Məhkəmə qərarları › İş №1(060)-553/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-553/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-553/2023 05.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.2001-ci ildə Laçın rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Laçın rayonu, Çıraqlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1999-cu ildə Quba rayonu, 2 Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, 2 Nügədi kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış massivində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olmaqla ünvan 3a yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, 54 nömrəli binanın yaxınlığında dayanmış “Lada Priora” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ətrafında ifşa olunmaq təhlükəsinin qarşısını almaq məqsədi ilə müşahidə etdikləri zaman, Təqsirləndirilən şəxs1 həmin avtomobilin qapısının qıfılını özü ilə əvvəlcədən gətirdiyi dəmir alətlə sıxıb açmaq yolu ilə açaraq içəridən 01 ədəd 200 manat dəyərində ’’Redmi 10” markalı mobil telefonu, 02 ədəd hər birinin dəyəri 10 manat olan cib bıçağını və 300 manat məbləğində nağd pulu gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1a ümumilikdə 520 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, 25 nömrəli binanın yaxınlığında dayanmış “Chevrolet Aveo” markalı 99- EX-140 dövlət qeydiyyat nişanlı avtomobilin ətrafında ifşa olunmaq təhlükəsinin qarşısını almaq məqsədi ilə müşahidə etdikləri zaman, Təqsirləndirilən şəxs1 həmin avtomobilin qapısının qıfılını özü ilə əvvəlcədən gətirdiyi dəmir alətlə sıxıb açmaq yolu ilə açaraq içəridən 01 ədəd 3000 manat dəyərində ’’Lenovo thinkpad” markalı kompyuteri gizli yolla talayaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022 ci il tarixdə, təxminən saat gecə 02:00 radələrində dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində gəzirmişlər. Həmin vaxt ciblərində pul olmadığı üçün onlar avtomobildən oğurluq edib əldə olunmuş əmlakı aralarında bölməyə dair razılığa gəlmişlər. Ona görə də, Sumqayıt şəhəri, 9-cu mikrorayonun ərazisində evin qarşısında “Lada Priora” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı maşını görmüşlər. Onun həmin “Priora” markalı maşınının qapısını sadəcə vint açan aləti ilə açmağı bacardığı üçün həmin maşına yaxınlaşmış, bu zaman dostları Murad və Kamal isə ətrafda başqa şəxslərin gəlibgəlmədiyinə baxmaq məqsədi ilə kənarda dayanıb gözətçilik etmişlər. O, həmin maşının qapısının kilidini üstündə olan vint açanla açmışdır. Maşının qoltuqaltında olan “Xiomi” markalı telefonu, pul kisəsini, 02 ədəd cib bıçağını götürüb oradan uzaqlaşmışdır. Xiomi markalı telefonu dostu Kamala vermişdir ki, növbəti gün bazarda satıb əldə edilmiş pulu üçü arasında bölsünlər. 01 ədəd cib bıçağını özünə götürmüş, digərini Kamala vermişdir. Pul kisəsinin içərisinə baxmış və orada 300 manat pul olduğunu görmüş, həmin pulları aralarında böləcəklərini dostları Muradla və Elxana demişdir. Daha sonra onlar həmin gün yəni xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Sumqayıt şəhəri, 17 mkr, 25 saylı binanın yaxınlığında olan “**-EX-***” dövlət qedyiyyat nişanlı “Chevrolet Aveo” markalı avtomobili görmüşlər. Ətrafda kənar şəxslər gəldiyi təqdirdə ona məlumat verilməsi məqsədi ilə Kamal və Murad kənarda durub müşahidə etmişlər. O, həmin avtomobilin qapsını açdıqdan sonra oradan avtomobilin arxa oturacağında çantada olan bir ədəd “Lenovo” markalı nootbook (kompyuterini) götürmüş və oradan uzaqlaşmışdır. Daha sonra o, avtomobildən kənarda olduqdan sonra polis əməkdaşları ona yaxınlaşmışlar. O isə əvvələr məhkum olduğu üçün polislərin onu portalda yoxlayaraq gecə vaxtı əlində kompyuterlə küçədə gördükləri üçün onu şübhəli şəxs kimi PB-nə aparacaqlarını düşünüb qaçmaq istəmiş, lakin sonradan dayanmış və polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim etdikdən sonra adını və soyadını soruşmuşlar. O isə həmin vaxt üzərində olan şəxsiyyət vəsiqəsini onlara təqdim etmiş və onlar portalda onun məhkumluğu olduğunu gördükləri üçün onun şübhəli olduğunu demişlər. Həmin vaxt onun üzərində olan “Lenovo” markalı nootbokun kimə məxsus olduğunu soruşmuşlar, o isə bildirmişdir ki, həmin kompyuter özünə məxsusdur. Bundan əvvəl “Priora” markalı avtomobildən oğurladığı bir ədəd içərisində 300 manat olan portmanatı və bir ədəd bıçağı, eləcə də, oğurluq zamanı istifadə etdiyi vint açanı kənara tullamış və qaranlıq olduğu üçün bunu polis əməkdaşları görməmişlər. Daha sonra onlar PB-də getdikdən sonra orada izahatlarını vermişlər və o, həmin oğurladığı kompyuteri polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin, “Priora” markalı avtomobildən oğurladığı “Redmi” markalı mobil telefonu da Kamal polis əməkdaşlarına könülü olaraq təqdim etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişlər. Əməlindən peşmandır. İşləyərək ailəsinə baxır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022 ci il tarixdə, təxminən saat gecə 02:00 radələrində dostları Kamal və Elxanla birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində gəzirkən, ciblərində pul olmadığı üçün onlar avtomobildən oğurluq edib aralarında əldə edilmiş əmlakı bölməyə dair razılığa gəlmişlər. Həmin vaxt “Lada Priora” markalı maşın olduğunu görmüşlər və Təqsirləndirilən şəxs1 üzərində əvvəlcdən götürdüyü sadəcə vint açan aləti ilə həmin maşının qapısını açmaq üçün maşına yaxınlaşmış, bu zaman Təqsirləndirilən şəxs3 və o, ətrafda başqa şəxslərin gəlib-gəlmədiyinə baxmaq üçün kənarda dayanıb gözətçilik etmişlər. Elxan vint açanla maşının qapısını açmış və qoltuqaltında olan Xiomi markalı telefonu, 02 ədəd cib bıçağını götürdükdən sonra onlar oradan uzaqlaşmışlar. Elxanın oradan bir ədəd içərsində 300 manat pul olan portmanatı götürdüyünü demiş və onlar razılaşmışlar ki, həmin pulları növbəti gün birlikdə xərcləsinlər. Elxan Xiomi markalı telefonu Kamala vermişdir ki, növbəti gün onu bazarda satsın və əldə edilmiş pulu aralarında bölsünlər. Həmçinin Elxan avtomobildən oğurladığı iki ədəd bıçaqdan birini Kamala vermiş, digərini isə özünə götürmüşdür. Bundan başqa onlar həmin gün saat 03 radələrində Sumqayıt şəhəri, 17 mikrorayonda olan **-EX-*** dövlət qeydiyyat nişanlı nömrəli “Chevrolet Aveo” markalı avtomobili görmüşlər. Elxan demişdir ki, onun qapısını özü ilə əvvəlcədən gətirdiyi dəmir alətlə aça bilər, o da Təqsirləndirilən şəxs3lə razılaşmış və ətrafı müşahidə etmişlər ki, oğurluğu heç kəs görməsin. Elxan həmin avtomobilin qapsını açdıqdan sonra oradan bir ədəd nootbook götürmüş və oradan uzaqlaşmışdır. Daha sonra PPX-nin əməkdaşları ona yaxınlaşıb onun şühbhəli olduğu üçün polis bölməsinə dəvət etmişlər, o isə Təqsirləndirilən şəxs3lə birlikdə yaxınlıqda olan binanın blokuna qalxmışlar. Onlar PB-də olduqda orada izahatlarını vermişlər və Elxan həmin oğurladığı kompyuteri, Kamal isə sözü gedən Redmi markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Elxan əvvəl “Priora” markalı avtomobildən oğurladığı bir ədəd içərisində 300 manat olan portmanatı və bir ədəd bıçağı, eləcə də, oğurluq zaman istifadə etdiyi vint açanı (otvertkanı) kənara tullamış və qaranlıq olduğu üçün bunu polis əməkdaşları görməmişlər. “Chevrolet” markalı avtomobildən oğurluq edib oradan uzaqlaşdıqdan sonra Elxana polis əməkdaşları yaxınlaşmışlar. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişlər. Əməlindən peşmandır. İlk məhkumluğudur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022 ci il tarixdə, təxminən saat gecə 02:00 radələrində dostları Murad və Elxanla birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində olan zaman orada “Lada Priora” markalı maşın olduğunu görmüşlər. Elxan həmin maşının qapısını açmaq üçün üzərində əvvəlcədən götürdüyü vint açala maşına yaxınlaşmış, bu zaman Murad Asalanov və o, ətrafda başqa şəxslərin gəlib-gəlmədiyinə baxmaq üçün kənarda dayanıb gözətçilik etmişlər. Elxan həmin maşının qapısını vint açanla açmış və maşının qoltuqaltında olan Xiomi markah telefonu, 02 ədəd cib bıçağını götürdükdən sonra onlar oradan uzaqlaşmışlar. Elxanın oradan bir ədəd içərsində 300 manat pul olan portmanatı götürdüyünü demiş və onlar razılaşmışlar ki, həmin pulları növbəti gün birlikdə xərcləsinlər. Elxan həmin Redmi markalı telefonu ona vermişdir ki, növbəti gün onu bazarda satsın və əldə edilmiş pulu aralarında bölsünlər. Həmçinin Elxan avtomobildən oğurladığı iki ədəd bıçaqdan birini ona vermiş, digərini isə özünə götürmüşdür. Həmin gün saat 03 radələrində Sumqayıt şəhəri, 17 mkr, bina 25 yaxınlığında olan “Chevrolet Aveo” markalı avtomobili görmüşlər və Elxan maşının qapısını özü ilə əvvəlcdən gətirdiyi dəmir alətlə açmış, həmin vaxt o, və Təqsirləndirilən şəxs2 ətrafı müşahidə etmişlər. Elxan həmin avtomobilindən bir ədəd nootbook götürmüş və oradan uzaqlaşmışdır. Daha sonra PPX-nin əməkdaşları ona yaxınlşıb onun şühbhəli olduğu üçün polis bölməsinə dəvət etmişlər, o isə Təqsirləndirilən şəxs2la birlikdə yaxınlıqda olan binanın blokuna qalxmışlar. Daha sonra polis əmədaşları Elxanı saxladıqdan sonra onların yanına 5-ci mərtəbəyə qalxmışlar və oğurluq etməkdə şübhəli olduqlarını onlara dedikdən sonra onları PB-nə dəvət etmişlər. Onlar PB-də olduqda orada izahatlarını vermişlər və Elxan həmin oğurladığı kompyuteri, o isə sözü gedən Xiomi markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Elxan əvvəl “Priora” markalı avtomobildən oğurladığı bir ədəd içərisində 300 manat olan portmanatı və bir ədəd bıçağı, eləcə də, oğurluq zamanı istifadə etdiyi vint açanı kənara tullamış və qaranlıq olduğu üçün bunu polis əməkdaşları görməmişlər. Həmçinin o da Elxanın ona verdiyi bıçağı kənara tullamışdır. “Chevrolet” markalı avtomobildən oğurluq cinayətini törədib oradan uzaqlaşdıqdan sonra Elxana polis əməkdaşları yaxınlaşmışlar. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişlər. Əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəkdir. İşləyir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində işlədiyi Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən “Brend Studio”-dan çıxıb yaşadığı ünvana getmişdir. Həmin gün təxminən saat 22:30-də “Priora” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 09-da evdən çıxıb işə getmək istəyərkən maşınının qapısının açıq olduğunu görmüşdür. Maşınının qapısını açıb içərisinə baxdıqda içərisində 300 manat pul vəsaiti pul qabının, 350 manat dəyərində “Redmi 10” markalı mobil telefonun və 02 ədəd cib bıçağının oğurlandığını aşkar etmişdir. Daha sonra 3-cü PB-nə bu barədə məlumat vermişdir. Telefonunun qiyməti 350 manat, bıçaqların hər birinin dəyəri 10 manat olmuş, hadisə nəticəsində ona 670 manat ziyan dəymişdir. Məhkəməyə ərizə təqdim edərək ona dəyimiş ziyanın ödənildiyini, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsindən görünür ki, "Shevrolet Aveo" markalı **-EX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus olmuşdur. xx.xx.2022-ci il tarixdə həmişə olduğu kimi saat 19:00 radələrində işdən evə gələn zaman özünə məxsus avtomobili yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, 25 saylı evin qarşısında saxlamış, qapılarını və şüşələrini bağlayaraq evə getmişdir. Evdə bir qədər oturduqdan sonra xx.xx.2022-ci il tarixdə saat 04:00 radələrində noutbook ilə işləmək qərarına gəlmiş və onu avtomobildən götürmək istəmişdir. Həyətə düşərək avtomobilə yaxınlaşmış və onun sürücü tərəf qapısının açıq olduğunu aşkar etmişdir. Tez avtomobilə baxış keçirmiş və salonda özünə məxsus “Lenovo Think pad” markalı (16 gb həcmində operativ yaddaşı, 500 gb həcmində SSD, Core İ7 11 gen olan) 3000 (üç min) manat dəyərində olan noutbookun yerində olmadığını müəyyən etmişdir. Bir qədər ətrafa göz gəzdirmiş və yaxınlıqda xidmət aparan PPX əməkdaşlarına rast gəlmişdir. Onlara baş vermiş hadisə barədə məlumat vermiş və polis əməkdaşları avtomobildən oğurluq etmiş naməlum şəxs(lər)in izlərinə düşdüklərini və ona ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə yaxınlaşıb ərizə ilə müraciət etməyini məsləhət görmüşlər. O da öz növbəsində polis əməkdaşlarının məsləhətinə əsasən polis bölməsinə yaxınlaşmış və ərizə ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət etmişdir. Əlavə olaraq qeyd etmək istəyirmiş ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3000 (üç min) AZN maddi ziyan dəymişdir. Daha sonra polis əməkdaşları ona bildirmişlər ki, həmin nootbooku oğurlayan şəxsləri tapmışlar. Bildiyinə görə onlar oğurluq etdikdən sonra küçədə şəxsiyyətləri yoxlanılan zaman şübhəli gəlmişlər və üzərində nootbook olduğu üçün saxlanılıb 1-ci PB-nə gətirilmişlər. Orada da ona məxsus “Lenovo Think pad” markalı kompyuterin oğurlandığı müəyyən edilmiş və həmin şəxslər onu polis əmkdaşlarına təqdim etmişlər. Daha sonra da ona məxsus oğurlanan “Lenovo Think pad” markalı kompyuter rəsmi qaydada təqdim edilmiş, həmin kompyuter işlək vəziyyətdə olmuşdur. Qeyd etmək istəyirmiş ki, həmin vaxt ona məxsus avtomobildən başqa heç bir əşya oğurlanmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsində şübhələndiyi heç kim yoxmuş, oğurluq hadisəsi zamanı istifadəsində olan “Shevrolet Aveo" markalı **-EX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ziyan dəyməmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin PPXT-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri, 17 mkr ərazisində Şahid1 ilə xidmətdə olarkən, 25 saylı binanın qarşısında bir nəfər şəxsin əlində nootbookla küçədə getdiyini görmüşlər, həmin şəxs onlara şübhəli gəldiyi üçün ona yaxınlaşmışlar. Daha sonra ona özlərini təqdim etmək istəyən zaman həmin şəxs qaçmağa başlamışdır. Ancaq onlar onu saxlamış və o, qaça bilməmişdir. Daha sonra həmin şəxs öz şəxsiyyət vəsiqəsini onlara təqdim etmiş və onlar məlumat bazasında onu yoxlayarkən onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 oğurluqla məhkumluğu olmuşdur. Onlar ondan nootbokun kimə məxsus olduğunu soruşduqda o, bildirmişdir ki, həmin “Nootbook” onun özünə məxsusdur. Daha sonra Təqsirləndirilən şəxs1 tək olmadığını onlara demiş və onlar orada yaxınlıqda olan binanın blokuna qalxmış və orada iki nəfər şəxsin olduğunu görmüşlər. Onlara özlərini təqdim edərkən birinin adı Təqsirləndirilən şəxs3 və digərinin adı isə Təqsirləndirilən şəxs2 olduğunu bilmişlər. Onlar həmin vaxt həmin şəxsləri PB-nə dəvət etmişlər. Onlar razılaşaraq xidməti avtomobilə minmişlər və PB-nə getmişlər. PB-də Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əlindəki nootboku Sumqayıt şəhəri, 17 mikrorayon ərazisində “Chevrolet” markalı avtomobildən gizli olaraq Kamal və Muradla birlikdə oğurlamışlar. Daha sonra isə Təqsirləndirilən şəxs3 də “Redmi” markalı mobil telefonu təqdim etmiş və bildirmişdir ki, həmin mobil telefonu həmin gün Elxan və Muradla birlikdə “Lada Priora” markalı avtomobildən gizli olaraq oğurlamışlar. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, 2019-cu ilin oktyabr ayından o, DİO-da Sumqayıt PPXT-da polis nəfəri vəzifəsində xidmət aparırmış. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri, 17 mikrorayon ərazisində Şahid2 ilə birlikdə xidmətdə olarkən, təxminən 25 saylı binanın qarşısında olarkən bir nəfər şəxsin əlində nootbookla küçədə getdiyini görmüş, həmin şəxs onlara şübhəli gəldiyi üçün ona Şahid2 ilə yaxınlaşmışlar. Daha sonra ona özlərini təqdim etmək istəyəndə o qaçmağa cəhd etmiş, daha sonra o, öz şəxsiyyət vəsiqəsini onlara təqdim etmiş və onlar məlumat bazasında onu yoxlayarkən onlara məlum olmuşdur ki, onun adı Təqsirləndirilən şəxs1dur və oğurluqla məhkumluğu vardır. Onlar ona nootbokun kimə məxsus olduğunu sorşduqda o, bildirmişdir ki, həmin “Nootbook” onun özünə məxsusdur. Daha sonra Təqsirləndirilən şəxs1 tək olmadığını onlara demiş və onlar orada yaxınlıqda olan binanın blokuna qalxmış və orada iki nəfər şəxsin olduğunu görmüşlər. Onlara özlərini təqdim edərkən birinin adı Təqsirləndirilən şəxs3 və digərinin adı isə Təqsirləndirilən şəxs2 olduğunu bilmişlər. Onlar həmin vaxt həmin şəxsləri PB-nə dəvət etmişlər. Onlar onlarla razılaşaraq xidməti avtomobilə minmişlər və PB-nə getmişlər. PB-də Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əlindəki nootboku Sumqayıt şəhəri, 17 mikrorayon ərazisində “Chevrolet” markalı avtomobildən gizli olaraq Kamal və Muradla birlikdə oğurlamışlar. Daha sonra isə Təqsirləndirilən şəxs3 də, “Redmi” markalı mobil telefonu təqdim etmiş və bildirmişdir ki, həmin mobil telefonu həmin gün Elxan və Muradla birlikdə “Lada Priora” markalı avtomobildən gizli olaraq oğurlamışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 “Redmi 10” markalı mobil telefonu təqdim etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 Sərəstan oğlu ona məxsus olan “Redmi 10” markalı telefonu işlək vəziyyətdə təhvil almışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər ərazisində xx.xx.2022-ci il tarixdə saat 00:15-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər ərazisində xx.xx.2022-ci il tarixdə saat 03:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər ərazisində xx.xx.2022-ci il tarixdə saat 04:40-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 “Lenovo” markalı kompyuteri təqdim etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus “Lenovo” markalı kompyuteri işlək vəziyyətdə təhvil almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına və 400 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il şərti sınaq müddəti təyin edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-1, 29.177.2.2, 29.177.2.3, 178.2.2, 326.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndində əsasən cəzadan azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-86/2019 saylı, xx.xx.2019-cu il tarixli tarixli, 1(012)-96/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmləri və Amnistiya aktının tətbiq edilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitesiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-97/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Səbail rayon Məhkəməsinin 1(009)-97/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü apellyasiya şikayəti və apellyasiya protesti verilməyən hökm kimi 05 iyul 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları əyani şəkildə göstərərək təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6527 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Redmi 10” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarlarm olmamasını nəzərə alınmaqla 200 manat, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Lenovo Thinkpad” markalı kompyuter haqqında kifayət qədər məlumat (modeli, yaddaş tutumu, texniki göstricələri, əmtəə görünüşü və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə oğurluq edən zaman hadisəni heç kim görməmiş və şahidlik etməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə oğurluq edən zaman hadisəni heç kim görməmiş və şahidlik etməmişdir. Bundan başqa keçirilmiş tədbirlər zamanı oğurlanmış 02 ədəd bıçağı tapmaq mümkün olmamışdır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti başçısının X4 Ərazi Dairəsi üzrə nümayəndliyi tərəfindən verilmiş 97 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Sumqayıt şəhər Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 138 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 12-ci mikrorayon, “X5-1005”, bina 724, mənzil 21 ünvanında məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 3a qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 180-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, “Redmi 10” markalı mobil telefon və Lenovo thinkpad” markalı kompyuter xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilmiş və saxlanılması üçün zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Sərəstan oğlu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, onlara qarşı şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onların özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən, təqsirləndirilən şəxslərin törədilmiş əməldə hər birinin rolu, əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 05 (beş) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 05 (beş) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)- 97/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə qeyd edir ki, haziki cinayət işi üzrə təqsirləndirilən şəxslər faktiki olaraq xx.xx.2022-ci il tarixdə saat təxminən 03-04:00 radələrində polis əməkdaşları tərəfindən oğurluq şübhəsi ilə saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nə gətirilmişlər. Həmin gün onlar etirafedici izahat vermiş, oğurluq obyekti olan Redmi 10 markalı mobil telefon maddi sübut kimi götürülərək zərərçəkmiş şəxsə qaytarılmış, daha sonra təhqiqat materialı aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinə gödərilmiş və yalnız 18 avqust 2022-ci il tarixdə saat 00:30-dan sonra müstəntiq Əli Məmmədov tərəfindən şəxslər barəsində şübhəli şəxs qismində tutulması və müddətiin əvvəlininxx.xx.2022-ci il tarixdən 00:15-dən başlayaraq hesablanması barədə protokol tərtib edilmişdir. Göründüyü kimi Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı Taleh Şahbazov tərəfindən cinayət törətməkdə bilavəsitə şübhəli olan şəxslərin tutulmasının rəsmiləşdirilməsi əvəzinə fakitiki saxlanılmış şəxslərin statusunu müəyyən etmədən, digər istintaq hərəkətləri aparmaqla, yəni izahat almaqla oğurluq obyektinin maddi sübut kimi tanıyıb zərərçəkmiş şəxsə qaytarılmasında ciddi prosessual pozuntuya yol vermişdir. Odur ki, təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı saxlanıldığı müddət şübhəli şəxs qismində tutulması haqqında protokolda rəsmiləşdirilmiş vaxtdan deyil, onların faktiki saxlanıldığı andan hesablanmalıdır ki, bu da 48 saatdan artıq etdiyi üçün 3 günə bərabər tutulur. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəlki hökm üzrə təyin edilmiş qəti cəzadan ibtidai araşdırma zamanı tutulduqları iki gün çıxılmışdır. Məhkəmə hesab edir ki, CM-in 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəza hazırki cəza ilə toplandıqdan sonra çəkmiş cəza çıxıldığı üçün əvvəlki iş üzrə saxlanıldığı iki gün müddət hazırda məhkəmənin təyin ediyi vahid cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onlara təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs2 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxslərin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 03 (üç) gün müddət həbsdə saxlanılmanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla onlara təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Abşeron rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Sərəstan oğluna məxsus 01 ədəd “Redmi 10” markalı telefon və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Lenovo thinkpad” markalı kompyuterin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-553/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 766 saylı orderə əsasən vəkil Müdafiəçi3 Təqsirləndirilən şəxs1 vəkili, xx.xx.2023-cü il tarixli 767 saylı orderə əsasən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs2, xx.xx.2023-cü il tarixli 768 saylı orderə əsasən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs3 vəkili təyin etmişdir. Müdafiəçilər məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi3 15 saat, Müdafiəçi1 15 saat, Müdafiəçi2 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 270 (iki yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 05 (beş) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs3 qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 05 (beş) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 03 (üç) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Abşeron rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, M.Vəliyev küçəsi, ev 2 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Sərəstan oğluna məxsus 01 ədəd “Redmi 10” markalı telefon və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Lenovo thinkpad” markalı kompyuterin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat, Təqsirləndirilən şəxs2 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat, Təqsirləndirilən şəxs3 Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar