir. İlk əvvəl yaşadığı ünvanda qumbara gövdəsini və onun partladıcısını saxlamaq istəsə də, ailə üzvlərinin bu barədə məlumatlandıqdan sonra ona qarşı çıxacaqlarını fikirləşib qumbara gövdəsini və partladıcısını Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsində, qəsəbə qəbiristanlığında torpaq altında basdırıb orada saxlamaq qərarına gəlmişdir və həmin gün Bakı-Quba avtomobil yolunun kənarında yerləşən qəsəbə qəbiristanlığına gedib, qəbiristanlığın dəmir yol xətləri olan tərəfindəki giriş qapısından oraya daxil olub, qumbara gövdəsini partladıcısı ilə birlikdə qəbiristanlığın giriş qapısından bir qədər irəlidə qəbiristanlığın hasarının yaxınlığında yer qazıb basdıraraq orada gizlədib saxlamışdır. Qumbaranın gövdəsini və partladıcısı ilə birlikdə gizlədib saxladığı yeri unutmamaqdan ötrü qəbiristanlıqda olan kənara atılmış mişar daşını həmin yerin yaxınlığına qoymuşdur. Bu müddət ərzində bir neçə aydan bir oraya gedib döyüş sursatını gizlətdiyi yerin kənar şəxslər tərəfindən aşkar olunub-olunmadığını, ətrafında qəbir qazılıb-qazılmadığını müşahidə etmişdir. Belə ki, son günlərdə həmin qəsəbə qəbiristanlığının yaxınlığından keçərkən qumbaranın gövdəsini və onun partladıcısını gizlətdiyi ərazidə kənar şəxslərin olduğunu, həmçinin onlardan bir qədər irəlidə qəbirlərin olduğu yerdə başqa qəbr qazıldığını müşahidə edib, uzaq məsafədən həmin şəxsləri izləmiş, qumbaranın gövdəsini və partladıcısını gizlətdiyi yerin yaxınlığında olan şəxslərin oradan uzaqlaşdığını görmüşdür. Həmin şəxslərin daha sonra döyüş sursatını gizlətdiyi yerdə qəbr qazacağını, torpaq altında gizlətdiyi əl qumbarasının gövdəsinin və onun partladıcısının aşkar olunacağını fikirləşmişdir. Bu səbəblə də, qumbaranın gövdəsini və onun partladıcısını gizlədib saxladığı torpaq sahəsini qazıb, oradan götürüb yaşadığı evə apararaq, evin həyətində gizlətmək qərarına gəlmişdir. 29 may 2022-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən, qəsəbə qəbiristanlığına gedərək qumbaranın gövdəsini və partladıcısını oradan götürüb özü ilə gətirdiyi 01 (bir) ədəd sellofan bağlamaya yerləşdirdikdən sonra əynindəki gödəkcənin sağ yan cibinə qoymuşdur. Döyüş sursatını yaşadığı ünvanın həyətində torpaq sahəsində qazıb orada gizlədərək saxlamağından ötrü sözügedən qəbiristanlığın yaxınlığından keçən dəmir yol xətti boyunca yaşadığı ünvan istiqamətində hərəkət etməyə başlamışdır. Bakı-Quba avtomobil yoluna birbaşa çıxmamışdır ki, şübhə yaratmadan arxa yolla hərəkət etsin. Təxminən 2-3 km mesafəni piyada hərəkət etdikdən sonra, Dəmiryol vağzalının yaxınlığında, yaşadığı ünvan 2 ünvanına getməyindən ötrü dəmiryol xəttindən sol tərəfə doğru dönüb Bakı-Quba avtomobil yolu istiqamətində hərəkətini davam etdirmişdir. Belə ki, saat 22:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində, Bakı-Quba avtomobil yolu ilə dəmiryol vağzalı istiqamətinə dönən yol ayrıcına çatıb, yaşadığı ünvanın yerləşdiyi Ə.Vahid küçəsinə daxil olmaq üçün piyada hərəkətini davam etdirmək istədikdə yaxın məsafədən bir taksinin hərəkət etdiyini görmüşdür. Həmin taksi oradan uzaqlaşdıqdan sonra yolu keçmək istədikdə mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində döyüş sursatı əldə etmə, daşıma və gəzdirməyi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə dəvət etmişlər, o, qarşılıq vermədən onlarla birlikdə Polis Bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki gödəkcənin sağ yan cibində saxladığı içində qumbara gövdəsi və onun partladıcısı olan sellofan bağlamanı özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, əynindəki gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bağlamanı təqdim etmiş, həmin bağlamada “limonka”, yəni döyüş sursatı hesab olunan qumbara gövdəsi və onun partladıcısı olduğunu demişdir. Sonradan təhqiqatçı bağlamanın içinə baxıb özü 01 (bir) ədəd qumbara gövdəsini və 01 (bir) ədəd üzərində UZQRM 386-P-33-73 yazıları olan partladıcını aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamışdır və götürülməmişdir. Həmin qumbara gövdəsi və partladıcısı ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. O, əl qumbarasını və əl qumbarasının partlayıcısını tapıb əldə edərkən ondan başqa heç kim orada olmamışdır. Həmçinin bu barədə ona köməklik edən heç kim olmamış və bu barədə heç kimə məlumat verməmişdir. O, əl qumbarasını partlayıcısı ilə birlikdə hər hansı bir yerdə istifadə etmək məqsədi olmadan, sadəcə olaraq döyüş sursatlarına marağı olduğundan tullantılar axdardığı zaman götürmüşdür. Hərəkətinin qanunsuz olduğunu bildiyindən polis əməkdaşları tərəfindən saxlandığı zaman da onları üzərində daşımağına səbəb yaşadığı ünvana aparıb orada gizlədərək saxlamaq olmuşdur. Ona qarşı polis əməkdaşları tərəfindən nə fiziki, nə də psixi təzyiq olunmamışdır. Əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis mayoru rütbəsindədir. Bölmənin əməliyyat müvəkkili Şahid1 icraatına ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı əldə etmə, daşıma və gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü rəhbərliyə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupunda olmuş və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində 29 may 2022-ci il tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən keçən dəmiryol vağzalı istiqamətindəki yol ayrıcında piyada hərəkətdə olduğunu müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona qanunsuz olaraq döyüş sursatı əldə edib daşıyaraq gəzdirməsi barədə şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. X2 Hətəmova hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, o da əynindəki gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bağlama çıxardaraq təqdim etmiş, təqdim etdiyi bağlamanın içində “Limonka” olduğunu demişdir. Bağlamanın içinə baxıldıqda 01 (bir) ədəd əl qumbarasının qumbara gövdəsi və 01 (bir) ədəd üzərində UZQRM 386-P-33-73 yazıları olan əl qumbarasının partladıcı təhqiqatçı tərəfindən aşkar olunaraq götürülmüş, həmin əşyalar ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq möhürlənmişdir. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi əl qumbarasının gövdəsini və partladıcısını Xızı rayonu ərazisində yerləşən hərbi hissədə partlayış olduqdan sonra həmin ərazidə metal yığarkən yol kənarından tapıb götürdüyünü, şəxsi marağına görə özündə saxladığını, istifadə qaydasını bilmədiyini, heç bir yerdə istifadə etmək fikrinin olmadığını, bu barədə heç kimə məlumat vermədiyini, evində saxlamadığını, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını bildirdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar olunmadı. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar idarəsinin 30 may 2022-ci il tarixli 22/399R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı F-1 tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır. Digər 01 (bir) ədəd əşya “UZRQM” tipli partlayıcıdır, F-1, RQD-5, RQ-42 əl qumbaralarının partlayıcısıdır. Həmin 01 (bir) ədəd əl qumbarasını həmin 01 (bir) ədəd “UZRQM” tipli partlayıcı ilə komplekləşdirdikdə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatıdır. MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığının pozulmadığına görə təyinatı üzrə istifadə üçün yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməballistik ekspertizasının 20 iyun 2022-ci il tarixli, 3/759 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd qumbara gövdəsi-zavod üsulu ilə hazırlanmış, qəlpəli “Ф-1” əl qumbarasının gövdə hissəsidir, təqdim edilmiş partladıcı isə zavod üsulu ilə hazırlanmış, “Ф-1”, “РГД-5”, “РГ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, “УЗРГМ" markalı qumbara partladıcısıdır, onların üzərində təyintalarını, o cümlədən konstruksiyalarını və ballistik xassələrini dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir və həmin qumbara gövdəsinə, komplekt hissəsini təşkil edən həmin “УЗРГМ” partladıcısını bağladıqda, döyüş sursatı hesab olunan “Ф-1” markalı qəlpəli əl qumbarasını təşkil edirlər, saz vəziyyətdədirlər və təyinatları üzrə istifadəyə-atəş-partlayışa yararlıdırlar. İş materiallarında olan 29 may 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə videogörüntüdən görünür ki, həmin tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasının xidməti otağında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bağlama, gödəkcənin sol yan cibindən siqaret dənələri, əynindəki şalvarın sol yan cibindən isə 01 (bir) ədəd alışqan çıxardaraq təqdim etmiş, təqdim etdiyi bağlamanın içində “Limonka” olduğunu demiş, bağlamanın içinə baxıldıqda 01 (bir) ədəd qumbara gövdəsi və 01 (bir) ədəd üzərində UZQRM 386-P-33-73 yazıları olan partladıcı təhqiqatçı tərəfindən aşkar olunaraq götürülmüş, həmin əşyalar ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmış, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi əl qumbarasının gövdəsini və partladıcısını Xızı rayonu ərazisində yerləşən hərbi hissədə partlayış olduqdan sonra həmin ərazidə metal yığarkən yol kənarıdan tapıb götürdüyünü, şəxsi marağına görə özündə saxladığını, istifadə qaydasını bilmədiyini, heç bir yerdə istifadə etmək fikrinin olmadığını, bu barədə heç kimə məlumat vermədiyini, evində saxlamadığını, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, maddi sübut olan 01 (bir) ədəd qumbarasının gövdəsi və əl qumbarasının komplekt hissəsi olan 01 (bir) ədəd partladıcı Sumqayıt ŞPİnin silahların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-258/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin *** **** 1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmış və Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-713/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin *** **** 1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinə gətirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilməklə, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin 58-2/2-972 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 3-16-17/40/2-569/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynaladbin qəsəbəsinin nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2016-cı il təvəllüdlü X1). İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynaladbin qəsəbəsinin nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-226/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən və Sumqayıt şəhər Probasiya Şöbəsinin məktubundan görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 226/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş əvvəlki cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan residiv kimi qiymətləndirilmir, lakin o, məhkumluğu olan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 228.2.1-ci maddəsin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 01 (bir) ay 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 74 (yetmiş dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin silahların saxlanc anbarında saxlanılan 01 (bir) ədəd qumbarasının gövdəsi və əl qumbarasının komplekt hissəsi olan 01 (bir) ədəd partladıcı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu 01 (bir) ay 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 74 (yetmiş dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin silahların saxlanc anbarında saxlanılan 01 (bir) ədəd qumbarasının gövdəsi və əl qumbarasının komplekt hissəsi olan 01 (bir) ədəd partladıcı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar