Məhkəmə qərarları › İş №1(060)-552/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-552/2023

18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-552/2023 18.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Xüsusi ittihamçı - X13, Təqsirləndirilən şəxs - X3 və tərcüməçi X11, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Hərbi Hava Qüvvələrinə məxsus N saylı Hərbi Hissədə çilingər işləyən, Sumqayıt şəhəri, 16-cı məhəllə, ev 14/29, mənzil 2 qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X15 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrini törətməkdə təqsirli bilinməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzaya məhkum olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X15 bildirdi ki, o, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. 1999-cu ildən etibarən Hərbi Hava Qüvvələrinə məxsus N saylı Hərbi Hissədə çilingər vəzifəsində, ünvan 2 ünvanında yaşayan X8 da 1992-ci ildən etibarən elə həmin Hərbi Hissədə çilingər vəzifəsində çalışırlar. Təxminən 2014-cü ildə onların arasında sevgi münasibətləri olsa da, sonradan münasibətləri pozulduğu üçün təxminən 05 (beş) ildir ayrılmışlar. Lakin bu ayrılıqdan sonra X1rın ayrılmaqları ilə barışa bilməmiş və müxtəlif cəhdlərlə yenidən münasibətlərinin bərpa olunmasını istəmişdir. Lakin hər dəfə bunun üçün onunla danışmağa gəldikdə onun artıq bunu istəmədiyini və bundan sonra ailəsi ilə bağlı olacağını bildirmişdir. X8 artıq birgə münasibətlərinin imkansız olduğunu gördükdən sonra ona müxtəlif yerlərdən ziyan vuraraq acıq çıxmaq istəmişdir. Belə ki, o bundan sonra işlədikləri müəssisədə onun adına müxtəlif şaiyələr yayaraq ona açıq-aydın böhtan atmağa başlamışdır. Onu davamlı təhqir və böhtanlara məruz qoyaraq onun da onu təhqir edəcəyini və sərt davranacağını düşünsə də, o bunu bacara bilməmişdir. O, iş yerində onun adına şərəf və ləyaqətini ləkələyən müxtəlif yalan informasiyaları yayaraq onu işdən qovduracağını düşünsə də, bunu edə bilməmiş və daha da əsəbləşmişdir. Daha sonra isə o bütün bunlan daha da kütləviləşdirməyə başlamışdır. Belə ki, bir neçə dəfə iş yerlərində kütləvi olaraq hər kəsin qarşısında qışqırıb ona böhtan atmağa başlamışdır. Onun iddia etdiyi əsas məsələ isə onun iş yerlərində və digər yerlərdə ona yaxınlaşaraq hədələməyi olmuşdur. Bundan başqa o güya onunla münasibətləri davam etdirmək üçün ona yalvardığını iddia edərək onun üstünə çirkin böhtanlar atmışdır. Bütün bunlar isə ona atılan əsassız böhtanlar olmuş, şərəf və ləyaqətini ləkələyən və onu cəmiyyət içərisində nüfuzdan salan yalan ittihamlar olmuşdur. Bütün bunların yalan olduğunu X8 özü də bilsə də, bunları deməkdə hələ də davam edir. İş yerlərində və digər yerlərdə ona çalışdığı qədər yaxın getməməyə və ünsiyyət qurmamağa çalışsa da, o yenə də bu ittihamları davamlı böyük kütlə içərisində səsləndirmişdir. Artıq işlədikləri yerdə hər kəs bunlardan xəbərdar olmuş və onu yanlış tanımağa başlamışlar. O iş yerinin rəhbərliyinə güya onu döyməyinə dair şikayət də etmişdir. Hətta bir neçə dəfə işlədiyi yerin rəhbərliyi tərəfindən də ona xəbərdarlıq edilmiş və bir daha belə halların yaşanılmaması bildirilmişdir. Çünki rəhbərlik ona deyil, X3 yalançı göz yaşlarına inanmış və ona rəsmi xəbərdarlıq etmişdir. O, dəfələrlə bütün bunları edənin o deyil, qarşı tərəf olduğunu bildirsə də, təəssüf ki, ona deyil məhz X6 inanmışlar. Reallıqda isə o X6 yaxınlaşmamış və onunla bütün münasibətləri kəsməyə çalışmışdır. Lakin birlikdə işlədikləri üçün bu alınmamış və X2 davamlı böhtanlar ataraq dediyi şeylərin yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymağa davam etmişdir. X8 dəfələrlə onu söyərək təhqir etdiyini kütləvi olaraq bildirsə də, bunu edən o deyil, məhz X5muşdur. O isə bütün bunları sakitliklə qarşılamış, onun böhtan, təhqir və söyüş dolu ifadələrinə qarşılıq verməmiş və vəziyyətin düzələcəyinə ümid etmişdir. Lakin nəticədə bütün bunlar onun ailəsinə də məlum olmuşdur. Bu isə onun ailəsinin dağılmasına gətirib çıxarmışdır. Hal-hazırda o ailəsi ilə onun yalan şaiyələri üzündən ayrı yaşayırlar. Yəni onun ailə münasibətləri də X3 üzündən tamamilə bərbadlaşmışdır. Həmçinin bildirmək istəyir ki, X8 dəfələrlə əsassız ittihamlarla Polis İdarəsinə müraciətlər etmiş və onun barəsində tədbir görülməsini xahiş etmişdir. Belə ki, o üç dəfə əsassız ittihamlarla polis orqanlarına müraciət etmişdir. Bununla o məsələni daha da böyüdərək onu tamamilə nüfuzdan salmaq və onun barəsində cinayət işinin başlanmasını arzu etmişdir. Lakin bu üç müraciətin üçündə də ittihamın əsassız olması səbəbilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. O bu qərarların ikisini əldə edə bilsə də, daha öncə qəbul edilmiş qərarın üzərindən uzun müddət keçdiyi səbəbilə bu qərarı əldə edə bilməmişdir. X8 xx.xx.2021-ci il tarixdə saat 20:19 radələrində Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə məlumat verərək güya o, onun evinin pəncərəsini döyərək ölümlə hədələdiyini bildirmişdir. Lakin bu tamamilə əsassız ittiham idi və o həmin dövrlərdə X4 uzaqlaşmaq istəsə də, özü hər dəfəsində onunla əlaqə qurmağa çalışmışdır. Nəticədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X9 NK-1/68 saylı, xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edərək toplanmış material üzrə cinayət təqibinin başlanmasını rədd etmişdir. Bundan başqa o bu şikayətdə onun davamlı X3 evinə gəlib-getdiyini bildirmiş, lakin sonra məhz onun evinin pəncərəsini döydüyünə görə şikayət etdiyini bildirmişdir. Lakin burada absurd bir məqam da vardır. Əgər davamlı o onun evinə gedə bilirdisə, niyə məhz pəncərəni döydükdə onu hədələmiş və niyə o məhz bundan sonra şikayət etmişdir? Bütün bunlar isə onun ifadələrinin məntiqsizliyini, şikayətinin əsassızlığını sübut edir. Lakin X8 bununla kifayətlənməyərək xx.xx.2023-cü il tarixdə də onun güya onu ölümlə hədələdiyi ilə bağlı Polis İdarəsinə müraciət etmişdir. Bu şikayət isə daha absurd əsaslarla olmuş və güya onun silahla onu hədələdiyini bildirmişdir. Lakin Polis İdarəsinin araşdırmasından sonra məlum olmuşdur ki, onun üzərində silah olmamış və onu heç bir zaman hədələməmişdir. Bu müraciətin də nəticəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Vəlişov Şahəddİn Musa oğlu HK-1/658 nömrəli, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərək toplanmış material üzrə cinayət təqibinin başlanmasım rədd etmişdir. Bildirmək istər ki, X7 iki şikayətindəki ifadələri arasında böyük bir ziddiyət də vardır. Belə ki, qeyd etdiyi ilk şikayətdə o onunla əvvəllər qeyri-rəsmi münasibətdə olduğunu etiraf etsə də, ikinci şikayəti zamanı izahatında o bunu təqzib edərək onun ona sevgi etirafı edərək yalvardığını bildirmişdir. Bu isə onun onu nüfuzdan salmaq istədiyini, cəmiyyət içərisində onu yanlış tanıdaraq həyatını məhv etmək istədiyini bir daha sübut edir. Çünki o ikinci ifadəsində öz-özünü və reallığı təqzib edərək onu daha da pis vəziyyətə düşürmək istəmiş, lakin ancaq şaiyələr yayaraq ona böhtan ata bilmişdir. Bütün bunların nəticəsində isə onun bu yalan məlumatları yayması daha da kütləvi şəkil almışdır. Artıq onu tanıyan hər kəs onun barəsində polisə şikayət verildiyindən, onun polis orqanlarına izahat verdiyindən xəbərdar olmuşlar. Lakin onlar bu ittihamların əsassız olduğunu bilməmiş və onun barəsində yanlış düşüncədə olmuşrlar. O, yuxarıda bəhs etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarları da məhz hər kəsə günahsız olduğunu sübut etmək üçün əldə etmişdir. Lakin yenə də böyük bir kütlə məhz X3 sözünə inanır. O, bütün bu yayılan şaiyələrin və ona deyilən ittihamların böhtan olduğunu sübut etmək, cəmiyyətdə düşmüş nüfuzunu qaldırmaq, onun haqqındakı yayılmış fikirlərin yanlış olduğunu göstərmək və əsas da qarşı tərəfdən olan bu böhtanların dayandırılması üçün məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq qeyd edilənlərdən və sübutlardan da bəlli olur ki, X3 bu böhtanları davamlı xarakter daşıyır və qeyd olunmuş əsaslarla tam olaraq sübuta yetirilmişdir. Qarşı tərəf hələ də bu böhtanları atmağa davam edir və onu cəmiyyət içərisində nüfuzdan salmağa çalışır. Həmçinin iş yerində o, onun bu hərəkətlərinə görə bir çox problemlər yaranmışdır. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan cəzaya məhkum olunması barədə hökm çəxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 bildirdi ki, özünü təqsirli bilmir, o, 1992ci ildən Hərbi Hava Qüvvələrinə məxsus N saylı Hərbi Hissədə çilingər vəzifəsində işləyir. X15 da uzun müddətdir həmin hərbi hissədə onunla birlikdə işləyir. Təxminən 10 ildir Zaur ona sevgi etirafı etmiş, onu sevdiyini demiş, lakin o, Zauru yaxın buraxmamışdır. Buna görə də, Zaur ona uzun müddətdir hədə-qorxu gəlmiş və onu öldürəcəyini demişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 06:30 radələrində qızı Nadejda Stepanova ilə işə gedəndə Xəzər bağları ərazisində Zaur onların qarşısına çıxmış və onu hədələmişdir. Həmin zaman 28 yaşlı qızı Nadejda və 6 yaşlı oğlu Sənan orada olmuşdur. Qızı Nadejda və şokda olmuş, Zaura heç bir cavab verə bilməmişlər. Həmin zaman kənardan kimsə gəlirmiş, Zaur da onları görüb iri addımlarla oradan uzaqlaşmışdır. Bundan sonra o, işə gedəndən sonra Zaur da işə gəlmiş, lakin Zaur ona Hərbi Hissədə heç vaxt yaxınlaşmamışdır. O, baş verən hadisə barədə ərizə yazıb Sumqayıt şəhər prokurorluğuna göndərmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış materialda cinayət tərkibinin əlamətlərinin olmasını sübüta yetirə biləcək zəruri dəlillər əldə olunmadığına görə cinayət işinin başlanmasının rədd edilmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, xüsusi ittihamçını və barəsində şikayət verilmiş şəxsi dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 21.3-ci maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-cimaddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş, CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmçinin CPM-nin 351.2-ci maddəsinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.4-cü maddəsində isə göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. “İnsan Hüquqlarının və X12 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Məhkəmə qeyd etməyi zəruri sayır ki, vətəndaşların şərəfini, şöhrətini və işgüzar nüfuzunu qorumaq hüququ onların konstitusiya hüququdur. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının (bunan sonra, Konstitusiya) 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın İİİ fəslinin müddəalarına əsasən bir şəxsin və vətəndaşın hüquq və azadlıqları beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, normalarına uyğun olaraq tanınır və təmin edilir. Eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır. Konstitusiya müddəalarını nəzərə alaraq, şərəf və işgüzar nüfuzun qorunmasına dair mübahisələrin həllində məhkəmələr bir tərəfdən vətəndaşların şərəf, ləyaqət və işgüzar nüfuzunu müdafiə etmək hüququ və Konstitusiya ilə təmin edilmiş digər hüquq və azadlıqları arasında bir tarazlığı təmin etməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarında göstərilir ki, hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Göründüyü kimi, şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar, məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatlardırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, İakin əslində həmin məlumatlar yalandırsa, CM-in 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Məhkəmə xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri təqdim edilmiş sübutlar, tərəflərin göstərdiyi hallar əsasında tam, obyektiv və hərtərəfli araşdırmışdır. Məhkəmə istintaqı zamanı xüsusi ittihamçı X15 ifadəsində göstərmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 dəfələrlə əsassız ittihamlarla Polis İdarəsinə müraciətlər etmiş və onun barəsində tədbir görülməsini xahiş etmişdir. Belə ki, o üç dəfə əsassız ittihamlarla polis orqanlarına müraciət etmişdir. Bununla o məsələni daha da böyüdərək onu tamamilə nüfuzdan salmaq və onun barəsində cinayət işinin başlanmasını arzu etmişdir. Lakin bu üç müraciətin üçündə də ittihamın əsassız olması səbəbilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X6 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri xüsusi ittihamçının təqdim etdiyi sübutlar əsasında qiymətləndirərək belə nəticəyə gəldi ki, şikayətdə göstərilən hallar və dəlillər təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması üçün əsas deyildir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İş materiallarından da göründüyü kimi X8 müxtəlif vaxtlarda xüsusi ittihamçı X15 barəsində ərizə ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət etmiş, onun müraciəti araşdırılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarla material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də, X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-ci maddəsinə əsasən X8 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-1-ci maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X6 əməlində cinayətin tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə bəraət verilsin və o, təqsirsiz elan edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi X6 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulan müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar