Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-554/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 51A, mənzil 13-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 31 mart 2021-ci il tarixdə saat 12 radələrində "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən hər bir binadan bir ədəd olmaqla 1, 3, 8, 10, 11, 12, 13, 26, 30, 32, 43 nömrəli binaların bloklarında quraşdırılmış saxlanc yeri hesab edilən dəmir qutuların qapaqlarını əli ilə sıxıb açma yolu ilə qutunun içərisindən hər biri 20 manat dəyərində 11 ədəd “Terminator” markalı akkumlyatorları gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş "xxxx" MMC-yə 220 (iki yüz iyirmi) manat məbləğinda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 02 aprel 2021-ci il tarixdə, saat 11 radələrində "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən hər bir binadan bir ədəd olmaqla 44, 47, 49, 63, 65, 66/67 nömrəli binaların və hər bir binadan bir ədəd olmaqla Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 1, 2, 7 nömrəli binaların bloklarında quraşdırılmış saxlanc yeri hesab edilən dəmir qutuların qapaqlarını əli ilə sıxıb açma yolu ilə qutunun içərisindən hər biri 20 manat dəyərində 9 ədəd “Terminator” markalı akkumlyatorları gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş "xxxx" MMC-yə 180 (yüz səksən ) manat məbləğinda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 04 aprel 2021-ci il tarixdə, saat 11 radələrində "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən hər bir binadan bir ədəd olmaqla 8, 10, 23, 28, 29, 33 nömrəli binaların və saat 12 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən hər bir binadan bir ədəd olmaqla 2, 3/4, 8a, 18, 31, 32, 34, 35, nömrəli binaların bloklarında quraşdırılmış saxlanc yeri hesab edilən dəmir qutuların qapaqlarını əli ilə sıxıb açma yolu ilə qutunun içərisindən hər biri 20 manat dəyərində 14 ədəd“Terminator” markalı akkumlyatorları gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş "xxxx" MMC-yə 280 (iki yüz səksən) manat məbləğinda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 06 aprel 2021-ci il tarixdə saat 11 radələrində "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən hər bir binadan bir ədəd olmaqla 35b, 43 nömrəli binaların və saat 12 radələrində Sumqayıt şəhəri, 13-ci mikrorayon ərazisində yerləşən hər bir binadan bir ədəd olmaqla 1,19, 21, 23a, 25, 37, 43, 49 nömrəli binaların bloklarında quraşdırılmış saxlanc yeri hesab edilən dəmir qutuların qapaqlarını əli ilə sıxıb açma yolu ilə qutunun içərisindən hər biri 20 manat dəyərində 10 ədəd “Terminator” markalı akkumlyatorları gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş "xxxx" MMC-yə 200 (iki yüz) manat məbləğinda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 07 aprel 2021-ci il tarixdə saat 13 radələrində "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən hər bir binadan bir ədəd olmaqla 17, 23, 26 , 30, 38, 41, 42, 44, 51, 56, 59 nömrəli binaların bloklarında quraşdırılmış saxlanc yeri hesab edilən dəmir qutuların qapaqlarını əli ilə sıxıb açma yolu ilə qutunun içərisindən hər biri 20 manat dəyərində 11 ədəd “Terminator” markalı akkumlyatorları gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş "xxxx" MMC-yə 220 (iki yüz iyirmi) manat məbləğinda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 11 aprel 2021-ci il tarixdə saat 12 radələrində "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən hər bir binadan bir ədəd olmaqla hər biri 20 manat dəyərində 2 ədəd “Ritar” markalı akkumlyatoru 34 və 46 nömrəli binaların, Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən hər bir binadan bir ədəd olmaqla olmaqla hər biri 20 manat dəyərində 11 ədəd “Long” markalı akkumlyatoru 1, 3, 5, 6, 8, 9, 14, 15, 16, 34, 46 nömrəli binaların bloklarında quraşdırılmış saxlanc yeri hesab edilən dəmir qutuların qapaqlarını əli ilə sıxıb açma yolu ilə qutunun içərisindən gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş "xxxx" MMC-yə 260 (iki yüz altmış) manat məbləğinda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 12 aprel 2021-ci il tarixdə saat 11 radələrində "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən hər bir binadan bir ədəd olmaqla olmaqla hər biri 20 manat dəyərində 2 ədəd “Long” markalı akkumlyatoru 34, 46 nömrəli binaların və Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən hər bir binadan iki ədəd olmaqla olmaqla hər biri 20 manat dəyərində 8 ədəd “Legend” markalı akkumlyatoru 1A, 10, 9/25, 12a nömrəli binaların bloklarında quraşdırılmış saxlanc yeri hesab edilən dəmir qutuların qapaqlarını əli ilə sıxıb açma yolu ilə qutunun içərisindən gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş "xxxx" MMC-yə 200 (iki yüz) manat məbləğinda ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-ci maddələri ilə ona elan olunmuş ittihamlа özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər də oğurluq etdiyinə görə məhkum olunmuşdur. Artıq bir neçə müddətdir ki, heç bir yerdə işləmir və heç bir işlə məşğul olmur. Ona görə pula ehtiyacı yaranmışdır. İşə görə bir neçə yerə müraciət etsə də, işə qəbul olunmamışdır. Hətta iki dəfə işə qəbul olunmaq üçün "xxxx" MMC-yə də müraciət etsə də, müxtəlif bəhanələr gətirib onu işə qəbul etməmişlər. Bundan sonra həmin şirkətdən qisas almaq üçün qərara gəlmişdir ki, şirkətin Sumqayıt şəhərində müxtəlif ünvanlarda binaların bloklarında quraşdırdıqları dəmir qutuların içərisində olan akkumlyatorları oğurlasın, həm də fikirləşmişdir ki, oğurladığı akkumlyatorları satıb pul əldə edər. Bu məqsədlə 31 mart 2021-ci il tarixdən 14 aprel 2021-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhəri ərazisində"xxxx"MMC-nin binaların bloklarında quraşdırdıqları dəmir qutuların içərisində olan akkumlyatorları oğurlamışdır. Dəmir qutuların qapaqlarını əli ilə sıxıb açmışdır. Törətdiyi oğurluqlar nəticəsində təxminən 78 ədəd akkumlyator oğurlamışdır. Gün ərzində isə təxminən 10 ədəd və ya yuxarı, aşağı akkumlyator oğurlamışdır. Sumqayıt şəhəri, 10cu mikrorayon ərazisində yerləşən 1,3, 8,10, 11,12,13, 26,30, 32, 43, 44, 47, 49, 63, 65, 66/67 nömrəli binaların, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 1, 2, 7, 8, 10, 23, 28, 29, 33 nömrəli binaların, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 2, 3/4, 8a, 18, 31, 32, 34, 35, 35b, 43 nömrəli binaların, Sumqayıt şəhəri, 13-ci mikrorayon ərazisində yerləşən 1,19, 21, 23a, 25, 37, 43, 49 nömrəli binaların, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 17, 23, 26, 30, 38, 41, 42, 44, 51, 56, 59 nömrəli binaların, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 34 və 46 nömrəli binaların, Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 1, 3, 5, 6, 8, 9, 14, 15, 16, 34, 46 nömrəli binaların və Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 1A, 10, 9/25, 12a nömrəli binaların bloklarında quraşdırılmış akkumlyatorları oğurlamışdır. Belə ki, 31 mart 2021-ci il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 1, 3, 8, 10, 11, 12, 13, 26, 30, 32, 43 nömrəli binalarda, 02 aprel 2021ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 44, 47, 49, 63, 65, 66/67 nömrəli binalarda və Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 1, 2, 7 nömrəli binalarda, 04 aprel 2021-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 8, 10, 23, 28, 29, 33 nömrəli binalarda və saat 12 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 2, 3/4, 8a, 18, 31, 32, 34, 35, nömrəli binalarda, 06 aprel 2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 35b, 43 nömrəli binalarda və saat 12 radələrində Sumqayıt şəhəri, 13-ci mikrorayon ərazisində yerləşən 1,19, 21, 23a, 25, 37, 43, 49 nömrəli binalarda, 07 aprel 2021-ci il tarixdə saat 13 radələrində, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 17, 23, 26 , 30, 38, 41, 42, 44, 51, 56, 59 nömrəli binalarda, 11 aprel 2021-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 34 və 46 nömrəli binalarda, Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 1, 3, 5, 6 , 8, 9, 14, 15, 16, 34, 46 nömrəli binalarda, 12 aprel 2021-ci il tarixdə saat 11 radələrində, Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 34, 46 nömrəli binalarda və Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 1A, 10, 9/25, 12a nömrəli binalarda bloklarda quraşdırılmış dəmir qutuların içərisində olan akkumlyatorları oğurlamışdır. Bir neçə gün sonra isə o, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və bölməyə dəvət olunmuşdur. O, nəyə görə bölməyə gətirildiyini başa düşüb törətdiyi oğurluğu etiraf etmişdir. Binaların hər birindən adətən bir ədəd akkumlyator oğurlamışdır. Yalnız Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən 1A, 10, 9/25, 12a nömrəli binaların hər birindən 2 ədəd olmaqla ümumilikdə 8 ədəd akkumlyator oğurlamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı hazırda ödəməmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, artıq 2008-ci ildən etibarən "xxxx" MMC-də işləyir. 2009-cu ildən Abunə şöbəsinin müdiri, 2020-ci ildən etibarən isə "xxxx" MMC-nin ümumi işlər üzrə müavin vəzifəsində işləyir. 2021-ci ilin aprel ayının ortalarında "xxxx" MMC-nin Sumqayıt şöbəsinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 1,3, 8,10, 11,12,13, 26,30, 32, 43, 44, 47, 49, 63, 65, 66/67 nömrəli binaların, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 1, 2, 7, 8, 10, 23, 28, 29, 33 nömrəli binaların, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən 2, 3/4, 8a, 18, 31, 32, 34, 35, 35b, 43 nömrəli binaların, Sumqayıt şəhəri, 13-ci mikrorayon ərazisində yerləşən 1,19, 21, 23a, 25, 37, 43, 49 nömrəli binaların, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 17, 23, 26, 30, 38, 41, 42, 44, 51, 56, 59 nömrəli binaların, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 34 və 46 nömrəli binaların, Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 1, 3, 5, 6, 8, 9, 14, 15, 16, 34, 46 nömrəli binaların və Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 1A, 10, 9/25, 12a nömrəli binaların sakinləri yaşadıqları binalarda internetin işləməməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olmuşdur. Müraciətlər araşdırılarkən məlum olmuşdur ki, qeyd olunan ünvanlarda binaların bloklarında quraşdırılmış dəmir qutuların içərisində olan internet ötürücüsü funksiyasını daşıyan akkumlyatorlar oğurlanmış, dəmir qutular isə sındırılmışdır. Bununla bağlı polisə müraciət edilmişdir. Polis tərəfindən araşdırma aparılan zaman müəyyən edilmişdir ki, həmin oğurluq hadisələrini Təqsirləndirilən şəxs törətmişdir. Akkulyatorların bir ədədi 50 manat, dəmir qutuların sındırılması nəticəsində isə qutunun birinə dəymiş ziyan isə 40 manat təşkil etmişdir. Ümumilikdə baş vermiş oğurluqlar nəticəsində "xxxx" MMC-yə 7020 manat ziyan dəymişdir. Oğurlanan akkumlyatorlar “Terminator” markalı, “Long” markalı, “Ritar” markalı və “Legend” markalı olmuşdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Sumqayıt şəhəri, 12-ci mikrorayon, Sumqayıt şəhəri, 13-ci mikrorayon və Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən binalardakı akkumlyatorlar “Terminator” markalı, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən binalardakı akkumlyatorlar “Ritar” markalı, Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən binalardakı akkumlyatorlar “Long” markalı, Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən binalardakı akkumlyatorlar “Legend” markalı olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMCyə dəyən maddi ziyan ödənilməmişdir. Ona qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.07.2021-ci il tarixli 9/4745 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən akkumlyatorların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən “Terminator” markalı akkumlyatorun qiyməti 20 manat, “Long” markalı akkumlyatorun qiyməti 20 manat, “Ritar” markalı akkumlyatorun qiyməti 20 manat, “Legend” markalı akkumlyatorun qiyməti 20 manat müəyyən edilir. İş materiallarından görünür ki, 12 ədəd “Terminator”, 13 ədəd “Long” markalı, 5 ədəd “Legend” markalı və 1 ədəd “Ritar” markalı akkumlyatorlar maddi sübut qismində tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19.04.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 21.04.2021-ci il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 22 (iyirmi iki) saat vaxt sərf etmişdir. Ona görə də 132 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbayan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 19.04.2021-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut olan götürülmüş və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 12 ədəd “Terminator”, 13 ədəd “Long” markalı, 5 ədəd “Legend” markalı və 1 ədəd “Ritar” markalı akkumlyatorlar zərərçəkmiş şəxs "xxxx" MMC-yə təhvil verilməli, zərərçəkmiş şəxs "xxxx" MMC-yə Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia verilmədiyindən, məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə istinad edərək hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19.04.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 12 ədəd “Terminator”, 13 ədəd “Long” markalı, 5 ədəd “Legend” markalı və 1 ədəd “Ritar” markalı akkumlyatorlar zərərçəkmiş şəxs "xxxx" MMC-yə təhvil verilsin. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 132 (yüz otuz iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-554/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-554/2021
05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver