Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-554/2025 06.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 457-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan metadonu əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 02 ədəd həbdə narkotik vasitə metodonun təsiredici maddəsinin miqdarı 0,08 qram (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metodon) təşkil edən üzərində «Methadone 40» əmtəə göstəricisi olan konvalyutdakı üzərində F/M 40 yazısı həkk olunmuş xarici əlamətlərin və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən qəhvəyi rəngli dairəvi formalı 02 ədəd metadon tərkibli həbləri əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 15:26-da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq, orada üzərinə yoxlama keçirilərkən əynindəki sarı rəngli idman şalvarının sol yan cibindən 02 ədəd həbdə narkotik vasitə metodonun təsiredici maddəsinin miqdarı 0,08 qram (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metodon) təşkil edən üzərində «Methadone 40» əmtəə göstəricisi olan konvalyutdakı üzərində F/M 40 yazısı həkk olunmuş xarici əlamətlərin və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən qəhvəyi rəngli dairəvi formalı 02 ədəd metadon tərkibli həblər aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 08 may 2025-ci il tarixdə yaşadığı Corat qəsəbəsində evlərin yaxınlığından polis əməkdaşları tərəfindən saxlanılmış, Corat qəbiristanlığında Daş sexinin yanına apararaq üzərində çəkiliş aparılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona 2 həb metadon həbini verərək cibinə qoymasını, çəkiliş zamanı ona məxsus olmasını etiraf etməsi tələb etmişlər. Əks halda onu daha çox narkotik vasitə saxlamağa görə sənədləşdirəcəkləri bildirmişlər. Ona görə də məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Həmin polis əməkdaşlarını tanımamış, onlarla heç bir ədavət, düşmənçiliyi olmamışdır. Polis əməkdaşlarının hansı səbəbdən ona qarşı belə hərəkət etmələrinin səbəbini bilmir. Polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilməmişdir. Lakin, onu daha çox narkotik vasitə ilə sənədləşdirəcəklərini dedikləri üçün onlarla razılaşmışdır. Daha sonra himayəsində xəstə anasının olmasını, anasına ondan başqa baxan olmadığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndiilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadələrində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən Corat qəbirstanlığının qarşısındakı «Daş sexi»nin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-m əməkdaşları olduqlarını, onu qanunsuz olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Onlar videoçəkiliş aparmaqla üzərini yoxlamağa başlamışlar. Ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Yoxlamadan öncə ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmişdir. O, da əynində olan xakki rəngli şalvarının sol yan cibindən 01 ədəd dərman listini təqdim etmişdir. Həmin listə baxış zamanı üzərində «M40» yazısı olan və içərisində 02 ədəd həb olması müəyyən edilmişdir. Sorğu zamanı o həmin həblərin narkotik vasitə metadon həbləri olduğunu, onları Novxanı qəsəbəsində olarkən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin həblər üstdən çıxarılaraq xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİNnin 124 saylı möhürü ilə möhürlənmiş, qablaşdırılmış zərf onun və polis əməkdaşları tərəfindən imzalanmışdır. Sonra onun üzən yoxlanılmış və xakki (sarı) rəngli idman şalvarının arxa cibindən 7 manat aşkar edilərək, özünə qaytarılmışdır. Bundan başqa üstündən heç nə aşkar olunmamışdır. Bundan sonra videoçəkliş dayandırılmışdır. Daha sonra müvafiq sənədləşmə aparılması üçün o tutulduğu yerdən birbaşa Sumqayıt ŞPİ-yə gətirilmişdir. Orada xidməti otaqların birində onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili Sədirxan Sədirxanov təqdim olunmuşdur. O, bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən ona xx.xx.2025-ci il tarixdə saat 15:26-da Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən Corat qəbirstanlığının qarşısındakı «Daş sexi»nin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını, üzərinə videoçəkilişlə yoxlama aparılarkən əynində olan xakki rəngli idman şalvarının sol yan cibindən 01 ədəd listdə 02 ədəd «M40» metadon həblərinin aşkar olunduğunu, onları Novxanı qəsəbəsində olarkən tanımadığı şəxsdən 20 manata aldığını deməsini və xüsusi qaydada götürülüb qablaşdırılaraq zərfə qoyulduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı həmin zərfi təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı ondan zərfin içərisində qablaşdırılmış həblərin ona məxsus olub-olmadığını soruşmuş, o da demişdir ki, həmin zərfdə olan həblər ona məxsusdur, onu Novxanı qəsəbəsində olarkən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, 7 manat aşkar edilmiş, həmin pul da onun özünə qaytarılmışdır. Bundan sonra video çəkliş dayandırılmışdır. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, hüquqlarını bilir, ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Həmin metadon həblərini xx.xx.2025-ci il tarixdə səhər saatlarında Novxanı qəsəbəsində olarkən tanımadığı şəxsən 20 manata almışdır. Həblər qablaşdırılmış, sonra Təqsirləndirilən şəxs sənədləşmə aparılması üçün Sumqayıt ŞPİ-nə aparılmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ibtidai stintaq zamanı verdiyi etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə saat 15:26-da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən qəbristanlığının yaxınlığında piyada hərəkət edərkən müəyyən edilərək videoçəkiliş aparılmaqla saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən 01 ədəd listdə 02 ədəd «M40» metadon həblərini çıxarıb təqdim etmiş, onları Novxanı qəsəbəsində olarkən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar olunmuş metadon həbləri qablaşdırılıb götürülmüş, sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə aparılması üçün Sumqayıt ŞPİ-nə aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 22-ci vərəqəsində olan 08 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-75-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 10 may 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə –kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1741 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN-nin zərflər üçün №124 dairəvə möhürü əksi, vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…(imza) Təqsirləndirilən şəxsyazısı və imzalar olan zərfdə, üzərində Methodone 40 əmttə göstəriçisi olan kovalyutadakı metadon tərkibli həblərdir və 02 ədəd həbdə narkotik vasitə-metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram təşkil edir. (üzərində qeyd edilmiş göstəriciyə əsasən hər həbdə 0,04 qram metadon olmaqla). Həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddənin miqdarına görə eynilik təşkil edir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3010 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada papka müəyyən edilir. Papkaya daxil olduqda, müəyyən edilir ki, orada videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə saat 15:26-da Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən Corat qəbirstanlığının qarşısındakı “Daş sexi”nin yaxınlığında piyada hərəkət edərkən müəyyən edilərək videoçəkiliş aparılmaqla polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, ona da özünü təqdim etməsini xahiş edirlər. Mahir də özünü təqdim edir. Daha sonra Mahirə narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirilib, üzərinə yoxlama və götürmə aparılmamışdan əvvəl hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olunur. Onun üzərinə yoxlama keçirilməyə başlanılır. Yoxlamadan öncə Mahirdən üzərində hər hansı bir qanunsuz əşya və predmetin olubolmadığı, müsbət halda onu təqdim edilməsi təklif edilir. Mahir də əynində olan sarı (xakki) rəngli idman şalvarının sol yan cibindən 01 ədəd dərman listini təqdim edir. Həmin listə baxış zamanı üzərində «M40» yazısı olan və içərisində 02 ədəd həb olması müəyyən edilir. Sorğu zamanı Mahir həmin həblərin narkotik vasitə metadon həbləri olduğunu, onları tutulmamışdan əvvəl, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Novxanı qəsəbəsində olarkən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin həblər listdən çıxarılaraq xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir, qablaşdırılmış zərf Mahir və polis əməkdaşları tərəfindən imzalanır. Sonra Mahirin üzəri yoxlanılır və sarı (xakki) rəngli idman şalvarının arxa cibindən 7 manat aşkar edilərək, onun özünə qaytarılır. Bundan başqa Mahirin üstündən heç nə aşkar olunmur. Daha sonra videoçəkliş dayandırılır. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada papka müəyyən edilir. Papkaya daxil olduqda, müəyyən edilir ki, orada videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 15:26-da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən Corat qəbirstanlığının qarşısındakı “Daş sexi”nin yaxınlığında piyada hərəkət edərkən saxlanılıb, üzərinə yoxlama aparılarkən, üzərindən 02 ədəd metadon həbləri aşkar edilmiş Təqsirləndirilən şəxs Sumqayıt ŞPİyə gətirilmiş və orada xidməti otaqlarının birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılır. Orada Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov əvvəl özünü təqdim edir, daha sonra Mahir də özunu təqdim etməsini xahiş edir. Mahir də özünü təqdim edir. Həmçinin polis əməkdaşları da özlərini təqdim edir. Mahirin üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili Sədirxan Sədirxanov təqdim olunur. Mahir bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra təhqiqatçı tərəfindən Mahirə xx.xx.2025-cı ü tarixdə saat 15:26-da Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın qarşısındakı «Daş sexi»nin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını, üzərinə videoçəkilişlə yoxlama aparılarkən əynində olan sarı (xakki) rəngli idman şalvarının sol yan cibindən 01 ədəd listdə 02 ədəd «M40» metadon həblərinin aşkar olunduğunu, onları Novxanı qəsəbəsində olarkən tanımadığı şəxsdən 20 manata aldığını dediyini və xüsusi qaydada götürülüb qablaşdırılaraq zərfə qoyulduğunu bildirir. Bundan sonra Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 üzərində müvafiq qeydlər aparılmış və DİN-in 124 saylı möhürü ilə möhürlənmiş həmin zərfi təhqiqatçıya təqdim edir. Təhqiqatçı Mahirdən zərfin içərisində qablaşdırılmış həblərin ona məxsus olub-olmadığını soruşur. Mahir də deyir ki, həmin zərfdə olan həblər ona məxsusdur, onu Novxanı qəsəbəsində olarkən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıbdır. Daha sonra Mahirin üzərinə şəxsi axtarış keçirilir, 7 manat aşkar edilir, həmin pul da onun özünə qaytarılır. Bundan sonra video çəkliş dayandırılır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 02 ədəd metadon tərkibli həblər maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 01 ədəd metadon tərkibli həb saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsinin videogörüntüsünü əks etdirən 02 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış və xx.xx.2025-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu olan, məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd metadon həbi və üstü yoxlanılan zaman çəkilmiş içərisində videogörüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olan metadon həblərinin olmaması, polis əməkdaşları tərəfindən ona qarşı psixi təzyiq olunması, narkotik vasitə olan metadon həblərinin polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadəsini işin faktiki hallarına uyğun olmadığından, iş üzrə toplanmış sübutlarla təzkib olunduğundan cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün özünü müdafiə etmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir, həmin ifadəni sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunun ifadəsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tamamilə təzkib olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış keçirilərkən, aşkar edilmiş metadon həbləri götürülərkən törətdiyi cinayət əməlini tam etiraf edərək etirafedici ifadələr verir, metadon həblərinin ona aid olmaması barədə heç bir etirazını bildirmir. Həmçinin tutulandan bir gün sonra məhkəmə-tibbi ekspertizadan keçirilmiş, üzərində heç bir xəsarət izləri aşkar edilməmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin ifadəsində cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün metadon həblərinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə ərizə yazdığını, əsl həqiqətdə belə şey olmadığını, polis əməkdaşlarından heç kimin ona hədə-qorxu gəlmədiyini, əsl həqiqətin əvvəlki ifadəsində göstərdiyi kimi olduğunu bildirmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun gəldiyindən sübut kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan metadon həblərini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs oğunun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza nöünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi ilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixdən 10 may 2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 06 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3010 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 1 ədəd metadon hərbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixdən 10 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış bir ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-554/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-554/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver