Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-552/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisində yaşayış binasının zirzəmisində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd saz vəziyyətdə olan, atəş açmaq üçün yararlı, tətiyini çəkmədən atəş açılması mümkün olmayan, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmiş, 5,45 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı, “AK-74” modelli, “029625” №li, 1982-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivli-odlu avtomat silahını, 30 (otuz) ədəd 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AKS-74U” modelli avtomatlarda, “RPK-74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982-ci ildə “Ulyanovsk Maşınqayırma zavodunda” zavod üsulu ilə istehsal edilmiş, istifadəyə (atəşə) yararlı, üzərlərində odlu silahın vurucusunun izləri olmayan, döyüş sursatı hesab edilən patronları və 01 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, İjevsk silah zavodunda istehsal edilmiş, üzərində istehsal ilini bildirən rəqəmlər olmayan, istifadəyə yararlı, üzərində hər hansı əlavə və dəyişiklik edilməmiş sandıqçanı (darağı) qanunsuz əldə edib daşıyaraq üzərində saxlamaqla gəzdirmiş, 10 may 2021-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən sağ əlində saxladığı ağ rəngli kisəyə bükülmüş 01 (bir) ədəd saz vəziyyətdə olan, atəş açmaq üçün yararlı, tətiyini çəkmədən atəş açılması mümkün olmayan, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmiş, 5,45 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı, “AK-74” modelli, “029625” №li, 1982-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivli-odlu avtomat silahını, 30 (otuz) ədəd 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AKS-74U” modelli avtomatlarda, “RPK-74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982-ci ildə “Ulyanovsk Maşınqayırma zavodunda” zavod üsulu ilə istehsal edilmiş, istifadəyə (atəşə) yararlı, üzərlərində odlu silahın vurucusunun izləri olmayan, döyüş sursatı hesab edilən patronları və 01 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, İjevsk silah zavodunda istehsal edilmiş, üzərində istehsal ilini bildirən rəqəmlər olmayan, istifadəyə yararlı, üzərində hər hansı əlavə və dəyişiklik edilməmiş sandıqça (daraq) aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisədən təxminən 10 gün əvvəl Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi ərazisində yerləşən qəbirstanlığın yaxınlığından keçib gedərkən yerdə qara rəngli sellofana bükülmüş əşya diqqətini cəlb etmiş, bundan sonra həmin sellofanı açdıqda, həmin sellofana bükülmüş bir ədəd avtomat və içərisində patronlar olan bir ədəd avtomat darağı müəyyən etmiş, daha sonra tapdığı avtomatı və içərisində patronlar olan avtomat darağını götürüb yaşadığı evə apararaq gizlətmişdir. Bu barədə hər hansı şəxsə heç bir məlumat verməmiş, ancaq sonradan tapdığı avtomat darağını və içərisində patronlar olan avtomat darağını yaşadığı evdə saxlamaqdan qorxduğundan, sonuncu dəfə 10.05.2021-ci il tarixdə avtomatı və içərisində patron olan avtomat darağını parçaya büküb, sonra isə bir ədəd kisənin içərisinə qoyaraq özü ilə götürüb yaşadığı evdən çıxmışdır. Həmin avtomatı və içərisində patronlar olan avtomat darağını özü ilə götürməkdə məqsədi gizlətmək üçün başqa bir münasib yer axtarmağı olmuş, saat 19 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisindən piyada keçib gedərkən, ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış, daha sonra həmin şəxslər özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirməklə, onun odlu silahı, döyüş sursatını qanunsuz olaraq əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan saxlandığını deyib, hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onu saxlamış polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmiş, etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəldikdən sonra xidməti otaqların birində bir daha ona odlu silahı, döyüş sursatını qanunsuz olaraq əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan saxlandığını deyib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmişdir. Həmçinin oraya hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Rəmzi Nəbiyevdə təqdim olunmuşdur. Daha sonra isə üzərinə şəxsi axtarış aparacaqlarını qeyd etmişlər, bunada etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkilişdə aparılmışdır. Oraya hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində saxladığı ağ rəngli kisənin içərisində olan təxminən 10 gün əvvəl Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi ərazisində yerləşən qəbirstanlığın yaxınlığından tapdığı avtomatı və içərisində patronlar olan avtomat darağını təqdim etmiş, təqdim etdiyi avtomat və içərisində patronlar olan avtomat darağı qablaşdırılmış, üzərində iştirakçılar tərəfindən imzalar olunmuş, həmçinin polis əməkdaşları üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmişlər. Həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində protokolu imzalamışdır. Üzərinə şəxsi axtarış aparılan zaman aşakar edilmiş odlu silahı və döyüş sursatı hesab edilən patronları başqa bir yerdə gizlətmək üçün üzərində gəzdirmiş, üzərindən aşakar edilmiş odlu silahdan heç vaxt istifadə etməmiş, üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş odlu silahı və həmin odlu silahın patronlarını özünə lazım ola biləcəyini fikirləşməyi səbəbindən əvvəllər aidiyyatı üzrə təhfil verməmiş, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş odlu silahı satmaq fikri olmamışdır. Ümumiyyətlə odlu silahın və soyuq silahın alqı-satqısı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2010-cu ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili vəzifəsində isə 2018-ci ildən xidmət aparmağa başlamış, sonuncu dəfə 10.05.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə Fuad adlı şəxsin odlu silahı, onun kamplekt hissələrini və döyüş sursatının əldə edilməsi, saxlanması, eləcədə üzərində gəzdirməsi ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Fuad adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun odlu silahı, odlu silahın komplekt hissələrini və döyüş sursatının əldə edilməsi, saxlanması və üzərində gəzdirməsi ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Fuad adlı şəxsin xx.xx.1984-cü ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olmuş, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri 4-cü mikrorayon ev 27A/4 mənzil 6-da qeydiyyatda olan və Sumqayıt şəhəri 3-cü məhəllə ərazisində yerləşən yaşayış binasının zirzəmisində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 19 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində Təqsirləndirilən şəxs həmin vaxtlar Sumqayıt ŞPİ-nin 1-ci PB-nin Növbətçi Hissəsinin sürücü polis nəfəri vəzifəsində xidmət aparmış, polis serjantı Şahid2 və Sumqayıt ŞPİ-nin XTB-nün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ezam edilmiş polis nəfəri, polis serjantı Şahid3la yaxınlaşaraq, onu saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, odlu silahı, komplekt hissələrini, eləcədə döyüş sursatını qanunsuz olaraq əldə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan saxlandığını izah etmişlər, ona birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olduğunu bildirmişlər, o, etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmiş, polis bölməsinin xidməti oatqlarından birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bir daha odlu silahı, onun komplekt hissələrini, eləcədə döyüş sursatını qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğundan saxlandığı izah edilməklə, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, həmin vaxt oraya Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 dəvət edilmiş, xidməti otaqda, onun, digər polis əməkdaşlarının, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə, video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bir daha Təqsirləndirilən şəxs izah edildikdə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirmiş, daha sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs sağ əlində saxladığı ağ rəngli kisəni təqdim etməklə xidməti otaqdakı masanın üzərinə qoymuş, bundan sonra o, həmçinin əynində olan geyim əşyalarının cibindən bir ədəd alışqanı, bir ədəd siqaret dənəsini, bir ədəd tibbi maskanıda çıxararaq təqdim etmiş, ona təqdim etdiyi kisədəki əşyanın nə olması barədə sual verildikdə, Təqsirləndirilən şəxs kisədəki əşyanın silah olduğunu bildirmiş, həmin ağ rəngli kisə açıldıqda kisənin içərisində ağ rəngli örtüyə bükülmüş və üzəri yapışqanlı lentlə sarınmış uzunsov əşyanın olduğu müəyyən edilmiş, həmin ağ rəngli örtük açıldıqda isə içərisindən bir ədəd ilk baxışdan odlu silah hesab edilən “Kalaşnikov” konstruksiyalı avtomat silahına bənzər əşya və bir ədəd həmin növ odlu silahlara aid edilən sandıqça aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin əşyanı hardan əldə etməsi, nə məqsədlə üzərində gəzdirməsi barədə suallar verdikdə, o verilmiş sualları cavablandıraraq təxminən 10-12 gün əvvəl Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi ərazisində yerləşən qəbirstanlığın yaxınlığından piyada keçib gedərkən qara rəngli bağlamaya bükülmüş həmin odlu silah olan avtomatı və onun satdıqçasını tapdığını, bundan sonra yaşadığı Sumqayıt şəhəri 3-cü məhəllə ərazisində yerləşən yaşayış binalarından birinin zirzəmisinə apararaq həmin odlu silah olan avtomatı təmizlədiyini, aşkar edilmiş bağlamaya qablaşdırdığını, sonradan tapdığı odlu silahı yaşadığı zirzəmidə saxlamaqdan qorxduğundan gizlətmək üçün münasib yer axtardığını, polis əməkdaşlarının isə onu saxlayaraq polis bölməsinə gətirdiklərini bildirmiş, bundan sonra sandıqçanın içərisi boşaldılmış, sandıqçanın içərisindən 30 (otuz) ədəd döyüş sursatına bənzər patronlar aşkar edilmiş, avtomat odlu silahına bənzər silahın üzərinə baxış keçirildikdə isə silahın gövdəsində 82 029625 seriya rəqəmlərinin həkk olunduğu müəyyən edilmiş, bundan sonra aşkar edilmiş odlu silah, sandıqçası və patronlar qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan ballistik ekspertizasının 11.05.2021-ci il tarixli 21/313R saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 029625 №-li silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1982-ci ildə istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 30 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1982-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir və atəş açmaq üçün yararlıdır.Təqdim edilmiş 30 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. İş materiallarında olan məhkəmə–ballistik ekspertizasının 05 iyul 2021-ci il tarixli 3/974; 3/975 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah 5,45 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı, “AK-74” modelli, “029625” №li, 1982-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivli-odlu avtomat silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən ondan atəş açılmır, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 27 (iyrimi yeddi) ədəd patron 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AKS-74U” modelli avtomatlarda “RPK-74”, əl pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982-ci ildə “Ulyanovsk Maşınqayırma zavodunda” zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır və üzərlərində odlu silahın vurucusunun izi yoxdur. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, İjevsk silah zavodunda istehsal edilmiş sandıqçadır (daraqdır) istifadəyə yararlıdır, üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Sandıqçanın üzərində istehsal ilini bildirən rəqəmlər olmadığından, onun hansı ildə istehsal olunduğunu müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş avtomat silahın lülə kanalında silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından atəşin vaxtını müəyyən etmək mümkün olmadı. Cinayət işinin istintaqı zamanı bir ədəd bağlamada 01 (bir) ədəd saz vəziyyətdə olan, atəş açmaq üçün yararlı, tətiyini çəkmədən atəş açılması mümkün olmayan, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmiş, 5,45 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı, “AK-74” modelli, “029625” №li, 1982-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivli-odlu avtomat silahını, 30 (otuz) ədəd 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK- 74”, “AKS-74”, “AKS-74U” modelli avtomatlarda, “RPK-74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982-ci ildə “Ulyanovsk Maşınqayırma zavodunda” zavod üsulu ilə istehsal edilmiş, istifadəyə (atəşə) yararlı, üzərlərində odlu silahın vurucusunun izləri olmayan, döyüş sursatı hesab edilən patronları, 01 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, İjevsk silah zavodunda istehsal edilmiş, üzərində istehsal ilini bildirən rəqəmlər olmayan, istifadəyə yararlı, üzərində hər hansı əlavə və dəyişiklik edilməmiş sandıqça (daraq) və üç ədəd giliz cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, cinayət işinin nəticəsinə kimi saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10.05.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 12.05.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən və hökmün surətindən görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 21.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsili bilinib 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.07.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair 25 may 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanin çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejim müəyyən edir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də 300 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 10.05.2021-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlancında saxlanılan bir ədəd bağlamada 01 (bir) ədəd saz vəziyyətdə olan, atəş açmaq üçün yararlı, tətiyini çəkmədən atəş açılması mümkün olmayan, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmiş, 5,45 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı, “AK-74” modelli, “029625” №li, 1982-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivli-odlu avtomat silahını, 30 (otuz) ədəd 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AKS-74U” modelli avtomatlarda, “RPK-74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982-ci ildə “Ulyanovsk Maşınqayırma zavodunda” zavod üsulu ilə istehsal edilmiş, istifadəyə (atəşə) yararlı, üzərlərində odlu silahın vurucusunun izləri olmayan, döyüş sursatı hesab edilən patronları, 01 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, İjevsk silah zavodunda istehsal edilmiş, üzərində istehsal ilini bildirən rəqəmlər olmayan, istifadəyə yararlı, üzərində hər hansı əlavə və dəyişiklik edilməmiş sandıqça (daraq) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilməli, üç ədəd giliz giliz məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10.05.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlancında saxlanılan bir ədəd bağlamada 01 (bir) ədəd saz vəziyyətdə olan, atəş açmaq üçün yararlı, tətiyini çəkmədən atəş açılması mümkün olmayan, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmiş, 5,45 mm kalibrli olmaqla Kalaşnikov konstruksiyalı, “AK-74” modelli, “029625” №li, 1982-ci ildə keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivli-odlu avtomat silahını, 30 (otuz) ədəd 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK-74”, “AKS-74”, “AKS-74U” modelli avtomatlarda, “RPK-74” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982-ci ildə “Ulyanovsk Maşınqayırma zavodunda” zavod üsulu ilə istehsal edilmiş, istifadəyə (atəşə) yararlı, üzərlərində odlu silahın vurucusunun izləri olmayan, döyüş sursatı hesab edilən patronları, 01 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, İjevsk silah zavodunda istehsal edilmiş, üzərində istehsal ilini bildirən rəqəmlər olmayan, istifadəyə yararlı, üzərində hər hansı əlavə və dəyişiklik edilməmiş sandıqça (daraq) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilsin və üç ədəd giliz məhv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-552/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-552/2021
18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver