Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-551/2022 28.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 48-ci məhəllə ev 2 B, mənzil 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında təmiz çəkisi 0,425 qram narkotik vasitə qurudulmuş marixuananı, şəxsi istehlak miqdarında təmiz çəkisi 0,082 qram narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,877 qram psixotrop maddə metamfetamini və üzərlərində «F/M40» yazısı həkk olunmuş 02 ədəd bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metodonu əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 09:10-da Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «Socar» yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli çins şalvarının sağ yan cibindən 01 ədəd gızılı rəngli siqaret kağızına bükülmüş şəxsi istehlak miqdarında təmiz çəkisi 0,425 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin gün, saat 11:35-də Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilib orada üzərinə tam baxış keçirilərkən əynindəki cins şalvarının kəmər hissəsinin arxa iç hissəsindən şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrı təmiz çəkiləri 0,441 qram və 0,436 qram ümumi təmiz çəkisi 0,877 qram psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarında 01 ədəd gümüşü rəngli kağız bükümdə 0,082 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərlərində «F/M40» yazısı həkk olunmuş 02 ədəd bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metodon aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 09:10-da Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «Socar» yanacaqdoldurma məntəqəsinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, o da özünü təqdim etmişdir. Həmin vaxt onlar onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanıldığını demişlər. Ona üzərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə idarəyə getmiş, orada xidməti otaqların birində videoçəkiliş aparılaraq ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. O,həmin bildirişlə tanış olmuş, daha sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş, o vəkilə etiraz etməmişdir. Bundan sonra, ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olubolmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur. O, da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı onlara təqdim etmişdir. O, həmin narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata almışdır. Həmin gün, saat 11:35 radələrində o Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilib, orada üzərinə tam baxış keçirilərəkən əynindəki cins şalvarın kəmər hissəsinin arxa iç hissəsində gizlətdiyi 02 ədəd ayrı-ayrı şəffaf rəngli sellofan bükümlərdə psixotrop maddə olan metamfetamin, 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin və 02 ədəd M40 metadon həbləri aşkar olunaraq götürülmüşdür. Üzərinə xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Sumqayıt ŞPİ-də keçirilmiş şəxsi axtarış zamanı qorxduğundan narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və metodon həblərinin təqdim etməmiş, həm də fikirləşmişdir ki, onları göstərməsə məsuliyyəti yüngül olacaqdır. Narkotik vasitə olan heroini, qurudulmuş marixuananı, psixotrop maddə olan metamfetamini və metodon həblərini aldığı şəxsin adlarını və digər anket məlumatlarını bilməmişdir. Həmin narkotik vasitələri, metamfetamini, həbləri almaqda ona kömək edən olmamışdır. O, narkotik vasitəni şəxsi istifadəsi üçün istifadə edir, əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Toplanmış sübutlarla-şəxsi axtarış və disklərə baxış keçirilməsi haqqında protokollar, təqsirləndirilən şəxsin özünün etirafedici, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan təqsiri sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin CAŞ-in baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Zellabdin oğlu ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Elşad adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 09:10-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən “Socar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor- kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl idarənin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmiş, onlar da özlərini təqdim etmişlər. Bundan sonra təhqiqatçı Zaur Cəfərov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Namiq Ağayevi təqdim etmiş, Elşad bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Sorğu zamanı Elşad ondan aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana tərəzidə çəkilərək, qablaşdırılmış, daha sonra sənədləşdirilmə aparılmış, o da tərtib olunmuş protokola imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin CAŞ-in kiçik inspektoru, polis serjantı Şahid2 da Şahid1 Zellabdin oğlunun ifadəsinə oxşar ifadə verdi. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin MSY-nin növbətçisi, polis baş serjantı Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 11:35 radələrində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilən Təqsirləndirilən şəxs üzərinə MSY-də tam baxış keçirilərkən əynindəki cins şalvarın kəmər hissəsinin arxa iç hissəsində gizlətdiyi 02 ədəd ayrı-ayrı şəffaf rəngli sellofan bükümlərdə psixotrop maddə olan metamfetamin, 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin və 02 ədəd M40 metadon həbləri aşkar olunaraq götürülmüş, daha sonra bununla əlaqədar akt tərtib olunmuş və raportla Sumqayıt ŞPİ-nin rəisinə müraciət edilmişdir. Həmin raport əsasında Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən Sumqayıt ŞPİnin MSY-də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd psixotrop maddə olan metamfetamin, 01 ədəd heroin və üzərində M40 sözləri yazılmış 02 ədəd metodon həbləri üzərinə videoçəkiliş aparılmaqla vəkilinin iştirakı ilə elektron tərəzidə çəkilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş həmin heroin, metamfetamin və həblərin ona məxsus olduğunu, onları internetin sosial şəbəkəsində tanış olduğu tanımadığı İran İslam Respublikasının vətəndaşına onlayn vasitəsi ilə 100 manat ödəniş edərək, sonuncunun qoyduğu yerdən gedib götürərək əldə etdiyini, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində üzərinə şəxsi axtarış keçirilən vaxt qorxduğundan və məsuliyyətdən azad olmaq məqsədi ilə onları təqdim etmədiyini bildirmişdir. Daha sonra həmin heroin, metamfetamin və həblər 01 ədəd zərfdə qablaşdırılaraq müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilərkən polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin MSY-nin növbətçisi, polis baş serjantı Şahid5 Vahab oğlu da, Şahid3 ifadəsinə oxşar ifadə verdi. İşdə olan” şübhəli şəxsin tutulması” haqqında protokola əsasən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov tərəfindən şübhəli şəxs qismində tutularaq, Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan diskə baxış və şəxsi axtarış keçirilməsi haqqında protokollarından görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Elşad adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 09:10-da Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən “Socar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİyə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl idarənin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı Zaur Cəfərov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbudu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Namiq Ağayevi təqdim edir, Elşad bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd qızılı rəngli siqaret kağızma bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı təqdim edir. Sorğu zamanı Elşad ondan aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. Həmin vaxt onun üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana tərəzidə çəkilərək, qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/336 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli kağıza bükülmüş təmiz çəkisi 0,425 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1982 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №124 möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” və s.sözlər, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,441 qram, 0,436 qram ümumi təmiz çəkiləri 0,877 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 0,082 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, üzərlərində “F/M40” yazısı həkk olunmuş 02 ədəd bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram narkotik vasitə-metadon müəyyən edildi. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1855 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 11:35 radələrində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilən Təqsirləndirilən şəxs üzərinə MSY-də tam baxış keçirilərəkən əynindəki cins şalvarın kəmər hissəsinin arxa iç hissəsində gizlətdiyi 02 ədəd ayrı-ayrı şəffaf rəngli sellofan bükümlərdə psixotrop maddə olan metamfetamin, 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroin və 02 ədəd M40 metadon həbləri aşkar olunaraq götürülmüş, daha sonra bununla əlaqədar akt tərtib olunmuş və raportla Sumqayıt ŞPİ-nin rəisinə müraciət edildikdən sonra, həmin raport əsasında Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən Sumqayıt ŞPİ-nin MSY-də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd psixotrop maddə olan metamfetamin, 01 ədəd heroin və üzərində M40 sözləri yazılmış 02 ədəd metodon həbləri Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən üzərinə videoçəkiliş aparılmaqla vəkilinin iştirakı ilə elektron tərəzidə çəkilir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş həmin heroin, metamfetamin və həblərin ona məxsus olduğunu, onları internetin sosial şəbəkəsində tanış olduğu tanımadığı İran İslam Respublikasının vətəndaşına onlayn vasitəsi ilə 100 manat ödəniş edərək, sonuncunun qoyduğu yerdən gedib götürərək əldə etdiyini, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində üzərinə şəxsi axtarış keçirilən vaxt qorxduğundan və məsuliyyətdən azad olmaq məqsədi ilə onları təqdim etmədiyini bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Eldar Həsənovun üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,405 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,032 qram heroinin, 0,827 qram metamfetamin və 01 ədəd metodon həbləri saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Eldar Həsənovun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 02 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzasını Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 182 (bir yüz səksən iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılantədqiqatdan sonra qalıq qalmış 0,405 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,032 qram heroin, 0,827 qram metamfetamin və 01 ədəd metodon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 02 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 14 (on dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 84 (səksən dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdən 09 aprel 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 28 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 182 (bir yüz səksən iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut– tədqiqatdan sonra qalıq qalmış 0,405 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0,032 qram heroin, 0,827 qram metamfetamin və 01 ədəd metodon həbləri məhv edilsin, 02 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 84 (səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-551/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-551/2022
28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver