Məhkəmə qərarları › İş №1(060)-550/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-550/2021

19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-550/2021 19.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, hazırda subay (himayəsində 1 azyaşlı uşağı var), orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,823 qram çəkidə dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan metamfetamin əldə edərək üzərində daşıyaraq saxlamış, 02 aprel 2021-ci il tarixdə saat 10:40 radələrində Sumqayıt şəhər Pİ-nin PPXT-nun əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində saxlanılıb 4-cü PB-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən üzərində “Pall Mall” sözləri yazılmış 01 (bir) ədəd siqaret qutusunun içərisindəki 01 (bir) ədəd şəffaf rəngli sellofan parçasının içərisində olan 0,823 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 09.05.2021-ci il tarixdə Sumqayıt şəhəri, Görüş kafesinin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,284 qram, 0,282 qram, 0,284 qram, 0,241 qram, 0,251 qram olmaqla ümumilikdə 1,242 qram çəkidə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə olan heroin, 0,395 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edərək üzərində daşıyaraq saxlamış, 10 may 2021-ci il tarixdə saat 00:30 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, “Əşya bazarı” yaxınlığında axtarışda olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd “Pall Mall” markalı siqaret qutusunun içərisindən 05 ədəd şəffaf rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,284 qram, 0,282 qram, 0,284 qram, 0,241 qram, 0,251 qram olmaqla ümumilikdə 1,242 qram çəkidə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə olan heroin, 01 (bir) ədəd gümüşü kağız bükümdə 0,395 qram çəkidə psixotrop maddə olan metamfetamin 01 (bir) ədəd üzərində narkotik vasitə olan heroinin izləri 01 (bir) manat nominalında olan pul əskinazı və əynində olan gödəkcənin sol yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan 01 (bir) ədəd “Hua Jie” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam və 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə isə qismən özünü təqsirli bilərək göstərdi ki, bir ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin qəbul edir. 01 aprel 2021-ci il tarixdə o, şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisinə getmişdir. Orada olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. O, narkotik vasitə və psixotrop maddədən istifadə etdiyi üçün özü istifadə etmək məqsədi ilə həmin şəxsdən qurudulmuş marixuananı və metamfetamini neçəyə satdığını soruşmuş və həmin şəxs 40 manata satdığını bildirmişdir. O, həmin şəxslə razılaşmış və 40 manat pul verib üzərində “Pall Mall” sözləri yazılmış siqaret qutusunun içərisində olan siqaretin gümüşü rəngli kağızına bükülmüş qurudulmuş marixuananı və şəffaf rəngli sellofan parçasının içərisində olan metamfetamini həmin tanımadığı şəxsdən almışdır. Bundan sonra o, həmin tanımadığı şəxsdən aldığı metamfetamini və qurudulmuş marixuananı özü istifadə etmək üçün əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Sonra o, Sumqayıt şəhərinə gəlmişdir. 02 aprel 2021-ci il tarixdə saat 10:40 radələrində üzərində olan qurudulmuş marixuananı və metamfetamini münasib yer tapıb istifadə etmək üçün Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisinə getmişdir. O, Kotec qəsəbəsi ərazisi ilə gedərkən yaxınlıqdan Post Patrul Xidməti Əməkdaşlarının xidməti avtomobillə keçdiyini görmüş və üzərində narkotik vasitə olduğundan onlardan yayınmaq üçün bir qədər sürətlə hərəkət etməyə başlamışdır. Polis əməkdaşları bu hərəkətindən şübhələnərək onu saxlamışlar. Polis əməkdaşları ondan nə üçün yayınmaq istədiyini soruşan zaman o, polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu demişdir. Həmin vaxtı polis əməkdaları onu narkotik vasitə saxlanılmasında və gəzdirilməsində şübhəli bilindiyi üçün Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə getmişdir. Polis bölməsində xidməti otaqların birində olarkən ona vəkil X5 təqdim olunmuşdur. Daha sonra polis əməkdaşları ona videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olub-olmamasını soruşmuşlar və olduğu halda həmin əşyanı onlara təqdim etməyini təklif etmişlər. O, həmin vaxtı əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan 1 ədəd “Pall Mall” sözləri yazılmış qara rəngli siqaret qutsunun içərisindəki 1 ədəd şəffaf sellofan parçasının içərəsində olan metamfetamini, bir ədəd gümüşü rəngli siqaret kağızıına bükülmüş qurudulmuş marixuananı, bükülmüş vəziyyətdə olan 1 manatlıq əskinası polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o üzərindən aşkar edilərək götürülmüş ağ rəngli maddənin şüşə, yəni metamfetamin olduğunu, yaşıl rəngli kütlənin isə nəşə, yəni qurudulmuş marixuana olduğunu, həmin maddələri 01 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxtı onun üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana və metamfetamin tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş və tərtib edilmiş protokolu o və digər iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Psixotrop maddə olan metamfetamini 01 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən 40 manata özü istifadə etmək məqsədi almış və üzərində saxlamış, həmin narkotik vasitələri satmaq fikri olmamışdır. Bundan başqa, 10 may 2021ci il tarixdə təxminən saat 00:30 radələrində Sumqayıt şəhəri, “Əşya Bazarı” ərazisındə olan zaman polis əməkdaşları ona yaxınlaşıb axtarışda olduğunu bildirərək, PB-yə dəvət etmişlər. PB-yə aparılan zaman o, polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirmişdir. PB-də olan zaman polis əməkdaşları üzrəində şəxsi axtarış keçirmək istədiklərini bildirmiş və o, etiraz etməmişdir. Bundan sonra ona hüquq və vəzifələri barədə, hüquqlarının müdafiəçisi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 təqdim olunmuşdur. Daha sonra ona videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, şəxsi axtarışdan qabaq hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuşlar. O bu zaman siqaret qutusunu, üzəri qara rəngli boru formasında bükülmüş 1 manatlıq pul əskinasını və elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi “Palmall” markalı siqaret qutuzunu özü açaraq içərisində saxlamış olduğu bükümləri də polis əməkdaşlarına təqdim etmişdir. PBdə həmin bükümlərə baxış zamanı 08 ədəd şəffaf rəngli sellofan bükümdə isə ağ rəngli kristal şəkilli maddənin olduğu müəyyən olunmuşdur. Üzərindən aşkar olunmuş ağ rəngli maddə “şüşə-metamfetamin”, qəhvəyi rəngli maddə isə “kokos” olmuş, həmin narkotik vasitəni və psixotrop maddəni 09.05.2021-ci il tarixdə təxminən saat 17 radələrində Sumqayıt şəhəri, Görüş kafesinin yaxınlığında Orxan adlı şəxsdən ümumilikdə 125 manata almışdır. Həmin narkotik vasitələri öz şəxsi istifdəsi üçün üzərində daşımışdır. Təqsirləndirilən şəxs törətdiyi əməllərdən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nin 1-cü bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. O, 02.04.2021-ci il tarixdə polis serjantı Şahid4 ilə birlikdə xidmətdə olan zaman saat 10:40 radələrində Kotec qəsəbəsi ərazisində bir nəfər şəxs onları görüb qaçmağa başlamışdır. Onlar da bu səbəbdən həmin şəxsi saxlayaraq, özlərini təqdim edib ondan hansı səbəbdən qaçdığını soruşmuşlar. Bu zaman həmin şəxs üzərində narkotik vasitə olmasını bildirmiş, onlar bu səbəbdən həmin şəxsi qanunsuz olaraq narkotik vasitə istifadəsində şübhəli olduğu üçün ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. PB-də həmin şəxs özünü təqdim edərək, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirmiş və həmin şəxsin bölməyə gətirilən zaman üzərində narkotik vasitə olduğunu bildirməsi barədə raport tərtib etmişlər. Bundan sonra, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Kənan Hacıyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim edilmiş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək, ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra 4-cü PB-də xidməti otaqların birində vəkilin iştirakı ilə və videoçəkilişlə ondan üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd üzərində “PALL MALL” yazısı olan siqaret qutusunu çıxardaraq onun içərisində olan 01 ədəd şəffaf sellofan bükülmüş bükülünü, 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülülərin içərisində nə olduğu soruşulduqda o, şəffaf rəngli bükülünün içərisində şüşə (metamfetamin), gümüşü rəngli siqaret kağının içərisində isə nəşə (marixuana) olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs həmin psixotrop maddəni və narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o həmin narkotik maddəni 01.04.2021-ci il tarixdə Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 40 (qırx) manata özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10.05.2021-ci il tarixdə PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, əməliyyat müvəkkilləri, polis mayoru Elnur Cəfərov və polis baş leytenantı Kənan Osmanovla xidmətdə olduqları zaman təxminən saat 00:30 radələrində Sumqayıt şəhəri, Əşya bazarı yaxınlığında əlamətləri CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 731256 saylı axtarış işində olan Təqsirləndirilən şəxs oxşayan şəxs görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq ondan şəxsiyyətini soruşmuşlar və həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu səbəbdən həmin şəxsi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmaq qərarına gəlmişlər. Onlar Təqsirləndirilən şəxs PB-yə aparan zaman Bəhruz onlara üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra onlar PB-yə gəldikdən sonra Təqsirləndirilən şəxs barəsində raport təqdim etmişlər. Bundan sonra xidməti otaqda Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru Tariyel Həsənov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim edilmiş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək, ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra 4-cü PB-də xidməti otaqda vəkilin iştirakı ilə və videoçəkilişlə ondan üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd üzərində “PALL MALL” yazısı olan siqaret qutusunu, bükülmüş vəziyyətdə olan 01 ədəd bir manatlıq əskinası və əynində olan gödəkçənin sol yan cibində saxlamış olduğu 01 ədəd elektron tərəzini çıxardaraq təqdim etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs siqaret qutusunu da açaraq orada olan 08 ədəd şəffaf rəngli sellofan bükümü, və 01 ədəd üzəri ağ kağızla örtülü örtülmüş olan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülülərin içərisində nə olduğu soruşulduqda o, 08 ədəd şəffaf rəngli bükülülərin içərisində kokos (herion) olduğunu, 01 ədəd ağ bükülüdə isə şüşə (metamfetamin) olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs həmin psixotrop maddəni və narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o həmin narkotik maddəni 09.05.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində üzdən tanıdığı Orxan adlı şəxsdən 125 manata özü istifadə etmək və satmaq məqsədi ilə aldığını və üzərində saxladığını, 1 manatlıq əskinası narkotik vasitə qəbul edən zaman istifadə etdiyini, tərəzinin isə aldığı narkotik vasitəni çəkmək üçün istifadə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 02.04.2021-ci il tarixdə və 10.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid3, Şahid4 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 03.04.2021-ci il tarixli, 6/1302 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....» yazısı olan zərfdəki, bir ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 0,823 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd 1 manatlıq əskinazın içərisində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır (metamfetaminin təmiz çəkisi-0,823 qram, tədqiqata sərf edildi: ümumi-0,05 qram, qalıq-0,773 qramdır). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 03.04.2021-ci il tarixli, 7/312 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş gümüşü rəngli siqaret kağızının içərisində olan, yaşıl rəngli, spesifik iyə malik ot kütləsi» yazılar və imzalar olan zərfdə bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi-0,230 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixianadır (marixuananın təmiz çəkisi-0,230 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,210 qramdır). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 10.05.2021-ci il tarixli, 6/1881 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №128” möhür əksi «Vət. Təqsirləndirilən şəxs üzərindən.....» və s. yazılar olan zərfdəki, 05 ədəd p/etilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,284 qram; 0,282 qram; 0,284 qram; 0,241 qram; 0,151 qram; ümumi təmiz çəkiləri 1,242 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 05 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,395 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 03 ədəd polietilen torbacıqda ayrı ayrılıqda təmiz çəkiləri 0,380 qram; 0,365 qram; 0,296 qram, ümumi təmiz çəkiləri 1,041 qram tünd qəhvəyi rəngli maddə kütlələrinin tərkibində nəzarətdə olan maddələrə məxsus əlamətlər aşkar olunmadı, borucuq formasına salınmış 01 ədəd 1 manatlıq əskinazın daxilində və 01 ədəd “Hua Jie” markalı elektron tərəzinin səthində heroin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin iz şəklində olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır (heroinin ümumi təmiz çəkisi-1,242 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq- 1,142 qram, metamfetaminin təmiz çəkisi-0,395 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,345 qram, 03 ədəd torbacıqdakı maddənin təmiz çəkisi-1,041 qram, tədqiqata sərf edildi-0,09 qram, qalıq-0,951qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 16.07.2021-ci il tarixli 2371 tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində 10.05.2021-ci ildə üzərində aşkar edilmiş narkotik və psixotrop maddələrin satışı ilə məşqul olmadığını göstərsə də üzərində aşkar edilmiş elektron tərəzi, iki fərqli adda bir neçə bükümdə narkotik maddə olan heroin və psixotrop maddə olan metanfetamin sonuncunun narkotik maddələrin satışı ilə məşqul olduğunu təsdiq edir. Odur ki, Təqsirləndirilən şəxs 10.05.2021-ci ildə üzərindən aşkar edilmiş narkotik maddə olan heroin və psixotrop maddə olan metanfetamini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsinə dair göstərdikləri sübüt kimi deyil, təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-26.12.2015-ci il təvəllüdlü X2 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməllərindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyaları həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi A.Şirinovun 04.04.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 11.05.2021-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 10.05.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 10.08.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 10 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata olınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,773 qram çəkidə psixoturop maddə metamfetamin, 0,210 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1,142 qram çəkidə narkotik vasitə heroin¸ 0,345 qram çəkidə psixoturop maddə metamfetamin və 03 ədəd torbacıqdakı 0,951 qram maddə və 1 ədəd “Hua jie” markalı tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının ümumi dəyəri 123 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 28 iyul 2021-ci il tarixli (iş № 1(060)- 550/2021) qərarını icra edərək, 05 avqust 2021-ci il tarixli 919/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 10 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübutlar, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,773 qram çəkidə psixoturop maddə metamfetamin, 0,210 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1,142 qram çəkidə narkotik vasitə heroin¸ 0,345 qram çəkidə psixoturop maddə metamfetamin və 03 ədəd torbacıqdakı 0,951 qram maddə və 1 ədəd “Hua jie” markalı tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 123 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar