Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-552/2025 13.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 3 fevral 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatında olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 10,458 qram çəkidə narkotik vasitə “qurudulmuş marixana”-nı qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 10,458 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə “qurudulmuş marıxana” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 29 may 2025-ci il tarixdə saat 22:45-də həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən “İbiza” restoranının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq orada videoçəkiliş aparılmaqla üst-başı yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd qara rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 10,458 qram çəkidə həmin narkotik vasitə “qurudulmuş marixana” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Füzuli rayonu, Gecəgözlü kəndində fərdi nömrəsiz yaşayış evində pasport qeydiyyatında olmaqla Bakı şəhəri, ünvan 2 ünvanında yaşayır, fərdi əməklə məşğuldur. O, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsinə gəlmiş, İran İslam Respublikası vətəndaşından 120 (bir yüz iyirmi) manat pul müqabilində narkotik vasitə qurudulmuş marixuana almaqla bağlı danışıb razılaşmış, iranlı da ona konum (ünvan) göndərmişdi deyə tanışı Orxan adlı şəxsin avtomobili ilə Sumqayıt şəhərinə gəlmişdir. Maşından düşüb ona göndərilən konum üzrə gedib göstərilən ünvandan 01 (bir) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı götürüb, Sumqayıt şəhəri, Sahil küçəsi, ’’İbiza” restoranının yaxnlığında piyada hərəkət edən zaman 3 (üç) nəfər mülki geyimli polis əməkdaşı, videoçəkilişlə küçədə ona yaxınlaşaraq saxlamışlar. Saxlandıqdan sonra üzərində olan bükümü polis əməkdaşlarına təqdim etmiş, həmin büküm qablaşdırılaraq polis idarəsinə aparılmış, orada vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq sənədləşmə aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, bu yaxınlarda ailə həyatı quracağını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması’’, ‘şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi' haqqında protokollar, məhkəmə-bioloji ekspertizasının rəyi, məhkəmə-norkoloji ekspertizasının rəyi, maddi subutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Sonuncuya qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nın Cinayət Axtarış Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 29 may 2025-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən “İbiza” restoranının qarşısında saxlanılmış, videoçəkilişlə üzərinə axtarış keçirilmiş, özünün təqdim etdiyi içərisində marixuanaya bənzər kütlə olan büküm aşkar edilmiş, qablaşdırılaraq, polis idarəsinə aparılmış, idarədə vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmiş, müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın, Sumqayıt ŞPİ-nın CAŞ-ın kiçik əməliyyat müvəkkili, Şahid3 şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdilər. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Sumqayıt ŞPİ CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ibtidai araşdırma müddətində ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Sonuncuya qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nın Cinayət Axtarış Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 29 may 2025-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən “İbiza” restoranının qarşısında saxlanılmış, videoçəkilişlə üzərinə axtarış keçirilmiş, özünün təqdim etdiyi içərisində marixuanaya bənzər kütlə olan büküm aşkar edilmiş, qablaşdırılaraq, polis idarəsinə aparılmış, idarədə vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmiş, müvafiq sənədləşmə aparılmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və ********* nömrə ilə qeydə alınmışdır. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 22:50də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 83-84-cü vərəqəsində olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, işə əlavə edilmiş birinci disk zərfdən çıxarılarkən ağ rəngdə, üzərində hər hansı markalanma yazıları olmaması, göy qələmlə Təqsirləndirilən şəxs yazısının olması müəyyən edildi, həmin disk «Windows-10» əməliyyat sistemi ilə işləyən personal kompyuterin disk ötürücüsünə qoyularaq əməliyyat sisteminin “My Compyuter” düyməsi açıldı. “My Computer” pəncərəsində disk ötürücüsünə aid olan hissənin alt mərkəz hissəsində “DVD-ROM” yazılmış disk şəkilli alt menyu vardır Həmin alt menyu açıldıqda ümumilikdə 01 (bir) ədəd “MP4” formatlı video görüntünün olması görünür. Həmin görüntü “Təqsirləndirilən şəxs” başlıqlı 64 910 KB həcmlidir. Həmin diskdə mövcud olan video görüntü «Windovs-10» əməliyyat sisteminin «MPC-HC Player» proqramı vasitəsi dinlənildi və həmin faylda aşağıdakı məzmunda video görüntü olması müəyyən edildi. Həmin diskdə olan faylda «Təqsirləndirilən şəxs» sözləri yazılan “MP4” formatlı video görüntü açıldıqda 06 dəqiqə ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda 29 may 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması» protokoluna əsasən, baxış zamanı həmin tarixdə saat 22:45-dən saat 22:52-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin şöbənin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 və video çəkilişi aparan CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 iştirakları ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Füzuli rayonu, Gecəgözlü kəndində fərdi nömrəsiz yaşayış evində pasport qeydiyyatında olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən “İbiza” restoranının qarşısında piyada hərəkətdə olarkən saxlanılması və orada video çəkilişlə üstünün yoxlanılması müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 çıxışı ilə başlayır. Əməliyyat müvəkkili Şahid1 özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları özlərini təqdim edirlər. Əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs onu nəyə görə saxlanıldığını izah edir və ona video çəkiliş aparılmaqla üst-başını yoxlayacağını deyir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə, psixotrop maddə vardırsa könüllü təqdim etməsini deyir, şübhəli şəxs Təqsirləndirilən şəxs əvvəllcə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli yağışqan lentlə bağlanmış qara rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxardıb təqdim edir. Bu zaman əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin nə olduğunu onu haradan, nə məqsədlə əldə etdiyini soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu deyib onu şəxsi istifadəsi üçün tanımadığı İran İslam Respublikası vətəndaşından 120 (bir yüz iyirmi) manat pul müqabilində internet üzərindən alıb komun üzrə saxlanıldığı yerdən bir qədər kənarda yerləşən ərazidən götürüb üzərində saxladığını bildirir. Sonra əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəkı kütləni, büküldüyü sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəziyə qoyub çəkisini ölçüldükdə çəkisinin 13,45 qram olması müəyyən edilir. Bundan sonra həmin büküm 01 (bir) ədəd ağ rəngli içərisi boş olan zərfin içərisinə qoyulur, zərfin üstü DİN-in 124 nömrəli möhürü ilə möhürlənir, daha sonra polis əməkdaşları və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır, daha sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən şübhəli şəxsin üst-başının yoxlanılması davam etdirilir, bu zaman onun əynindəki həmin cins şalvarının sol yan cibindən şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “SAMSUNG” markalı mobil telefon aşkar edilir, lakin sonradan özünə geri qaytarılır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əməliyyat müvəkkili Şahid1 suallarını cavablandıraraq üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni saxlanıldığı gün aldığını, həmçinin, saxlanıldığı yerə tanışı Orxan Qafarovla birlikdə gəldiyini bildirir. Bundan sonra video çəkiliş dayandırılır. Cinayət işinin 28-29-cu vərəqəsində olan 30 may 2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi aparılması” haqqında protokoldan görünür ki, baxışda iştirak edən Sumqayıt ŞPİ-nin CAŞ-in əməliyyat müvəkkili, polis kapitanı Şahid1 üzərində müvafiq qeydlər aparmış və DİN-in 124 saylı möhürü ilə möhürlənmiş qara rəngli kağız zərfi təqdim edərək, həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli sellofana bükülmüş narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin aşkar edildiyini, həmin “marixuana”ya bənzər bitki kütləsinin elektron tərəzidə çəkilərək çəkisinin 13,45 qram olduğunu müəyyən edildiyini bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitkikütləsinin narkotik vasitə olan “nəşə” olduğunu, həmin bitki kütləsini İran vətəndaşının hesab nömrəsinə 120 manat pul göndərdikdən sonra ona təqdim edilən ünvana gələrək şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitəni əldə etmək üçün birlikdə gəldiyi taksi sürücüsünün onun narkotik vasitə əldə etmək üçün gəldiyindən məlumatsız olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncuya məxsus Samsung markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürüldü. Cinayət işinin 44-45-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/401 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X2 üzərindən ...” yazıları və imzalar olan sellofan bağlamadakı təmiz çəkisi - 10,458 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 10,458 qram, təhqiqata sərf edildi 0,05 qram, qalıq 10,408 qram. Marixuana (kannabis) 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 47-48-ci vərəqəsində olan Məhkəmə Tibbi Ekspertizasının xx.xx.2025ci il tarixli 757 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. Cinayət işinin 53-55-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işə əlavə edilmiş birinci disk zərfdən çıxarılarkən ağ rəngdə, üzərində hər hansı markalanma yazıları olmaması, göy qələmlə Təqsirləndirilən şəxs yazısının olması müəyyən edildi, həmin disk «Windovs-10» əməliyyat sistemi ilə işləyən personal kompyuterin disk ötürücüsünə qoyularaq əməliyyat sisteminin “My Compyuter” döyməsi açıldı. “My Compyuter” pəncərəsində disk ötürücüsünə aid olan hissənin alt mərkəz hissəsində “DVD-ROM” yazılmış disk şəkilli alt menyu vardır Həmin alt menyu açıldıqda ümumilikdə 01 (bir) ədəd “MP4” formatlı video görüntünün olması görünür. Həmin görüntü “Təqsirləndirilən şəxs” başlıqlı 64 910 KB həcmlidir. Həmin diskdə mövcud olan video görüntü «Windovs-10» əməliyyat sisteminin «MPC-HC Player» proqramı vasitəsi dinlənildi və həmin faylda aşağıdakı məzmunda video görüntü olması müəyyən edildi. Həmin diskdə olan faylda «Təqsirləndirilən şəxs» sözləri yazılan “MP4” formatlı video görüntü açıldıqda 06 dəqiqə ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda 29 may 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması» protokoluna əsasən, baxış zamanı həmin tarixdə saat 22:45-dən saat 22:52-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin şöbənin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 və video çəkilişi aparan CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 iştirakları ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Füzuli rayonu, Gecəgözlü kəndində fərdi nömrəsiz yaşayış evində pasport qeydiyyatında olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən “İbiza” restoranının qarşısında piyada hərəkətdə olarkən saxlanılması və orada video çəkilişlə üstünün yoxlanılması müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 çıxışı ilə başlayır. Əməliyyat müvəkkili Şahid1 özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları özlərini təqdim edirlər. Əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs onu nəyə görə saxlanıldığını izah edir və ona video çəkiliş aparılmaqla üst-başını yoxlayacağını deyir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə, psixotrop maddə vardırsa könüllü təqdim etməsini deyir, şübhəli şəxs Təqsirləndirilən şəxs əvvəllcə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli yağışqan lentlə bağlanmış qara rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxardıb təqdim edir. Bu zaman əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin nə olduğunu onu haradan, nə məqsədlə əldə etdiyini soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu deyib onu şəxsi istifadəsi üçün tanımadığı İran İslam Respublikası vətəndaşından 120 (bir yüz iyirmi) manat pul müqabilində internet üzərindən alıb komun üzrə saxlanıldığı yerdən bir qədər kənarda yerləşən ərazidən götürüb üzərində saxladığını bildirir. Sonra əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümdəkı kütləni, büküldüyü sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəziyə qoyub çəkisini ölçüldükdə çəkisinin 13,45 qram olması müəyyən edilir. Bundan sonra həmin büküm 01 (bir) ədəd ağ rəngli içərisi boş olan zərfin içərisinə qoyulur, zərfin üstü DİN-in 124 nömrəli möhürü ilə möhürlənir, daha sonra polis əməkdaşları və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır, daha sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən şübhəli şəxsin üst-başının yoxlanılması davam etdirilir, bu zaman onun əynindəki həmin cins şalvarının sol yan cibindən şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “SAMSUNG” markalı mobil telefon aşkar edilir, lakin sonradan özünə geri qaytarılır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əməliyyat müvəkkili Şahid1 suallarını cavablandıraraq üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni saxlanıldığı gün aldığını, həmçinin, saxlanıldığı yerə tanışı Orxan Qafarovla birlikdə gəldiyini bildirir. Bundan sonra video çəkiliş dayandırılır. İkinci disk zərfdən çıxarılarkən ağ rəngdə, üzərində “CMC BİNGO 16X” markalanma yazıları olması müəyyən edildi, həmin disk «Windovs-10» əməliyyat sistemi ilə işləyən personal kompyuterin disk ötürücüsünə qoyularaq əməliyyat sisteminin “My Compyuter” döyməsi açıldı. “My Compyuter” pəncərəsində disk ötürücüsünə aid olan hissənin alt mərkəz hissəsində “DVD-ROM” yazılmış disk şəkilli alt menyu vardır. Həmin alt menyu açıldıqda ümumilikdə 01 (bir) ədəd “MP4” formatlı video görüntünün olması görünür. Həmin görüntü “VİD-20250530-WA0011” başlıqlı 39 319 KB həcmlidir. Həmin diskdə mövcud olan video görüntü «Windovs-10» əməliyyat sisteminin «MPC-HC Piayer» proqramı vasitəsi dinlənildi və həmin faylda aşağıdakı məzmunda video görüntü olması müəyyən edildi Həmin diskdə olan faylda «VİD-20250530-WA0011» sözləri yazılan “MP4” formatlı video görüntü açıldıqda 05 dəqiqə 42 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda 29 fevral 2025-ci il tarixli «şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi» protokoluna əsasən, baxış zamanı həmin tarixdə saat 00:30-dan saat 00:36-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nın Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X4, Sumqayıt ŞPİ- nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin şöbənin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3, video çəkilişi aparan Sumqayıt ŞPİ-nin KTB-nın inspektor kriminalisti, polis kapitanı X6 və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Füzuli rayonu, Gecəgözlü kəndində fərdi nömrəsiz yaşayış evində pasport qeydiyyatında olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs ŞPİ-nin inzibati binasında, xidməti otaqlardan birində dindirilməsi, üzərinə şəxsi axtarış keçirilməsi və əməliyyat müvəkkli tərəfindən təqdim olunan bağlamaların götürülməsi müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X4 çıxışı ilə başlayır. Təhqiqatçı özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları və vəkil özlərini təqdim edirlər. Təhqiqatçı S.Qənbərov şübhəli şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını bir daha izah edir və ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, ona bu barədə bildirişi təqdim edir, şübhəli şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirib təqdim olunmuş bildirişi imzalayıb heç bir etirazının olmadığını deyir. Bundan sonra təhqiqatçı S.Qənbərov şübhəli şəxs Təqsirləndirilən şəxs CAŞ-ın əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanlıması, üzərində gəzdirilməsi və istifadəsində şübhəli olduğunu üçün Sumqayıt şəhəri, Sahil küçəsində saxlanıldığını və orada video çəkilişlə üstünə baxış keçirdiklərini deyib yanında dayanan şəxslərin həmin əməkdaşlar olub-olmadığını soruşur, şübhəli şəxs onu saxlayan polis əməkdaşlarının hazırda yanında dayanan şəxslər olduğunu deyir. Daha sonra təhqiqatçı əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş 01 (bir) ədəd bağlamanı göstərib şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamanın həmin bağlama olub-olmadığını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bağlamanın məhz həmin bağlama olduğunu deyib içərisindəki narkotik vasitə qurudulmuş marixunananı şəxsi istifadəsi üçün saxlanıldığı tarixdə tanımadığı İran İslam Respublikası vətəndaşından 120 (bir yüz iyirmi) manat pul müqabilində internet üzərindən alıb komun üzrə saxlanıldığı yerdən bır qədər kənarda yerləşən ərazidən götürüb üzərində saxladığını bildirir. Daha sonra təhqiqatçı əməliyyat müvəkkilindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən nə aşkar olunduğunu soruşur, əməliyyat müvəkkili onun üzərindən 13,45 qram çəkidə marixuana və 01 (bir) ədəd “SAMSUNG” markalı mobil telefon aşkar olunduğunu deyir, lakin sonradan mobil telefonu özünə geri qaytardığını deyir, daha sonra təhqiqaqtçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, bu zaman onun üzərindən əynindəki cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd “SAMSUNG” markalı mobil telefon aşkar edilərək götürülür, daha sonra təhqiqatçı şübhəli şəxsə şullar verərək əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş bağlamadakı narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlənin ona məxsus olub-olmadığını soruşur, sonuncu ona məxsus olduğunu deyir. Sonra təhqiqatçı S.Qənbərov şübhəli şəxsin üzərindən aşkar olunmuş və əməliyyat müvəkkili tərəfidən təqdim edilmiş 01 (bir) ədəd ağ rəngli bağlamanı olduğu kimi qəbul edib həmin bağlamanı Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün götürür. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı S.Qənbərovun və vəkilin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiqə və ya işgəncəyə məruz qalmadığını bildirir. Bundan sonra video çəkiliş dayandırılır. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3323 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 87-88-ci vərəqəsində olan maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 10,458 qram olan narkotik vasitə olan marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 10,408 qram çəkidə narkotik vasitə olan marixuana saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 120-132-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 10,458 qram olan narkotik vasitə olan marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 10,408 qram çəkidə narkotik vasitə olan marixuana saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. 29 may 2025-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibiüzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 114-cü vərəqəsində olan Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsindən daxil olmuş 10 iyun 2025-ci il tarixli məktubdan görsənir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 10,458 qram narkotik vasitə olan marixuananı əldə etdiyi şəxsi və ya mənbənin müəyyən etdilməsi, eləcə də, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatının əldə edilməsi mümkün olmamışdır. Cinayət işinin 116-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə marixuananı qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07.00-dək yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında fərdi yaşayış evini tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3323 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 10,408 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 10,408 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 08 saata görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-552/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-552/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver