Məhkəmə qərarları › İş №1(060)-553/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-553/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-553/2024 22.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X4, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Embowood” mebel mağazasının arxasında xalası qızı Zərərçəkmiş şəxs ona sonuncunun anası Şahid1 ilə yüksək səslə danışmasına irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir dəfə yumruqla vurmaqla burun nahiyyənin qançır şişkinliyi, burun tənəffüsünün pozulması ilə müşayət olunmuş burun sümüyünün sınığı, üst dodağının selikli qişasının səthi əzilmiş cırılmış yarası kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsə də, ifadə verərkən etdiyi əməli boynuna almış, bu hadisəni o, törətdiyini, rəhmətlik atasını söyərək təhqir etdiyi üçün zərəçəkmiş şəxsi vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun xalası qızıdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, anası Təranə və bacısı Ofelya ilə birlikdə xalası nəvəsinin əsgərlikdən gəlməsi ilə bağlı təşkil edilmiş qonaqlıqda iştirak etmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evlərinə getmişlər. Bundan təxminən 1 saat sonra, saat 19 radələrində ora xalası Mətanət, qızı Naidə ilə birlikdə gəlmiş, həmin gün saat 21 radələrində onlar birlikdə oradan çıxıb piyada gəzməyə başlamışlar. Belə ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində olarkən xalası Mətanətlə birlikdə Naidəgildən öndə, Naidə isə anası Təranə və bacısı Ofelya ilə birlikdə onların arxasınca gəlmişlər. O, xalası Mətanətlə söhbət etdiyi vaxt sonuncuya yaxın vaxtda baş tutacaq qohum toyunda iştirak etməklə bağlı irad bildirmiş, bu zaman arxalarınca gələn xalası qızı Naidə ona anası Mətanətlə belə danışmamasını irad bildirib, dünyasını dəyişmiş atasına söymüşdür. O, bundan əsəbiləşmiş, Naidənin sifətindən 1 dəfə yumruqla vurmuş, zərbənin təsirindən onun burnundan qan açılmışdır. Qeyd edir ki, yeniyetmə yaşlarında təxminən 4 il müddətə cudo idman növü ilə məşğul olmuşdur. Zərəçəkmiş şəxs hadisədən dərhal sonra DİN-nin 102 zəng xidmətinə zəng etmiş, hadisə yerinə polis əməkdaşları gəlmiş, törətdiyi əməli etiraf etmişdir. Atasını 17 yaşında itirdiyi üçün bu söyüşə dözə bilməmiş, nəticədə zərəçəkmiş şəxsə yalnız bir yumruq zərbəsi vurmuş, zərərçəkmiş şəxsin burnu qanamışdır. Vurduğu yumuq zərbəsi Naidəni üzündən dəymişdir. Daha sonra Naidə və xalası Mətanət taksiyə minib oradan çıxıb getmişlər, onlar da evlərinə gəlmişlər. Hadisə təxminən 5 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs son sözündə iki övladının olduğunu, əməlindən peşman olduğunu və məhkəmədən barəsində ədalətli qərar qəbu edilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası qızıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o anası Mətanətlə birlikdə xalası nəvəsinin əsgərlikdən gəlməsi ilə bağlı təşkil edilmiş qonaqlıqda iştirak etmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evlərinə getmişlər. Orada olan zaman xalası Təranə və onun qızları Dilarə və Ofelyanı da orada görmüşlər. Həmin gün saat 21 radələrində onlar birlikdə oradan çıxıb piyada gəzməyə başlamış, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən “Embowood” mebel mağazasının arxasında olarkən Dilarə ilə anası Mətanət onlardan öndə söhbət edə-edə getmişlər. Dilarə anası Mətanətə söhbət əsnasında yaxında olacaq qohum toyunda iştirak etməklə bağlı irad bildirib onunla yüksək səslə danışmış, bu səbəbdən o Dilarəyə yaxınlaşıb anası Mətanətlə belə danışmamasını bildirmişdir. Həmin vaxt Dilarə də onun sifətindən 1 dəfə yumruqla vurmuş, zərbənin təsirindən onun burnundan qan açılmışdır. Onların yanında olan xalası Təranə, onun qızı Ofelya və anası Mətanət onları ayırmış, dalaşmağa qoymamışdır. Buna baxmayaraq Dilarə onun üzərinə gələrək saçında tutub yolmuşdur. Daha sonra onlar taksi sifariş vermişlər və taksi gəldikdən sonra onlar maşına minib oradan uzaqlaşmışlar. Həmin gün gecə saat 24 radələrində onlar ona tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTYXna getmiş, orada ona tibbi yardım göstərildikdən sonra onlar evə gəlmişlər. Burnu qırıldığı üçün burnundan əməliyyat olunmuşdur. Hadisə barədə anası Mətanət DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə vaxtı yanında xalası Təranə, onun qızı Ofelya və anası Mətanət olmuş, onlar onları ayırmış, dalaşmağa qoymamışlar. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə onun bacısı Təranənin qızıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o qızı Naidə ilə birlikdə bacısı nəvəsinin əsgərlikdən gəlməsi ilə bağlı təşkil edilmiş qonaqlıqda iştirak etmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evlərinə getmiş, orada olan vaxt bacısı Təranə və onun qızları Dilarə və Ofelyanı da orada görmüşlər. Həmin gün saat 21 radələrində onlar birlikdə oradan çıxıb piyada gəzməyə başlamış, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində olarkən Dilarə ilə özü qarşıda, qızı Naidə, bacısı Təranə və onun qızı Ofelya onlardan arxada gəlmişlər. O Dilarə ilə söhbət edərkən, həmin vaxt Dilarə ona yaxında olacaq qohum toyunda iştirak etməklə bağlı irad bildirib onunla yüksək səslə danışmağa başlamış, bu səbəbdən Naidə Dilarəyə yaxınlaşıb onunla belə danışmamasını bildirmişdir. Bu vaxt Dilarə qızı Naidənin sifətindən 1 dəfə yumruqla vurmuş, zərbənin təsirindən onun burnundan qan açılmışdır. Daha sonra onlar taksi sifariş vermiş və taksi gəldikdən sonra onlar maşına minib oradan uzaqlaşmışlar. Həmin gün gecə saat 24 radələrində onlar tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTYX-na getmiş, orada Naidəyə tibbi yardım göstərildikdən sonra onlar evə getmişlər. Bundan başqa, hadisə ilə bağlı o DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə vaxtı orada o, qızı Naidə, bacısı Təranə və onun qızları Dilarə və Ofelya olmuşlar. Hadisə zamanı Nahidənin Dilarəni vurmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qızı, Zərərçəkmiş şəxs onun bacısı qızıdır. Belə ki, xx.xx.2023cü il tarixdə saat 18 radələrində o qızları Ofelya və Dilarə ilə birlikdə bacısı nəvəsinin əsgərlikdən gəlməsi ilə bağlı təşkil edilmiş qonaqlıqda iştirak etmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evlərinə getmiş, ora bacısı Mətanət, qızı Naidə ilə birlikdə gəlmişlər. Həmin gün saat 21 radələrində birlikdə oradan çıxıb piyada gəzməyə başlamış, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində olarkən Dilarə bacısı Mətanətlə onlardan öndə, o, Naidə və qızı Ofelya ilə birlikdə onların arxasınca gəlirmişlər. Söhbət zamanı Dilarə Mətanətə yaxında olacaq qohum toyunda iştirak etməklə bağlı irad bildirib onunla yüksək səslə danışmmışdır. Bu səbəbdən Naidə Dilarəyə yaxınlaşıb Mətanətlə belə danışmağı irad bildirmiş, Dilarə də onun sifətindən 1 dəfə yumruqla vurmuş, zərbənin təsirindən Naidənin burnundan qan açılmişdır. Naidə Dilarəni söyüb əlləri ilə onun üzünü, qollarını və çiynini cırmaqlamışdır. Onlar da onları ayırıb dalaşmağa qoymamış, saha sonra Naidə və bacısı Mətanət taksiyə minib getmiş, onla da oradan evə gəlmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş şahid Ofelya Həmzəliyeva ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı, Naidə xalası qızıdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, anası Təranə və bacısı Dilarə ilə birlikdə xalası nəvəsinin əsgərlikdən gəlməsi ilə bağlı təşkil edilmiş qonaqlıqda iştirak etmək üçün Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evlərinə getmiş, təxminən 1 saat sonra, saat 19 radələrində ora xalası Mətanət, qızı Naidə ilə birlikdə gəlmişlər. Həmin gün saat 21 radələrində onlar birlikdə oradan çıxıb piyada gəzməyə başlamış, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində olarkən Dilarə xalası Mətanətlə onlardan öndə getmiş, o, Naidə və anası Təranə ilə birlikdə Dilarəgilin arxasınca gedirmişlər. Söhbət zamanı Dilarə Mətanətə yaxında olacaq qohum toyunda iştirak etməklə bağlı irad bildirib Mətanətlə yüksək səslə danışmağa başlamış, bu səbəbdən Naidə Dilarəyə yaxınlaşaraq ansı ilə belə danışmamağı bildirmiş, bu zaman Dilarə Naidənin sifətindən 1 dəfə yumruqla vurmuş, zərbənin təsirindən Naidənin burnundan qan açılmışdır. Naidə Dilarəni söyüb əlləri ilə Dilarənin üzünü, qollarını və çiynini cırmaqlamışdır. Onlar Naidə ilə Dilarəni ayırıb dalaşmağa qoymamışlar. Daha sonra Naidə və xalası Mətanət taksiyə minərək çıxıb getmiş, onlar da evə gəlmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 127.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 15:00) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “şəxsin zərərçəkmiş şəxs kimi tanınma barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 37). 27 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 58-59) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 67-68); “qətimkan tədbirinin seçilməsi barədə” 27 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.69-70); İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1097 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun nahiyyənin qançır-şişkinliyi, burun tənəffüsünün pozulması ilə müşayiət olunmuş burun sümüyünün sınığı, üst dodağın selikli qişasının səthi əzilmiş-cırılmış yarasından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən yaranmışdırlar, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən 11.07.23-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. ( i.v. 22-24) İş materiallarında olan DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.73) “sübutların qiymətləndirilməsi haqqında” 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1097 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, sonuncunun barəsində CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət təqibi rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərar 1-ci PB-nə göndərilmişdir (i.v. 76-80); Elektron məhkəmə informasiya sisteminə baxış zamanı Təqsirləndirilən şəxs evli olduğu, 23 iyun 2020-ci il təvəllüdlü Dilay Nəsirova və 28 iyul 2022-ci il təvəllüdlü Tünzalə Nəsirova adlı iki azyaşlı övladı var, "xxxx" MMC-də satış nümayəndəsi işləyir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (AR Konstitusiya Məhkəməsi Plenumunun “CM-nin 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “CM-nin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını, əməlindən peşman olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Təqsirləndirilən şəxs hazırda işlədiyini, aylıq qazancının olmasını nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işi cəzası təyin edilməsini dəha məqsədəuyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 19 (on doqquz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 114 (bir yüz on dörd) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Börosuun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim edilyi andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonraki gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar