Məhkəmə qərarları › İş №1(060)-550/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-550/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-550/2023 25.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs sağ almacıq nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi, döş qəfəsinin sol ön səthinin iki ədəd qançırları, sağ gicgah təpə nahiyyəsinin dərialtı hematoması xəsarətləri ilə nəticələlən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, Zərərçəkmiş şəxs onun rəsmi nigahda olduğu həyat yoldaşıdır, onunla bir ünvanda yaşayır. Qeyd edir ki, Zərərçəkmiş şəxs ilə 9 ildir ki, ailə həyatı qurmuş, 2014-cü il tarixdə rəsmi nigaha girmişlər. Onların birgə nigahlarından 2015-ci il təvəllüdlü Nailə Baxışova adlı qız, 2015-ci il təvəllüdlü Tohid Baxışov adlı oğlan övladları var. Evliliklərinin ilk vaxtlarında münasibətləri normal olmuş, ara-sıra xırda məişət problemləri olsa da ailə olduqları üçün həmin problemləri böyütməmiş, tez bir zamanda həll etməyə çalışmışlar. Qeyd edir ki, əvvəllər Zərərçəkmiş şəxs onun tərəfindən heç vaxt işgəncələrə, təzyiqlərə fiziki və psixi təsirlərə məruz qalmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 01:00 radələrində Sumqayıt şəhəri Bulvar ərazisində özünə məxsus BMW markalı **-EK-*** dövlət nömrə nişanlı avtomobildə olan zaman Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində münaqişə baş vermişdir. O, baş verən münaqişə zamanı çox əsəbiləşmiş, bu səbəbdən özündən asılı olmadan qeyri ixtiyari olaraq Zərərçəkmiş şəxs bədən və üz nahiyyələrinə vuraraq xəsarət yetirmişdir. Elə bu zaman Zərərçəkmiş şəxs mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, o, öz növbəsində Zərərçəkmiş şəxs kənarlaşmış, ondan şikayətini geri götürməsini xahiş etsə də, yoldaşı ona qarşı etdiyi hərəkətinə görə şikayətçi olacağını ona bildirmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, şikayətçi olduğu Təqsirləndirilən şəxs onun rəsmi nigahda olduğu həyat yoldaşıdır, onunla bir ünvanda yaşayırlar. Qeyd edir ki, Təqsirləndirilən şəxsla 9 ildir ki, ailə həyatı qurmuş, onunla bir ünvanda yaşayır. Birgə nigahlarından 2015-ci ildə Nailə Baxışova adında qız, 2015-ci ildə Tohid Baxışov adında oğlan olmaqla 2 övladları dünyaya gəlmişdir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 01:00 radələrində Sumqayıt şəhəri Bulvar ərazisində Təqsirləndirilən şəxs BMW markalı **- EK-*** dövlət nömrə nişanlı avtomobildə olan zaman aralarında qısqanclıq zəminində münaqişə baş vermişdir. Baş verən münaqişə zamanı Təqsirləndirilən şəxs onun bədən və üz nahiyyələrinə vurmuşdur. Elə bu zaman o, mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Az keçmiş polis əməkdaşları olduqları ünvana gəlmişlər. Halhazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X3 xx.xx.2023-cü il tarixli, 573 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ almacıq nahiyyəsinin yumşaq toxumalarınşişkinlik fonunda əziyi, döş qəfəsinin sol ön səthinin 2(iki) qançırları, sağ gichahtəpə nahiyyəsinin dərialtı hematoması Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla 29.04.23-cü il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istinsa edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (i.v. 22-25). İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CMnin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il dövlət və yerli özünüidarə orqanlarında maddi məsuli vəzifə tutma hüququndan məhrum edilməklə 3000 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16.0.2019-cu il tarixli qərarı ilə 3000 manat cərimə cəzası 01 il 02 ay islah işləri cəzası ilə əvəz edilmiş, AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 7-ci bəndinə görə bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. (i.v. 37). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 36). Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar