Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-553/2021 15.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci il tarixdə Qubadlı rayonu Həkəri kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.04.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 04.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri 41-ci məhəllə, yataqxana 9, ev 7, otaq 6-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd LD markalı siqaret qutusunun içərisində olan 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,930 qram qəhvəyi rəngli kusar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 01 may 2021-ci il tarixdə saat 19:10-da Sumqayıt şəhər polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində saxlanılıb Sumqayıt şəhər polis idarəsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd LD markalı siqaret qutusunun içərisində olan 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,930 qram qəhvəyi rəngli kusar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirkar bilərək, ifadəsində göstərmişdir ki, təxminən 5-6 aydır ki, narkotik vasitə qəbul edir. O, tutulduğu gün səhər saatlarında, yəni 01 may 2021-ci il tarixdə təxminən saat 10-11 radələrində Bakı şəhəri 20 yanvar ərazisində təsadüfən bir nəfər şəxslə tanış olmuş, o narkotik vasitə olan heroin satdığını bilmiş və o da onun narkotik vasitə istifadə etdiyini bilmiş, ondan narkotik vasitə olan heroin istəmiş və ondan 30 manata 1 ədəd şəffaf rəngli sellofan bükümdə üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini almışdır. O, Bakı şəhərində işlərini qurtardıqdan sonra Sumqayıt şəhərinə qayıtmış, tanımadığı şəxsdən aldığı narkotik vasitə olan heroini üzərində gəzdirmişdir ki, heç kəsin bundan xəbəri olmasın. Həmin gün, yəni 01 may 2021-ci il tarixdə təxminən saat 19:10 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində olan vaxt polis əməkdaşları ona yaxınlaşıb onun qanunsuz olaraq narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli bilindiyi üçün Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə Sumqayıt şəhər Polis İdarəsinə gəlmiş və həmin vaxt aldığı narkotik vasitə olan heroini əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olmuşdur. Polis əməkdaşları ona üzərində şəxsi axtarış keçiriləcəyini demişlər. Şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O da özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd LD markalı siqaret qutusunu çıxarıb içərisində olan 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən götürülmüş, içərisinə baxılarkən həmin bükümün içərisində isə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunmuş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 01.05.2021-ci il tarixdə Sumqayıt şəhərində Rüstəm adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 01.05.2021-cu il tarixdə, saat 19:10-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində müəyyən olunaraq saxlanılmışdır. Belə ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X9 Hüseynova yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını soruşanda, təhqiqatçısı X9 Hüseynova daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitə saxlamaqda və istifadə etməkdə şübhəli bilindiyi üçün saxlanıldığını deyib onu Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmiş, o da etiraz etməyərək onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinə gəlmişdir. Orada xidməti otaqların birində onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O da özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd LD markalı siqaret qutusunu çıxarıb içərisində olan 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin bükümün içərisinə baxılarkən içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunmuş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmədə ifadələri tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin NMBnin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3, Şahid2 və Sumqayıt ŞPİ-nin KTBnin inspektor-kriminalisti, polis mayoru X3 da Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 02.05.2021-ci il tarixli, 6/1766 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,930 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vastə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahisinə (Siyahi İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 0,930 qram, tədqiqata sərf edildi: ümumi 0,050 qram, qalıq 0,880 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 27.05.2021-ci il tarixli, 1621 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, 0,930 qram olan narkotik vasitə-heroindən tədqiqatlardan sonra qalıq qalmış 0,880 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-194/2021 saylı, 03 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materiallarında olan hökmün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.04.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 05 (beş) il 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 04.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs himayəsində 24.04.2008-ci il təvəllüdlü azyaşlı qızı Cəmilə Hüseynli və 17.07.2011-ci il təvəllüdlü azyaşlı oğlu Ruslan Hüseynlinin olması Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 28 (iyirmi səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 168 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 01.05.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,930 qram olan narkotik vasitə-heroindən tədqiqatlardan sonra qalıq qalmış 0,880 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01.05.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,880 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 168 (yüz altmış səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-553/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-553/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver